Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-522/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil İnqilab oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməsinə dair Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi) ilə ## ######## 1983-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Saatlı şəhəri, H.Əliyev pr, ev 169-da qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilməsi, onun məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, məcburi müalicənin icrasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsə və məcburi müalicənin icrasına nəzarət edilməsinin Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs naməlum mənbədən əldə edib saxladığı narkotik vasitə olan heroin istehlak etmişdir. Bu səbəbdən, Saatlı Rayon Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə və dispanseri qeydiyyatı haqqında tapşırığın ləğv olunmasını və rəylər arasındakı ziddiyyətin aradan qaldırılması üçün təkrar məhkəmə-narkoloji-toksikoloji ekspertizasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib üç yüz manat məbləğində cərimə edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (yəni mənim) məhkəmə iclas zalından həbsdən azad edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (yəni mənim) barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun, ərazi narkoloji dispanserində qeydiyyata alınması, məcburi müalicənin icrasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsə və məcburi müalicənin icrasına nəzarət edilməsi Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarını əsassız və qanunsuz hesab edir. Məhkəmə qərarı qüvvədə olan mövcud və müvafiq qanunvericiliyin tələblərini kobudcasına pozulmaqla çıxarılmışdır. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarında əsaslandırıcı hissəsi ilə nəticənin işin faktik hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir və barəsində iş üzrə inzibati icraatın icrasına xitam verilməsi barədə yeni qərar qəbul edilməlidir. Aşağıda qeyd olunanlarla sözügedən məhkəmə qərarının əsassız və qanunsuz, ələxsus ədalətsiz olması aydın şəkildə görünür. Belə ki, hesab edir ki, birinci instansiya məhkəməsinin sözügedən qərarı qanunsuz, əsaslandırılmamışdır və iş üzrə sübutlar natamam, birtərəfli araşdırılmışdır. Qərar aşağıdakı hüquqi və maddi əsaslara görə ləğv edilməlidir: 1. Səthi ekspress-test nəticələri və Klonazepam preparatının çarpaz reaksiyası: X3 və İstanbul Klinikası tərəfindən verilmiş rəylər müfəssəl laborator analizə deyil, ibtidai ekspress-skrining testlərinə əsaslanır. O, baş ağrıları və yuxusuzluq pozuntusu ilə bağlı həkim-nevropatoloq X1 rəsmi resepti əsasında müalicəvi Klonazepam (benzodiazepin qrupu) dərmanı qəbul etmişdir. Ekspress-test zolaqları bu cür legitim reseptli dərmanların molekulyar tərkibini psixoaktiv maddələrlə səhv salaraq "yalançı müsbət" (false positive) indikasiya göstərir. 2. X6 Nəticəsi (Memorial Hospital): Qərardan dərhal sonra — ## ###### 2026-cı il tarixində Memorial Hospitalın dəqiq laboratoriya avadanlıqları ilə verilmiş toksikoloji qan analizi nəticələrində (Oxycodone, Morphine/Opioid törəmələri, a-PVP, THC və s. daxil olmaqla) nəticə tam NEQATİV (-) çıxmışdır. Bu rəsmi tibbi sənəd onun orqanizmində heç bir qanunsuz narkotik maddənin olmadığını subut edir və ilkin ekspress-test rəylərini tam təkzib edir. 3. Məhkəmə tərəfindən vəsatətinin təmin olunmaması: Birinci instansiya məhkəməsində işə baxılarkən tərəfindən müstəqil/təkrar Məhkəmə-Narkoloji Ekspertizasının təyin olunması barədə vəsatət qaldırılsa da, məhkəmə bu vacib sübutu araşdırmadan imtina etmiş, işin faktiki hallarını tam və obyektiv qiymətləndirməmişdir. 4. X10 Qərarı: Əvvəllər heç vaxt narkotik maddə istifadə etmədiyi, orqanizmində asılılıq sindromu olmadığı və Memorial Hospitalın rəsmi laborator cavabı ilə psixoaktiv maddə tapılmadığı halda, barəsində "narkomaniya xəstəliyi" diaqnozunun qoyulması və məcburi müalicə təyin edilməsi hüquqa və ədalət prinsipinə ziddir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının # ##### 2013-cü il tarixli ***-IVOD nömrəli qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## ###### tarixli *** nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il ## ##### tarixli *** nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** saylı qərarına əsasən 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2-ci Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Ona görə də bu protokol üzrə əsassız cəriməyə məruz qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar çıxarılmışıdır. Məhkəmə işə baxarkən açıqaşkar surətdə birtərəfli mövqe sərgiləmiş və bir tərəfin qanunsuz mövqeyini və qərarını əsas kimi götürərək ədalətli olmayan qərar çıxarmışdır. Bu qərarı ilə məhkəmə nəinki, ölkə qanunlarını, eləcə də həmin qanunlarla qorunan onun hüquqlarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil İnqilab oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin maddənin Qeyd hissəsinin ikinci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, ambulator-məcburi narkoloji-tibbi yoxlamanın rəyi, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ## ###### 2026-cı il tarixində Saatlı şəhəri H.Əliyev prospektində gecə saatlarında sərxoş halda xidmətdə olan Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı kobud rəftar və tabesizlik etdiyinə görə Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati xata haqqında iş üzrə qərarı ilə 10 gün müddətinə inzibati həbs edilmişdir. Həbsdə olduğu müddətdə ondan götürülmüş sidik analizindən sonra Saatlı rayon polis şöbəsində bilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyi ilə müəyyən edilib ki, morfin qrupuna aid narkotiklər istifadə edir və narkomaniya xəstəliyi vardır. O heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, lakin baş ağrılarından, nevroz və yuxusuzluqdan əziyyət çəkdiyinə görə həkim müayinələrində olmuş və həkim məsləhəti ilə ağrıkəsici və yuxu dərmanlarından istifadə edir. Hesab edir ki, həmin dərmanların tərkibi ondan götürülmüş sidik analizində narkotik tərkibli maddə kimi aşkar olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyi ilə razılaşmır və məhkəmə ekspertizanın keçirilməsi üçün yenidən müayinə olunmasına da etiraz etmir. Ona görə də göstərdiklərinin və anasının ağır xəstəlikdən əziyyət çəkməsinin, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasının, ailəsinin yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun qaynıdır. Nevropotoloq həkim olaraq Saatlı Mərkəzi Rayon xəstəxanasında işləyir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun zamandır tanıyır və bu müddət ərizində Əlizadə ilə demək olar hər gün bir yerdə olmuşlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərli vərdiş kimi siqaret çəkməsini bilir, amma narkotik vasitələrdən istifadə etməməsini dəqiq bilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxusuzluqdan əziyyət çəkdiyi üçün ona resept əsasında klonazepam dərmanı yazmış, Əlizadə də həmin dərmandan istifadə edir. Həmin dərmanın tərkibi də tibbi yoxlama rəyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində aşkar olunmuş opioidlərin tərkibi ilə eyni deyildir, opioidlər narkotik vasitə olan heroinin tərkibinə uyğundur. Ona görə də həkim olaraq həmin rəydəki yanlışlığın aradan qaldırılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator Məcburi-Narkoloji Tibbi yoxlanmasını məsləhət görür. Bundan başqa, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanmasının rədd edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının ## ###### 2026-cı il tarixli **** nömrəli rəyindən görünür ki, tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində MOP (+) aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına verilmiş ## #### 2026-cı il və ## ###### 2026-cı il tarixli reseptlərdən görünür ki, Nevropotoloq X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxu pozuntusu üçün klonazepam dərmanı yazmışdır. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb əlaqəli təhlil edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs apellyasiya şikayətində ona istinad olunan inzibati xətanın törədilməsində təqsiri olmamasını qeyd etsə də, göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim edə bilməmiş, əksinə işdə olan bir-birini tamamlayan mötəbər sübutlarla şikayətdə göstərilən xüsusatlar təkzib olunmuşdur. Belə ki, apellyasiya şikayətində barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğunu əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin ## ###### 2026-cı il tarixli **** nömrəli rəyində müəyyən edilmiş nəticələrin ekspress-testə əsaslanması, qəbul etdiyi klonazepam preparatının həmin testin nəticəsinə təsir göstərə bilməsi, sonradan Memorial Hospitalda aparılmış laborator müayinənin nəticələrinin mənfi olması, habelə təkrar məhkəmə-narkolojitoksikoloji ekspertizasının təyin edilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, apellyasiya şikayətində tibbi yoxlama zamanı istifadə edilmiş ekspress-testin nəticəsinin guya öz-özlüyündə qeyri-mötəbər olması barədə irəli sürülmüş mülahizə iş materialları ilə təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin ## ###### 2026-cı il tarixli **** nömrəli rəyində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində MOP (+) aşkar edilməsi ilə yanaşı, həmin şəxsdə opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar edildiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görüldüyü göstərilmişdir. Deməli, həmin rəyin nəticəsi yalnız sidikdə müəyyən maddənin ekspress-test vasitəsilə aşkar edilməsindən ibarət olmamış, tibbi yoxlamanın nəticəsi əsasında şəxsin narkotik vasitələrin qəbulu ilə bağlı asılılıq vəziyyətinə dair də tibbi nəticə verilmişdir. Apellyasiya şikayətində isə bu nəticənin hansı konkret tibbi və ya elmi əsasla yanlış olduğu göstərilməmiş, yalnız ekspresstestin guya klonazepamla “çarpaz reaksiya” verə bilməsi barədə ümumi mülahizə irəli sürülmüşdür. Bununla yanaşı, iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs klonazepam qəbul etməsi barədə ## #### 2026-cı il və ## ###### 2026-cı il tarixli reseptlərin olması ilə bağlı məhkəmə qeyd edir ki, reseptlərin mövcudluğu həmin şəxsin sidiyində MOP (+) nəticəsinin məhz klonazepamın qəbulu ilə əlaqədar yarandığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Başqa sözlə, şəxsin müəyyən dərman preparatını həkim təyinatı ilə qəbul etməsi ilə həmin preparatın konkret laborator müayinədə aşkar edilmiş nəticəyə səbəb olması arasında səbəbli əlaqə ayrıca və mötəbər sübutla təsdiq edilməlidir. İş materiallarında isə belə bir əlaqəni təsdiq edən hər hansı laborator, ekspert və ya digər mötəbər məlumat mövcud deyildir. Əksinə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsindən də görünür ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs klonazepam preparatını resept əsasında təyin etdiyini bildirsə də, həmin preparatın tərkibinin tibbi yoxlama zamanı aşkar edilmiş opioidlərlə eyni olmadığını göstərmişdir. Belə olan halda, apellyasiya şikayətində məhz klonazepamın MOP (+) nəticəsinə səbəb olması barədə irəli sürülən arqument iş materiallarında olan sübutlarla təsdiq olunmadığından, bu dəlil şəxsin təqsirsizliyinə dəlalət edən hal kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin apellyasiya şikayətinə əlavə edilmiş və ## ###### 2026-cı il tarixində Memorial Hospitalda aparıldığı bildirilən toksikoloji qan analizinin nəticəsinə dair dəlillərə də qiymət verərək qeyd edir ki, həmin müayinənin nəticəsinin mənfi olması özlüyündə ## ###### 2026-cı il tarixli narkoloji tibbi yoxlamanın nəticəsini aradan qaldırmır və ya avtomatik olaraq həmin rəyi qeyri-mötəbər etmir. Belə ki, ilk növbədə nəzərə alınmalıdır ki, qeyd olunan iki müayinə müxtəlif vaxtlarda, müxtəlif bioloji material üzərində və müxtəlif metodlarla aparılmışdır. ## ###### 2026-cı il tarixli tibbi yoxlama zamanı şəxsin sidiyi müayinə edilmiş, ## ###### 2026-cı il tarixində isə qan nümunəsinin müayinəsindən söhbət gedir. Bu səbəbdən sonrakı tarixdə götürülmüş qan nümunəsinin mənfi nəticəsi əvvəlki tarixdə götürülmüş sidik nümunəsində müəyyən edilmiş nəticənin faktiki olaraq mövcud olmadığını təsdiq edən nəticə kimi qəbul edilə bilməz. Bu baxımdan yalnız sonrakı tarixdə aparılmış başqa bir laborator müayinənin nəticəsinə istinad edilməsi birinci instansiya məhkəməsinin iş materiallarında olan sübutların məcmusuna əsaslanan nəticəsini şübhə altına almaq üçün kifayət etmir. Məhkəmə apellyasiya şikayətinin məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınma ilə bağlı dəlilinə münasibətdə isə onu qeyd edir ki, həmin tədbirlər birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyinin müəyyən edilməsi barədə ## ###### 2026-cı il tarixli **** nömrəli tibbi yoxlama rəyində əks olunmuş nəticələr nəzərə alınmaqla tətbiq edilmişdir. Şikayətçi bu nəticələri təkzib edən mötəbər tibbi sübut təqdim etmədiyindən, yalnız özünün narkotik vasitələrdən istifadə etmədiyini bildirməsi və sonrakı tarixdə aparılmış müayinənin nəticəsinə istinad etməsi həmin tədbirlərin ləğvi üçün kifayət etmir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər, yəni baş vermiş inzibati xəta üzrə təqsirinin olmamasından ibarət xüsusat sonuncunun inzibati məsuliyyətdən yayınmasına yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Həmçinin qeyd etmək zəruridir ki, səlahiyyətli orqan tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqların olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, özünün və anasının xəstəlikdən əziyyət çəkmələrini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almış, habelə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında göstərilmişdir ki, şəxs həmin əməli törətməyə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmçinin iş materiallarında olan “inzibati qaydada tutma haqqında” ##.##.2026-cı il tarixli, AZA ****** nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, eləcə də məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun inzibati qaydada tutulduğunu, habelə İXM-nin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq, inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati cərimə növündə tənbeh tətbiq etmiş və cərimənin məbləğini 300 manat məbləğində müəyyən etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri də qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-522/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-522/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver