Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-515/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili vəkil1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qərarın icrasının Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı icra sənədi üzrə tələbi icra etməkdən yayınmaqla qətnamədə göstərilən və çatışmayan əmlakların dəyəri 10.008 manat pul ödəməmişdir. Bu səbəbdən, Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Astara Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X2 Paltar dolabı (şifaner) 1 ədəd qiyməti 1000 manat, iki nəfərlik yataq dəsti (matrası ilə bir yerdə) 1 ədəd, Divan 1 ədəd, Güzgülü termo oturacağı ilə bir yerdə 1 ədəd, Masa 6 nəfərlik 1 ədəd, Tumba 1 ədəd, Stul 6 ədəd, Yazı stolu 1 ədəd, Uşaq kravatı 1 ədəd, Tozsovuran 1 ədəd, ətçəkən maşın 1 ədəd, Ütü 1 ədəd, Ütüvuran stol 1 ədəd, Divar saatı 1 ədəd, Xalça 2 ədəd, Elektrik peçi 1 ədəd, Lüstur 1 ədəd, Blendr dəsti 1 ədəd, Mikser 1 ədəd, Soğançəkən qiyməti 30 manat, Meyvə şirəçəkən, Yemək dəsti 12 nəfərlik 10 predmet, Bıçaq dəsti, Çəngəl-bıçaq-qaşıq dəsti, Çamadan 1 ədəd, Güldan 1 ədəd, Artava ləyən (gümüş), Pərdə 12 kv/m, Güldan meyvə qabı dəst (çəhrayı şüşə), Çərəz qabı hündür, beş gözlü 1 ədəd, Yorğan-döşək iki nəfərlik 1 dəst, Yorğan-döşək tək nəfərlik 4 dəst, Yastıq 6 dəst, Gecə lampası 2 ədəd, Taxt örtüyü 1 ədəd, Yun ədyal 3 ədəd, Yorğan (süni yun) 3 ədəd, Divan üstü örtük 1 ədəd, Boşqab üçlü dəst (Madonna) 12 ədəd, Çay dəsti 6 nəfərlik 2 dəst, Çay stəkanı 24 ədəd, Armudlu stəkan 24 ədəd, Vanna, vedrə, su tökən qarşok üçüq üçün, Uşaq kalyaskası 1 ədəd, Taxta qaşıq dəsti 1 dəst, Plastik dərin qab 6 ədəd, Padnos dəst 3 ədəd, Yuxa açan 1 ədəd, Yer silən 1 ədəd, Çuqun vedrə 1 ədəd, Yemək bişirmək üçün qazan (nikel) 6 dəst 1 ədəd, Çuqun qazan 6 ədədiik dəst 1 ədəd, Tərəvəz doğrayan taxta 2 ədəd, Yataq dəsti iki nəfərlik 6 ədəd, Yataq dəsti tək nəfərlik 3 ədəd, əl-üz silən dəsmal 12 ədəd, Çay dəsmalı 12 ədəd, Kasa iri və xırda 32 ədəd, Qənd qabı 3 ədəd, Mürəbbə qabı 2 ədəd, Mürəbbə razetka 12 ədəd, Nəlbəki çay və armudu 48 ədəd, Boşqab iri Çexiya istehsalı 6 ədəd, Tərəkan üzük 1 ədəd, Klon 2 ədəd, Qızıl beşlik 1 ədəd, Sırğa uşaq üçün 3 cüt, Üzük uşaq üçün 1 ədəd adlı əmlaklar, həmin əmlaklar mövcud olmadığı təqdirdə onların cəmi dəyəri 12170 manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs qızma verilməsi, iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci müştərək qaydada cavabdehlər X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X2 alınıb Zərərçəkmiş şəxs verilməsi, cavabdehlər X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X2 60 manat dəyərində 1 ədəd sərinkeş, 100 manat dəyərində 1 ədəd xrustal meyvə qabı, 120 manat dəyərində dolça və 1 dəst 6 ədəd xrustal stəkan, 30 manat dəyərində 1 ədəd aşsüzən, 40 manat dəyərində iri xəmiryoğuran qab, 2500 manat dəyərində 1 ədəd Quran qabı səp ilə (əntiq), 1800 manat dəyərində 1 ədəd qızıl saat (əntiq), 650 manat dəyərində 1 ədəd qalın üzük (əntiq), 320 manat dəyərində 1 ədəd çalın güllü qolbaq, 650 manat dəyərində 3 ədəd üzük, zümrüd dəyərində 1 ədəd qızıl beşlik, 1350 manat dəyərində 1 ədəd qızıl onluq, 125 manat dəyərində 1 ədəd uşaq üçün üzük, 550 manat dəyərində 5 ədəd uşaq üçün klon, 400 manat dəyərində 3 ədəd uşaq üçün qolbaq, 300 manat dəyərində 1 ədəd uşaq üçün kolye, 100 manat dəyərində 1 ədəd gözmuncuğu, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınıb iddiaçı Zərərçəkmiş şəxs qızma verilməsi qət edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan inzibati xətanın tərkibi olmadığı halda ona inzibati cərimə tətbiq etmişdir. Belə ki, icra sənədi üzrə öhədlik tam şəkildə icra olunmuş, həmçinin tələbkara olan borc artıqlaması ilə ödənilmişdir, (qəbzlər iş materiallarına əlavə edilir). Lakin tələbkar Zərərçəkmiş şəxs onun etdiyi ödənişləri qərəzli olaraq saymamışdır. Nəticədə isə onun prosesussal hüquqları pozulmuşdur. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: İXM-nın 9.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edildiyini, həmin qərar əsasında oğlunun əmlakları qaytardığını, qarşı tərəfin, yəni keçmiş gəlininin hal-hazırda ondan yenidən həmin pulların ödənilməsini istədiyini, oğlu və keçmiş gəlininin Rusiya Federasiyasının vətəndaşı olduqlarını, məhkəmənin Rusiyada olduğunu və onların boşandığını, bir uşaqlarının olduğunu və xəstəliyi olduğunu, uşağın Rusiya Federasiyasının qanunları əsasında pulsuz şəkildə müalicə olunduğunu göstərib, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, müdafiə etdiyi şəxsin göstərdiyi halların nəzərə alınmasını və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, cavabdehlər X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X2 Paltar dolabı (şifaner) 1 ədəd qiyməti 1000 manat, iki nəfərlik yataq dəsti (matrası ilə bir yerdə) 1 ədəd, Divan 1 ədəd, Güzgülü termo oturacağı ilə bir yerdə 1 ədəd, Masa 6 nəfərlik 1 ədəd, Tumba 1 ədəd, Stul 6 ədəd, Yazı stolu 1 ədəd, Uşaq kravatı 1 ədəd, Tozsovuran 1 ədəd, ətçəkən maşın 1 ədəd, Ütü 1 ədəd, Ütüvuran stol 1 ədəd, Divar saatı 1 ədəd, Xalça 2 ədəd, Elektrik peçi 1 ədəd, Lüstur 1 ədəd, Blendr dəsti 1 ədəd, Mikser 1 ədəd, Soğançəkən qiyməti 30 manat, Meyvə şirəçəkən, Yemək dəsti 12 nəfərlik 10 predmet, Bıçaq dəsti, Çəngəl-bıçaq-qaşıq dəsti, Çamadan 1 ədəd, Güldan 1 ədəd, Artava ləyən (gümüş), Pərdə 12 kv/m, Güldan meyvə qabı dəst (çəhrayı şüşə), Çərəz qabı hündür, beş gözlü 1 ədəd, Yorğan-döşək iki nəfərlik 1 dəst, Yorğan-döşək tək nəfərlik 4 dəst, Yastıq 6 dəst, Gecə lampası 2 ədəd, Taxt örtüyü 1 ədəd, Yun ədyal 3 ədəd, Yorğan (süni yun) 3 ədəd, Divan üstü örtük 1 ədəd, Boşqab üçlü dəst (Madonna) 12 ədəd, Çay dəsti 6 nəfərlik 2 dəst, Çay stəkanı 24 ədəd, Armudlu stəkan 24 ədəd, Vanna, vedrə, su tökən qarşok üçüq üçün, Uşaq kalyaskası 1 ədəd, Taxta qaşıq dəsti 1 dəst, Plastik dərin qab 6 ədəd, Padnos dəst 3 ədəd, Yuxa açan 1 ədəd, Yer silən 1 ədəd, Çuqun vedrə 1 ədəd, Yemək bişirmək üçün qazan (nikel) 6 dəst 1 ədəd, Çuqun qazan 6 ədədlik dəst 1 ədəd, Tərəvəz doğrayan taxta 2 ədəd, Yataq dəsti iki nəfərlik 6 ədəd, Yataq dəsti tək nəfərlik 3 ədəd, əl-üz silən dəsmal 12 ədəd, Çay dəsmalı 12 ədəd, Kasa iri və xırda 32 ədəd, Qənd qabı 3 ədəd, Mürəbbə qabı 2 ədəd, Mürəbbə razetka 12 ədəd, Nəlbəki çay və armudu 48 ədəd, Boşqab iri Çexiya istehsalı 6 ədəd, Tərəkan üzük 1 ədəd, Klon 2 ədəd, Qızıl beşlik 1 ədəd, Sırğa uşaq üçün 3 cüt, Üzük uşaq üçün 1 ədəd adlı əmlaklar, həmin əmlaklar mövcud olmadığı təqdirdə onların cəmi dəyəri 12170 manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci müştərək qaydada cavabdehlər X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X2 alınıb Zərərçəkmiş şəxs verilməsi, cavabdehlər X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X2 60 manat dəyərində 1 ədəd sərinkeş, 100 manat dəyərində 1 ədəd xrustal meyvə qabı, 120 manat dəyərində dolça və 1 dəst 6 ədəd xrustal stəkan, 30 manat dəyərində 1 ədəd aşsüzən, 40 manat dəyərində iri xəmiryoğuran qab, 2500 manat dəyərində 1 ədəd Quran qabı səp ilə (əntiq), 1800 manat dəyərində 1 ədəd qızıl saat (əntiq), 650 manat dəyərində 1 ədəd qalın üzük (əntiq), 320 manat dəyərində 1 ədəd çalın güllü qolbaq, 650 manat dəyərində 3 ədəd üzük, zümrüd dəyərində 1 ədəd qızıl beşlik, 1350 manat dəyərində 1 ədəd qızıl onluq, 125 manat dəyərində 1 ədəd uşaq üçün üzük, 550 manat dəyərində 5 ədəd uşaq üçün klon, 400 manat dəyərində 3 ədəd uşaq üçün qolbaq, 300 manat dəyərində 1 ədəd uşaq üçün kolye, 100 manat dəyərində 1 ədəd gözmuncuğu, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/****-*** saylı icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan Astara rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli, e *****/****-**-** nömrəli “Bildirış (tələbin könüllü icrası haqqında)” sənədindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/****-*** nömrəli icra sənədi üzrə icraata başlanılmış, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X2 tələbin 10 gün müddətində könüllü icrası təklif edilmişdir. Bildirişdə göstərilmişdir ki, tələb müəyyən edilmiş müddətdə icra edilmədiyi halda icra məcburi qaydada həyata keçiriləcəkdir. Sənəd Astara rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən imzalanmışdır. İş materiallarında olan “Borclunun axtarışı haqqında” ##.##.2026-cı il tarixli qərarından görünür ki, borclu, ##.##.1966-cı il təvəllüdlü Astara rayonu, Kakalos kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026-cı il tarixli SberBank köçürmə çekindən görünür ki, X1 tərəfindən Zərərçəkmiş şəxs hesabına müxtəlif məbləğlərdə Rusiya rublu məbləğində pul vəsaiti köçürülmüş, köçürmə üzrə komissiya tutulmamışdır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, birinci instansiya məhkməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması ilə bağlı nəticəyə gələrkən ona əsaslanmışdır ki, “məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən inzibati xəta haqqında protokol, icra sənədləri, icraata başlama haqqında qərar, könüllü icra ilə bağlı bildiriş və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək, oğlu tərəfindən qətnamə ilə tutulan məbləğin ödənildiyini qeyd etsə də, sözügedən qəbzlərlə müəyyən edilmişdir ki, həmin qəbzlərin tarixi Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən öncəki dövrdən başlamış, həmin qətnamədən də, borclular tərəfindən narazı qaldıqlarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Qərarı isə ## ###### 2025-ci il tarixdə qəbul edilmişdir. Bu isə öz növbəsində borclu tərəfindən mübahisələndirilən məbləğin qərar qəbul edilmədən ödənilməsini ağlabatan hesab etmir. Bu səbəbdən məhkəmə borclunun bu dəlilinə tənqidi yanaşaraq özünümüdafiə, məsuliyyətdən yaxa qurtarmağa cəhd kimi qiymətləndirir”. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatını və iş materiallarında olan ödəniş sənədlərini yalnız onların tarixlərinin Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən əvvəlki dövrə aid olması baxımından qiymətləndirmiş, həmin ödənişlərin faktiki olaraq hansı öhdəliyin icrası məqsədilə həyata keçirildiyini, tərəflər arasındakı münasibətlərin xarakterini və ödənilmiş pul vəsaitlərinin hazırkı icra sənədi üzrə tələb olunan məbləğlə hər hansı əlaqəsinin olub-olmadığını müəyyən etməmişdir. Halbuki, iş materiallarında olan ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixli SberBank köçürmə çeklərindən X1 tərəfindən Zərərçəkmiş şəxs hesabına müxtəlif məbləğlərdə pul vəsaitlərinin köçürüldüyü görünür. Həmin ödənişlərin ümumi məbləğinin 650.000 rus rublu təşkil etdiyi, digər tərəfdən isə icra sənədi üzrə əmlakların mövcud olmadığı halda onların dəyərinin ödənilməsi ilə bağlı müəyyən edilmiş məbləğin 436.273 rus rubluna bərabər olduğu nəzərə alındıqda, iş materiallarında olan ödəniş sənədlərinin icra sənədində göstərilən öhdəliklə mümkün əlaqəsinin ayrıca və ətraflı araşdırılması zərurəti yaranır. Çünki yalnız ödənişlərin icra sənədinin qəbul edilməsindən əvvəl həyata keçirilməsi faktı özlüyündə həmin ödənişlərin sözügedən icra sənədi üzrə yaranmış öhdəliyə aid olmadığını təsdiq edən kifayət qədər əsaslı hal sayıla bilməz. Eyni zamanda, həmin ödənişlərin mövcudluğu da nəzərə alınmadan və onların hansı məqsədlə həyata keçirildiyi müəyyən edilmədən borclunun bu barədə izahatının əvvəlcədən “özünümüdafiə, məsuliyyətdən yaxa qurtarmağa cəhd” kimi qiymətləndirilməsi iş üzrə sübutların hərtərəfli və obyektiv araşdırılması tələbinə uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iş üzrə əhəmiyyət kəsb edən əsas məsələ yalnız pul vəsaitlərinin ödənilib-ödənilməməsi deyil, həmin ödənişlərin hüquqi və faktiki əsasının müəyyən edilməsidir. Belə ki, iş materiallarından tərəflərin ailə münasibətlərinin mövcudluğu, onların uşağının olması və həmin uşağın səhhəti ilə bağlı məsələ qaldırıldığı görünür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya baxışı zamanı məhz uşağın xəstəliyi, onun Rusiya Federasiyasında müalicə olunması və tərəflərin ailə münasibətlərinin sonradan pozulması barədə məlumat vermişdir. Məhkəmənin qərarından görünür ki, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X5 da ödənilmiş pul vəsaitlərinin mövcudluğunu inkar etməmiş, əksinə, həmin vəsaitlərin uşağın xəstəliyi ilə əlaqədar ödənildiyini bildirmişdir. Bu baxımdan, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin izahatlarında göstərilən bu xüsusatların iş üzrə hüquqi əhəmiyyətinin olubolmaması, tərəflərin uşağının olması, uşağın xəstəliyinin olub-olmaması, müalicəsi və ya digər məqsədlərlə bağlı ayrıca öhdəliklərin mövcud olub-olmaması, belə öhdəliklər müəyyən edilmişdirsə, onların hansı əsasdan irəli gəlməsi, o cümlədən aliment və ya digər ödənişlərlə bağlı hər hansı məhkəmə aktının olub-olmaması araşdırılmalı idi. Bununla yanaşı, ödənilmiş pul vəsaitlərinin məhz hansı məqsədlə verildiyi, ödənişlər həyata keçirilərkən tərəflər arasında bununla bağlı hər hansı razılaşmanın olub-olmaması, ödənişlərin təyinatının müəyyən edilib-edilməməsi və tələbkar tərəfindən həmin vəsaitlərin hansı əsasla qəbul edilməsi də aydınlaşdırılmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iş materiallarında olan ödəniş sənədlərində göstərilən məbləğlərin ümumi həcmi icra sənədi üzrə müəyyən edilmiş pul öhdəliyinin məbləğindən artıqdır. Bu hal həmin ödənişlərin icra sənədi üzrə borcun ödənilməsi məqsədilə edilib-edilmədiyi məsələsinin əhəmiyyətini daha da artırır. Digər tərəfdən, iş materiallarında olan aktın surətindən borclu tərəfindən qeyd olunan məbləğlərin tələbkara ödənildiyi barədə məlumatın olduğu görünür. Həmin hal tələbkarın nümayəndəsi tərəfindən də faktiki olaraq təsdiq edilmiş, lakin ödənilmiş vəsaitlərin uşağın xəstəliyi ilə əlaqədar olduğu bildirilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin aktda əks olunan məlumatların sübuti əhəmiyyətinə ümumiyyətlə qiymət verməmiş, ödənişlərin həyata keçirilməsi faktı ilə yanaşı, onların təyinatını və tərəflərin həmin ödənişlərlə bağlı mövqelərini araşdırmamışdır. Halbuki, inzibati məsuliyyətin yaranması üçün şəxsin məhkəmə və ya digər səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlı üzərinə düşən konkret öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməməsinin müəyyən edilməsi zəruridir. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bu baxımdan, şəxsin icra sənədi üzrə müəyyən edilmiş öhdəliyi faktiki olaraq yerinə yetiribyetirməməsi, həmin öhdəliyin hansı həcmdə icra edildiyi və edilmiş ödənişlərin icra sənədində nəzərdə tutulan tələblə əlaqəli olub-olmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən hallardır. Birinci instansiya məhkəməsi isə iş üzrə mövcud olan ödəniş sənədlərinin yalnız tarixlərinə əsaslanmaqla həmin ödənişlərin icra sənədi üzrə öhdəliyə aid olmadığını nəticəyə gəlmiş, lakin bu nəticəni təsdiq edən digər obyektiv sübutları müəyyən etməmişdir. Eyni zamanda, ödənişlərin məbləği, onların ardıcıllığı, ödənişlərin kim tərəfindən həyata keçirilməsi, kimə köçürülməsi, ödənişlərin təyinatı və tərəflərin həmin ödənişlərə münasibətdə izahatları kompleks şəkildə qiymətləndirilməmişdir. Bundan əlavə, tələbkarın nümayəndəsinin ödənişlərin həyata keçirilməsini təsdiq etməsi, lakin həmin ödənişlərin uşağın xəstəliyi ilə əlaqədar olduğunu bildirməsi də ayrıca yoxlanılmalı haldır. Belə ki, bu izahat ödənişlərin ümumiyyətlə mövcud olmadığını deyil, onların başqa hüquqi və ya faktiki əsasla həyata keçirildiyini ifadə edir. Bu səbəbdən məhkəmə tərəfindən həmin ödənişlərin uşağın müalicəsi ilə bağlı olub-olmaması, belə bir öhdəliyin borclunun üzərinə düşübdüşməməsi, tərəflər arasında bu barədə hər hansı razılaşmanın və ya digər sənədin mövcudluğu, habelə ödənişlərin icra sənədi üzrə müəyyən edilmiş öhdəliklə eyni xarakterli olubolmaması müəyyən edilməli idi. Məhkəmə həmçinin nəzərə almalıdır ki, eyni pul vəsaitinin hansı hüquqi öhdəliyin icrası hesabına ödənildiyinin müəyyən edilməsi yalnız ödənişin tarixindən irəli gələn mülahizə əsasında həll edilə bilməz. Bunun üçün ödənişin məqsədi, tərəflərin iradəsi, ödəniş zamanı mövcud olmuş münasibətlər, ödənişin məbləği və ardıcıllığı, habelə həmin ödənişin sonradan tərəflər tərəfindən necə izah edilməsi birlikdə qiymətləndirilməlidir. Odur ki, iş üzrə mövcud olan sübutların məzmunu birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əlavə araşdırma aparılmadan kifayət qədər əsaslandırılmış hesab edilməsinə imkan vermir. Apellyasiya məhkəməsi hesab edir ki, göstərilən hallar inzibati xəta hadisəsinin hüquqi qiymətləndirilməsi, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkib əlamətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan yalnız inzibati orqanın tərtib etdiyi protokol və akt əsasında şəxsin təqsirli hesab edilməsi məhkəmə araşdırmasının tamlıq, obyektivlik və hərtərəflilik meyarlarına uyğun sayıla bilməz. Beləliklə, apellasiya məhkməsi hesab edir ki, birinci instansiya məhkməsi tərəfindən iş üzrə əhəmiyyətli halların tam müəyyən edilməsi üçün tərəflər arasındakı mövcud hüquqi münasibətlər, uşağın saxlanılması və müalicəsi ilə bağlı mümkün öhdəliklər, aliment və ya digər ödənişlərin olub-olmaması, ödənişlərin konkret təyinatı, həmin ödənişlərin icra sənədi üzrə öhdəliyə aid olub-olmaması, habelə aktda göstərilən məlumatların həqiqiliyi və sübuti əhəmiyyəti araşdıərılmamış, işdə olan sübutlara kifayət qədər ciddi yanaşmadan nəticəyə gəlinmiş və beləliklə də, iş üzrə səthi qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məhkəməsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Astara Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-515/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-515/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver