Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-518/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil İnqilab oğlunun iştiraki ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Quliyev Emin Əliağa oğlunun sədrliyi) ilə ##.##.1991-ci il tarixdə Astara rayonu, Maşxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı və Astara Rayon Notariat Konturunun ##.##.2026-cı il tarixli, 8İ-3436 saylı icra sənədlərini pul öhdəliklərini ödəməməklə icra etməkdən yayınmışdır. Bu səbəbdən, Astara rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Astara Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası adından qəbul edilmiş ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin ##.##.2026ci il tarixli, *(*-***)-***/**** nömrəli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3000 manat pul vəsaiti və ödənilmiş 51 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə ##.##.2026-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini qanunla müəyyən edilmiş müəyyən müddətdə könüllü qaydada icra etməsi barədə xəbərdarlıq edilmiş, lakin o, üzrlü səbəb olmadan həmin tələbləri icra etməmiş və icra sənədini icra etməkdən yayınmışdır. Bu səbəbdən Astara rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Astara Rayon Məhkəməsi tərəfindən (hakim Emin Quliyev) işə məhkəmə iclasında baxılarkən iş üzrə ətraflı araşdırma aparılmadan guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən borcu hesabına 900 (doqquz yüz) manat ödəmişdir deyə ##.##.2026ci il tarixli qərarı ilə inzibat xəta tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-ci il tarixdə saat 12:54 dəqiqədə "xxxx" ASC-nin Astara şöbəsinə 500 manat borcu hesabına ödənilmişdir. Hesab edir ki, belə halda borclu barədə qanuna uyğun tədbir görülməli idi. Lakin məhkəmə buna əhəmiyyət verməmiş və əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələblərinə görə "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılıan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələblərinə görə "İnzibati Xəta tərkibi olmadıqa, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmuru tərəfindən qanunla müəyyən edilmiş müddətdə könüllü qaydada icra edilməsi üçün xəbərdarlıq edilmiş, yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, məhkəmə materiallara baxıldığı zaman 900 manat deyil, 500 manat ödəniş etmişdir. Bütün bu hallar nəzərə alınmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil İnqilab oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5- 111) ***/**** nömrəli icra vərəqəsindən müəyyən edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 3000 (üç min) manat pul vəsaiti, habelə ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun tutulması qət edilmiş, qətnamə ##.##.2026-cı il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icra vərəqəsi verilmişdir. İş materiallarında olan Astara rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli icraata başlama haqqında qərardan müəyyən edilir ki, Astara Rayon Məhkəməsinin qeyd olunan icra sənədi icraya qəbul edilmiş, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumilikdə 3051 (üç min əlli bir) manat məbləğində pulun tutulması üçün icra icraatına başlanılmış, borcluya öhdəliyi 10 gün müddətində könüllü icra etməsi təklif edilmişdir. İş materiallarında olan Astara rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli bildirişindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsinin tələblərini 10 gün müddətində könüllü icra etməsi təklif edilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi, habelə icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Astara rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli icra qeydindən görünür ki, xxxx ASC-nin xeyrinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1909 manat 98 qəpik əsas borcun və 25 manat dövlət rüsumunun tutulması təklif edilmiş, ümumilikdə 1934 manat 98 qəpik məbləğində pulun tutulması barədə icra qeydi aparılmışdır. İş materiallarında olan Astara rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlama haqqında qərarından görünür ki, Astara rayon Notariat Kontorunun ##.##.2026cı il tarixli icra qeydi əsasında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xxxx ASC-nin xeyrinə 1934 manat 98 qəpik məbləğində pulun tutulması üçün icra icraatına başlanılmış, borcluya borcu 10 gün müddətində könüllü qaydada ödəməsi təklif edilmiş, icra edilmədiyi halda məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı və Astara Rayon Notariat Konturunun ##.##.2026-cı il tarixli, 8İ-3436 saylı icra sənədlərini pul öhdəliklərini ödəməməklə icra etməkdən yayınmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmiş, iş üzrə mövcud sübutlara onların məzmununa və qarşılıqlı əlaqəsinə uyğun hüquqi qiymət verilməmiş, nəticədə qəbul edilmiş qərarın əsaslandırma hissəsi işin faktiki halları ilə uzlaşmayan və bir sıra hallarda iş materiallarında mövcud olmayan hallara istinad edilməklə formalaşdırılmışdır. Belə ki, məhkəmənin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı nəticəsinə gələrkən, əsasən onun icra sənədi üzrə ümumi borcun 900 manat hissəsini ödəməsinə, maddi vəziyyətinə və səhhətində yaranmış problemlərə istinad etmişdir. Lakin məhkəmənin bu nəticəyə hansı konkret sübutların əsasında gəldiyi, həmin ödənişin məhz hansı icra sənədi üzrə və hansı tarixdə həyata keçirildiyi, ödənişin icra sənədinin icrasından yayınma faktına hüquqi baxımdan necə təsir etdiyi, habelə borclunun icra sənədlərinin tələblərini könüllü icra etməsi üçün ona verilmiş müddət ərzində hansı hərəkətləri etdiyi qərarda aydın və ardıcıl şəkildə göstərilməmişdir. İş materiallarından isə müəyyən edilir ki, Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə 3000 manat pul vəsaiti və 51 manat dövlət rüsumunun tutulması qət edilmiş, həmin qətnamə ##.##.2026-cı il tarixdə qanuni qüvvəyə minmiş və icra vərəqəsi həmin tarixdə verilmişdir. Bununla əlaqədar ##.##.2026-cı il tarixdə icraata başlanılmış və borcluya ümumilikdə 3051 manat məbləğində öhdəliyi 10 gün müddətində könüllü icra etmək təklif edilmişdir. Eyni zamanda, iş materiallarından Astara Rayon Notariat Kontorunun ##.##.2026-cı il tarixli icra qeydinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xxxx ASC-nin xeyrinə ümumilikdə 1934 manat 98 qəpik məbləğində vəsaitin tutulmasının tələb olunduğu və həmin icra sənədi üzrə də ##.##.2026-cı il tarixdə ayrıca icraata başlanıldığı görünür. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin qərarında həmin iki müxtəlif icra sənədinin mövcudluğu, onların hər biri üzrə icraata başlanılması, borcluya verilmiş könüllü icra müddətləri və onun həmin müddətlər ərzində davranışı təhlil edilməmişdir. Daha əhəmiyyətlisi ondan ibarətdir ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhz Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədi və Astara Rayon Notariat Kontorunun ##.##.2026-cı il tarixli icra sənədi üzrə pul öhdəliklərini ödəməməklə həmin icra sənədlərini icra etməkdən yayındığı göstərilmişdir. Belə olan halda, məhkəmə tərəfindən hər bir icra sənədi üzrə borcun məbləği, icraata başlanma tarixi, könüllü icra müddətinin başa çatması, həmin müddət ərzində borclunun hər hansı ödəniş edib-etməməsi, edilmiş ödənişlərin hansı icra sənədinə aid olması və protokol tərtib edilənədək icra sənədlərinin tələblərinin hansı həcmdə yerinə yetirilməsi müəyyən edilməli və bütün bu hallar yekun hüquqi nəticəyə gəlmək üçün qarşılıqlı əlaqədə qiymətləndirilməli idi. Lakin birinci instansiya məhkəməsinin qərarından bu halların araşdırılıb-araşdırılmadığı, hansı sübutların hansı səbəbdən qəbul və ya rədd edildiyi, məhkəmənin 900 manat ödənişə hansı konkret hüquqi əhəmiyyəti verdiyi aydın müəyyən olunmur. Məhkəmə yalnız həmin məbləğin ödənilməsini əsas götürərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini tamamilə icra etməkdən qərəzli şəkildə yayınmadığı qənaətinə gəlmiş, lakin bu nəticəni iş üzrə digər sübutlarla əsaslandırılmış şəkildə əlaqələndirməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “qətnamə ilə müəyyən edilmiş aliment borcu məbləğindən hər ay mütəmadi ödəniş etdiyi” qeyd edilmişdir. Halbuki, hazırkı işin materiallarından söhbətin aliment öhdəliyindən getdiyi müəyyən edilmir. Əksinə, iş materiallarına əsasən icra sənədlərindən biri üzrə Zərərçəkmiş şəxs xeyrinə 3000 manat pul və 51 manat dövlət rüsumunun, digər icra sənədi üzrə isə xxxx ASC-nin xeyrinə 1909 manat 98 qəpik əsas borcun və 25 manat dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmənin qərarında “aliment borcu” və həmin borca münasibətdə “hər ay mütəmadi ödəniş” barədə nəticəyə hansı faktiki və sübuti əsaslarla gəldiyi aydın deyil. Eyni zamanda, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səhhətində yaranmış problemləri və maddi vəziyyətini nəzərə alaraq onun icra sənədini tam icra edə bilməməsini üzrlü səbəb kimi qəbul etmişdir. Lakin bu halların hansı sübutlarla təsdiq edildiyi, səhhətindəki problemlərin məhz icra sənədlərinin tələblərinin müəyyən edilmiş müddətdə icrasını obyektiv olaraq mümkünsüz edib-etmədiyi, onun faktiki maddi vəziyyətinin nə olduğu, habelə icra sənədləri üzrə öhdəliklərini yerinə yetirmək imkanının olub-olmaması barədə konkret araşdırma aparılmamışdır. Digər tərəfdən, iş materiallarında olan məlumatlardan görünür ki, apellyasiya şikayətində də zərərçəkmiş şəxs (tələbkar) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız inzibati xəta haqqında protokol tərtib edildikdən sonra ödəniş etdiyini, bununla da könüllü icra müddətində öhdəliyin icra edilmədiyini bildirmişdir. Bu hal iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi halda, birinci instansiya məhkəməsi həmin xüsusatın əsaslı olub-olmadığını, ödənişin dəqiq tarixini, məbləğini və hansı icra sənədi üzrə edildiyini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə yalnız tərəflərin izahatlarını sadalamaqla kifayətlənməməli, həmin izahatları işdə olan digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək hansı məlumatın həqiqəti əks etdirdiyini və hansı səbəbdən müəyyən nəticəyə gəldiyini qərarında əsaslandırmalıdır. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi tərəfindən işin mahiyyəti üzrə bu cür tutarlı əsaslandırma aparılmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi və sübutların qiymətləndirilməsi baxımından natamam araşdırmaya yol verilmiş, iş üzrə bir sıra mühüm hallara münasibət bildirilməmiş, iş üzrə mövcud olan iki ayrı icra sənədi və həmin icra sənədləri üzrə icra prosesinin gedişi lazımi qaydada araşdırılmamış, ödənişlərin vaxtı və təyinatı müəyyən edilməmiş, habelə məhkəmənin qərarında iş materialları ilə uzlaşmayan “aliment borcu” ilə bağlı nəticələrə yer verilmişdir. Beləliklə, apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, inzibati xəta hadisəsinin mövcud olub-olmaması, həmin inzibati xətanın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilib-törədilməməsi, onun inzibati xətanın törədilməsində təqsirinin olub-olmaması, iş üzrə həqiqi vəziyyətin müəyyən edilməsi məqsədilə icra sənədlərinin hər biri üzrə icraatın gedişi, borcluya könüllü icra üçün verilmiş müddət, həmin müddət ərzində və müddət başa çatdıqdan sonra həyata keçirilmiş ödənişlər, ödənişlərin hansı icra sənədinə aid olduğu, borclunun səhhəti və maddi vəziyyəti ilə bağlı gətirilən halların faktiki və sübuti əsası, icra sənədlərinin icrasının mümkünlüyü və borclunun icra məmurunun qanuni tələblərinə münasibəti kimi xüsusatlar aydınlaşdırılmamış, iş materiallarında olan sübutlara, eləcə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin araşdırma zamanı göstərdiyi xüsusatlara kifayət qədər ciddi yanaşılmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair nəticəyə gəlinmiş və beləliklə də, iş üzrə səthi qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Məhkəmə hesab edir ki, yenidən araşdırma zamanı tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli, inzibati xətalar haqqında qanunvericiliyin müvafiq normalarının tələblərinə riayət olunmalı, iş üzrə əhəmiyyətli hallar tam və obyektiv araşdırılmalı, sübutlar qanunun tələblərinə uyğun qiymətləndirilməli, zərərçəkmiş şəxsin (tələbkarın) da hüquqi mövqeyi nəzərə alınmalı və ona lazımi hüquqi qiymət verilməli, daha sonra hazırkı inzibati xəta haqqında iş üzrə araşdırma aparılıb qanuni və əsaslı qərar qəbul edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Astara Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-518/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-518/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver