Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-506/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən ## ######## 2018-ci il təvəllüdlü Atamoğlanov Sabir Sədi oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ## ### 2021-ci il tarixdən başlayaraq atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Həmçinin Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən Salyan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra ## ######## 2018-ci il təvəllüdlü Atamoğlanov Sabir Sədi oğlu adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Salyan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli icra vərəqələrinin icra edilməməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 528.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Salyan Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsinə əsasən tərətib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında prtokol və ona əlavə olunmuş materialar ## #### 2026-cı il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdir. Salyan Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli və ## ###### 2021-ci il tarixli icra vərəqələrinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4500 manat aliment borcunu ona ödəməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Nəticədə Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində iznibati xəta tərkibinin olmadığını bildirirək, işə xitam verərək onu aliment borcunu ödəməkdən yayındırır. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs verilməsini, ya da ki, aliment borcunun bütövlükdə ödənilməsini istəyir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bugünkü günə 4500 manat borcu vardır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəl spirtli içki aludəçisi olduğunu, işləmədiyindən maddi imkanı olmadığını, yeni işə düzəldiyini, bundan sonra hər ay borcunu ödəyəcəyini, lakin bu gün üçün həmin məbləği tam ödəməyə imkanı olmadığını bildirib, şikayətin təmin olunmamasını, Salyan Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmədi, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını, Salyan Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsindən görünür ki, ## ######## 2018-ci il təvəllüdlü Atamoğlanov Sabir Sədi oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ## ### 2021-ci il tarixdən başlayaraq atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. İş materiallarında olan ##.##.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə ##.##.2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş Sabir Atamoğlanov tərəfindən ##.##.2021-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra ## ######## 2018-ci il təvəllüdlü Atamoğlanov Sabir Sədi oğlu adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş Sabir Atamoğlanov tərəfindən qəbul edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, borclu, ##.##.1974-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan rayon İcra və Probasiya Şöbəsində ##.##.2026-cı il tarixdə verdiyi izahatından görünür ki, öhdəsində olan aliment borcunu ödəməkdən imtina etmir. Nə bu gün, nə sabah, nə də yaxın vaxtda aliment ödəyə bilmir. İşsizdir. İş tapıb işləyəndə ödəməyə söz verir. İş materiallarında olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə ödənilmiş ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs kart hesabına 180 manat ödəniş edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək psixoloji durumuna və alkoqolizimdən aslılığına görə “xxxx” reabilitasiya mərkəzində stasionar müalicə alır. Mübahisə olunan məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərəkən ona əsaslanmışdır ki, “könüllü icra müddətinin bitdiyi günün dərhal ertəsi günü inzibati protokolun tərtib edilməsi faktiki olaraq borcluya verilmiş könüllü icra hüququnun formal xarakter daşıdığını göstərir. Belə yanaşma icra məmurunun məqsədinin könüllü icranı təmin etmək deyil, mümkün qədər qısa müddətdə repressiv xarakterli tədbirlərə keçmək olduğunu göstərir ki, bu da hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz Məhkəmə hesab edir ki, icra məmurunun borclunun icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən yayındığına dair gəldiyi qənaət işin faktiki halları ilə təsdiq olunmur. Belə ki, iş materiallarından müəyyən edilir ki, borclu icra sənədinin mövcudluğu və icra hərəkətlərinin aparılması barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bu halda, borclunun məlumatlı olmadığı icra sənədi üzrə öhdəlikləri yerinə yetirməməsi onun icra tələblərindən qəsdən və ya üzrsüz səbəbdən yayındığı kimi qiymətləndirilə bilməz”. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi icraya yönəldildikdən sonra icra məmuru tərəfindən borcun ödənilməsi üçün lazım olan bütün tədbirlər görülmüşdür. Bu məqsədlə icra məmuru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildiriş verməklə icra sənədində göstərilən tələbin dərhal icra olunmasını xahiş etmiş, tələb üzrsüz səbəbdən icra edilmədikdə icranın məcburi qaydada təmin ediləcəyini bildirmiş, eyni zamanda məsuliyyəti barədə xəbərdar etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindən, icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən məlumatlı olmasına baxmayaraq, aliment borcunu yaxın zamanda ödəyə bilməyəcəyini bildirmiş, beləliklə də, bütün icra tədbirləri nəticə vermədiyindən, yəni borclu tələbi qərəzli olaraq icra etmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Eyni zamanda, məhkəmə onu da nəzərə alır ki, Salyan Rayon Məhkəməsinin ##.##.2021ci il tarixli icra vərəqəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmiş, daha sonra Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra vərəqəsinə əsasən tutulmalı olan alimentin məbləği artırılaraq 180 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hələ 2021-ci il tarixdə verilmiş və 2024-cü il tarixdə də məbləği artırılmış icra sənəlöərindən xəbərsiz olmasını inandırıcı hesab etmir. Göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işsiz olması və maddi imkanının məhdudluğu onun aliment öhdəliyini yerinə yetirməməsinə avtomatik olaraq üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, aliment öhdəliyi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və uzun müddət ərzində icra edilməli olan qanuni öhdəlikdir. Borclunun isə həmin öhdəliyin mövcudluğundan və icrası zərurətindən məlumatlı olduğu, buna baxmayaraq, öhdəliyin icrasını təmin etmək üçün real və davamlı tədbirlər görmədiyi iş materialları ilə müəyyən olunur. Digər tərəfdən, məhkəmə onu da nəzərə alır ki, borclunun aliment ödəməkdən yayınmasının nəticələri yalnız tələbkarın deyil, ilk növbədə yetkinlik yaşına çatmayan uşağın hüquq və qanuni mənafelərinə toxunur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin uzun müddət ödənilməməsi nəticəsində yaranmış 4500 manat borcun məbləği də bu öhdəliyin icrasından yayınmanın təsadüfi və qısamüddətli xarakter daşımadığını göstərir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutların məcmusundan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərindən məlumatlı olduğu halda, üzərinə qoyulmuş aliment öhdəliyini müəyyən edilmiş qaydada icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə əhəmiyyətli məbləğdə aliment borcunun yaranmasına səbəb olmuşdur. Bu hallar onun hərəkətsizliyinin inzibati məsuliyyət doğuran icra sənədinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməsi üçün kifayət qədər əsas verir. Odur ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin olmadığı barədə gəldiyi nəticə işin faktiki hallarına və iş üzrə toplanmış sübutların məcmusuna uyğun olmamış, həmin nəticə əsassız olaraq icraata xitam verilməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən, apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti İXM-nin 528.1-ci maddəsinin təsiri altına düşür. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli icra vərəqələrinin icra olunmasına dair icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilir və ona görə də o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə tənbeh tədbiri və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri, vəzifəli şəxslər üçün min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün isə üç min manatdan beş min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş 08 (səkkiz) gün həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından həbs olunsun. Həbsetmənin əvvəli ## ######## 2026-cı il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-506/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-506/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver