Azərbaycan Respublikası adından Qərar İş № 3(3-9)-507/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin nümayəndəsi nümayəndə3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs X3 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi İbrahimli Ülvi Vidadi oğlunun X4 Xidməti PHŞ-nin nümayəndəsi nümayəndə2 Şəfahat oğlunun iştirakları ilə X3 Sistemlərinin İstismarı İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından X3 Sistemlərinin İstismarı İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Ramiz Nurullayev) X3 Sistemləri İstismarı İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İŞİN HALLARI Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin (bundan sonra mətndə Dağ-X2 Agentliyi) X8 baş müfəttişi Məmmədov İlqar Rəşid oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 276-1-ci maddəsi ilə X3 Sistemləri İstismarı İdarəsinin barəsində ## ### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, müəsissədə istismar olunan 1 (bir) ədəd Avtokran və 4 (dörd) ədəd yanacaq saxlama çənindən təhlükə ibarət potensiallı obyektlərin Dövlət reyesterində qeydiyyatdan keçirilməmişdir İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından X3 Sistemlərinin İstismarı İdarəsinin rəisi Z.M.Sadıqov apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini və X3 Sistemləri İstismarı İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərtib olunmuş inzibati xəta haqqında protokol hüquqi və maddi cəhətdən əsassızdır, faktiki hallara uyğun gəlmir, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə tərtib edilmişdir və ləğv edilməlidir. Mübahisələndirilən qərarın məzmunundan görünür ki, məhkəmə faktiki olaraq yalnız bir məsələyə fokuslanmışdır: avtokran və yanacaq çənlərinin dövlət reyestrində qeydiyyatda olubolmaması. Halbuki iş bununla bitmir. Məhkəmə ayrıca müəyyən etməli idi ki, birincisi, qeydiyyat öhdəliyinin konkret olaraq hansı tarixdən yarandığını. İkinci, müəssisənin bu öhdəliyi yerinə yetirmək üçün hansı real hərəkətləri etdiyini. Üçüncü, həmin hərəkətlərin hansı dövlət orqanlarının qərar və ya hərəkətlərindən asıl olduğunu. Dördüncü, müəssisənin qeydiyyatdan yayınmaq iradəsinin olub-olmadığını. Beşinci, müəssisənin hərəkətsizliyinin təqsirli olubolmadığını. Altıncı, 2025-ci il yoxlamasından sonra verilmiş müddət və göstərişlərin hüquqi məzmunun. Yeddinci, 2026-cı il yoxlaması zamanı vəziyyətin əvvəlki yoxlamadan fərqlənibfərqlənmədiyini. Səkkizinci, müəssisənin sonradan gördüyü tədbirlərin hüquqi əhəmiyyətini. Bu hallar araşdırılmadan yalnız qeydiyyat faktına əsasən inzibati məsuliyyət nəticəsinə gəlmək İXMin 75.0-cı maddəsinin tələblərina uyğun deyil. Beyləqan Rayon Məhkəməsi müəssisədə 1 ədəd avtokran və 4 ədəd yanacaq saxlama çəninin təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmadığını müəyyən edərək İXM-in 276-1-ci maddəsi üzrə məsuliyyətin yarandığı qənaətinə gəlmişdir. Lakin inzibati məsuliyyətin yaranması üçün yalnız müəyyən obyektlərin qeydiyyatda olmaması faktinın müəyyən edilməsi kifayət etmir. Məhkəmə konkret olaraq:qeydiyyata alınmama halinın hansı səbəbdən baş verdiyini: həmin vəziyyətin müəssisənin iradəsindən və təqsirindən asılı olub-olmadığımı: müəssisənin qeydiyyat üçün hansı hərəkətləri etdiyini: aidiyyəti dövlət orqanlarının həmin müraciətlərə hansı cavablari verdiyini; nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlərin hansı nəticələr verdiyini; müəssisənin inzibati xətanı qəsdən və ya ehtiyatsızlıqdan törədib-törətmədiyini lazımi şəkildə araşdırmamışdır. Halbuki, inzibati məsuliyyət obyektiv nəticəyə görə avtomatik tətbiq edilən məsuliyyət deyil. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunda nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri mövcud olmalıdır. Məhkəmə isə faktiki olaraq yalnız obyektlərin reyestrdə qeydiyyatda olmamasından çıxış edərək təqsirin mövcudluğunu nəticə kimi qəbul etmişdir. Bu yanaşma inzibati məsuliyyətin fərdiləşdirilməsi və təqsirlilik prinsipləri ilə uzlaşmır. İş materiallarından görünür ki, müəssisə 2025-ci ildə aşkar edilmiş nöqsanlardan sonra aidiyyəti dövlət orqanlarına müraciət etmiş, yanacaq çənlərinin rənglənməsi, üzərində müvafiq qeydlərin aparılması və digər tədbirlərin görülməsi istiqamətində işlər həyata keçirmişdir. Daha mühüm hal isə ondan ibarətdir ki, müəssisə ##.##.2026-cı il tarixində Azərbaycan Respublikasınım Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. Məhkəmə həmin məktubu yalnız “gələcəkdə nöqsanların aradan qaldırılması üçün müraciət” kimi qiymətləndirərək onun sübut əhəmiyyətini rədd etmişdir. Bu qiymətləndirmə düzgün hesab edilə bilməz. Çünki həmin müraciət müəssisənin inzibati tələblərə etinasız yanaşmadığını, əksinə, mövcud vəziyyəti qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün dövlət orqanlarının iştirakı ilə prosedur həyata keçirməyə çalışdığını göstərən mühüm sübutdur. Başqa sözlə, müəssisə nöqsanı gizlətməmiş, onun aradan qaldırılması üçün dövlət orqanlarına müraciət etmişdir. Məhkəmənin bu halı yalnız formal müraciət kimi qiymətləndirməsi sübutun məzmununun deyil, yalnız sənədin formasının qiymətləndirilməsi deməkdir. Qərarda göstərilir ki, ##.##.2025-ci il tarixli yoxlama aktında həmin obyektlərin qeydiyyatda olmadığı müəyyən edilmişdir. Daha sonra 22-## ### 2026-cı il tarixlərində aparılmış yoxlamada da eyni halın mövcud olduğu göstərilmişdir. Lakin burada mühüm hüquqi məsələ ortaya çıxır: 2025-ci ildə müəyyən edilmiş nöqsanın aradan qaldırılması üçün müəssisəyə konkret olaraq hansı tələb qoyulmuş, hansı müddət verilmiş, həmin müddət nə vaxt başa çatmış və müəssisənin bu müddət ərzində hansı hərəkətləri etməsi mümkün olmuşdur? Məhkəmə bu məsələləri tam şəkildə aydınlaşdırmadan 2026-cı ildəki vəziyyəti avtomatik olaraq inzibati xəta kimi qiymətləndirmişdir. Halbuki əvvəlki yoxlama aktının mövcudluğu özlüyündə sonrakı inzibati məsuliyyətin avtomatik əsası ola bilməz. Məhkəmə hər bir inzibati xəta üzrə həmin xətanın törədildiyi konkret vaxtı, təqsiri və məsuliyyətin hüquqi əsaslarını müəyyən etməli idi. Məhkəmənin qərarında müəssisənin İXM-in 276-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi “tərəflərin nümayəndələrinin izahatları, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir” şəklində ümumi ifadə ilə əsaslandırılmışdır. Lakin hansı konkret sübutun təqsirin hansı elementini təsdiq etdiyi göstərilməmişdir. İnzibati xəta haqqında protokol özü-özlüyündə təqsirin mübahisəsiz sübutu kimi qəbul edilə bilməz. Protokolda göstərilən hallar məhkəmə tərəfindən digər sübutlarla yoxlanılmalı və həmin sübutların qarşılıqlı əlaqəsi müəyyən edilməlidir. Məhkəmə isə protokolda qeyd edilən faktı faktiki olaraq nəticə kimi qəbul etmiş, müəssisənin əks mövqeyini isə kifayət qədər əsaslandırılmış şəkildə təkzib etməmişdir. Müəssisənin nümayəndəsi məhkəmə iclasında açıq şəkildə bildirmişdir ki, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində işlər görülmüş aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş və əvvəlki imtinanın səbəblərinin aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Bu dəlillər iş üzrə əhəmiyyətsiz deyil. Əksinə, həmin hallar müəssisənin qanunvericiliyin tələblərinə uyğunlaşmaq iradəsinin, inzibati tələblərdən yayınmaq məqsədinin olmamasının və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün faktiki tədbirlər görülməsinin göstəricisidir. Məhkəmə isə bu halları məsuliyyət məsələsinə təsir edən faktiki və hüquqi hallar kimi araşdırmaq əvəzinə onları kifayət qədər əsaslandırmadan rədd etmişdir. Belə yanaşma məhkəmə araşdırmasının hərtərəfli və obyektiv aparılması tələbinə cavab vermir. Məhkəmə qərarında məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini açıq şəkildə qeyd etmişdir. Eyni zamanda məhkəmə İXM-in 31.3-cü maddəsinə istinad etməklə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterinin, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətinin və digər halların nəzərə alınmalı olduğunu göstərmişdir. Lakin qərardan görünmür ki, həmin meyarlar konkret olaraq necə qiymətləndirilib. Məhkəmə yalnız cərimənin aşağı həddə tətbiq edilməsinin inzibati tənbehin məqsədinə nail olmaq üçün kifayət edəcəyini bildirmiş və nəticədə 5.000 manat cərimə müəyyən etmişdir. Belə əsaslandırma cərimənin fərdiləşdirilməsi baxımından kifayət hesab edilə bilməz. Əgər müəssisənin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməyibsə, müəssisənin nöqsanların aradan qaldırılması üçün real tədbirlər gördüyü nəzərə alınırsa və inzibati xətanın nəticəsində hər hansı konkret zərərin baş verməsi müəyyən edilməyibsə, cərimənin tətbiqinin zəruriliyi və məhz həmin məbləğin seçilməsi ayrıca və inandırıcı şəkildə əsaslandırılmalı idi. İXM-in 21-ci maddəsinə istinad edən məhkəmə inzibati tənbehin məqsədinin şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və yeni inzibati xətaların qarşısını almaq olduğunu bəyan etmişdir. Lakin müəssisənin davranışı göstərir ki, onun qanunvericiliyin tələblərinə uyğunlaşmaq istiqamətində iradəsi olmuşdur. Müəssisə aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müxtəlif dövlət orqanlarına müraciət etmiş və faktiki tədbirlər görmüşdür. Belə şəraitdə inzibati tənbehin məqsədinin əldə olunması üçün mütləq şəkildə 5.000 manat məbləğində cərimənin tətbiq edilməsinin nə üçün zəruri olduğu qərarda inandırıcı şəkildə izah edilməmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi baxımından qiymətləndirməli idi. İş üzrə 2025-ci il yoxlama aktı, 2026-cı il yoxlama aktı, inzibati xəta haqqında protokol, müəssisənin nümayəndəsinin izahatları, dövlət orqanlarına edilmiş müraciətlər, nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməli idi. Lakin məhkəmə əsasən yoxlama aktları və protokola istinad etməklə nəticəyə gəlmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutların hüquqi əhəmiyyətini lazımi səviyyədə araşdırmamışdır. Bu isə iş üzrə faktiki halların tam müəyyən edilməsinə mane olmuşdur. Məhkəmə müəssisənin ##.##.2026-cı il tarixli müraciətini “gələcəkdə nöqsanların aradan qaldırılması üçün dövlət orqanına müraciət” kimi qiymətləndirmişdir. Lakin bu nəticə sübutun mahiyyətini aradan qaldırmır. Əksinə, həmin müraciət aşağıdakı hüquqi əhəmiyyətli halları təsdiq edə bilər: müəssisənin mövcud vəziyyəti qanuniləşdirmək niyyətini, dövlət orqanına müraciət etdiyini, qeydiyyat prosedurunun hayata keçirilməsi üçün təşəbbüs göstərdiyini, əvvəlki nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər gördüyünü, qanunvericiliyin tələblərinə əməl etmək iradəsinin mövcudluğunu. Əgər məhkəmə bu sübutun hüquqi əhəmiyyətini rədd edirsə, onda nə üçün rədd etdiyini konkret, məntiqi və hüquqi əsaslarla göstərməlidir. Sadəcə “bu, gələcəkdə aradan qaldırmaq üçün müraciətdir” demək sübutun məzmununu hüquqi baxımdan təkzib etmir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iş üzrə əhəmiyyətli hallar tam araşdırmamış müəssisənin müdafiə dəlillərinə lazımi hüquqi qiymət verməmiş təqsirliliyin mövcudluğunu kifayət qədər əsaslandırmamış və inzibati tənbehin fərdiləşdirilməsi zamanı əhəmiyyətli halları tam nəzərə almamışdır. Bu səbəbdən qərarın ləğv edilməsi və iş üzrə qanuni, əsaslı və ədalətli qərar qəbul edilməsi zəruridir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini və X3 Sistemləri İstismarı İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X3 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi İbrahimli Ülvi Vidadi oğlu və X4 Xidməti PHŞ-nin nümayəndəsi nümayəndə2 Şəfahat oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin etibarnamə üzrə nümayəndəsi Məmmədov İlqar Rəşid oğlu tərtib edilən inzibati xəta haqqında protokola uyğun izahat verərək bildirdi ki, X3 Sistemləri İstismarı İdarəsinin ünvanında 2025-ci ildə qanuna uyğun yoxlama aparılarkən müəyyən edilmişdir ki, müəsissədə istismar olunan 1 (bir) ədəd Avtokran və 4 (dörd) ədəd yanacaq saxlama çəni təhlükə potensiallı obyektlərin Dövlət reyesterində qeydiyyatdan keçirilməmişdir. Bununla bağlı X3 Sistemləri İstismarı İdarəsinə yaranmış nöqsanların aradan qaldırılması üçün vaxt verilmiş, lakin X3 Sistemləri İstismarı İdarəsi qeyd olunan nöqsanları aradan qaldırmamış və 2026-cı ildə yenidən yoxlmalar aparılmış və eyni nöqsanlar aşkar edilmişdir. Sözügedən çənlər və avtokran təhlükə potensiallı obyektlərə aiddir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli, ** nömrəli qərarı mövcuddur. Həmin qərarın 3- cü bəndində səyyar yükqaldıran mexanizmlər, yanacaq çəni təhlükə potensiallı obyektlərin siyahısına daxil edilmişdir. İnzibati xəta may ayında aşkar edilmiş, lakin X3 Sistemləri İstismarı İdarəsi 08 iyul trixində sənədlşmə ilə bağlı müraciət etmişdir. Hazıra kimi də həmin təhlükə mənbəyi olan obyektlər qeydiyyatdan keçirilməmişdir. Qeyd olunanlara əsasən X3 Sistemləri İstismarı İdarəsinin İXM-in 276-1- ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən X3 Sistemləri İstismarı İdarəsi nümayəndəsi İbrahimli Ülvi Vidadi oğlu göstərdi ki, təmsil etdiyi qurumu təqsirli bilməyərək izahatında bildirdi ki, Dağ-X2 Agentliyi tərəfindən X3 Sistemləri İstismarı İdarəsinin hüquqi ünvanında 2025-ci ildə aparılan yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanlara uyğun olaraq Antinhsar və itsehlak bazarına nəzarət idarəsinə müraciət edilmiş, yanacaq çənləri rənglənmiş, üzərlərində qeydlər aparılmışdır. Antinhsar və İstehlak Bazarına nəzarət idarəsinə ilk dəfə müraciət etdikdən sonra imtina verildiyi üçün imtinanın səbəbləri aradan qaldırılması yöndə işlər görülmüş və nöqsanlar aradan qaldırıldıqdan sonra hazırda yenidən təkrar olaraq Antiinhsar və İstehlak bazarına nəzarət dövlət agentliyinə müraciət edilmişdir. Nümayəndə ## ### 2026-cı il tarixli, MN № ******* saylı protokolu əsasında, X3 Sistemləri İstismarı İdarəsi barəsində başlanmış inzibati icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin **/*** nömrəli, ##.##.2025-ci il tarixli yoxlama aktından görünür ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən X3 Sistemləri İstismarı İdarəsində aparılan yoxlama nəticəsində müəssisədə istismar olunan 1 (bir) ədəd Avtokran və 4 (dörd) ədəd yanacaq saxlama çəni təhlükə potensiallı obyektlərin Dövlət reyesterində qeydiyyatdan keçirilməmişdir. İş materialında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin **/*** nömrəli, ##.##.2026-cı il tarixli yoxlama aktından görünür ki, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən X3 Sistemləri İstismarı İdarəsində aparılan yoxlama nəticəsində müəssisədə istismar olunan 1 (bir) ədəd Avtokran və 4 (dörd) ədəd yanacaq saxlama çəni təhlükə potensiallı obyektlərin Dövlət reyesterində qeydiyyatdan keçirilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, X3 Sistemlərinin İstismarı İdarəsi Azərbaycan Respublikası İXM-in 276- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X3 Sistemlərinin İstismarı İdarəsinin Azərbaycan Respublikası İXM-in 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq “Təhlükə potensiallı obyektlərin siyahısı’nın 3-cü bəndinə əsasən sözügedən kran manipulyator təhlükə potensiallıdır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydasının 1.6-cı bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyi haqqında Əsasnamə”nin 8.11-ci bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyi tərəfindən X3 Sistemlərinin İstismarı İdarəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, X3 Sistemlərinin İstismarı İdarəsi müəsissədə istismar olunan 1 (bir) ədəd Avtokran və 4 (dörd) ədəd yanacaq saxlama çənindən təhlükə ibarət potensiallı obyektlərin Dövlət reyesterində qeydiyyatdan keçirilməməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən X3 Sistemlərinin İstismarı İdarəsinə təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-in 276-1-ci maddəsinin sanksiyasına əsasən təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunmuş inzibati cərimə tənbehi törədilmiş inzibati xətanın xarakterinə, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsinə tam adekvat olmuşdur. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, X3 Sistemlərinin İstismarı İdarəsinə tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından X3 Sistemlərinin İstismarı İdarəsinin rəisi Z.M.Sadıqov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-507/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-507/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver