Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-502/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələri X1 və vəkil Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: IŞIN HALLARI Inzibati xəta haqqında iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 17722,50 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 17722,50 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş «xxxx” MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-****/**** saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, işdə olan ## #### 2024-cü il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, həqiqətən də hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 17722,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən “xxxx” ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Məhkəmə qərar qəbul edərkən ona əsaslanmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 17722,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Belorus Respublikasında “X2 Birjasında ”xxxx” Şirkəti ilə ##.##.2024-cü il tarixdə Belorus Birjasında elektron sistemdə tərtib edilmiş **/****-*** nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzərindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC “xxxx” Şirkətinə ##.##.2024-cü il tarixdə “xxxx” hesabından 17722,50 ABŞ dolları məbləğində xarici valyuta köçürmüşdür. Lakin müqavilənin vaxtı bitdiyi üçün Birjanın qanunvericiliyinə uyğun olaraq,müqavilənin vaxtı bitdikdə işlər görülmədiyi halda həmin müqavilə əsasında mal ixrac etmək mümkün deyildir. Bu səbəbdən də iki şirkət arasında rəsmi yazışma olaraq belə qərara gəlinmişdir ki, **/****-*** nömrəli müqavilə üzrə ödənilmiş 17722,50 ABŞ dolları geri qaytarılmasın, yenidən X2 Birjasında həmin şirkətlə Elektron Portal üzərindən yeni müqavilə tərtib edilsin və həmin 17722,50 ABŞ dolları həmin müqavilə üzərindən **/*****-*** nömrəli müqaviləyə yönləndirilsin (Həmin müqavilə, eyni zamanda ## ###### 2025-ci il tarixli rəsmi sənəd apellyasiya şikayətinə əlavə edilmişdir). Qeyd edilənlərə uyğun olaraq, ##.##.2025-ci il tarixdə müqavilə üzrə göndərilməli olan meşə materiallarının göndərilməsi barədə Azərbaycan Respublikasının ************** nömrəli Gömrük Bəyənnaməsi tərtib edilmişdir. (Vaqon nömrəsi 66103961). Onu da qeyd etmək lazımdır ki, 17722,50 ABŞ dolları məbləğində olan köçürmə üzrə 2 şirkət arasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “xxxx” Şirkəti arasında razılığa gəlinməsi barədə rəsmi məktubu və yeni müqavilə, yəni **/*****-*** nömrəli müqavilə də Azərbaycan Respublikasının Dövlət Gömrük Xidmətinə təqdim edilmişdir. Həmin sənəd əsasında da Azərbaycan Respublikasının DGX-ti tərəfindən də gələn malların ölkə daxilinə idxalına icazə verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndələri X1 və vəkil Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan ## #### 2024-cü il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 17722,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən «xxxx» ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Işdə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan, «xxxx» ASC-in ## #### 2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 17722,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan ## #### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Mübahisə olunan məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materiallarını nəzərdən keçirib, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 17722,50 ABŞ dolları məbləğində vəsaiti ## #### 2024-cü il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, 16270,47 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması ilə bağlı yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tam, hərətərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, şikayətçi apellyasiya şikayətinə dəlil kimi ## #### 2024cü il tarixli 17722,50 ABŞ dolları məbləğində vəsaitin ödənildiyi **/****-*** nömrəli müqavilənin müddəti başa çatdığından həmin müqavilə üzrə malların ixracının mümkün olmadığını, tərəflər arasında razılaşmaya əsasən həmin vəsaitin geri qaytarılmadan **/*****-*** nömrəli müqaviləyə yönəldildiyini və beləliklə də, sonuncu müqavilə üzrə malların Azərbaycan Respublikasına idxal edildiyini göstərmişdir. Lakin məhkəmə həmin halı iş materialları ilə əlaqəli surətdə nəzərdən keçirərək, onun hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirsizliyini istisna edən dəlil kimi qəbul olunmasını mümkün hesab etmir. Məhkəmənin qənaətinə görə, apellyasiya şikayətində irəli sürülən bu izah 17722,50 ABŞ dolları məbləğində məhz ## #### 2024-cü il tarixli avans ödənişinin **/****-*** nömrəli müqaviləyə keçirildiyini və həmin müqavilə üzrə sonradan həyata keçirilmiş idxalın məhz həmin vəsait hesabına aparıldığını şübhədən kənar və mötəbər şəkildə təsdiq etmir. Belə ki, işdə olan sənədlərin məzmunundan belə bir nəticəyə gəlmək mümkün deyil ki, ## #### 2024-cü il tarixində ödənilmiş konkret 17722,50 ABŞ dolları məbləği 02/9542-021 nömrəli müqavilə üzrə ödəniş kimi rəsmiləşdirilmişdir. Apellyasiya şikayətində 02/9542-021 nömrəli müqavilə üzrə ödənilmiş 17722,50 ABŞ dollarının geri qaytarılmadan **/*****-*** nömrəli müqaviləyə yönəldildiyi bildirilirsə də, bu dəyişiklik və ya hesablaşmanın müqavilə münasibətlərində hansı qaydada rəsmiləşdirildiyi məsələsi də kifayət qədər aydın və ardıcıl sənədlərlə təsdiq olunmur. Belə bir vəziyyətdə **/****-*** nömrəli müqavilə üzrə 17722,50 ABŞ dolları məbləğində avans ödənişinin taleyinin dəyişdirildiyini göstərən sənədlərin yalnız ümumi xarakterli yazışma və ya izahatla məhdudlaşdırılması, həmin məbləğin yeni müqavilə üzrə ödəniş öhdəliyinə keçirilməsinin isə müqavilə sənədlərində, ödəniş sənədlərində və digər maliyyə sənədlərində aydın şəkildə əks olunmaması belə mühüm faktın mötəbərliyini zəiflədir. Xüsusilə nəzərə alınmalıdır ki, **/****-*** nömrəli müqavilənin özündə ## #### 2024-cü il tarixli 17722,50 ABŞ dolları avans ödənişinin sonradan **/*****-*** nömrəli müqavilə üzrə öhdəliyin icrasına aid edilməsi barədə hər hansı aydın qeyd, dəyişiklik və ya əlavə təqdim edilməmişdir. Eyni qaydada, **/*****-*** nömrəli müqavilənin özündə də həmin müqavilə üzrə nəzərdə tutulan ödənişlərdən hər hansı birinin məhz **/****-*** nömrəli müqavilə üzrə əvvəlcədən ödənilmiş 17722,50 ABŞ dolları hesabına qarşılanması barədə konkret məlumatın mövcudluğu müəyyən edilmir. Bu hal xüsusilə ona görə əhəmiyyətlidir ki, apellyasiya şikayətinin əsasını təşkil edən mövqe iki ayrı müqavilə üzrə maliyyə öhdəliyinin birindən digərinə keçirilməsi barədədir. Əgər həqiqətən də **/****-*** nömrəli müqavilə üzrə ödənilmiş konkret 17722,50 ABŞ dolları geri qaytarılmayaraq **/*****-*** nömrəli müqavilə üzrə ödəniş kimi qəbul edilmişdirsə, belə halın tərəflərin müqavilə münasibətlərində aydın şəkildə əks etdirilməsi, ən azı həmin vəsaitin hansı müqavilə üzrə öhdəliyə aid edilməsini müəyyən etməyə imkan verən konkret və qarşılıqlı uzlaşan sənədlərlə təsdiqlənməsi gözlənilən olardı. **/****-*** nömrəli müqavilə üzrə öhdəliyin hansı hissəsinin dəyişdirildiyi, 17722,50 ABŞ dollarının hansı hüquqi əsasla yeni müqaviləyə keçirildiyi, **/*****-*** nömrəli müqavilə üzrə hansı ödənişin məhz əvvəlki müqavilədən keçirilmiş vəsait hesabına bağlandığı təqdim olunmuş sənədlərdən birmənalı şəkildə müəyyən edilməlidir. Lakin iş materiallarında bu ardıcıllığı şübhəsiz şəkildə təsdiq edən sənədlər məcmusu mövcud deyildir. Bununla yanaşı, apellyasiya şikayətində göstərilən mövqeyə əsasən, 02/9542-021 saylı müqavilə üzrə öhdəliklərin icrasının davam etdirilməməsinin səbəbi həmin müqavilənin müddətinin başa çatması olmuşdur. Lakin bu hal özlüyündə ## #### 2024-cü il tarixində həmin müqavilə üzrə ödənilmiş 17722,50 ABŞ dolları məbləğində avans vəsaitinin sonradan başqa müqavilə üzrə öhdəliklərin icrasına yönəldilməsi nəticəsini yaratmır. Belə ki, tərəflər həqiqətən də **/****-*** saylı müqavilə üzrə münasibətlərin davam etdirilməsində maraqlı olmuş, lakin yalnız müqavilənin qüvvədə olma müddətinin başa çatması buna mane olmuşdursa, ilk növbədə həmin müqavilə üzrə öhdəliklərin icra müddətinin tərəflərin qarşılıqlı iradəsinə uyğun olaraq uzadılması və bunun müvafiq qaydada rəsmiləşdirilməsi mümkün olmuşdur. Müqavilənin müddətinin uzadılması hər hansı səbəbdən mümkün hesab edilməmişdirsə, bu halda isə həmin müqavilə üzrə əvvəlcədən ödənilmiş vəsaitin geri qaytarılması, daha sonra isə tərəflər arasında yeni müqavilə bağlanmaqla müvafiq ödənişin artıq həmin yeni müqavilə üzrə həyata keçirilməsi məntiqi və şəffaf hesablaşma qaydasına uyğun olardı. Beləliklə, əgər **/****-*** nömrəli müqavilə üzrə öhdəliklərin icrası üçün müddətin uzadılması və ya müqavilə şərtlərinin dəyişdirilməsi mümkün olmuşdursa, bunun müqavilə münasibətlərində müvafiq qaydada rəsmiləşdirilməsi; müqavilə üzrə münasibətlərə xitam verilmişdirsə, əvvəlcədən ödənilmiş vəsaitin taleyinin müəyyən edilməsi, o cümlədən onun geri qaytarılması və ya başqa müqavilə üzrə öhdəliyə hesablanması barədə aydın sənədləşmə aparılması zəruri olmuşdur. Lakin hazırkı işdə 17722,50 ABŞ dolları məbləğində vəsaitin məhz bu ardıcıllıqla 02/9542-021 müqaviləsindən çıxarılaraq 02/10132-017 müqaviləsi üzrə öhdəliyə keçirildiyini təsdiq edən kifayət qədər mötəbər sübut müəyyən edilməmişdir. Eyni zamanda, apellyasiya şikayətində istinad olunan ##.##.2025-ci il tarixli ************** nömrəli gömrük bəyannaməsinin mövcudluğu da özlüyündə ## #### 2024-cü il tarixində ödənilmiş 17722,50 ABŞ dolları ilə həmin idxal arasında birbaşa maliyyə əlaqəsini sübut etmir. Gömrük bəyannaməsinin təqdim edilməsi malların ölkəyə gətirildiyini təsdiq edə bilər, lakin həmin sənədin məhz ## #### 2024-cü il tarixli 17722,50 ABŞ dolları avans ödənişinin müqabilində həyata keçirilmiş əməliyyata aid olması ayrıca və mötəbər sübutlarla müəyyən edilməlidir. Belə əlaqənin müəyyən edilməsi üçün yalnız malların sonradan idxal olunması deyil, həmin malların 02/9542-021 müqaviləsi üzrə əvvəlcədən ödənilmiş 17722,50 ABŞ dolları ilə bağlı olduğu, həmin ödənişin ***/** nömrəli müqaviləyə keçirildiyi və sonuncu müqavilə üzrə idxal edilmiş malların dəyərinin məhz həmin əvvəlki avans hesabına qarşılandığı ardıcıl şəkildə təsdiq edilməlidir. Halbuki, təqdim edilmiş sənədlər bu bütün bu mərhələləri bir-biri ilə birmənalı şəkildə əlaqələndirməyə imkan vermir. Digər tərəfdən, burada nəzərə alınmalı əsas məsələ malların ümumiyyətlə sonradan Azərbaycan Respublikasına gətirilib-gətirilməməsi deyil, konkret olaraq ## #### 2024-cü il tarixli avans ödənişinin Qaydaların 4.3.1.3-cü yarımbəndində müəyyən edilmiş qaydada sənədləşdirilib-sənədləşdirilməməsidir. Həmin norma qabaqcadan ödəniş müqabilində malların idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim olunmasını və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Bu baxımdan, ## #### 2026-cı il tarixli “xxxx” ASC məktubu ilə ## #### 2024-cü il tarixli 17722,50 ABŞ dolları avans ödənişi üzrə tələb olunan təsdiqedici sənədlərin banka təqdim edilmədiyinin və vəsaitin geri qaytarılmadığının təsdiq olunması apellyasiya şikayətində sonradan irəli sürülmüş “vəsaitin 02/10132-017 müqaviləsinə keçirilməsi və həmin müqavilə üzrə malların idxal edilməsi” barədə dəlilini təkzib edən haldır. Beləliklə, apellyasiya şikayətinə əlavə edilmiş sənədlər ## #### 2024-cü il tarixli 17722,50 ABŞ dolları məbləğində avans ödənişinin **/****-*** nömrəli müqavilədən çıxarılaraq **/*****- *** nömrəli müqavilə üzrə öhdəliyə keçirildiyini və sonuncu müqavilə üzrə həyata keçirilmiş idxalın məhz həmin vəsait hesabına aparıldığını mötəbər və şübhədən kənar şəkildə təsdiq etmir. Əksinə, iş materiallarında olan bank sənədləri həmin avans ödənişi üzrə nəzərdə tutulan təsdiqedici sənədlərin banka təqdim edilmədiyini və vəsaitin geri qaytarılmadığını təsdiq edir. Bu halda sonradan başqa müqavilə üzrə idxalın həyata keçirilməsi faktı ## #### 2024-cü il tarixli avans ödənişi üzrə Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş tələbin yerinə yetirilməsi kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün hüquqi və faktiki əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mərkəzi X3 ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, “... Inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər”. Həmçinin Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair ## ###### 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, “... qeyd etmək lazımdır ki, sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rezident və qeyrirezidentlərin valyuta əməliyyatları qaydaları ilə müəyyən edilmiş hüquqi tənzimləmə mexanizminin mahiyyəti məhz ondan ibarətdir ki, qabaqcadan ödənilmiş valyuta vəsaiti üzrə öhdəliklərin icrası konkret əməliyyat və onu əsaslandıran sənədlər – müqavilə, hesab-faktura və gömrük bəyannamələri arasında uyğunluq və əlaqə əsasında yoxlanılsın. Əks yanaşma, yəni müxtəlif müqavilələr üzrə aparılmış əməliyyatların bir-biri ilə əvəzlənməsi və ya qarışdırılması valyuta nəzarətinin effektivliyini aradan qaldırmaqla yanaşı, hüquqi müəyyənlik prinsipini də pozmuş olardı. Yuxarıda qeyd olunanlara əsasən, nəticə etibarilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən **/****-*** nömrəli müqavilə üzrə nə malların idxalı təsdiq edilmiş, nə də ödənilmiş valyuta vəsaitinin geri qaytarılması təmin olunmuşdur ki, bu da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu təsdiq edir. Belə ki, inzibati məsuliyyətin tətbiqi üçün bu kateqoriya işlərdə həlledici olan hal – qanunvericiliklə müəyyən edilmiş müddətdə konkret ödəniş üzrə ya idxalın sənədlərlə təsdiq edilməsi, ya da vəsaitin geri qaytarılmasıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən bu tələblərin yerinə yetirilməməsi faktı isə iş materialları ilə tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Inzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyətə səbəb olan əməl kimi təsbit edilmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-in 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi onu da xüsusilə vurğulayır ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla əsassızdır. Barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxsin nümayəndəsi onun təqsirsizliyinə dəlalət edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası IXM-nin 430.4–cü maddəsinə əsasən həmin inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-502/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-502/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver