Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-503/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi) ilə ##.##.1992-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində doğulmuş, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Laçın rayonunun Laçınkənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu park yaşayış kompleksi, bina 20/97-də yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi, inzibati həbsetmə müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən, saat 04:00-dan hesablanması, qərarın icrasının Sabirabad rayon Polis şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində Cavad şadlıq sarayının qarşısında ucadan səsküy salaraq polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən, Sabirabad Rayon Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Sabirabad Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə Sabirabad şəhəri ərazisində fəaliyyət göstərən "CAVAD" şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak etmiş, məclis boyu heç bir intizamsızlıq, qalmaqal və ya qanunazidd hərəkət törətmədən, hamı kimi masada əyləşib yemək-içmək qəbul etmiş, həmin vaxt ərazidə xidmət aparan sıravi polis əməkdaşı ona qarşı qərəzli mövqe nümayiş etdirərək, qəsdən söz atmış və ilişərək məqsədli şəkildə təxribat yaratmağa çalışmışdır. Polis əməkdaşının bu hərəkətlərində məqsəd onu şöbəyə aparmaq və qanunsuz tələblər irəli sürmək olmuşdur. O, polisin bu təxribatına uymayaraq, ondan qanun və nizamnamə çərçivəsində hərəkət etməsini tələb etmişdir. Bu isə Rnın xoşuna gəlməmiş və o, qanunsuz olaraq, güc tətbiq edilməklə toydan tutularaq Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) gətirilmişdir. Şöbədə polisin qanunsuz tələblərini rədd etdiyi üçün, qanunsuz saxlanılma faktına hüquqi don geyindirmək məqsədilə Protokolu tərtib edən orqan İctimai Təhlükəsizlik Bölməsinin (İTB) sahə rəisi, R Sahib Baxışov tərəfindən barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə saxta inzibati protokol tərtib olunmuşdur. Şadlıq sarayında mövcud olan video-müşahidə kameralarının görüntüləri araşdırılarsa, polisin ona qarşı qəsdən ilişdiyi və heç bir xuliqanlıq etmədiyi açıq şəkildə sübuta yetirilə bilər. O, tamamilə günahsızdır. Toyda heç bir xuliqanlıq etməmiş və polisin qanuni tələbinə qarşı çıxmamışdır. Əksinə, qanunsuzluq edən və vəzifə səlahiyyətlərini aşan polis əməkdaşları olmuşdur. Sabirabad Rayon Məhkəməsi isə işi hərtərəfli araşdırmadan, sadəcə polisin saxta protokoluna əsaslanaraq qanunsuz həbs qərarı vermişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, Sabirabad rayonunda toy məclisinə dəvət olunduğunu, toy əsnasında başqa şəxslə sözlü mübahisə etdiyini, bu zaman şadlıq sarayının çölünə çıxdıqlarını, yüksək səslə danışdıqlarını və qeyri-etik ifadələr işlətdiklərini, daha sonra polis əməkdaşlarının yaxınlaşdıqlarını və onları polis idarəsinə apardıqlarını, lakin polis əməkdaşlarına müqavimət göstərmədiyini bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdiyi halların da nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi inzibati məsuliyyətə səbəb olan əməl kimi təsbit edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokol, barəsində inzibati tənbeh təyin edilmiş şəxsin, şahid Şahid izahatları, habelə işə əlavə olunmuş digər sübutları nəzərdən keçirib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması ilə bağlı yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixində o, Cavad şadlıq sarayında qohum toy mərasimində iştirak etmiş, bir qədər spirtli içki qəbul etmiş, məclisin gedişində oyun havası üstündə tanımadığı Sabirabad rayon sakini ilə mübahisəsi olmuş, səs-küy yarandığı üçün onu şadlıq evinin qarşısına çıxarmışlar. Orada olarkən polis əməkdaşları ona yaxınlaşıb onu şöbəyə dəvət etmiş, o, mübahisənin artıq başa çatdığını bildirsə də, polis əməkdaşları ondan israrla şöbəyə getmələrini təklif etmişdir. Daha sonra onu zorla xidməti avtomobilə mindirib şöbəyə gətirmişlər. Hazırda o, özünü İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilir. Polis əməkdaşının qanuni tələbinə tabesizlik etməmişdir. Himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, Protokolu tərtib edən orqan-də PPXB-nin V vəzifəsində işləyir. ##.##.2026-cı il tarixində digər polis əməkdaşı Vahab Məhərrəmovla xidmətdə olduğu zaman bir nəfər vətəndaşın Cavad şadlı evinin qarşısında ucadan nalayiq ifadələr işlədib sə-küy salması barədə məlumat daxil olmuş, onlar həmin əraziyə yaxınlaşmışlar. Onlar əraziyə yaxınlaşdıqları zaman da sonradan adını bildiyi vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nalayiq ifadələr işlədib ucadan ətrafdakı şəxslərə qışqırırdı. O, yaxınlaşıb özünü təqdim etmiş, onu nizam-intizama dəvət etmiş, lakin vətəndaş heç bir əsas olmadan onun var-yoxunu söymüşdür. Bu zaman o, vətəndaşın həddindən artıq sərxoş vəziyyətdə olmasını görüb onu şöbəyə dəvət etmiş, vətəndaş heç yerə getməyəcəyini bildirib qaçmağa çalışmış, onu geri qaytardıqdan sonra o, xidməti avtomobilə əyləşsə də, avtomobilin mühərriki işə salındıqda özünü avtomobildən atmağa cəhd etmişdir. O, onun qolundan tutub saxlamağa çalışdığı anda həmin şəxs yumruqla onu vurmuşdur. Daha sonra onun şöbəyə gətirilməsi təmin edilmişdir. O, hadisələrin bir hissəsini telefonla video qeydə almışdır və həmin görüntüləri məhkəmə baxışına təqdim etmişdir. Bundan başqa, iş materiallarında olan ## ###### 2026-cı il tarixli “Raport”dan görünür ki, Protokolu tərtib edən orqan-nin əməkdaşları ##.##.2026-cı il tarixinda saat 23:10 radələrində Sabirabad şəhəri “Cavad” şadlıq sarayının qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin sərxoş vəziyyətdə ucadan ünvanlı və ünvansız nalayiq söyüşlər söydüyünü görmüş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, ictimai yerdə olduğunu ona bildirib, etdiyi qayda pozuntusunu ona izah edib sakitləşdirmək istəsələr də, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, barəsində qanuni tədbir görülməsi üçün Protokolu tərtib edən orqan-nə gətirilmiş, polis şöbəsində həmin şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olması məlum olmuşdur. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixli izahatından görünür ki, o, həmin gün Sabirabad rayonu “Cavad” şadlıq sarayında qohumunun toy mərasimində olduğunu, toyda oynamaq üstündə qohumları ilə aralarında mübahisə olduğunu, əsəbləşib sarayın qarşısına çıxdığını, sərxoş vəziyyətdə digər toy iştirakçıları ilə mübahisə edib səs-küy saldığını, bu zaman polis əməkdaşlarının gəlib onu sakitləşdirib polis şöbəsinə gətirdiklərini, nalayiq ifadələr işlətmədiyini, polislərin qanuni tələblərinə tabe olub polis şöbəsinə gəldiyini, əməlindən səmimi peşman olduğunu və bir də belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası İXM-nin 535.1 və 510.1-ci maddələri ilə düzgün qiymətləndirmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində irəli sürdüyü dəlillər iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutların məzmunu ilə təsdiq olunmur. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının ictimai yerdə səs-küy salan, digər şəxslərin sakitliyini pozan və nalayiq ifadələr işlədən şəxsi sakitləşdirmək, həmin hərəkətlərə son qoyulmasını tələb etmək, habelə zərurət yarandıqda onun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə polis orqanına dəvət etməsi onların xidməti vəzifələrindən irəli gələn və icrası məcburi olan qanuni tələblər sırasına daxildir. Belə olan halda, həmin tələblərin yerinə yetirilməsindən qəsdən imtina edilməsi və ya polis əməkdaşlarına qarşı tabesizlik göstərilməsi İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bu baxımdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının onu heç bir əsas olmadan və qanunsuz şəkildə şöbəyə aparmaları, buna görə də onların tələblərinə tabe olmamasının inzibati xəta kimi qiymətləndirilə bilməyəcəyi barədə dəlilləri də əsaslı hesab edilə bilməz. Çünki iş materialları polis əməkdaşlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə heç bir səbəb olmadan və ya şəxsi qərəz zəminində hərəkət etmələrini təsdiq edən obyektiv məlumatları ehtiva etmir. Əksinə, hadisənin ictimai yerdə səs-küy salınması və ictimai qaydanın pozulması ilə əlaqədar başlaması iş üzrə mövcud olan sübutların məcmusu ilə təsdiq olunur. Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının onu qərəzli şəkildə təxribata çəkdiyini, özü tərəfindən heç bir qanunazidd hərəkət törədilmədiyini və barəsində “saxta” protokol tərtib olunduğunu bildirsə də, həmin dəlillər onun əvvəlki izahatları, eləcə də iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil edir. Beləliklə, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkməsi tərəfindən düzgün nəticəyə gəlinmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam veriıməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmənin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün əsas vermir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun himayəsində iki azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, əməli sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında göstərilmişdir ki, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati həbs növündə tənbeh tətbiq etmiş və həbsin müddətini 08 gün müəyyən etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-503/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-503/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver