Məhkəmə qərarları › İş №3(3-9)-513/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-513/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-513/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin nümayəndəsi X3, M Ü Ə Y Y Ə N E T D İ: ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 X6 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstərişini yerinə yetirməmişdir. ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsi X6 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstərişini yerinə yetirməmişdir. Buna görə X6 Xidmətinin göstəriş xarakterli məktubunun icra edilməməsi halı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya səbəb olmuşdur. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı nömrəli qərarı ilə ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə vəzifəli şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin əməllərində Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, Azərbaycan Respublikası IXM-nin 53.1.2- ci maddəsinə əsasən, inzibati xəta haqqında işin icraatına xitam verilmiş, Lənkəran-Astara Regional Təhsil Idarəsi və həmin idarənin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətdən azad edilmişlər. Məhkəmənin qeyd olunan qərarından narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin və həmin idarənin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq idarəsi şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-144)- ***/**** nömrəli nömrəli qərarı ləğv edilməli və Xidmətin protokolu əsasında Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsi və müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməlidir. Astara rayonu, Miki kənd sakini X2 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin ünvanına daxil olmuş müraciətinə baxılmış və şöbənin ##.##.2026-cı jl tarixli *-**-*/*-*****/**** nömrəli göstəriş xarakterli məktubu ilə Lənkəran-Astara Regional Təhsil Idarəsinin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tələb edilmişdir ki, 30 (otuz) gün müddətində X2 ##.##.2019-cu tarixindən ##.##.2021-ci il tarixinədək Lənkəran rayonu Ələzəpin kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqının hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə X6 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Xidmətin Lənkəran-Astara regional şöbəsinin məcburi göstərişi Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinə rəsmi qaydada göndərilmiş və çatıdırılmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilmişdir. Xidmətin qanuni göstərişinə baxmayaraq Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsi və müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətə məlumat verilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından, bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, IXM-nin 539.1-1-ci madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki IXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Lənkəran Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsi yə müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin olunmasını, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin və həmin idarənin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Lənkəran Şəhər Təhsil Şöbəsinin ##.##.2019-cu il tarixli ** nömrəli əmrindən görünür ki, X2 Lənkəran rayonu Ələzəpin kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi həvalə edilmişdir. Lənkəran-Astara Regional Təhsil Idarəsinin ##.##.2026-cı il tarixli, 3-29-35/2- ***/**** nömrəli məktubundan görünür ki, vəzifə üzrə P.Məmmədliyə əlavə əmək haqqı ödənilməmişdir. X6 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstərişindən görünür ki, idarədən X2 əlavə əmək haqqının hesablanıb ödənilməsi tələb edilmişdir. X6 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-M-*****/**** nömrəli bildirişindən görünür ki, göstəriş icra edilmədiyinə görə Lənkəran-Astara Regional Təhsil Idarəsinin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 protokol tərtib olunmasında iştirak etmək üçün idarəyə dəvət edilmişdir. X6 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli Bildirişindən görünür ki, göstəriş icra edilmədiyinə görə Lənkəran-Astara Regional Təhsil Idarəsi hüquqi şəxs olaraq protokol tərtib olunmasında iştirak etmək üçün idarəyə dəvət edilmişdir. ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində icrası məcburi göstərişi yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. ##.##.2026-cı il tarixli MN ******* nömrəli Inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Lənkəran-Astara Regional Təhsil Idarəsi barəsində icrası məcburi göstərişi yerinə yetirmədiyinə görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lənkəran-Astara Regional Təhsil Idarəsidən X6 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X2 əlavə vəsaitlərinin ödənilməməli olması bildirilərək, bu halın nəzərə alınması xahiş edilmişdir. Lənkəran-Astara Regional Təhsil Idarəsidən X6 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X2 məktəb direktoru kimi vəzifə funksiyalarını ictimai əsaslarla həyat keçirməsi, direktor vəzifəsi ona həvalə edildiyi zaman əmrdə əlavə vəsaitin ödənilməsinin nəzərdə tutulmaması, eləcə də Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edilməklə 1 illik müddət keçdiyi üçün əlavə vəsaitin ödənilməli olmaması bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, X6 Xidmətinin apellyasiya şikayətini və birinci instansiya məhkəməsinin qərarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət hüquqi və faktiki baxımdan əsaslı deyil və təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran- Astara regional şöbəsinin göstəriş vermək səlahiyyəti olsa belə bu göstərişin Lənkəran-Astara Regional Təhsil Idarəsi tərəfindən icra edilən bilən olmaması əsası ilə inzibati iş üzrə icraata xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, IXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsonə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Həmin məcəllənin 15.4-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Həmin məcəllənin 15.5-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Həmin məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin məcəllənin 288-ci maddəsinin “d” bəndinə əsasən fərdi əmək mübahisələrində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli də nizama salınır. Həmin məcəllənin 296.4-cü maddəsiə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” qərarında qeyd edilmişdir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 illik müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” əsasnamənin 3.1.1-ci maddəsinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək X6 Xidmətinin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə ümumi hüquqi yanaşmanı nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsinin tətbiqi üçün bir neçə hüquqi şərtin birlikdə mövcudluğu tələb olunur: göstəriş səlahiyyətli orqan tərəfindən və qanunla verilmiş səlahiyyət həddində qəbul edilməli, onun məzmunu konkret və icra oluna bilən olmalı, göstərişin ünvanlandığı şəxs dəqiq müəyyən edilməli, göstərişin həmin şəxsə lazımi qaydada çatdırılması, icra müddətinin bitməsi və bu müddətdə göstərişin ica edilməməsi sübut olunmalıdır. Hüquqi şəxs barəsində məsuliyyət məsələsi həll edilərkən isə əlavə olaraq IXM-in 18.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd edilmişdir ki, vəzifəli şəxs öz vəzifə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə inzibati məsuliyyət daşıyır, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün təmsilçilik, qərar qəbul etmə və fəaliyyətə nəzarət səlahiyyətinə malik olan vəzifəli şəxsinin və ya bu vəzifəli şəxslərin nəzarəti həyata keçirməməsi nəticəsində işçisinin törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunur. Lakin hazırki inzibati xəta haqqında iş üzrə icraat çərçivəsində inzibati xəta tərkibi olmadığından məhkəmə bu hallar üzrə əlavə qiymətləndirməyə zərurət bilmir. Məhkəmə hüquqi şəxsə münasibətdə yalnız onu qeyd etməyi zəruri bilir ki, inzibati orqan hüquqi şəxsin özünə aid təqsir elementlərini, o cümlədən göstərişin icra edilməməsinin onun xeyrinə və maraqlarının qorunmasına xidmət etdiyini ayrıca sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, inzibati xətalar üzrə sübutetmə yükü tam şəkildə inzibati orqanın üzərinə düşür. Bu yük inzibati xəta hadisəsinin, tərkibinin bütün elementlərinin və təqsirin mövcudluğunun şübhədən kənar sübuta yetirilməsini əhatə edir. Mövcud iş materialları isə belə nəticəyə gəlməyə əsas vermir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, X6 Xidmətinin apellyasiya şikayətində irəli sürülən arqumentlər inzibati xəta tərkibinin hüquqi konstruksiyasına uyğun deyil və birinci instansiya məhkəməsinin protokola xitam verilməsi barədə gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin pozulmasını deyil, inzibati məsuliyyətin yaranması üçün zəruri olan hüquqi əsasların mövcud olmamasını düzgün qiymətləndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, DƏMX-nin apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qərarı isə qanuni və əsaslıdır və dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni, əsaslı və hüquqa tam uyğundur. Həmçinin birinci instansiya məhkəməsi işin hallarına uyğun maddi və prosessual hüquq normalarına düzgün əsaslanmışdır. IXM-in 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd edilənlər şikayətin dəlillərinin əksini sübut edir və bu da ona əsas verir ki, apellyasiya qaydasında verilmiş şikayət formal mülahizələrə əsaslanmış və IXM-in 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin və həmin idarənin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 təqsirli olması və onların əməlində IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair hər hansı sübüt təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və Azərbaycan Respublikası IXM-in 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsi və vəzifəli şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil Idarəsinin müdiri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar