Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-516/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Inzibati xəta haqqında protokol tərtib edən orqan Protokolu tərtib edən orqan nümayəndəsi Tural Dilqəm oğlu, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Publik hüquqi şəxsin nümayəndəsi nümayəndə2 iştirakları ilə M Ü Ə Y Y Ə N E T D İ: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Publik hüquqi şəxsin barəsində Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidməti tərəfindən ## #### 2026- cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X1) hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Publik hüquqi şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidməti şikayət verərək, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5- 111)-445/2026 qərarın ləğv edilərək şikayətin təmin edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Protokolu tərtib edən orqan şikayətini onunla əsaslandırmışdır ki, Astara rayonu, M.Cəbiyev küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədilə qazıntı işlərinin aparılması hər iki hüquqi şəxs tərəfindən ## #### 2026-cı il tarixli ***/T saylı 14 bəndən ibarət texniki şərtlə razılaşdırılmışdır. Həmin texniki şərtin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxsə təqdim olunmasını hər iki qurumun nümayəndəsi təsdiq etmişdir. Məhkəmə iclasi zamanı Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi ## #### 2026-cı il tarixli ***/T saylı texniki şərtə istinad edərək, qazıntı işlərinin aparılması zamanı şərtlərə əməl edilməməsini bildirsə də, qazıntı aparılan zaman qeyd olunan texniki şərtlərin hansı müddəalarına əməl olunmadığını göstərə bilməmiş, həmçinin, texniki şərtlərə əməl olunmadığına dair mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qazıntının ətrafında yalnız qırmızı-ağ lent çəkilib. Bu, xüsusilə yol üzərindəki qazıntı üçün kifayət qədər möhkəm fiziki qoruyucu hasarlama hesab edilmir. Yol nişanı aşmış vəziyyətdədir, düzgün istiqamətdə və sabit qoyulmayıb. Qazıntı özü açıqdır və ətrafında möhkəm qoruyucu baryer mövcud deyildir. Gecə vaxtı üçün işıqlandırma xəbərdarlıq vasitələri görünmür. Texnika işləyən sahə ilə hərəkət hissəsinin ayrılması daha təhlükəsiz və aydın təşkil edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı protokol tərtib edən orqan Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Tural Dilqəm apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Publik hüquqi şəxsin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il M-3 Ələt-Astara (köhnə) respublika əhəmiyyətli avtomobil yolunun 239-km də verilən razılığın şərtlərinə əməl edilməməsinə; yol hərəkəti təhlükəsizlik qaydalarını pozmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-i Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materaillarına əlavə olunmuş Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli aktdan qeyd olunur ki, Astara SMSI-nin əməkdaşları tərəfindən texniki şərtin tələblərinə tam olaraq əməl edilməmişdir. Iş materaillarına əlavə olunmuş Astara rayonu, M.Cəbiyev küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədilə qazıntı işlərinin aparılması hər iki hüquqi şəxs tərəfindən ## #### 2026-cı il tarixli ***/T saylı 14 bəndən ibarət texniki şərtlə razılaşdırılmışdır. Həmin texniki şərtin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Publik hüquqi şəxsə təqdim olunmasını hər iki qurumun nümayəndəsi təsdiq etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi ## #### 2026-cı il tarixli ***/T saylı texniki şərtə istinad edərək, qazıntı işlərinin aparılması zamanı şərtlərə əməl edilməməsini bildirsə də, qazıntı aparılan zaman qeyd olunan texniki şərtlərin hansı müddəalarına əməl olunmadığını göstərə bilməmiş, həmçinin, texniki şərtlərə əməl olunmadığına dair mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də X2 Xidməti” Publik hüquqi şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinməsi və inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqi üçün yalnız inzibati xətanın mövcudluğu deyil, həm də həmin xətanın konkret subyekt tərəfindən törədildiyi sübut edilməlidir. IXM-in 8-ci maddəsinə əsasən, inzibati məsuliyyət yalnız şəxsin təqsiri sübuta yetirildikdə tətbiq edilə bilər. Habelə, inzibati xəta haqqında iş üzrə sübutetmə vəzifəsi inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Hazırkı iş üzrə iş materiallarından görünür ki, apellyasiya şikayətində “yol nişanı aşmış vəziyyətdədir, düzgün istiqamətdə və sabit qoyulmayıb. Qazıntı özü açıqdır və ətrafında möhkəm qoruyucu baryer mövcud deyildir. Gecə vaxtı üçün işıqlandırma xəbərdarlıq vasitələri görünmür. Texnika işləyən sahə ilə hərəkət hissəsinin ayrılması daha təhlükəsiz və aydın təşkil edilməlidir” dəlillər olaraq göstərilsə də həmin dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, səlahiyyətli orqan ##.##.2026-cı il tarixli texniki şərtin 7-ci “Qazıntı işlərinin aparılması zamanı avtomobil yolunda nəqliyyatın təhlükəsizliyi və hərəkətin fasiləsizliyi təmin olunmalıdır” bəndinin tələblərinə əməl edilməməsini əsas gətirərək ## #### 2026-cı il tarixli protokolu tərtib etmişdir. Lakin apellyasiya icraatı zamanı iş materiallarına əlavə edilmiş videogörüntülərə baxış zamanı ##.##.2026-cı il M-3 Ələt-Astara (köhnə) respublika əhəmiyyətli avtomobil yolunun 239-km də qazıntı işləri aparılan zaman ərazinin lentlə hasarlandığı, qazıntı işlərinin aparılmasını və yolun hərəkət istiqamətini müəyyən edən nişanların yerləşdirildiyi, qazıntı aparılan yolda hər hansı maneələrin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Bu prinsip inzibati icraata da şamil edilir. Inzibati hüquqda qəbul edilmiş mövqeyə görə, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əməlin şəxsin özü tərəfindən birbaşa, yaxud onun adından və maraqları naminə törədilməsi, həmin əməllə şəxs arasında səbəbli əlaqənin mövcudluğu və şəxsin təqsirinin konkret faktlarla sübut edilməsi zəruridir. Hazırkı iş üzrə bu tələblərin heç biri sübuta yetirilməmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququna görə (məsələn, Ozturk Almaniyaya qarşı, Angel Romaniyaya qarşı), inzibati sanksiyalar mahiyyət etibarilə “cinayət xarakterli” olduqda, sübutetmə standartı yüksək olmalı və şəxs yalnız aydın və inandırıcı sübutlar əsasında məsuliyyətə cəlb edilə bilər. Hazırkı iş üzrə belə sübutların mövcud olmaması inzibati məsuliyyətin tətbiqini qeyri-mümkün edir. Nəticədə qeyd edilməlidir ki, inzibati məsuliyyət subyektin dəqiq müəyyən edilmədiyi, təqsirin sübut olunmadığı və sübutların qanuni yolla əldə edilmədiyi hallarda istisna edilir. Inzibati xəta tərkibi dörd elementdən ibarət hesab edilir: obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət. Həmin elementlərdən hər hansı biri sübuta yetirilmədikdə məsuliyyət istisna olunur. Xüsusilə subyektin konkret əməli törətməsi və təqsirin mövcudluğu sübuta yetirilməlidir. Təkcə hüquqazidd nəticənin baş verməsi şəxsin məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. Inzibati məsuliyyət fərdi xarakter daşıyır. Hüquqi dövlətdə məsuliyyət ehtimallara və fərziyyələrə əsaslana bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. IXM-in 12.1-ci maddəsinə əsasən inzibati xəta hüquqazidd və təqsirli əməl olmalıdır. Təqsirin sübuta yetirilmədiyi halda hüquqazidd nəticənin mövcudluğu inzibati məsuliyyət üçün kifayət etmir. IXM-in 53.2-ci maddəsinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsi də bu halda icraata xitam verilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi məhz bu normaları tətbiq etmiş və şəxsin təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Sübutların qiymətləndirilməsi məhkəmənin daxili inamına əsaslanır və həmin inam yalnız iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıldıqdan sonra formalaşır. Iş materialları göstərir ki, məhkəmə sübutları araşdırmış və düzgün hüquqi nəticəyə gəlmişdir. Qanunvericiliyin məqsədi cəzalandırmaq deyil, qanunçuluğu təmin etməkdir. Inzibati məsuliyyət yalnız sübut edilmiş təqsir əsasında tətbiq oluna bilər. Əks yanaşma təqsirsizlik prezumpsiyasının formal xarakter almasına və inzibati orqanların sübutetmə öhdəliyindən azad edilməsinə gətirib çıxarar ki, bu da hüquqi dövlət prinsipinə zidd olardı. Beləliklə, iş üzrə inzibati xəta tərkibinin subyekt və subyektiv cəhət elementləri sübuta yetirilməmiş, şəxsin konkret əməli törətməsi müəyyən edilməmiş, təqsir forması aydınlaşdırılmamışdır. Bu səbəbdən inzibati məsuliyyətin tətbiqi üçün hüquqi əsas mövcud deyildir. IXM-in 2-ci mаddəsinə əsаsən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 48-ci mаddəsinə görə isə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstisusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. IXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-111)-445/2026 nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Publik hüquqi şəxsin IXM-in 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair inzibati iş üzrə Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5- 111)-445/2026 nömrəli qərarı səlahiyyətli orqan Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Publik hüquqi şəxsin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı inzibati protokol tərtib etmiş Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidməti tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-516/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-516/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver