Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-508/2026 25.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin (bundan sonra - BDYPI) ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar eyni səviyyəli birinci instansiya məhkəmələri arasında yaranmış aidiyyətlə bağlı fikir ayrılığına baxaraq MÜƏYYƏN ETDIM: Azırbaycan Respublikası DIN BDYPI-nin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin ## ### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra-IXM) 346.5 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati cərimə təyin edilmiş Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın qeyd edilən qərarından verdiyi şikayət Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə təmin edilmiş, səlahiyyətli orqanın həmin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilmişdir. Inzibati xəta haqqında işə təkrar baxan BDYPI-nin vəzifəli şəxsinin ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) yenidən IXM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Səlahiyyətli orqanın sonuncu inzibati tənbeh təyin etmə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) yenidən Abşeron Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixli qərardadla inzibati xəta haqqında işi aidiyyəti üzrə baxılması üçün Qərardan şikayət verən orqan (şəxs) qeydiyyatda olduğu yer üzrə Saatlı Rayon Məhkəməsinə göndərmişdir. Saatlı Rayon Məhkəməsinin hakimi qeyd olunan inzibati xəta haqqında işin onun səlahiyyətinə aid olmaması əsası ilə inzibati xəta haqqında işin aidiyyətini mübahisələndirmiş və məhkəmələr arasındakı fikir ayrılığının aradan qaldırılması üçün işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Aidiyyətlə bağlı birinci instansiya məhkəmələri arasındakı fikir ayrılığına əsas olan halları iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, habelə aidiyyətlə bağlı inzibati xətalar qanunvericiliyinin müvafiq normalarını rəhbər tutaraq aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edirəm. Işin mahiyyətinə keçməzdən öncə qeyd etməyi zəruri hesab edirəm ki, aidiyyət məsələsinə ciddi şəkildə əməl edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının tələblərindən irəli gəlir. Belə ki, Əsas Qanunun 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ######## 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. kimi xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsi Plenumunun başqa bir qərarında - “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, Əsas Qanunun və cinayət-prosessual qanunvericiliyin müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən görünür ki, aidiyyət qaydalarının pozulması yolverilməzdir və məhkəmələr bu qaydalara ciddi şəkildə əməl etməlidirlər. Bu onunla əlaqədardır ki, məhkəmə aidiyyətinin pozulması nəticəsində qəbul edilmiş məhkəmə aktı əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda qanunsuz hesab ediləcəkdir. Odur ki, hazırki iş üzrə aidiyyətlə bağlı fikir ayrılığını yaradan halları, habelə birinci instansiya məhkəmələrinin bununla bağlı mövqelərini Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin tələbləri baxımından nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm. Ərazi aidiyyəti kontekstində hazırki işin halları ilə bağlı ilk əvvəl onu qeyd etmək lazımdır ki, birinci instansiya məhkəmələri inzibati xətalara dair işlərə iki əsas üzrə baxırlar. Bunlardan birincisi məhkəmələrin baxmaq səlahiyyətinə aid olan inzibati xətalar haqqında protokol, ikincisi isə inzibati xəta haqqında işə baxmaq hüququ olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarlarıdır. Birinci halda inzibati xəta haqqında iş məhkəmənin səlahiyyətinə aid olur və məhkəmə işi mahiyyəti üzrə həll edir. Ikinci halda isə məhkəmə işi mahiyyəti üzrə həll etmir, səlahiyyətli orqanın qəbul etdiyi qərarın qanununiliyini və əsaslılığını yoxlayır. Odur ki, məhkəmənin işə baxmasının əsaslarından asılı olaraq işin aidiyyət məsələsi də qanunverici tərəfindən fərqli şəkildə müəyyən edilmişdir. Belə ki, işi mahiyyəti üzrə həll edən məhkəmənin baxdığı işin aidiyyət qaydaları IXM-in 110-cu, səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarlarının yoxlanılması ilə əlaqədar inzibati xətalara dair işlərin aidiyyət qaydaları isə həmin Məcəllənin 129-cu maddəsində təsbit edilmişdir. Hazırki işdə aidiyyətlə bağlı mübahisə işi mahiyyəti üzrə həll etmiş səlahiyyətli orqanın qərarının qanuniliyinin və əsaslılığının yoxlanılması ilə əlaqəli olduğuna görə bu mübahisənin həll edilməsi üçün IXM-in 129-cu maddəsində nəzərdə tutulmuş müddəalar əsas götürülməlidir. IXM-in 129.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. Göründüyü kimi IXM-in 129.1-ci maddəsində inzibati tənbeh vermə haqqında qərarlardan məhkəmələrə verilən şikayətlərin 3 qaydası müəyyən edilmişdir. Inzibati xətalara dair işlər üzrə səlahiyyətli orqanların qərarlarından verilən şikayətlərin inzibati xətanın törədildiyi yer üzrə baxılması (IXM-in 129.1.3-cü madd.), səlahiyyətli orqanların elektron qərarlarından verilən şikayətlərə şikayət verən şəxsin yaşayış yeri üzrə baxılması (IXM-in 129.1.3-1-ci madd.) və bu Məcəllənin 129.1.3-cü maddəsində nəzərdə tutulan halda şəxsin vəsatətinə əsasən aidiyyətin dəyişdirilərək işə şəxsin yaşayış yeri üzrə baxılması (IXM-in 129.1-1-ci madd.). Hazırki işin materiallarından görünür ki, aidiyyət mübahisəsinin yaranmasına səbəb olan inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar statusunda deyil. Həmin qərar səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsinə bilavasitə baxması nəticəsində çıxarılan qərardır ki, bu cür qərarlara baxılmasının məhkəmə aidiyyəti IXM-in 129.1.3-cü maddəsində nəzərdə tutulmuşdur. IXM-in 129.1.3-cü maddəsi inzibati xəta haqqında işin ərazi aidiyyətini inzibati xəta hadisəsinin törədildiyi yerlə əlaqələndirmişdir. Ona görə də nəzərə alsaq ki, hazırki iş üzrə barəsində şikayət verilən qərar elektron statusa malik deyil, belə olan halda səlahiyyətli orqanın qeyd edilən qərarından verilmiş şikayətin aidiyyəti də IXM-in 129.1.3-1-ci maddəsi əsasında həll oluna və şəxsin yaşayış yeri üzrə məhkəmədə baxıla bilməz. Bu halda sözügedən qərardan verilən şikayətə baxılmasının aidiyyəti yalnız IXM-in 129.1.3-cü maddəsi ilə həll oluna bilər. Həmin maddədə isə səlahiyyətli orqanın qərarlarından verilən şikayətlərə inzibati xəta hadisəsinin törədilyi yerin məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Onu da qeyd etməyi vacib hesab edirəm ki, işin faktiki halları baxımından da səlahiyyətli orqanın həmin qərarından verilən şikayətə Abşeron Rayon Məhkəməsində baxılması zərurəti ortaya çıxır. Belə ki, iş materiallarından görünür ki, eyni inzibati xəta hadisəsinə görə BDYPI tərəfindən birinci dəfə qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh təyin etmə haqqında qərara Abşeron Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmış və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, səlahiyyətli orqan tərəfindən işin faktiki halları hərtərfli, tam və obyektiv araşdırılmamış, Qərardan şikayət verən orqan (şəxs) əməlinə düzgün qiymət verilməmişdir. BDYPI-nin işə baxmaq hüququ olan vəzifəli şəxsi yenidən işə baxdıqdan sonra Qərardan şikayət verən orqan (şəxs) təkrarən həmin inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsi səlahiyyətli orqanın sonuncu qərarından verilən şikayətə baxmaqla özünün əvvəlki qərarında şərh olunan halların səlahiyyətli orqan tərəfindən nəzərə alınıb-alınmaması, habelə əmələ düzgün qiymət verib-verməməsi, bir sözlə hərtərəfli, tam və obyektiv araşdırma aparılıb-aparılmaması ilə bağlı məsələlərin həllində daha əsaslı nəticəyə gələ bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xətalar qanunvericiliyinin tələblərindən irəli gələrək BDYPI-nin inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayət Abşeron Rayon Məhkəməsinə aiddr. Bu baxımdan inzibati xəta haqqında iş baxılması üçün həmin birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanıb, Azərbaycan Respublikası CPM-in 77-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutub QƏRAR VERDIM: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin ## #### 2026-cı il tarixli, **/*-****** nömrəli inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədr: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №3(3-9)-508/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-508/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver