Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-511/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsinin rəisi X1 iştirakı ilə, Əhmədov İlqar Ağaqardaş oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə xitam verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsinin rəisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim İmanov Xaliq Xalıq oğlunun sədrliyi) ilə Əhmədov İlqar Ağaqardaş oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən (təqsirliliyi sübuta yetirilmədiyinə, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə) xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Əhmədov İlqar Ağaqardaş oğlu tərəfindən ## #### 2026-cı il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində yerləşən “Edu Ticarət Mərkəzi” obyektinin qarşısında açıq məkanda müvafiq icazə olmadan damüstü reklam qurğusunun yerləşdirilməsi aşkar edilmiş Bu səbəbdən, Azərbaycan Respublikası X9 X2 İdarəsi tərəfindən vəzifəli şəxs Əhmədov İlqar Ağaqardaş oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Kürdəmir Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsinin rəisi X1 apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Əhmədov İlqar Ağaqardaş oğlu inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə aparılan monitorinq zamanı Əhmədov İlqar Ağaqardaş oğlunun Kürdəmir rayonu, Sığırlı kəndinin ərazisində müvafiq icazə olmadan açıq məkanda “Edu Ticarət Mərkəzi” məzmunlu reklam yerləşdirdiyi aşkar edilmişdir. Qanunvericilik aktlarının tələblərinin pozulmaqla açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edildiyindən ##.##.2026-cı il tarixində akt tərtib edilərək həmin aktda qeyd olunan çatışmazlıqların 5 gün ərzində aradan qaldırılması üçün Əhmədov İlqar Ağaqardaş oğluna icrası məcburi olan yazılı göstəriş verilmişdir. Bundan sonra pozuntunun aradan qaldırılıbqaldırılmadığını yoxlamaq məqsədi ilə aparılan monitorinq zamanı Əhmədov İlqar Ağaqardaş oğlu tərəfindən müvafiq icazə olmadan açıq məkanda yayımlanan reklamın yayımının dayandırılmadığı müəyyən edilmişdir. Bu səbəbdən, ##.##.2026-cı il tarixdə Əhmədov İlqar Ağaqardaş oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Sözügedən inzibati xəta haqqında işə ##.##.2026-cı il tarixdə Kürdəmir Rayon Məhkəməsində baxılaraq, Əhmədov İlqar Ağaqardaş oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair *(*-***)-***/**** nömrəli qərar qəbul edilmişdir. Hesab edilir ki, əldə edilmiş sübutlara əsasən Əhmədov İlqar Ağaqardaş oğlunun əməlində inzibati xəta tərkibi olduğundan, inzibati xəta haqqında iş üzrə icraatın qanuniliyini, inzibati tənbehin tətbiqinin ədalətliliyini təmin etmək məqsədilə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Əhmədov İlqar Ağaqardaş oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, Kürdəmir Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarında əsassız olaraq qeyd etmişdir ki, Əhmədov İlqar Ağaqardaş oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Halbuki, iş materialarında olan ##.##.2026-ci il tarixli fotoşəkilərlə Əhmədov İlqar Ağaqardaş oğlunun Kürdəmir rayonu, Sığırlı kəndinin ərazisində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı tam olaraq sübuta yetirilir. Eyni zamanda, Əhmədov İlqar Ağaqardaş oğlu özü də məhkəmə prosesi zamanı ##.##.2026 cı il tarixinədək müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 428.7.1-ci maddəsinin tələbinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə ilk növbədə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə hüquqi məsuliyyətin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər haların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcələnin 99.3-cü maddəsinə əsasən bu Məcələnin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcələnin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məcələnin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə, inzibati xata haqqında iş üzrə icraat başlanılmış hesab edilir Bundan başqa, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 və 26.2-ci maddələrinin tələblərinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yolarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir Bundan əlavə, Kürdəmir Rayon Məhkəməsi öz qərarında qeyd etmişdir ki, protokolun İ.A.Əhmədova təqdim edilməsi və ya ünvanına göndərilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna münasibətdə bildirir ki, ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol İ.A.Əhmədovun iştirakı ilə tərtib olunmuşdur. Lakin İ.A.Əhmədov protokolu imzalamaqdan və onu götürməkdən imtina etmişdir. Bundan sonra ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol Əhmədov İlqar Ağaqardaş oğlunun ünvanına göndərilmiş və o ##.##.2026-cı il tarixdə poçt qəbzinə imza edərək protokolu qəbul etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Agentlik iş üzrə səlahiyyətli orqan kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin vəzifələrini və prinsiplərini, habelə ədalətli qərar qəbul edilməsini prioritet tuturaq, üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Buna baxmayaraq, Kürdəmir Rayon Məhkəməsi tərəflərindən təqdim edilmiş təkzibedilməz sübutları nəzərə almayaraq, Əhmədov İlqar Ağaqardaş oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsinin rəisi X1 apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçısını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və Əhmədov İlqar Ağaqardaş oğlunun Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Barəsində şikayət verilən məhkəmə qərarından görünür ki, məhkəmə Əhmədov İlqar Ağaqardaş oğlunun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verərkən ona əsaslanmışdır ki, “Kürdəmir rayonu, Sığırlı kəndində (Bakı-Qazax-Gürcüstan yolunun kənarında) biri-birinə bitişik “EDU market” və “EDU ticarət mərkəzi” yerləşir və hər iki ticarət obyektinin damında adları yazılan lövhə quraşdırılmışdır. 2026-cı ilin aprel ayında X2 İdarəsinin əməkdaşları baş müfəttiş Zamin İbrahimov və böyük müfəttiş Nicat İsmayılov ünvana gedərək həmin lövhələrə görə icazə alınmasını və rüsum ödənilməsini bildirərək obyekt sahiblərini X2 İdarəsinə dəvət etmiş, tələb edilən icazəni və ödəniləcək rüsuma görə hesab-fakturanı onlara təqdim etməklə göstərilən məbləğə uyğun ödənişlərin edilməsi razılaşdırılmış, 2026-cı ilin iyun ayının 24-də açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədi və dövlət rüsumunun, yayım haqqının ödənişi üçün hesab fakturalar onlara təqdim edilmiş, həmin gün də, hesab fakturalarda göstərilən məbləğlər reklam agentliyinin göstərdiyi hesablara ödənilmişdir. Həmin sənədlərin surəti və ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. X2 İdarəsinin həmin əməkdaşları ## ##### 2026-cı il tarixdə onun barəsində akt və ## #### 2026-cı il tarixdə isə baş müfəttiş Zamin İbrahimov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İ.A.Əhmədov məhkəməyə verdiyi izahatında həmin akt və protokolla məhkəmədə tanış olduğunu bildirmişdir. Göstərilən aktın və protokolun İ.A.Əhmədova təqdim edilməsi və ya ünvanına göndərilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. X2 İdarəsinin verdiyi icazə sənədi Qaydaların 2.12-ci, həmin idarənin əməkdaşlarının hərəkətləri isə Qaydaların 3.16-cı bəndlərinin tələblərinə cavab verməmişdir”. Lakin apellyasiya instansiyası məhkəməsi mövcud iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Əhmədov İlqar Ağaqardaş oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, birinci instansiya məhkəməsində X2 İdarəsinin nümayəndəsi İsmayılov Nicat Zahid oğlu izahatında göstərmişdir ki, Əhmədov İlqar Ağaqardaş oğlu tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Əhmədov İlqar Ağaqardaş oğlu tərəfindən müvafiq icazə almadan özünə məxsus “Edu Ticarət Mərkəzi” obyektinin giriş hissəsində, fasadında 27.9 kv metr ölçüdə reklam yerləşdirilməsi faktı aşkar olunmuş, daha sonra həmin şəxsə yazılı göstərişlə müraciət edərək müvafiq icazənin alınması üçün X2 İdarəsinə müraciət etməsi xahiş olunmuşdur. Buna baxmayaraq Əhmədov İlqar Ağaqardaş oğlu tələbi yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında icraat aparılan Əhmədov İlqar Ağaqardaş oğlu izahatında bildirmişdir ki, yaşadıqları Kürdəmir rayonu, Sığırlı kəndində, İpək yolunun kənarında qardaşı oğlu Əhmədov Amal Heyrət oğluna və ona məxsus ticarət obyektləri var və həmin obyektlərin adı yazılan lövhələr binanın damına quraşdırılmışdır. 2026-cı ilin aprel ayında X2 İdarəsinin əməkdaşları obyektə gələrək həmin lövhələrə görə icazə alınması və rüsum ödənilməsi üçün onların X2 İdarəsinə gəlmələrini bildirərək çıxıb getmişlər. Həmin əməkdaşlara bildirmişlər ki, tələb edilən icazəni və ödəniləcək rüsuma görə hesabfakturanı onlara təqdim etsinlər ki, göstərilən məbləğə uyğun ödəniş etsinlər. Bundan bir müddət sonra, yəni 2026-cı ilin iyun ayının 24-də açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədi və dövlət rüsumunun, yayım haqqının ödənişi üçün hesab fakturaları onlara təqdim edilmiş, həmin gün də, hesab fakturalarda göstərilən məbləğlər reklam agentliyinin göstərdiyi hesablara ödənilmişdir. Həmin sənədlərin surəti və ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, X2 İdarəsinin həmin əməkdaşları ## ##### 2026-cı il tarixdə onun barəsində akt və ## #### 2026-cı il tarixdə isə inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin akt və protokolla məhkəmədə tanış olmuşdur. Əgər həmin aktı və protokolu imza etməkdən imtina etmişdirsə, onda bundan 1 həftə sonra açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədini və dövlət rüsumunun, yayım haqqının ödənişi üçün hesab fakturalar onlara niyə təqdim edilməli idi. İ.A.Əhmədov izahatının sonunda işin şərh edilən hallarını və təqdim etdiyi sənədləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət reklam agentliyi X2 İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Əhmədov İlqar Ağaqardaş oğlu tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi ilə müvafiq icazə almadan açıq məkanda 27.9 ölçüdə digər fasad reklamı yerləşdirməsi faktı aşkar edilmiş, lakin akt tərtib edildikdən sonra Əhmədov İlqar Ağaqardaş oğlu akta imza etməkdən imtina etmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli yazılı göstərişdən görünür ki, açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Əhmədov İlqar Ağaqardaş oğluna xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X9 X2 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş № *************** qeydiyyat nömrəli "Açıq məkanda reklam yerləşdirilməsinə icazə" sənədinə əsasən, Amal Heyrət oğlu Əhmədova Kürdəmir rayonu, Bakı–Ələt–Qazax–Gürcüstan yolu küçəsində yerləşən binanın damında 8,60 × 1,00 metr ölçüdə hərflər və loqotiplərdən ibarət açıq məkan reklamının yerləşdirilməsinə ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi publik hüquqi şəxsi tərəfindən ##.##.2026-cı il tarixli M************** nömrəli hesab-faktura tərtib edilmişdir. Hesab fakturaya əsasən, Amal Heyrət oğlu Əhmədov üçün ##.##.2025-ci il–##.##.2026-cı il dövrünü əhatə edən, icazə sənədləri № İ26100616530002 və № İ26100616530001 üzrə binaların damında hərflər və loqotiplər şəklində reklam daşıyıcılarının yayım haqqı hesablanmışdır. Hesab-faktura üzrə faktura məbləği 340,80 manat, ƏDV məbləği 61,34 manat, ödənilməli yekun məbləğ isə 402,14 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi publik hüquqi şəxsi tərəfindən ##.##.2026–##.##.2027-ci illəri əhatə edən dövr üzrə yayım haqqının ödənilməsi üçün M************** nömrəli hesab-faktura tərtib edilmişdir. Hesab-fakturaya əsasən, İlqar Əhmədov Ağaqardaş oğluna binaların damında hərflər və loqotiplər, habelə digər fasad reklamlarının yerləşdirilməsinə görə yayım haqqı hesablanmış, fakturanın ümumi məbləği 791,10 manat, ƏDV məbləği 142,40 manat, ödənilməli yekun məbləğ isə 933,50 manat təşkil etmişdir. İş materiallarında olan Əhmədov Amal Heyrət oğlu Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ##.##.2014-cü il tarixində verilmiş 5700562962 VÖEN nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən vergi ödəyicisi kimi qeydiyyatdadır. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, İlqar Əhmədovun ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Belə ki, birinci instansiya məhkəməsi Əhmədov İlqar Ağaqardaş oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğunu müəyyən etməyərək iş üzrə icraata xitam vermiş, bu qənaətə gələrkən əsasən ## #### 2026-cı il tarixində açıq məkanda reklam yerləşdirilməsinə icazənin alınmasını və müvafiq ödənişlərin həyata keçirilməsini nəzərə almışdır. Lakin apellyasiya məhkəməsi hesab edir ki, həmin nəticə işin faktiki hallarına və iş materiallarında olan sübutların məzmununa uyğun deyildir. Əvvəla, iş materiallarından müəyyən edilir ki, Əhmədov İlqar Ağaqardaş oğluna məxsus “Edu Ticarət Mərkəzi”nin giriş hissəsində, fasadında 27,9 kvadratmetr ölçüdə reklam yerləşdirilməsi faktı ## ##### 2026-cı il tarixində X9 X2 İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş, bununla əlaqədar həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Aktdan görünür ki, reklamın açıq məkanda müvafiq icazə alınmadan yerləşdirilməsi müəyyən edilmiş, Əhmədov İlqar Ağaqardaş oğlu isə aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra, ## ##### 2026-cı il tarixində Əhmədov İlqar Ağaqardaş oğluna açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş verilmişdir. Beləliklə, ona aşkar edilmiş pozuntunun aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğun hərəkət etməsi üçün real imkan yaradılmışdır. Lakin qeyd olunan göstərişin verilməsinə baxmayaraq, reklamın yayımının dayandırılmadığı və müvafiq icazə alınmadan reklamın yerləşdirilməsinin davam etdiyi müəyyən edilmişdir. Nəticədə ## #### 2026-cı il tarixində Əhmədov İlqar Ağaqardaş oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu baxımdan, iş üzrə hüquqi əhəmiyyət kəsb edən əsas məsələ Əhmədov İlqar Ağaqardaş oğlunun ## #### 2026-cı il tarixində açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdiribyerləşdirməməsidir. İş materiallarından isə həmin tarixdə reklamın faktiki olaraq mövcud olması və onun yerləşdirilməsi üçün qanunvericiliklə tələb olunan icazənin mövcud olmaması kifayət qədər aydın şəkildə müəyyən edilir. Birinci instansiya məhkəməsi isə bu halı düzgün qiymətləndirməmiş və ## #### 2026-cı il tarixində verilmiş icazə sənədini ## #### 2026-cı il tarixində törədilmiş inzibati xətanı istisna edən hal kimi qəbul etmişdir. Halbuki ## #### 2026-cı il tarixində verilmiş icazə sənədinin mövcudluğu özlüyündə ## #### 2026-cı il tarixində mövcud olmuş hüquq pozuntusunu aradan qaldırmır. Belə ki, inzibati məsuliyyət məsələsi şəxsin əməlinin törədildiyi anda mövcud olan faktiki və hüquqi vəziyyətə əsasən həll edilməlidir. Əgər həmin tarixdə reklamın yerləşdirilməsi üçün tələb olunan icazə mövcud olmamışdırsa, sonradan belə icazənin alınması əvvəlki tarixdə törədilmiş əməlin inzibati xəta olmasını aradan qaldırmır. Digər tərəfdən, iş materiallarında olan ## #### 2026-cı il tarixli, №*************** qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə icazə” sənədinin məzmunundan görünür ki, həmin icazə Əhmədov İlqar Ağaqardaş oğluna deyil, Əhmədov Amal Heyrət oğluna verilmişdir. Həmin sənəddə Kürdəmir rayonu, Bakı–Ələt–Qazax–Gürcüstan yolu küçəsində yerləşən binanın damında 8,60 × 1,00 metr ölçüdə hərflər və loqotiplərdən ibarət açıq məkan reklamının yerləşdirilməsinə icazə verildiyi göstərilmişdir. Belə olan halda, həmin sənədin Əhmədov İlqar Ağaqardaş oğlunun barəsində ## #### 2026-cı il tarixində yaranmış inzibati məsuliyyəti istisna edən sənəd kimi qəbul edilməsi mümkün deyildir. Çünki icazə konkret reklam yayıcısına, konkret reklam daşıyıcısına və konkret reklam obyektinə münasibətdə hüquqi nəticə yaradır və başqa şəxsin eyni və ya oxşar reklam obyektinə münasibətdə hüquqi əsas kimi qəbul edilə bilməz. Eyni zamanda, iş materiallarında olan ## #### 2026-cı il tarixli M************** nömrəli hesab-fakturanın İlqar Əhmədov Ağaqardaş oğlunun adına tərtib edilməsi də ## #### 2026-cı il tarixində onun müvafiq icazəyə malik olduğunu təsdiq etmir. Əksinə, həmin sənədin özü də ## #### 2026-cı il tarixində tərtib edilmişdir və buna görə də ## #### 2026-cı il tarixində müvafiq icazənin mövcudluğuna dair sübut kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Əhmədov İlqar Ağaqardaş oğlunun birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahat da onun inzibati xətanın törədilməsini istisna edən məzmun daşımır. Əksinə, onun izahatından görünür ki, reklam lövhələrinin onun istifadə etdiyi və ona məxsus ticarət obyekti ilə bağlı olduğu, həmin reklamların yerləşdirilməsi məsələsi ilə əlaqədar X9 əməkdaşlarının obyektə gəldiyi və ondan müvafiq icazənin alınmasının tələb edildiyi ona məlum olmuşdur. O, yalnız sonradan, ## #### 2026-cı il tarixində icazə sənədlərinin və ödəniş sənədlərinin təqdim edildiyini bildirmişdir. Bu izahat həmin şəxsin reklamın mövcudluğundan və onun yerləşdirilməsi ilə bağlı icazə məsələsindən xəbərsiz olmadığını göstərməklə yanaşı, inzibati xəta haqqında protokolun tərtib edildiyi ## #### 2026-cı il tarixində icazənin artıq mövcud olması barədə nəticə çıxarmağa əsas vermir. Əksinə, iş materiallarında olan ## ##### 2026-cı il tarixli akt, ## ##### 2026-cı il tarixli yazılı göstəriş, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol, reklamın fotoşəkilləri, X2 İdarəsinin nümayəndəsinin məhkəmədə verdiyi izahat və Əhmədov İlqar Ağaqardaş oğlunun özünün verdiyi izahat bir-birini tamamlayan sübutlar olmaqla, reklamın müvafiq icazə olmadan yerləşdirilməsi faktını təsdiq edir. İş üzrə sübutların qiymətləndirilməsi zamanı onların hər birinin ayrılıqda deyil, qarşılıqlı əlaqədə və məcmu halında nəzərə alınması zəruridir. Bu halda sübutların məcmusundan müəyyən olunur ki, Əhmədov İlqar Ağaqardaş oğlu tərəfindən ona məxsus “Edu Ticarət Mərkəzi” ilə bağlı açıq məkanda reklam yerləşdirilmiş, həmin reklamın yerləşdirilməsi müvafiq icazə alınmadan həyata keçirilmiş, pozuntunun aradan qaldırılması barədə yazılı göstəriş verilməsinə baxmayaraq, ## #### 2026-cı il tarixinədək pozuntu aradan qaldırılmamış və məhz bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu halların hər biri ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan sübutlar kimi qiymətləndirildikdə, Əhmədov İlqar Ağaqardaş oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv əlamətlərinin mövcudluğu barədə kifayət qədər əsaslı nəticəyə gəlmək mümkündür. Bundan başqa, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında protokolun Əhmədov İlqar Ağaqardaş oğluna təqdim edilməsi ilə bağlı sübutların olmaması barədə nəticəsinə münasibətdə də qeyd edilməlidir ki, iş materiallarından görünür ki, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib edilmiş, Əhmədov İlqar Ağaqardaş oğlu izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Bundan sonra həmin protokolvə ona əlavə edilmiş sənədlər onun ünvanına göndərilmiş və ## ### 2026-cı il tarixində poçt vasitəsilə qəbul edilmişdir. Beləliklə, protokolun məzmununun və onunla bağlı icraatın barəsində inzibati xəta haqqında iş aparılan şəxsə məlum olmaması barədə hər hansı əsaslı nəticə çıxarmaq mümkün deyildir. Buna görə də, protokolun təqdim edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin irəli sürdüyü xüsusat inzibati xəta hadisəsinin və Əhmədov İlqar Ağaqardaş oğlunun təqsirinin mövcudluğunu şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, İlqar Əhmədovun ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yuxarıda qeyd olunan sübutlara düzgün istinad edilməmiş, nəticə etibarilə qanuni və əsaslı qərarın qəbul edilməsinə nail olunmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla yanaşı, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsi ilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 3.6-cı bəndindən görünür ki, açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. 3.7-ci bəndinə əsasən, müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, Əhmədov İlqar Ağaqardaş oğlu fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Məhkəmə İlqar Əhmədovun törətmiş olduğu inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xətanın məqsədlərinə nail olmaq, İlqar Əhmədovu qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsinin rəisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, vəzifəli şəxs Əhmədov İlqar Ağaqardaş oğlu Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsinin rəisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Əhmədov İlqar Ağaqardaş oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-511/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-511/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver