Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-495/2026 25.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə MÜƏYYƏN ETDI: Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN BDYPI X3 ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətinin təmin edilməməsi və şikayətin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, DIN BDYPI-nin ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Sözügedən qərardan narazı olduğu üçün bir gün sonra yəni, ## ### 2026-cı il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etmişdir. Müraciətinə baxılmasının nəticəsi olaraq Agentlik tərəfindən ## #### 2026-cı il tarixdə cavab verilmiş, həmin məktub ona ## #### 2026-cı il tarixdə çatdırılıb. Bununla bağlı möhürlü zərfi də məhkməyə təqdim etmişdir. Müraciətinə müsbət cavab verilməmiş, buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Agentlik ona gec cavab verdiyinə görə özündən asılı olmayaraq qərardan şikayət müddətini ötürmüşdür. Qeyd olunan halı nəzərə alıb qərardan şikayət vermə müddətinin ötürülmə səbəbini üzrlü sabəb kimi qəbul edilməsi barədə məhkəməyə vəsatət vermişdir. Məhkəmə vəsatətinə münasibət bildirərkən əsassız qərarında buraxılmış prosessual müddətin üzrsüz səbəblərdən buraxıldığını və üzrlü səbəblər barədə məhkəməyə heç bir sübut təqdim etmədiyimi göstərmişdir. Halbuki o AYNA-ya etdiyi müraciətin surətini və onların ona cavab məktublarını və məktubun çatdırılma tarixini sübut edən möhürlü zərfi də təqdim etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, səlahiyyətli orqan Azərbaycan Respublikası DIN BDYPI-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi IXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası DIN BDYPI X3 ##.##.2026-cı il tarixli qərardan şikayət üçün Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş və əsassız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki, qərarın surəti Azərbaycan Respublikası IXM-nin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Iş materialarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## #### 2026-cl il tarixli məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilən cərimə ilə bağlı ## ### 2026-cı il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmiş və ona ## ### 2026-cı il tarixdə tətbiq edilmiş elektron qərarın qanunvericiliyin tələbinə uyğun olduğu qənaətinə gəlindiyi bildirilmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) cavabı aldıqdan sonra şikayət ərizəsi ilə Imişli Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərarı nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, həmin qərar elektron qaydada tərtib edilməmişdir. Sözügedən qərar DIN BDYPI X3 vasitəsilə təsdiq edilsə də, həmin qərarın elektron qərar kimi qəbul edilməsi üçün IXM-nin 122-ci maddəsində təsbit edilmiş tələblərə uyğun olması zəruridir. IXM-in 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci və 127-4.1- ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57- ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin konstitusion təminat yalnız formal mənada məhkəməyə müraciət etmək hüququnu deyil, eyni zamanda məhkəmə qərarlarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək imkanını da əhatə edir. Prosessual müddətlər hüquqi müəyyənlik prinsipinə xidmət etsə də, həmin müddətlər şəxsin müdafiə hüququnun mahiyyətini aradan qaldıracaq şəkildə tətbiq edilə bilməz. Buna görə də prosessual müddətin bərpası institutu məhz şəxsin iradəsindən asılı olmayan səbəblərdən müdafiə hüququnu həyata keçirə bilmədiyi hallarda ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsinə yönəlmiş prosessual təminatdır. Prosessual müddətlərin hesablanmasının başlanğıcı məhkəmə aktının qəbul edildiyi tarixlə deyil, həmin aktın qanunla müəyyən edilmiş qaydada proses iştirakçısının nəzərinə çatdırıldığı və ya onun bu aktla tanış olmaq üçün real imkan əldə etdiyi anla bağlıdır. Əks yanaşma şəxsin bilmədiyi və ya bilməsinin obyektiv olaraq mümkün olmadığı məhkəmə aktından şikayət vermək vəzifəsinin onun üzərinə qoyulması ilə nəticələnər ki, bu da hüquqi dövlət və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. Inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi müddətləri IXM-in 130-cu maddəsində (qərardan şikayət və va protest vermə müddətləri) öz əksini tapmaqla, göstərilmişdir ki, Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda qeyd edilən IXM-in 128-ci maddəsinə görə səlahiyyətli orqan və ya hakim tərəfindən verilmiş inzibati qərardan və ya qərardaddan narazı qalan şəxs şikayət verə bilər. Hazırki iş üzrə isə qərarı səlahiyyətli orqan (vəzifəli şəxs) qəbul etdiyindən, narazı qalan şəxs tərəfindən həmin qərardan məhkəməyə şikayət verilib. Yəni bu mərhələdə şikayət artıq məhkəmə prosesinə daxil olur və məhkəmə həmin iş üzrə baxış subyekti olur. IXM-in 129 və 130-cu maddələrinə görə isə hazırki iş üzrə qərarın təqdim olunmasından 10 gün müddətində şikayət verilə bilər. Əgər bu müddət üzrlü səbəbdən ötürülmüşsə, müddətin bərpası barədə vəsatət verilə bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi verilmiş şikayəti müddətin keçməsini üzürsüz səbəblərdən olması qənaətinə gələrək şilayəti geri qaytarmış və buraxılmış müddətin bərpasına dair vəsatəti təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi də yuxarıda göstərilənləri nəzərə alıb, birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməsini əsassız sayır. Bu işdə həlledici məsələ prosessual müddətin başlanğıc anıdır. IXM-in 130.1-ci maddəsi şikayət vermə üçün on günlük müddətin axımını qərarın qəbul edildiyi tarixlə və ya onun hər hansı elektron resursda yerləşdirilməsi ilə deyil, məhz qərarın surətinin həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtla əlaqələndirir. Deməli, rəsmi qaydada vermə baş tutmadıqda, şikayət müddətinin axımı üçün qanunla tələb olunan başlanğıc nöqtəsi ümumiyyətlə yaranmır. IXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə sənədlər — o cümlədən qərarlar və qərardadlar — icraat iştirakçılarına hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin normaya görə sifarişli poçt göndərişi çatdırılarkən ünvan sahibinin müvafiq sənədi imzalamasını tələb edən göndərişdir. Hüquqi şəxslərə münasibətdə isə IXM-in 57.2ci maddəsi daha konkret tələb müəyyən edir: hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Beləliklə, qanunverici hüquqi şəxsə çatdırmanın həm üsulunu, həm də onun yeganə sübutunu — imzalanmış qəbzi və ya kötüyü — imperativ qaydada müəyyənləşdirmişdir. Bundan başqa, prosessual müddətin bərpası məsələsinə baxılarkən məhkəmə işin mahiyyəti üzrə mübahisəni əvvəlcədən həll etməməli, yalnız müddətin buraxılmasının səbəblərinin obyektiv və üzrlü olub-olmamasını qiymətləndirməlidir. Bu baxımdan, ərizəçinin inzibati xəta üzrə təqsirli olub-olmaması deyil, onun məhkəmə qərarından qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanının obyektiv surətdə mövcud olub-olmaması həlledici əhəmiyyət kəsb edir. Iş materialları ilə müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) təqdim edildikdən sonra o, prosessual hüququndan istifadə edərək müddətin bərpası barədə vəsatət və şikayəti təqdim etmişdir. Bu isə onun prosessual hüquqlardan vicdanla istifadə etdiyini və müddətin qəsdən buraxılmadığını göstərir. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Qeyd edilənlər və şikayətin dəlillərinə əsasən məhkəmə hesab edir ki, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadı ləğv edilərək, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN BDYPI X3 ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməli, müddət bərpa edilməli, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün inzibati xətaya dair material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.2 və 134.1.2-ci maddələrini rəhbər tutaraq,rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilsin. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN BDYPI X3 ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilsin və müddət bərpa edilsin. Inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün inzibati xətaya dair material birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-495/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-495/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver