Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-517/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Zərər çəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi X4, ## ### 1981-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən başlanmış iş üzrə icraata xitam verilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs “xxxx” QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Astara Rayon Icra və Probasiya Şöbəsi tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan zərər çəkmiş şəxs “xxxx” QSC şikayət verərək, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək iş üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Zərər çəkmiş şəxs “xxxx” QSC şikayətini onunla əsaslandırmışdır ki, Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Borclu barəsində icra üzrə icraatın başlanması haqqında məlumatlı olmasına baxmayaraq, icra sənədində əks olunmuş tələbi üzrsüz səbəbdən icra etmir. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. (Konstitusiya Məhkəməsi Plenumunun C.Ismayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007-ci iltarixli Qərarı). Ona görə də hesab edirik ki, qərar ləğv edilməli, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, borclu barəsində IXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, inzibati tənbeh əsassız olaraq tətbiq edilməmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı qanunsuz və əsassızdır. Qərar ləğv edilməli və protokol təmin edilməlidir. Astara rayon məhkəməsi o qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Qərarla razı deyil, belə ki, icra məmuru i cra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq icra tədbirlərini həyata keçirmişdir. Verilmiş könüllü müddət ərzində borc ödənilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış və müvafiq sorğular vermişdir. Icra məmuru tərəfindən inzibati tənbeh tətbiq edilməsi üçün təqdim edilmiş sənədlərə hakim tərəfindən düzgün qiymət verilməmişdir. Bu da icra sənədinin qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsinə mane olur. Borclunun öhdəliklərinin icrasından yayınmasına şərait yaradır və yekunda dövlətin adından çıxarılmış qərarın icrasız qalmasıilə nəticələnir. Icra sənədi üzrə borc kifayət qədər böyükdür. Borcun hissə hisə ödənilməsi və ya ödənilməsinə möhlət verilməsi barədə hər hansı məhkəmə qərarı yoxdur. Icra sənədi tam şəkildə iki ay ərzində icra edilməli idi. Lakin məhkəmə borclunun həyata keçirdiyi kiçik məbləğdə ödənişləri əsassız olaraq onun öhdəliyinin icrasından yayınmaması kimi qiymətləndirmişdir. Borclunun icra sənədini qərəzli olaraq icra etməməsinə dair kifayət qədər sübutlar olsa da, məhkəmə bunlara hüquqi qiymət verməmişdir. Məhkəmə qərarında qeyd edib ki, şəxs maddi imkansızlığı səbəbindən icra sənədini icra edə bilmir. Lakin bu icra sənədinin icra edilməməsi üçün əsas deyil. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 ayrı-ayrılıqda şikayətin təmin edilməməsini, qanuni və əsaslı olan Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi X4 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək iş üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Astara Rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X7, X3 və X1 müştərək qaydada 3333 manat krediti borcu, 1297 manat məbləğində faiz borcu, 20 manat cərimə olmaqla, cəmi 4650 manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 20 manat pul alınıb iddiaçı “xxxx” ASC-yə verilməsi qət edilmişdir. Icraata başlamaq haqqında ##.##.2017-ci il tarixli qərardan görünür ki, *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X5 və X2 müştərək qaydada - ##.##.2023-cü il arixli, ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13865,4 manat əsas borc, 1309,83 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 15275,23 (on beş min iki yüz yetmiş beş manat, iyirmi üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 136,15 (bir yüz otuz altı manat, on beş qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Icraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, e*-*(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. Borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, icra tədbirləri nəticəsində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu yer müəyyən edilmədiyindən onun barəsində axtarış elan edilməsi və qərarın icra olunması üçün Astara Şəhər Polis Idarəsinə göndərilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 150 manat məbləğində pul “xxxx” ASC-yə ödənilmişdir. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədi üzrə ##.##.2026-cı il tarixdə 150 manat, ##.##.2026-cı il tarixdə 202 manat ödəniş edilmişdir. Göstərilən hal işdə olan ödəniş qəbzləri ilə təsdiq olunur. Həmçinin, apellyasiya icraatı üzrə məhkəmə iclasında tələbkarın nümayəndəsi də borclunun hər ay müvafiq məbləğlərdə ödəniş etdiyini, lakin tələbkar tərəf olaraq icra sənədi üzrə borc məbləğinin tam şəkildə ödənilməsinin tələb edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun icra sənədini üzrsüz səbəbdən icra edilməməsi sübut olunmadığından Astara Rayon Məhkəməsinin onun əməlində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsinə dair gəldiyi nəticə qanunidir. IXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. IXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasını məhz üzürsüz səbəbdən icra etməmə halının öz təsdiqini tapmamasını nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığından IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin işə xitam verməsi qanuna uyğundur, çünki təqdim edilən sübutlarla şəxsin qəsdən öhdəlikdən yayınması sübut olunmamışdır. IXM-in 528.1-ci maddəsinin tətbiqi üçün iki əsas element olmalıdır:
1. icra öhdəliyinin mövcudluğu;
2. bu öhdəlikin üzürsüz səbəbdən icra edilməməsi (subyektiv tərəf-niyyət). Inzibati məsuliyyətin tətbiqi hüquqi dövlət prinsipinin mühüm elementlərindən biri olan qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərinə əsaslanır və inzibati məsuliyyət yalnız inzibati xəta tərkibinin bütün elementləri mövcud olduqda yarana bilər. Inzibati xəta tərkibi obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəf kimi elementlərin məcmusundan ibarətdir və bu elementlərdən hər hansı birinin mövcud olmaması həmin əmələ inzibati xəta kimi hüquqi qiymət verilməsini istisna edir. Bu baxımdan inzibati məsuliyyətin tətbiqi üçün yalnız formal olaraq müəyyən hərəkətin mövcudluğu kifayət etmir, həmin hərəkətin hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərə uyğunluğu sübuta yetirilməlidir. IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin hüquqi tərkibinin mahiyyəti ondan ibarətdir ki, şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədikdə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətlərdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etmədikdə inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın dispozisiyasından irəli gəlir ki, məsuliyyətin yaranması üçün bir neçə zəruri hüquqi şərt mövcud olmalıdır. Ilk növbədə icra məmuru tərəfindən qanuni tələb irəli sürülməli, həmin tələb borcluya qanunla müəyyən edilmiş qaydada çatdırılmalı və borcluya icra sənədinin könüllü qaydada icrası üçün qanunvericiliklə müəyyən edilmiş müddət verilməlidir. Yalnız bundan sonra borclunun həmin tələbi üzrsüz səbəbdən yerinə yetirməməsi halında onun davranışı inzibati xəta kimi qiymətləndirilə bilər. Inzibati məsuliyyətin tətbiqində mühüm əhəmiyyət kəsb edən digər prinsip isə təqsirsizlik prezumpsiyası prinsipidir. IXM-in müvafiq müddəalarına əsasən şəxs yalnız təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə inzibati məsuliyyətə cəlb edilə bilər. Inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun təqsirli olması barədə aradan qaldırılmayan şübhələr həmin şəxsin xeyrinə həll edilməlidir. Bu prinsip inzibati hüquqda geniş qəbul edilmiş “şübhələrin şəxsin xeyrinə həll edilməsi” qaydasının təzahürüdür və inzibati icraatın ədalətliliyini təmin edən əsas hüquqi təminatlardan biri hesab olunur. Hazırkı iş üzrə isə borclu icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnamələrini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, hazırda rəsmi iş yerinin olmamasına baxmayaraq borc məbləğində ödənişlər etməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından yayınmamaqla maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamlər ilə müəyyən edilmiş borcu məbləğindən hər ay mütəmadi ödəniş etmişdir ki, bu hal özü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəbinin qərəzli və üzürsüz xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Bu isə inzibati xəta tərkibinin mövcudluğunu istisna edir və belə hallarda şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2018-ci il tarixli “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” qərarında da bu doktrinal yanaşma açıq şəkildə ifadə edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi birmənalı olaraq inzibati həbs və ya digər sərt inzibati təsir tədbirlərinin tətbiqini zəruri etmir, icra məmurları məhkəmə aktlarının icrasını təmin etmək üçün müxtəlif və adekvat qanuni vasitələrdən istifadə etməli, yalnız bütün imkanlar tükəndikdən sonra inzibati və ya cinayət-hüquqi təsir tədbirlərinə müraciət etməlidirlər. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri sadalanan əsaslarla təkzib olunduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin inzibati icraata xitam verməsi həm “Icra haqqında” Qanunun tələblərinə, həm Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə, həm də icra icraatı ilə bağlı beynəlxalq hüququnun prinsiplərinə tam uyğundur. Apellyasiya instansiya məhkəməsi yalnız birinci instansiyanın qərarının qanuniliyini və əsaslılığını yoxlayır, hazırki işdə isə qanuna ziddlik aşkar olunmur. Beləliklə, birinci instansiya məhkəməsinin qərarında qanun pozuntusu aşkar edilmədiyindən, həmin qərarın dəyişdirilməsinə əsas yoxdur. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
QƏRARA A L D İ:
Zərər çəkmiş şəxs “xxxx” QSC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.