Azərbaycan Respublikası adından Qərar İş № 3(3-9)-501/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli EQ ******** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, DIN BDYPI-nin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib məhkəmənin və səlahiyyətli orqanın vəzifəli şəxsinin qərarlarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Işin halları DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə “Opel Astra” minik markalı “** HJ ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Hacıqabul Horadiz yolunun 36.7 kilometrliyində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmiş və nəticədə IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının, eləcə də DIN BDYPI-nin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin qərarı işin faktiki hallarına, sübutların əldə edilməsi və qiymətləndirilməsi qaydalarına, habelə təqsirsizlik prezumpsiyasına uyğun deyil. Iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam və obyektiv araşdırılmamış, təqsirliliyi mötəbər, qanuni və şübhədənkənar sübutlarla təsdiq edilməmişdir. Belə ki, videogörüntünün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə ilə əldə edilməsi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi yalnız “videogörüntüyə baxış keçirildiyini” qeyd etməklə kifayətlənmiş, həmin görüntünü yaradan cihazın hüquqi və texniki statusunu müəyyən etməmişdir. Halbuki videogörüntünün mövcudluğu ilə həmin videogörüntünün IXM-in 122.1-ci maddəsində nəzərdə tutulan xüsusi texniki vasitə vasitəsilə və qanuni prosedura uyğun əldə edilmiş sübut olması eyni hüquqi anlayışlar deyildir. Adi müşahidə kamerası, təhlükəsizlik kamerası, mobil telefon, monitor görüntüsü və ya mərkəzi informasiya sisteminə avtomatik inteqrasiya olunmayan başqa qurğu ilə əldə edilmiş material IXM-in 122.1-ci maddəsində nəzərdə tutulan xüsusi prosedur üzrə elektron qərarın qəbul edilməsinə öz-özlüyündə hüquqi əsas yaratmır. Elektron qərarın mövcudluğu görüntünün xüsusi texniki vasitə ilə əldə edilməsini avtomatik şəkildə sübut etmir. Əksinə, elektron qərarı qəbul etmiş səlahiyyətli orqan sübut etməlidir ki: görüntü qanunvericiliyin tələblərinə cavab verən xüsusi texniki vasitə ilə əldə edilmişdir; həmin cihaz mərkəzi informasiya sisteminə inteqrasiya olunmuşdur; məlumatlar sistemə birbaşa və real vaxt rejimində ötürülmüşdür; qərar real vaxt rejimində tərtib olunmuşdur; görüntüyə sonradan texniki və ya inzibati müdaxilə edilməmişdir. Bu halların heç biri hazırkı iş üzrə sübuta yetirilməmişdir. Xüsusi texniki vasitəyə aid sənədlər iş materiallarında mövcud olmamış və məhkəmədə tədqiq edilməmişdir. Inzibati xəta xüsusi texniki vasitə ilə aşkar edildikdə, həmin vasitənin göstəricilərinin sübut kimi qəbul olunması üçün onun hüquqi və texniki etibarlılığı müəyyən edilməlidir. Iş materiallarında aşağıdakı sənədlər mövcud olmalı və məhkəmə iclasında tədqiq edilməli idi: cihazın xüsusi texniki vasitələr siyahısına daxil edilməsini təsdiq edən sənəd; cihazın tipi, markası, modeli, seriya və inventar nömrəsi; cihazın quraşdırıldığı yerə dair akt və texniki sxem; cihazın istifadəyə verilməsi haqqında akt; cihazın texniki uyğunluq sənədləri; cihazın metroloji və texniki yoxlama sənədləri; cihazın mərkəzi informasiya sisteminə inteqrasiyasını təsdiq edən sənəd; məlumatların sistemə birbaşa ötürülməsini göstərən elektron jurnal; videogörüntünün qeydə alındığı vaxtı göstərən sistem məlumatı; elektron qərarın tərtib edildiyi vaxtı göstərən elektron sistem çıxarışı; ilkin, tam və montaj edilməmiş video faylı; video faylın yaradılma vaxtını, mənbəyini və dəyişiklik tarixçəsini göstərən metadata; elektron qərara hansı konkret kadrların və hansı üsulla əlavə edildiyini göstərən texniki məlumat. Məhkəmə qərarında bu sənədlərin heç birinə istinad olunmamışdır. Qərardan görünmür ki, məhkəmə həmin sənədləri DIN Baş Dövlət Yol Polisi Idarəsindən tələb etmiş, araşdırmış və onlara hüquqi qiymət vermişdir. Belə vəziyyətdə videogörüntünün qanuni yolla əldə olunmuş, mötəbər və yol verilən sübut hesab edilməsi əsassızdır. IXM-in sübutlara dair normalarına əsasən, xüsusi texniki vasitələrin göstəriciləri sübut vasitəsi ola bilər. Lakin qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə videogörüntünün əldə edilməsi prosedurunun qanuniliyini yoxlamadan həmin materiala sübut kimi istinad etmişdir. IXM-in 53.1.11-ci və 53.2-ci maddələrinin tələbləri tətbiq edilməmişdir. IXM-in 53.1.11-ci maddəsinə görə, IXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib edilmədikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. IXM-in 53.2-ci maddəsinə əsasən isə şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı hallarda xitam verilir: şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda; şəxsin təqsirliliyi sübuta yetirilmədikdə; təqsirliliyin sübut edilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə. Hazırkı işdə elektron qərarın real vaxt rejimində tərtib edilməsini göstərən: sistem çıxarışı; elektron jurnal; məlumatların ötürülmə vaxtını göstərən texniki qeyd; cihazın mərkəzi informasiya sisteminə inteqrasiyasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Videogörüntünün əvvəlcə müşahidə olunması, sonradan seçilməsi, kəsilməsi, yaxınlaşdırılması, sistemə əl ilə daxil edilməsi və yalnız bundan sonra elektron qərarın tərtib edilməsi ehtimalı aradan qaldırılmamışdır. Səlahiyyətli orqan bu halları təsdiq edən sübutları təqdim etmədiyinə görə yaranmış şübhə onun zərərinə deyil, xeyrinə həll edilməli idi. Prosessual məsələlər Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qanunsuz, əsassız və düzgün olmayan nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati tənbeh təyin edilmiş şəxsin apellyasiya şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, IXM-in 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Səlahiyyətli orqanın (DIN BDYPI-nin) qəbul etdiyi ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə “Opel Astra” minik markalı “** HJ ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Hacıqabul Horadiz yolunun 36.7 kilometrliyində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilmişdir. Işdə olan inzibati xətanın əks olunduğu videogörüntüdən görünür ki, “Opel Astra” minik markalı “** HJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıqabul Horadiz yolunun 36.7 kilometrliyindən üzü Sabirabad istiqaməti ilə hərəkət edərkən yolun 1.5 üfüqi nişanlanma xətti ilə nişanlanmış hissəsinin sonunda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötməni həyata keçirməyə başlamış, həmin vaxt yolun 1.1 üfüqi nişanlanma xətti ilə nişanlanmış və yolun məhdudiyyətli görünüşlü sahəsində ötməni davam etdirərək yol hərəkəti qaydalarını pozmaqla ötməni başa çatdırmışdır. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş Qərardan şikayət verən orqan (şəxs) videogörüntülərin həqiqiliyi ilə razılaşsa da, həmin görüntülərdə onun əməlində inzibati xəta olmadığını bildirmişdir. O qeyd etmişdir ki, ötmə əməliyyatına yolun icazə verilən hissəsində, yəni kəsik xətlərin olduğu yerdə başlamış, bir qədər aralıda yolu ayıran xətt bütövləşmiş, bu zaman o, öz yoluna qayıda bilməmişdir. Belə ki, videogörüntülərdən də görünür ki, onun hərəkət istiqamətində yol zolağı ard-arda gedən yük avtomobilləri ilə məşğuldur və heç bir halda həmin avtomobillərin arasına daxil olmaq mümkün deyil və bunu edərsə qəzaya səbəb ola bilər. Ona görə də o, əks hərəkət zolağı ilə yolunu davam etdirmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən apellyasiya baxışı zamanı videogörüntülərə baxış keçirilən zaman Qərardan şikayət verən orqan (şəxs) qeyd etdiyi hallar öz təsdiqini qismən tapmışdır. Belə ki, görüntülərdən aydın olur ki, Bəxtiyar Hacıyev kəsik xətlərin olduğu hissədə ötmə əməliyyatına başlamış, bu məqsədlə əks hərəkət zolağına çıxmış, təxminən 15-20 metr irəlidə bütöv xətt başlamışdır. Lakin, o, bütöv xətt üzrə ötmə əməliyyatını davam etdirmişdir. Məhkəmə hesab edir ki, Bəxtiyar Hacıyev üçün ötmə əməliyyatı kəsik xətlərdən başlansa da, bütöv xətt onun üçün açıq-aydın görünən vəziyyətdə olmuş, lakin o, ötməni lazımi qaydada başa çatdırıb bütöv xətt başlayan kimi öz yoluna qayıda bilməyəcəyini görmüş, buna baxmayaraq qarşıdakı hərəkətinin qanunsuz olmasını bildiyi halda bu əmələ yol vermişdir. Məhkəmə hesab edir ki, sürücü Bəxtiyar Hacıyev ötmə əməliyyatına başlamazdan əvvəl öz hərəkətinin, yaxud manevrinin təhlükəsiz olmasına əmin olmalı və bu halda manevri başlamalı idi. O, açıq-aydın şəkildə ötməni kəsik xətlərin olduğu 15-20 metr məsafədə başa çatdıra bilməyəcəyini görməsinə baxmayaraq, təhlükəli manevr edərək əks hərəkət zolağına çıxmaqla bütöv xətt boyu ötmə əməliyyatı aparmışdır ki, bu hal, yəni kəsik xətlərdən ötməyə başlayıb sonra öz yoluna qayıda bilməməsi ilə bağlı hal onun hərəkətlərinə bəraət qazandıra və əməlinin qanuni hesab edilməsinə səbəb ola bilməz. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Bundan başqa, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya baxışı zamanı inzibati xətanı qeydə alan xüsusi texniki vasitənin Daxili Işlər Nazirliyinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmadığını və bu səbəbdən həmin videogörüntünün mötəbər, qanuni sübut sayılmadığını qeyd etmişdir. IXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Qanun ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. IXM-in 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə). Həmçinin, IXM-in 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Lakin işdə olan DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı elektron qərarından görünür ki, inzibati xətanın əks olunduğu fotoşəkillər və videogörüntü DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətində qeydə alınmış və həmin elektron qərar Xidmətin rəisi tərəfindən qəbul edilmişdir. Bu da onu göstərir ki, Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xətanı qeydə alan xüsusi texniki vasitə Daxili Işlər Nazirliyinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmuşdur. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuş, DIN BDYPI onu haqlı olaraq həmin maddə ilə təqsirli bilərək barəsində cərimə tənbehi tətbiq etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi dəlillər isə iş materialları ilə təsdiq edilməmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-501/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-501/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver