Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-510/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, ## ###### 1988-ci il tarixdə Imişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Imişli şəhəri, G.Şıxlinski küçəsi, ev 88, mənzil 88-də yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən başlanmış iş üzrə icraata xitam verilməsinə dair Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Imişli Rayon Icra və Probasiya Şöbəsi tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Imişli Rayon Məhkəməsinə göndərilmişdir. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilərək iş üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsinə uyğun olaraq müəyyən müddətinə inzibati həbs tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından narazıdır. Məhkəmənin qərarı əsassız və qanunsuzdur.Qərarda işin faktiki hallarına qiymət verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzrsüz səbəbdən Imişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədini icra etməmişdir. Hazırda borclunun 4800 manatdan çox yığılmış aliment borcu vardır. Borclu icra sənədini icra etmək üçün heç bir hərəkət etməmişdir və hazırda da məhkəmə borclunun barəsində heç bir ciddi tədbir görməmişdir .Aliment borcu borclu tərəfindən ödənilmədiyi üçün uşaqları saxlamaqda çətinlik çəkir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil ayrı-ayrılıqda şikayətin təmin edilməməsini, qanuni və əsaslı olan Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilərək iş üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsinə uyğun olaraq müəyyən müddətinə inzibati həbs tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Imişli Rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Imişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, ##.##.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2, ##.##.2017-ci il təvəllüdlü X3 üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 160 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,4 misli miqdarında aliment Zərərçəkmiş şəxs xeyrinə ödəməsi qət edilmişdir. Icraata başlama haqqında ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Imişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir; “Elektron Icra” informasiya sistemindən çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzil (907013032860-***** reyestr nömrəli) fərdi yaşayış evi və nəqliyyat vasitəsi mövcuddur, həmçinin, o, rəsmi olaraq satıcı kimi işləyir və 100 manat məbləğində əmək haqqı alır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun icra sənədini üzrsüz səbəbdən icra edilməməsi sübut olunmadığından Sabirabad Rayon Məhkəməsinin onun əməlində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsinə dair gəldiyi nəticə qanunidir. IXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. IXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasını məhz üzürsüz səbəbdən icra etməmə halının öz təsdiqini tapmamasını nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin işə xitam verməsi qanuna uyğundur, çünki təqdim edilən sübutlarla şəxsin qəsdən öhdəlikdən yayınması sübut olunmamışdır. IXM-in 528.1-ci maddəsinin tətbiqi üçün iki əsas element olmalıdır:
1. icra öhdəliyinin mövcudluğu;
2. bu öhdəlikin üzürsüz səbəbdən icra edilməməsi (subyektiv tərəf-niyyət). Inzibati məsuliyyətin tətbiqi hüquqi dövlət prinsipinin mühüm elementlərindən biri olan qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərinə əsaslanır və inzibati məsuliyyət yalnız inzibati xəta tərkibinin bütün elementləri mövcud olduqda yarana bilər. Inzibati xəta tərkibi obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəf kimi elementlərin məcmusundan ibarətdir və bu elementlərdən hər hansı birinin mövcud olmaması həmin əmələ inzibati xəta kimi hüquqi qiymət verilməsini istisna edir. Bu baxımdan inzibati məsuliyyətin tətbiqi üçün yalnız formal olaraq müəyyən hərəkətin mövcudluğu kifayət etmir, həmin hərəkətin hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərə uyğunluğu sübuta yetirilməlidir. IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin hüquqi tərkibinin mahiyyəti ondan ibarətdir ki, şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədikdə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətlərdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etmədikdə inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın dispozisiyasından irəli gəlir ki, məsuliyyətin yaranması üçün bir neçə zəruri hüquqi şərt mövcud olmalıdır. Ilk növbədə icra məmuru tərəfindən qanuni tələb irəli sürülməli, həmin tələb borcluya qanunla müəyyən edilmiş qaydada çatdırılmalı və borcluya icra sənədinin könüllü qaydada icrası üçün qanunvericiliklə müəyyən edilmiş müddət verilməlidir. Yalnız bundan sonra borclunun həmin tələbi üzrsüz səbəbdən yerinə yetirməməsi halında onun davranışı inzibati xəta kimi qiymətləndirilə bilər. Inzibati məsuliyyətin tətbiqi hüquqi müəyyənlik və hüquqi təhlükəsizlik prinsiplərinə uyğun həyata keçirilməlidir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxs üzərinə qoyulan hüquqi öhdəliklər barədə əvvəlcədən məlumatlandırılmalı və həmin öhdəlikləri yerinə yetirmək üçün real imkan əldə etməlidir. Əgər şəxsə icra sənədinin icrası ilə bağlı qanuni tələb rəsmi qaydada çatdırılmamışdırsa, onun həmin tələbi pozması barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Bu hal inzibati məsuliyyətin tətbiqində hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnər və şəxsin müdafiə hüququnun təmin edilməməsi anlamına gələr. Iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, icraata başlamaq haqqında qərarın və icra sənədinin könüllü icrası barədə bildiriş ##.##.2026-cı il tarixdə təqdim edilmiş, həmin tarixdə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə onu göstərir ki, borcluya icra sənədinin könüllü qaydada icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin verilməmişdir. Belə olan halda borclunun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsi kimi qiymətləndirilə biləcək hüquqi vəziyyət formalaşmamışdır. Bununla yanaşı, icra məmuru tərəfindən “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinin tələblərinə riayət edilməmiş və heç bir əməli tədbir görülməmişdir. Inzibati məsuliyyətin tətbiqində mühüm əhəmiyyət kəsb edən digər prinsip isə təqsirsizlik prezumpsiyası prinsipidir. IXM-in müvafiq müddəalarına əsasən şəxs yalnız təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə inzibati məsuliyyətə cəlb edilə bilər. Inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun təqsirli olması barədə aradan qaldırılmayan şübhələr həmin şəxsin xeyrinə həll edilməlidir. Bu prinsip inzibati hüquqda geniş qəbul edilmiş “şübhələrin şəxsin xeyrinə həll edilməsi” qaydasının təzahürüdür və inzibati icraatın ədalətliliyini təmin edən əsas hüquqi təminatlardan biri hesab olunur. Hazırkı iş üzrə isə borclunun icra sənədini icra etməməsinin məhz icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi ilə əlaqəli olduğu sübuta yetirilməmişdir. Çünki icra məmuru icraata başlamaq haqqında qərarın və icra sənədinin könüllü icrası barədə bildiriş ##.##.2026-cı il tarixdə təqdim edilmiş, həmin tarixdə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə inzibati xəta tərkibinin obyektiv tərəfinin mövcudluğunu istisna edir. Obyektiv tərəfin sübuta yetirilməməsi inzibati xəta hadisəsinin mövcud olmadığını göstərir və belə hallarda şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan yolverilməzdir. Icra icraatının mahiyyəti məhkəmə aktlarının real və vaxtında icrasının təmin edilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün icra məmuru yalnız formal səlahiyyətlərə deyil, həm də qanunun ruhuna uyğun olaraq mərhələli, proporsional və zəruri icra tədbirləri görməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən etibarən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Bu norma icra məmurunun fəaliyyətinə yalnız formal xarakterli vaxt çərçivəsi deyil, eyni zamanda aktiv davranış öhdəliyi müəyyən edir. Bu hal dövlət məcburiyyət mexanizmi kimi qiymətləndirilir. Yəni məcburi icra tədbirləri və xüsusilə inzibati məsuliyyət yalnız könüllü icranın təmin edilməsi üçün bütün qanuni vasitələr səmərəsiz qaldıqda tətbiq edilə bilər. Bu yanaşma həmçinin beynəlxalq hüququn ümumi prinsiplərindən olan proporsionallıq, zərurilik və son çarə (ultima ratio) prinsiplərinə əsaslanır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2018-ci il tarixli “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” qərarında da bu doktrinal yanaşma açıq şəkildə ifadə edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi birmənalı olaraq inzibati həbs və ya digər sərt inzibati təsir tədbirlərinin tətbiqini zəruri etmir, icra məmurları məhkəmə aktlarının icrasını təmin etmək üçün müxtəlif və adekvat qanuni vasitələrdən istifadə etməli, yalnız bütün imkanlar tükəndikdən sonra inzibati və ya cinayət-hüquqi təsir tədbirlərinə müraciət etməlidirlər. Bu baxımdan, inzibati xəta haqqında protokolun tərtib edilməsi icra icraatının məntiqi nəticəsi deyil, son mərhələsi olmalıdır. Əgər icra məmuru icra sənədinin alındığı gündən etibarən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməmiş, məcburi icra tədbirlərindən istifadə etməmiş və icra prosesini faktiki olaraq yekunlaşdırmamışdırsa, belə halda inzibati məsuliyyət tədbirinin tətbiqi hüquqi əsasdan kənarda qalmış olur. Həmçinin, icra prosessi zamanı inzibati məsuliyyətin tətbiqi borclunun davranışı ilə icra məmurunun fəaliyyəti arasında səbəb-nəticə əlaqəsi mövcud olduqda mümkündür. Icra məmurunun öz üzərinə düşən aktiv icra vəzifələrini tam həcmdə yerinə yetirmədiyi halda, borclunun davranışının inzibati xəta kimi qiymətləndirilməsi hüquqi müəyyənlik və ədalət prinsiplərinə ziddir. Beləliklə, icra məmuru tərəfindən icra icraatı tam başa çatmadan, qanunla nəzərdə tutulmuş bütün icra tədbirləri həyata keçirilmədən və iki aylıq icra müddətinin məzmununa uyğun real icra fəaliyyəti aparılmadan inzibati xəta haqqında protokolun tərtib edilməsi borclunun hüquqlarının pozulmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsinin bu əsasla inzibati icraata xitam verməsi həm “Icra haqqında” Qanunun tələblərinə, həm Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə, həm də icra icraatı ilə bağlı beynəlxalq hüququnun prinsiplərinə tam uyğundur. Apellyasiya instansiya məhkəməsi yalnız birinci instansiyanın qərarının qanuniliyini və əsaslılığını yoxlayır, hazırki işdə isə qanuna ziddlik aşkar olunmur. Beləliklə, birinci instansiya məhkəməsinin qərarında qanun pozuntusu aşkar edilmədiyindən, həmin qərarın dəyişdirilməsinə əsas yoxdur. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
QƏRARA A L D İ:
Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi barədə Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.