Məhkəmə qərarları › İş №3(3-9)-520/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-520/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-520/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X8 Suların Istifadəsinə və X5 Xidməti * saylı X9 nümayəndəsi Nümayəndə iştirakı ilə M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs” Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nin sədri X1 şikayət verərək, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nin sədri X1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin çıxardığı qərarla razı deyil, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Məhkəmə qərarının qanunsuz olduğunu aşağıdakı fikirləri ilə izah edir. Adlarından göründüyü kimi, mənzil və tikinti fəaliyyəti ilə məşğul olan bir müəssisədirlər. Işlərini görərkən qanunun tələblərinə əməl etmək onlar üçün prioritet nüanslardan biridir. Belə ki, Azərbaycan Dövlət Su X8 Suların Istifadəsinin və X6 Xidməti * saylı Lənkəran-Astara Regional bölməsi ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunda göstərir ki, guya onlar tərəfindən yaşayış binasının inşası üçün qazılmış bünövrə çuxurunda toplanmış yağış sularının nasos vasitəsilə yerüstü çəkilmiş borulara yaxınlıqdan keçən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə icazə sənədləri olmadan qoşularaq axıdılması faktı müəyyən edilib. Bu tamamilə yalandır. Öncəliklə onlar müfaviq təyinatlı çuxurda toplanmış yağış sularını hər hansı bir vasitənin köməyi ilə icazəsiz olaraq mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə axıtmamışlar. Müvafiq qurumun əməkdaşları fəaliyyət göstərdikləri yerə yaxınlaşaraq bildirlər ki, “xxxx” MMC tikinti şirkəti tərəfindən yeni yaşayış binasının tikilməsi məqsədilə qazılmış bünövrəyə toplanmış yağış sularının nasos vasitəsilə yaxınlıqdan keçən kanalizasiya şəbəkəsinə axıdılması müşahidə olunub. Əməkdaşları olan Rasim onlara bildirmişdir ki, “xxxx” MMC tikinti üzrə layhiələndirmə şirkətidir, lakin tikintini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativ”-i həyata keçirir. Bundan sonra isə əsassız olaraq protokol tərtib olunmuşdur. Onlar suyu xüsusi texniki vasitələrdən istifadə edərək oradan kənarlaşdırmışlar. Qurumları hər hansı tikintiyə başlamazdan öncə mütləq hüquqşünaslarla fikir mübadiləsi edir. Necə ola bilər ki, onlar kimi etibarlı bir tikinti şirkəti icazəsiz olaraq suyu kanalizasiya şəbəkəsinə axıtsın? Onlar tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması kimi bir xətanın törədilməsi mübahisə predmeti belə ola bilməz. Birinci instansiya məhkəməsi işin nə faktiki hallarını, nə də sübutlarını düzgün araşdırmamışdır. Kor-koranə şəkildə qərar verərək üzərlərinə əlavə və qanunsuz öhdəlik qoymuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tətrib etmiş Azərbaycan Dövlət Su X8 Suların Istifadəsinə və X5 Xidməti * saylı X9 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs” barəsində IXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən protokol qəbul edilmişdir. Iş materiallarında olan Azərbaycan Dövlət Su X8 Suların Istifadəsinin və X6 Xidməti * saylı Lənkəran - Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs” tərəfindən yaşayış binasının inşası üçün qazılmış bünövrə çuxurunda toplanmış yağış sularının nasos vasitəsilə yerüstü çəkilmiş borulara yaxınlıqdan keçən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə icazə sənədləri olmadan qoşularaq axıdılması faktı müəyyən edilmişdir. Iş materiallarında olan inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, baxış zamanı baxış quyusuna birbaşa qoşulma Masallı şəhəri H.Əliyev prospekti və Qarabağ küçəsinin kəsişməsində “xxxx” MMC tikinti şirkəti tərəfindən yeni yaşayış binasının tikilməsi məqsədilə qazılmış bünövrəyə toplanmış yağış sularının nasos vasitəsilə yaxınlıqdan keçən kanalizasiya şəbəkəsinə axıdılması müşahidə edildi. X2 Sistemlərinin istismarı idarəsində telefon vasitəsilə əlaqə saxlanılaraq həmin idarənin işçiləri tərəfindən suların kanalizasiya quyusuna axıdılması ləğv edildi. Akt tərtib olunan zaman özünü tikinti şirkətinin əməkdaşı kimi təqdim edən Rasim adlı şəxs “xxxx” MMC-nin tikinti üzrə layihələndirmə şirkəti olduğunu, lakin tikintini “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs” tərəfindənn həyata keçirildiyini bildirmişdir. Tikinti aparan şirkət tərəfindən sənəd təqdim olunmadığından ##.##.2026-cı il tarixində inzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilmişdir. Inzibati araşdırmada iştirak etməsindən ötrü “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nə ## ### 2026-cı il tarixdə məktub göndərilmiş, lakin nümayəndəsi inzibati araşdırmada iştirak etməmişdir. Iş materiallarında olan foto şəkillərdən də görünür ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs” tərəfindən yaşayış binasının inşası üçün qazılmış bünövrə çuxurunda toplanmış yağış sularının nasos vasitəsilə yerüstü çəkilmiş borulara yaxınlıqdan keçən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə icazə sənədləri olmadan qoşularaq axıdılmışdır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələlənməsi, onların istismarı qaydalarına riayət edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyətinə səbəb olur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə görə həmin Qanuna və müvafiq qanunvericiliyə zidd olmayan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminin texniki qurğularının müəyyənləşdirilmiş ərazilərində, su təchizatı və kanalizasiya müəssisələrinin razılığı olmadan hər hansı işlərin görülməsi qadağandır. Su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının zədələnməsi (qəsdən və ya ehtiyatsızlıq üzündən) və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir. Su təchizatı və kanalizasiya sistemlərinin hər hansı texniki qurğusuna dəyişdirici, zədələyici və ya dağıdıcı təsir göstərə biləcək və onun sanitariya mühafizə zonasında yerləşən hər hansı tikili və avadanlıq, əks halların lehinə sübutlar yoxdursa, bu tikili və avadanlığa görə texniki qurğunun korlanmasına sübut kimi qəbul edilə, bundan irəli gələn və qanunvericiliklə nəzərdə tutulmuş prosessual nəticələrin əmələ gəlməsinə səbəb ola bilər. Göründüyü kimi, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nin IXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilən sübutlarla təsdiqini tapır. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nin şikayətində “kooperativ olaraq onlar tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması kimi bir xətanın törədilməsi mübahisə predmeti belə ola bilməz, birinci instansiya məhkəməsi işin nə faktiki hallarını, nə də sübutlarını düzgün araşdırmamış, qərar verərək üzərlərinə əlavə və qanunsuz öhdəlik qoymuş” kimi dəlilərini subyektiv yanaşma kimi, inzibati məsuliyyətdən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Bu da törədilmiş əməlin təsdiqini aradan qaldırmır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında protokol, akt, foto şəkillər, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatı ilə müəyyən edilir ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs” tərəfindən yaşayış binasının inşası üçün qazılmış bünövrə çuxurunda toplanmış yağış sularının nasos vasitəsilə yerüstü çəkilmiş borulara yaxınlıqdan keçən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə icazə sənədləri olmadan qoşularaq axıdılmışdır. Şikayətçi tərəfindən bu sübutların həqiqiliyini və mötəbərliyini təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətanın mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsin törətdiyi inzibati xəta tərkibli əməlin sübuta yetirilməməməsinə dair şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə həmçinin aşağıdakıları qeyd edir: IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Inzibati xəta haqqında işlərdə fotoçəkiliş qanunla icazə verilmiş sübut vasitəsidir, yəni video, foto, səsyazmalar inzibati xəta işində sübut hesab olunur. Qanun fotoçəkilişin aparılması üçün ayrıca “şəxsin razılığını” tələb etmir. Əsas odur ki, çəkiliş xətanın aşkar edildiyi yerdə, səlahiyyətli şəxs tərəfindən və xidməti səlahiyyət çərçivəsində aparılsın. Bu halda fotoşəkil tam qanuni və mötəbər sübutdur. Dövlət nəzarətini həyata keçirən orqanların çəkiliş aparmaq səlahiyyəti vardır. Azərbaycan Dövlət Su X8 Suların Istifadəsinin və X6 Xidməti * saylı Lənkəran - X4 əməkdaşları onların fəaliyyətini tənzimləyən normativ aktlarda, Su Məcəlləsində dövlət nəzarətinin məqsədi göstərilir. Belə ki, həmin normativ-hüquqi aktlarda qanun pozuntusu olan halları aşkar etmək, sənədləşdirmək və qarşısını almaq həmin orqanın birbaşa vəzifəsi olaraq müəyyən olunub. Sənədləşdirmənin tərkib hissələrindən biri də inzibati xətanın sənədləşdirilməsi zamanı fotoçəkilişdən istifadə olunmasıdır. Bu həm sübut toplama, həm də faktın tam və obyektiv təsdiqi üçün vacib faktordur. Inzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Azərbaycan Dövlət Su X8 Suların Istifadəsinin və X6 Xidmətinin əməkdaşları da faktın təhrif olunmaması, sonradan mübahisə edilməməsi və obyektiv qiymətləndirmə aparılması üçün fotoçəkiliş aparmaqla qanunun tələbini icra etmişdir. Inzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. Iş materiallarından görünür ki, səlahiyyətli inzibati orqan tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışın nəticələri müvafiq qaydada rəsmiləşdirilmiş və fotoşəkillərlə təsdiq olunmuşdur. Bu cür sübutlar inzibati icraat praktikasında geniş tətbiq olunan və qəbul edilən sübut növlərindəndir. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlmişdir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Eyni zamanda, məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati məsuliyyət institutunun əsas məqsədi yalnız cəzalandırma deyil, həm də ictimai münasibətlərin qorunması və hüquqpozmalara qarşı preventiv təsirin təmin edilməsidir. Beləliklə, şikayətdə göstərilən bütün dəlillər ayrı-ayrılıqda və məcmu halında təhlil edildikdə müəyyən olunur ki, həmin dəlillər formal mülahizələrə söykənməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayət əsasən eyni halların fərqli şərhi və subyektiv qiymətləndirilməsinə yönəlmişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün hüquqi əsas təşkil etmir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nin ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nin IXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”nin barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”-nə tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”nin sədri X1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-145)-1137/2026 nömrəli qərarı “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs”nin sədri X1 tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar