Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-512/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Abdullayev Araz İlyas oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpa edilməməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından Abdullayev Araz İlyas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Muxtar Muxtarov) ilə Abdullayev Araz İlyas oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. İŞİN HALLARI Abdullayev Araz İlyas oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə Abdullayev Araz İlyas oğlunun şikayəti geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə Abdullayev Araz İlyas oğlu buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə daxil olmuşdur. Abdullayev Araz İlyas oğlu Abdullayev Araz İlyas oğlunun Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X5 Xidmətinin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından şikayət müddətinin bərpa edilməsini xahiş etmişdir. Abdullayev Araz İlyas oğlu qərardan şikayət vermə müddətinin buraxılması barədə vəsatəti onunla əsaslandırmışdır ki, həmin qərar ona gec təqdim olunmuşdur Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından görünür ki, Abdullayev Araz İlyas oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Abdullayev Araz İlyas oğlu Kürdəmir Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. İşə baxan Kürdəmir Rayon Məhkəməsi vəsatəti yuxarıda göstərilən qaydada həll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından Abdullayev Araz İlyas oğlu apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadının ləğv edilməsini və buraxılmış müddətin onun təqsiri olmadan baş verməsini və şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını nəzərə alaraq, müddət bərpa olunmasını və ərizənin icraata götürülməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı qərardadı ilə şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılması ilə əlaqədar vəsatətlə məhkəməyə müraciət edilməməsi, bu hal iş materialları ilə də müəyyən edilməməsi əsas gətirilərək, şikayəti geri qaytarılmışdır. Məlum qərardad ##.##.2026-cı il tarixdə Poçt vasitəsilə ünvanına daxil olmuşdur. X5 Xidmətinin sözügedən qərarı ünvanına göndərilməmiş və bu barədə məlumatı ##.##.2026-cı il tarixdə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə dəvət olunan zaman baş vermiş və bu zaman məlum qərarı tələb etməyimə baxmayaraq, ona təqdim olunmamış və bundan sonra həmin qərarı əldə etmək üçün X5 Xidmətinin Ucar Regional idarəsinə müraciət etmişdir. Burada baza məlumatlarında həmin qərar aşkar olunmadığından, X5 Xidmətinə sorğu göndərilmiş və bundan sonra həmin qərar baza məlumatlarına yerləşdirilmiş və bundan sonra, yəni ##.##.2026-cı il tarixdə həmin qərar ona təqdim olundu. Bundan sonra, yəni məlum qərar ona təqdim olunduqdan 7 gün sonra həmin qərarın ləğvi ilə əlaqədar məhkəməyə ərizə vermişdir. O, vaxtında məhkəməyə müraciət etmiş və buraxılan müddət onun təqsiri üzündən baş verməmiş və buraxılan müddət üzürlü səbəbdən baş vermişdir. Qeyd olunanları nəzərə alaraq, buraxılmış müddətin onun təqsiri olmadan baş verməsini və şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını nəzərə alaraq, müddətin bərpa olunmasını və ərizənin icraata götürülməsi barədə ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə vermiş və ərizəsinə bu barədə dəlil və sübutları əlavə etmişdir. Bundan sonra ünvanına ##.##.2026-cı il tarixdə poçt vasitəsilə ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı daxil oldu və həmin qərardada əsasən vəsatəti təmin edilməmişdir. Bu qərardaddan narazı qalaraq, onun ləğv olunması və müddət bərpa edilməklə işin icraata götürülməsini aşağıdakı fikirləri ilə izahını verir. Beləki, X5 Xidmətinin onun haqqında ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı barədə məlumatı ##.##.2026-cı ildə olmuş və həmin tarixdə sözügedən qərar ona rəsmi qaydada təqdim olunmuşdur. Bundan 7 gün sonra məlum qərarın ləğv olunması barədə məhkəməyə müraciət etmiş və buraxılmış müddətin üzürlü olması ilə əlaqədar məhkəməyə ərizə vermişdir. Məhkəmə müddətin bərpası ilə əlaqədar ##.##.2026cı il tarixdə keçiridiyi məhkəmə iclasına dəvət olunmamış və iştirakı olmadan məlum qərardad qəbul edilmişdir və onun sübutetmək imkanı məhdudlaşdırılmışdır. Həmçinin məlum qərarın ona rəsmi qaydada ##.##.2026-cı il tarixdə verilməsi barədə məhkəməyə dəlil və sübut təqdim etmişdir. Lakin, məhkəmə həmin qərarın X5 Xidməti tərəfindən ona gecikmə ilə təqdim olunmasını araşdırmadan, sözügedən qərardadı qəbul etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini və buraxılmış müddətin onun təqsiri olmadan baş verməsini və şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını nəzərə alaraq, müddət bərpa olunmasını və ərizənin icraata götürülməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin olumamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş qərardan şikayət verilmiş şəxs Abdullayev Araz İlyas oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Birinci instansiya məhkəməsində Məhkəməmə vəsatəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, vəsatəd rədd edilməlidir. Belə ki, Abdullayev Araz İlyas oğlu vəsatətində qeyd edir ki, xidmətin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ##.##.2026-cı il tarixdə ona verilmişdir. O, həmin qərardan şikayəti qərar ona təqdim edildiyi gündən 7 gün müddətində məhkəməyə vermişdir. Lakin həmin qərarın Abdullayev Araz İlyas oğluna ##.##.2026-cı il tarixdə verilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 məhkəməyə e-sosial tətbiqindən A.Abdullayevə müvafiq qərarın ##.##.2025-ci il tarixdə çatıdırılmasına dair müvafiq çıxarış təqdim etmişdir. Birinci instansiya məhkəməsi Abdullayev Araz İlyas oğlunun müddətin ötürməsinə səbəb olan dəlillərini üzrlü hal olaraq qəbul etməmişdir. Qeyd olunan dəlilin hüquqi əsası yoxdur, qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Məhkəmə nəticə olaraq hesab edir ki, ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab olunaraq həmin müddətin bərpa edilməli olması barədə qənaətə gəlinməsi üçün qanuni əsaslar yoxdur. Prosessual hüquqda sənədlərin qiymətləndirilməsi ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmusu əsasında aparılır. Mövcud halda akt, protokol və sonradan qəbul edilmiş qərar bir-birini tamamlayan ardıcıl sənədlər zəncirini təşkil edir. Qərar rəsmi olaraq ## #### 2026-cı il tarixində təqdim olunmuşdur. Bu sənədlərdən aydın olur ki, şəxs barəsində inzibati icraat aparıldığını bilmişdir. Belə şəraitdə uzun müddət keçdikdən sonra qərarı mübahisələndirməklə icraatın mövcudluğunu və nəticələrini inkar etmək hüquqi müəyyənlik və vicdanlı prosessual davranış prinsipləri ilə uzlaşmır. Buna görə də qərarın təqdim edilməsinin sübuta yetirilib-yetirilməməsi məsələsi konkret işin hallarından təcrid olunmuş şəkildə deyil, bütün sübutların məcmusu fonunda qiymətləndirilməlidir. Mövcud sənədlər isə göstərir ki, şəxs inzibati məsuliyyətə cəlb edilməsi faktından və bunun hüquqi nəticələrindən məlumatlı olmuşdur və uzun müddət sonra bu faktı mübahisələndirməsi əsaslı hesab edilə bilməz. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyi prinsipinin tərkib hissəsi olmaqla, hüquq münasibətlərinin sabitliyini, yekunluğunu və proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Şəxslər müəyyən edilmiş müddətlər başa çatdıqdan sonra hüquqi vəziyyətlərinin dəyişməz qalacağına əsaslı ümid bəsləmək hüququna malikdirlər. Müddətin başa çatması ilə hüquqi münasibət üzrə vəziyyət sabitləşir və tərəflərdə “legitim gözlənti” formalaşır ki, artıq həmin məsələ yenidən qaldırılmayacaq və ya məsuliyyət tətbiq edilməyəcəkdir. Uzun zaman intervalından sonra müddətin bərpası bu sabitliyi pozur, hüquq münasibətlərini qeyri-müəyyən vəziyyətə salır və şəxsin hüquqi təhlükəsizlik hüququnu zəiflədir. Bundan əlavə, müddətlər institutunun mövcudluğu təsadüfi deyil. Onların əsas məqsədi sübutların etibarlılığının qorunması, müdafiə hüququnun səmərəli həyata keçirilməsi və hüquqi münasibətlərin sonsuz müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınmasıdır. Uzun müddət keçdikdən sonra müddətin bərpası isə bu məqsədləri faktiki olaraq aradan qaldırır və hüququn sabitlik funksiyasını zəiflədir. Xüsusilə cinayət və ya inzibati məsuliyyət sahəsində müddətin əsassız və gecikmiş şəkildə bərpası şəxsin hüquqi vəziyyətinin gözlənilməz və geriyə təsir edən qaydada ağırlaşdırılmasına səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. Beləliklə, müddət keçdikdən sonra müddətin bərpa edilməsi yalnız müstəsna, üzrlü və obyektiv əsaslar olduqda mümkün sayıla bilər, əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunan hallar ərizəçi tərəfindən sübuta yetirilməlidir. Prosessual hüququn ümumi prinsiplərinə görə, müddətin bərpası istisna xarakter daşıyır və bu institutdan sui-istifadəyə yol verilməməlidir. Bu baxımdan, müddətin buraxılmasının səbəbləri formal şəkildə deyil, konkret və inandırıcı sübutlarla təsdiq olunmalıdır. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından Abdullayev Araz İlyas oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-512/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-512/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver