Məhkəmə qərarları › İş №3(3-9)-499/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-499/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-499/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə Saatlı Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə əlaqədar məsələyə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (hakim Aygün Cəmilova) şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN-in Baş DYP İdarəsi Mərkəzi İnformasiya Sisteminin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair ## ### 2026-cı il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması üçün həmin orqana geri qaytarılmışdır. Məhkəmənin həmin qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin apellyasiya mümkünlüyü araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. İşdə olan “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Elektron İnformasiya Sisteminə göndərilən çıxarış”dan görünür ki, Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ##.##.2026-cı il tarixdə, saat 20:10-da qərardan şikayət verən orqana məxsus elektron kabinetə yerləşdirilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən Saatlı Rayon Məhkəməsinin sözügedən qərarından şikayət verilməsi üçün qanunla müəyyən olunmuş 10 günlük prosessual müddətin axımı ##.##.2026-cı il tarixdən başlamış, ##.##.2026-cı il tarixdə başa çatmışdır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsi apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə imzalanaraq ##.##.2026-cı il tarixdə apellyasiya məhkəməsinə daxil olmuşdur. Beləliklə, müəyyən olunur ki, Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarından şikayət qanunla müəyyən edilmiş 10 gün müddət buraxıldıqdan sonra verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsi məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən icraata qəbul edilməməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar