Məhkəmə qərarları › İş №3(3-9)-497/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-497/2026

01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-497/2026 01.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Seyran qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4 Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Seyran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Ceyhun Qədimov) ilə ## #### 1987-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimə olunması qərara alınmışdır. IŞIN HALLARI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Neftçalal rayon Icra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Neftçala rayon Məhkəməsinə göndərilmişdir. Işə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin qərarından zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Seyran qızı apellyasiya şikayəti verərək Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh tədbirinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ağır tənbeh növü olan həbslə əvəz edilməklə ağırlaşdırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 3454 (üç min dörd yüz əlli dörd) manat məbləğində pul vəsaiti tutulmalı və xeyrimə ödənilməlidir. Icra sənədi icra olunması üçün Neftçala rayon Icra və Probasiya şöbəsinə göndərilmiş və şöbənin icra məmuru Ramin Aslanov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərarla borclunun barəsində 10 günlük könüllü icra müddəti müəyyən edilmiş, bu müddətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələb tam icra edilməmiş, eyni zamanda icra məmurunun sonrakı çağırışlarına əməl olunmamışdır. Qeyd olunan faktla bağlı icra məmuru tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında tərtib edilmiş protokol baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Icra işinin materialları ilə müəyyən olunur ki, borclu icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlə lazımi qaydada məlumatlandırılmış, bununla belə icra sənədini tam həcmdə icra etməmişdir. Göründüyü kimi, borclunun inzibati məsuliyyətə cəlb edilməsinə əsas onun “fiziki şəxslərə borc tələbi” növündə icra sənədini icrasız saxlaması olmuşdur. Belə olduqda həmin şəxsin əlavə pul tənbehi tətbiq edilməklə islah olunması ehtimalı inzibati cərimə tənbehinin məqsədlərinə uyğun deyil. Işin yuxarıda göstərilən faktiki halları aydınlaşdırılmadığı üçün gəlinən yekun nəticə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbehin tətbiqinin daha məqsədəmüvafiq olması qənaətinə yalnız formal mülahizələr əsasında gəlmiş, bu zaman tənbehin fərdi xarakter daşıması və şəxsin qanunlara hörmət ruhunda tərbiyələndirilməsi məqsədini ifadə etməsi nəzərə alınmamışdır. Belə olduğu təqdirdə məhkəmənin gəldiyi nəticə işin yuxarıda göstərilən faktiki hallarına uyğun olmamışdır. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı etiraf edərək icra sənədini icra etməməsinin səbəbi kimi maddi imkanının olmamasına və xəstə atasının onun himayəsində olmasına istinad etsə də, bu halları təsdiqləyən hər hansısa mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə isə bu halları heç bir əsas olmadan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almışdır. Göründüyü kimi, borclunun əmlak vəziyyəti, onun şəxsiyyətini xarakterizə edən hallar, habelə onun təqsirinin dərəcəsi nəzərə alındıqda tətbiq edilən tənbeh növü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin islah olunmasına deyil, onun pul tələbi növündə borclu olduğu icra sənədlərinin sayının artmasına səbəb olacaqdır. Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh tədbirinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ağır tənbeh növü olan həbslə əvəz edilməklə ağırlaşdırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Seyran qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, zərərçəkmiş şəxs əməlin tövsifini və ümumiyyətlə işin faktiki hallarını mübahisələndirməmişlər. Zərərçəkmiş şəxs yalnız inzibati tənbehin növünü mübahisələndirir. Bununla belə, məhkəmə işin faktiki hallarını nəzərdən keçirib müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası haqqında bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs bank hesabına ## #### 2026-cı il tarixdə 400 manat, ## #### 2026-cı il tarixdə 100 manat, ## #### 2026-cı il tarixdə 100 manat və ## #### 2026-cı il tarixdə 100 manat olmaqla, ümumilikdə 700 manat məbləğində ödəniş edib. Bundan əlavə, apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən görünür ki, ## #### 2026-cı il tarixdə 100 manat, ## #### 2026-cı il tarixdə 100 manat, ## ###### 2026-cı il tarixdə 100 manat, ## ###### 2026-cı il tarixdə 100 manat ödənişlər edib. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik göstərməsi ilə bağlı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti IXM-in 528.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə tənbeh tədbiri və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar