Məhkəmə qərarları › İş №3(3-9)-509/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-509/2026

03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-509/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli EQ ******** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, DIN BDYPI-nin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib məhkəmənin və səlahiyyətli orqanın vəzifəli şəxsinin qərarlarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Işin halları DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə idarə etdiyi “Kia Ceed” minik markalı “** RB ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Imişli şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmiş, yol ayrıcını keçmə qaydalarını pozmuş və bununla da IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının, eləcə də DIN BDYPI-nin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Imişli Rayon Məhkəməsi qərarda iddia edir ki, guya o, ##.##.2026-cı il tarixdə saat 20:15-də Imişli şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən qaydanı pozmuşdur. Lakin iş materialındakı yeganə maddi sübut olan fotoşəkilə baxdıqda, xətanın tam fərqli zaman kəsiyində - saat 12:33:27-də (gündüz vaxtı) baş verdiyi aşkar görünür. Iyul-avqust ayları üçün saat 20:15 axşam (hava qaralan) vaxtı olsa da, fotoşəkil günün günorta çağı, tam işıqlı havada çəkilmişdir. Hakim işə obyektiv baxmayaraq, maddi sübutdakı saatı (12:33) tamamilə görməzdən gəlmiş və sistemə sonradan əllə daxil edilən real olmayan axşam saatını (20:15) qərarına köçürmüşdür. Bundan başqa, inzibati xətanı qeydə alan kamera qanunsuzdur, heç bir rəsmi lisenziyası yoxdur, dövlət standartlarına cavab vermir və GPS sistemi mövcud deyil. Görüntünün saat 12:33də çəkilməsinə baxmayaraq, mərkəzi sistemə 8 saat sonra (saat 20:15-də) vurulması sübut edir ki, cihaz avtomatik real vaxt rejimində işləmir. YPX əməkdaşı başqa bir monitorun ekranından görüntüsünü planşetlə çəkərək kustar üsulla və qanunsuz manipulyasiya ilə sistemə yerləşdirmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmadan təqsirsizlik prezumpsiyası prinsiplərinə zidd qərar çıxarmışdır. Prosessual məsələlər Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati tənbeh təyin edilmiş şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati tənbeh təyin edilmiş şəxsin apellyasiya şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, IXM-in 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Səlahiyyətli orqanın (DIN BDYPI-nin) qəbul etdiyi ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə “Kia Ceed” minik markalı “** RB ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Imişli şəhəri, Heydər Əliyev prospektində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Işdə olan inzibati xətanın əks olunduğu videogörüntüdən görünür ki, “Kia Ceed” minik markalı “** RB ***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Imişli şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən yolun 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla, yol ayrıcını qadağan olunmuş yerdən keçmişdir. “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş 1.1 üfüqi nişanlanma xətti istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. IXM-in 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə). Həmçinin, IXM-in 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Işdə olan DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı elektron qərarından görünür ki, inzibati xətanın əks olunduğu fotoşəkillər və videogörüntü DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətində qeydə alınmış və həmin elektron qərar Xidmətin rəisi tərəfindən qəbul edilmişdir. Bu da onu göstərir ki, Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xətanı qeydə alan xüsusi texniki vasitə Daxili Işlər Nazirliyinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmuşdur. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuş, DIN BDYPI onu haqlı olaraq həmin maddə ilə təqsirli bilərək barəsində cərimə tənbehi tətbiq etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi dəlillər isə iş materialları ilə təsdiq edilməmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar