Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-504/2026 31.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, İsmayılov Mirkamil Mirşamil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X2 Xidməti * saylı Lənkəran-X1 nümayəndəsi Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinin və Mühafizəsinin Dövlət Nəzarəti Xidməti * saylı Lənkəran - Astara Regional bölməsindən məhkəməyə daxil olmuş ##.##.2026cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərin məzmununda qeyd edilmişdir ki, Lənkəran rayonu, Daşdatük kəndi ərazisində Bəşəru çayının Lənkəran rayonu, Daşdatük kəndi ərazisindən keçən hissəsində vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (AZE********, Fin:210KSTO, VÖEN: **********) tərəfindən ##.##.2026-cı il tarixində çayın məcrasında və mühafizə zonasında stol, stul və söhbətgahların quraşdırıldığı aşkar edilmişdir. Bununla da vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN: ********** ) MN seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 2.500 (iki min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinin və Mühafizəsinin Dövlət Nəzarəti Xidməti * saylı Lənkəran - Astara Regional bölməsi tərəfindən onun barəsində tərtib edilmiş protokol qanunsuzdur. Belə ki, həmin protokol tərtib olunarkən onun iştirakı təmin olunmamış, protokol ondan xəbərsiz tərtib olunub. ##.##.2026-cı il tarixdə ondan izahat alınmayıb, sübut təqdim etmə imkanı verilməyib, ona müdafiəçi tutmaq hüququnun olması izah edilməmiş və nəticədə onun iştirakı olmadan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol müşayiətedici məktubla ünvanına göndərilmişdir. Protokolda qeyd olunub ki, guya o protokolu imza etməkdən imtina etmişdir. Lakin protokol onun yanında tərtib olunsaydı protokolun surəti həmin vaxt ona verilərdi, daha ona poçtla göndərilməsinə zərurət olmazdı. Bu da onu göstərir ki, protokol onun yanında tərtib olunmayıb. İXM-nin 100.5.1-ci maddəsinə əsasən protokolda tərtib olunduğu vaxt qeyd olunmayıb. Onun fərdi identifikasiya nömrəsi qeyd olunmayib. İnzibati xətanın konkret yeri qeyd olunmayıb. İnzibati xətanın baş verdiyi yerin koordinatları, həmin yerin həqiqətən su obyektlərinin mühafizəsi və ya su mühafizəsi zonaları və ya sahil mühafizə zolagı olması barədə heç bir sənəd mövcud deyildir. Həmin yerin konkret sərhədləri müəyyən deyil. Quraşdırılmış taxta söhbətgah (besedka) torpaqla bağlı tikili deyil, yerə basdırılmış oturacaq üçün nəzərda tutulmuşdur. Həmin yerdə stol, stul qoyulması və mədəni istirahətin təşkili İXMnin 264.0.3-cü maddəsinin tərkibini yaratmır. VÖEN-nin olması və sonradan onun dayandırılması onun heç də vəzifəli şəxs olmasına dəlalət etmir. O, vəzifəli şəxs deyil. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tətrib etmiş Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X2 Xidməti * saylı Lənkəran-X1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən qərar qəbul edilmişdir. İş materialında olan Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinin və Mühafizəsinin Dövlət Nəzarəti Xidməti * saylı Lənkəran - X1 əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və həmin tarixli ****** nömrəli aktda qeyd edilmişdir ki, ADSEA yanında suların istifadəsinə və X2 Xidmətinin * saylı Lənkəran- X1 ##.##.2026-cı il tarixli *** saylı sərəncamı əsasında həmin orqanın əməkdaşları tərəfindən ##.##.2026-cı il tarixdə Lənkəran rayonu, Daşdatük kəndi ərazisində manitorinq aparılarkən Bəşəru çayının Lənkəran rayonu, Daşdatük kəndi ərazisindən keçən hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çayın məcrasında və mühafizə zonasında çayxana fəaliyyəti üçün stol, stul və besetkalar quraşdırdığı aşkar edilmişdir. Beləliklə, sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 82 və 103-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Su Mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 22, 23, 25, 27-ci bəndlərinin tələbləri pozulmuş və o, AR İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan qanun pozuntusu barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbərdarlıqlar edilsə də nəticəsi olmamışdır. İnzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə sübut kimi təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, çayın kənarında söhbətgahlar quraşdırılaraq, çayın kənarında və ortasına stol, stullar yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında həmin fotoşəkillər təqdim edilərkə həmin söhbətgahların və stol, stulların onun tərəfindən həmin ərazidə quraşdırılıb, yerləşdirildiyini təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycab Respublikası Vergilər Nazirliyinin internet resursundan əldə edilmiş məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi ödəyicisidir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda qeyd edilmiş pozuntuların aradan qaldırılması tələb edilmişdir. Məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokola sübut kimi əlavə edilmiş fotogörüntülərdən də inzibati xəta haqqında protokolda qeyd edilən faktlar müəyyən edilmişdir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində də etiraf edir ki, Bəşəru çayının Lənkəran rayonu, Daşdatük kəndi ərazisindən keçən hissəsində onun tərəfindən taxta söhbətgah (besedka) quraşdırılmış və həmin yerdə stol, stul qoymuşdur. Lakin quraşdırılmış taxta söhbətgah (besedka) torpaqla bağlı tikili deyil, yerə basdırılmış oturacaq üçün nəzərda tutulmuşdur. Həmin yerdə stol, stul qoyulması və mədəni istirahətin təşkili İXM-nin 264.0.3-cü maddəsinin tərkibini yaratmır. Barəsində inzibati xəta haqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəmə iclasında verdiyi izahatında bildirdirmişdir ki, onun 1ci dərəcə əlilliyi olan övladı var. Maddi vəziyyəti çox da yaxşı deyil və ailəsinin gündəlik tələbatları təmin etmək üçün Bəşəru çayının sahilində, qardaşının həyətinə yaxın ərazidə söhbətgah tikmiş və çayın içində stol-stul qoymuşdur ki, oraya gələn qonaqlardan gəlir əldə etsin. Su idarəsi tərəfindən ona bu barədə bir dəfə rəsmi olaraq, bir neçə dəfə də şifahi olaraq xəbərdarlıq edilmişdir. Lakin çayın kənarında və içində qoyduğu stol, stulu oradan götürsə müştərisi olmayacaq deyə onları oradan yığışdırmamışdır. Söhbətgahı, stol, stulları quraşdırması və həmin ərazidə çayxana fəaliyyəti ilə məşğul olması ilə əlaqədar heç bir qurumdan rəsmi icazə almamışdır. Lakin vergi ödəyicisidir (VÖEN:**********) Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində də izahat verərək İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etmişdir. Apellyasiya şikayətində də birinci instansiya məhkəməsində verdiyi izahatının təhrif olunması və ya düzgün olmaması barədə münasibət bildirməmişdir. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində “quraşdırılmış taxta söhbətgahın (besedka) torpaqla bağlı tikili deyil, yerə basdırılmış oturacaq üçün nəzərdə tutulması, həmin yerdə stol, stul qoyulması və mədəni istirahətin təşkili İXM-nin 264.0.3-cü maddəsinin tərkibini yaratmır” kimi dəlili subyektiv yanaşma kimi, inzibati məsuliyyətdən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Bu da törədilmiş əməlin təsdiqini aradan qaldırmır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında protokol, akt, fotoşəkillər, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin, o cümlədən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı ilə müəyyən edilir ki, Lənkəran rayonu, Daşdatük kəndi ərazisində Bəşəru çayının Lənkəran rayonu, Daşdatük kəndi ərazisindən keçən hissəsində vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən çayın məcrasında və mühafizə zonasında stol, stul və söhbətgahlar quraşdırılmışdır. Şikayətçi tərəfindən bu sübutların həqiqiliyini və mötəbərliyini təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətanın mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsin törətdiyi inzibati xəta tərkibli əməlin sübuta yetirilməməməsinə dair şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə həmçinin aşağıdakıları qeyd edir: İXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İnzibati xəta haqqında işlərdə foto-çəkiliş qanunla icazə verilmiş sübut vasitəsidir, yəni video, foto, səsyazmalar inzibati xəta işində sübut hesab olunur. Qanun fotoçəkilişin aparılması üçün ayrıca “şəxsin razılığını” tələb etmir. Əsas odur ki, çəkiliş xətanın aşkar edildiyi yerdə, səlahiyyətli şəxs tərəfindən və xidməti səlahiyyət çərçivəsində aparılsın. Bu halda fotoşəkil tam qanuni və mötəbər sübutdur. Dövlət nəzarətini həyata keçirən orqanların çəkiliş aparmaq səlahiyyəti vardır. Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinin və Mühafizəsinin Dövlət Nəzarəti Xidməti * saylı Lənkəran - X1 əməkdaşları onların fəaliyyətini tənzimləyən normativ aktlarda, Su Məcəlləsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su Mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları”nda dövlət nəzarətinin məqsədi göstərilir. Belə ki, həmin normativ-hüquqi aktlarda qanun pozuntusu olan halları aşkar etmək, sənədləşdirmək və qarşısını almaq həmin orqanın birbaşa vəzifəsi olaraq müəyyən olunub. Sənədləşdirmənin tərkib hissələrindən biri də inzibati xətanın sənədləşdirilməsi zamanı foto-çəkilişdən istifadə olunmasıdır. Bu həm sübut toplama, həm də faktın tam və obyektiv təsdiqi üçün vacib faktordur. İnzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinin və Mühafizəsinin Dövlət Nəzarəti Xidmətinin əməkdaşları da faktın təhrif olunmaması, sonradan mübahisə edilməməsi və obyektiv qiymətləndirmə aparılması üçün fotoçəkiliş aparmaqla qanunun tələbini icra etmişdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. İş materiallarından görünür ki, səlahiyyətli inzibati orqan tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışın nəticələri müvafiq qaydada rəsmiləşdirilmiş və fotoşəkillərlə təsdiq olunmuşdur. Bu cür sübutlar inzibati icraat praktikasında geniş tətbiq olunan və qəbul edilən sübut növlərindəndir. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlmişdir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Eyni zamanda, məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati məsuliyyət institutunun əsas məqsədi yalnız cəzalandırma deyil, həm də ictimai münasibətlərin qorunması və hüquqpozmalara qarşı preventiv təsirin təmin edilməsidir. Ekoloji hüquqpozmalarla bağlı işlərdə isə bu məqsəd daha da əhəmiyyətlidir, çünki belə pozuntular geniş ictimai maraqlara toxunur və onların qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beləliklə, şikayətdə göstərilən bütün dəlillər ayrı-ayrılıqda və məcmu halında təhlil edildikdə müəyyən olunur ki, həmin dəlillər formal mülahizələrə söykənməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayət əsasən eyni halların fərqli şərhi və subyektiv qiymətləndirilməsinə yönəlmişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün hüquqi əsas təşkil etmir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 22-ci maddəsində göstərilir ki, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su ehtiyatlarının vəziyyəti və su obyektlərinin istifadəsi və mühafizəsi perspektivləri barədə sistemli tədqiqat və layihə materiallarını özündə birləşdirir. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su təsərrüfatı tədbirlərini və ölkənin su ehtiyatlarına olan perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsini təmin etmək, habelə suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq məqsədi ilə işlənib hazırlanır. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən işlənib hazırlanır. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 82-ci maddəsində göstərilir ki, su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 103-cü maddəsində göstərilir ki, su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Su Mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının 22, 23, 27-ci bəndlərinə əsasən su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilir. Bu Qaydaların 22-ci bəndində göstərilən məhdudiyyətlərə əlavə olaraq, sahil mühafizə zolaqlarında mövsümü stasionar çadırcıq şəhərciklərinin salınması, dağ və dağ-bostan sahələrinin yerləşdirilməsi, habelə xüsusi tikinti üçün torpaq sahələrinin ayrılması, Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulan hallar istisna olmaqla digər fəaliyyət növləri qadağan edilir. Su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında qərar tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və İXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-144)-643/2026 nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-504/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-504/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver