Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-521/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi Nümayəndə iştirakı ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş “xxxx” X2 direktoru Vəzifəli şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirləndirilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından Vəzifəli şəxs tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən Vəzifəli şəxs Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz manat) məbləğində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. “xxxx” publik hüquqi şəxsin direktoru Vəzifəli şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərardan Kürdəmir Rayon Məhkəməsinə şikayət vermişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı (hakim Muxtar Muxtarov) ilə “xxxx” publik hüquqi şəxsin direktoru Vəzifəli şəxs şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədovun ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından apellyasiya şikayəti verilərək, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, İXM-in 134.1.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 barəsində çıxardığı ## #### 2026-cı il tarixli, MN №******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Vəzifəli şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materialları araşdırıb hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində apellyasiya şikayətindən imtina edilərkən, məhkəmə tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında gösrərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin Qərarını əsas götürərək, yuxarıda qeyd edilən məsələnin prosessual həlli üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına istinad etmək lazımdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi Saatlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verilmiş həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Belə ki, apellyasiya şikayətindən görünür ki, şikayət Vəzifəli şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Halbuki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar Vəzifəli şəxs şəxsən özü barəsində “xxxx” publik hüquqi şəxsin direktoru olaraq vəzifəli şəxs kimi qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, apellyasiya şikayəti inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə hüququ olmayan şəxs tərəfindən şikayət verildikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64, 128ci maddələrini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından Vəzifəli şəxs adından imzalanmış apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardad dərhal qanuni quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-521/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-521/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver