Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-514/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Astara rayonu Yol Patrul Xidməti inspektoru, R X1 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Şəfiqə Meybullayeva) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, DİN-in Astara rayonu Yol Patrul Xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və işə yenidən baxılması Astara rayon Polis şöbəsinə tapşırılmışdır. İŞİN HALLARI DİN-in Astara rayonu Yol Patrul Xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ilə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək TP seriyalı ******* nömrəli qərarın və tətbiq edilən 100 manat cərimənin ləğv edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməsini, Astara rayon YPX tərəfindən tərtib edilmiş TP ******* nömrəli protokol tamamilə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə saat 09:25-də Astara şəhəri H.Əliyev prospekti ilə ona məxsus olan “Hyundai Sonata” markalı, dövlət qeydiyyat nişanı **-QY-*** olan avtomobillə saatda 40 km sürətlə hərəkət edərkən prospektdə olan dairəyə yaxınlaşan zaman Yol Patrol Xidməti avtomobilinin orada durduğunu müşahidə etmişdir. Sözü gedən dairəni keçən zaman YPX əməkdaşları idarə etdikləri avtomobilin işıqlarını yandırıb-söndürmüşlər. O, buna əhəmiyyət vermədən keçib yoluna davam etmişdir. Daha sonra onlar “Qardaşlar” ticarət mərkəzinə qədər arxası ilə gəlib onu saxlamışlar. Sənədlərinin qaydasında olub-olmadığını soruşmuş və onlara yol vermədiyini deyib ona 100 manat və 3 balla cərimə olmağı barədə qərar verdiklərini bildirmişlər. O, bir ali təhsilli müəllim olaraq onlara qəbul etdikləri bu qərarın qərəzli və əsassız olduğunu demişdir. Ona görə ki, dairəyə daxil olan avtomobil hərəkətini davam etdirməlidir. Onların qəbul etdikləri qərarda guya o M.Cəbiyev küçəsində YPX avtomobilinə yol vermədiyi qeyd olunub. Halbuki o həmin saatda sözügedən küçənin heç yaxınlığından belə keçməmişdir. Məhz bu səbəbdən barəsində tətbiq olunmuş TР ******* saylı qərarın ləğvi ilə bağlı ##.##.2026-cı ildə Astara Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. ##.##.2026-cı il tarixində məhkəmə keçirilmiş və məhkəmədə qarşı tərəf yəni YPX əməkdaşları iştirak etməmişdir. Məhkəmə qarşı tərəfin iştitak etmədiyinə görə və heç bir video və foto sübutlar təqdim etmədiyi üçün, 2- ci dəfə Məhkəmənin vaxtını ##.##.2026-cı il tarixinə təyin etmişdir. Həmin tarixdə yenə qarşı tərəf yəni YPX əməkdaşı məhkəmədə iştirak etmədi və heç bir sübut məhkəməyə təqdim etməmişdi. O məhkəmədə qarşı tərəfin iki dəfə məhkəməyə gəlməməsi,protokolda qeyd olunan ünvan ilə hadisə yeri tamamilə fərqli olduğunu və protokola görə iddia olunan yolayrıcını keçmə qaydasının pozulmasını təstiq edən, heç bir foto və ya video- görüntü olmamasına ğörə barəsində tərtib olunan 100 manat və 3 bal cəzasının tam ləgvi barədə qərar verməyini xahiş etmişdir. Buna baxmayaraq Astara Rayon Məhkəməsi şikayətinin qismən təmin edilməsi barədə qərar vermişdir. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməsini, Astara rayon YPX tərəfindən tərtib edilmiş TP ******* nömrəli protokol tamamilə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışında Astara rayonu Yol Patrul Xidməti inspektoru R X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsində işə baxılarkən məlumatlarının olmadığını, Qərardan şikayət verən orqan (şəxs) video görüntüsünün mövcud olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Qərardan şikayət verən orqan (şəxs) məhkəmə ərizə ünvanlayaraq iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Barəsində inzibati tənbeh təyin edilmiş şəxsin apellyasiya şikayətində bildirmişdir ki, o, svetoforun və ya nizamlayıcının icazə verici işarəsi verildikdən sonra herəkət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan DİN-in Astara rayonu Yol Patrul Xidməti inspektoru R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, DİN-in Astara rayonu Yol Patrul Xidməti tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən Qərardan şikayət verən orqan (şəxs) barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də Qərardan şikayət verən orqan (şəxs) izahatında göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılarən ümumiyyətlə həmin qərarı qəbul etmiş orqanın iştirakı təmin edilməmiş və müvafiq sorğu da Astara RPŞ-nin DYPB-yə deyil, Baş Dövlət Yol Polisi idarəsinə verilmişdir. Nəticə etibarilə Astara rayonu Yol Patrul Xidməti inspektoru, R X1 da apellyasiya icraatı zamanı inzibati xəta törədilərkən qeydə alınmış video görüntünün mövcud olduğunu bildirərək, araşdırma zamanı təqdim edə biləcəklərini qeyd etmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-514/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-514/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver