Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-523/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə MÜƏYYƏN ETDI: Masallı Rayon Polis X1 Polisi Bölməsinin ## #### 2026-cı il tarixli TP ******* saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Masallı RPŞ DYPB-nin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib məhkəmənin və səlahiyyətli orqanın vəzifəli şəxsinin qərarlarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Işin halları Masallı RPŞ X2 Bölməsinin ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə idarə etdiyi “Jeep Wrangler” minik markalı “** MM ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və nəticədə IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının, eləcə də Masallı RPŞ DYPB-nin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ## ### 2026-cı il tarixdə saat 22:12-də ünvan 2 ünvanında “Jeep Wrangler” minik markalı “** MM ***” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıda hərəkət edən avtomobil təxminən 20 km/saat sürətlə hərəkət etdiyi üçün və həmin yolda ötmək qadağandır 3.20 yol nişanı və yolda 1.1 düz xətt nişanlanma xətti olmadığından qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etmişdir. Həmin vaxt DYP avtomobili ona “saxla” işarəsi verdiyindən avtomobili saxlamışdır. Yol patrul inspektoru ona bildirmişdir ki, ötmə əməliyyatı edərək yol hərəkəti qaydasını pozmuşdur. O da inspektora ötmə əməliyyatı etdiyini, lakin həmin yolda “ötmək qadağandır” yol nişanlarının olmadığını bildirmişdir. Bundan sonra yoluna davam edərək yaşadığı Cəlilabad rayonuna qayıtmışdır. Iki gün sonra ona məlum olmuşdur ki, həmin vaxtı Masallı RPŞ-nin YPX inspektoru həmin gün, yəni ## ### 2026-cı il tarixdə onun barəsində Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edərək, ##.##.2026-cı il tarixli TP ******* saylı qərarla 100 manat cərimə etmişdir. O, barəsində ##.##.2026-cı il tarixli, IXP ******* saylı protokol tərtib edilməsindən və ##.##.2026-cı il tarixli, TP ******* saylı qərar çıxarılmasından xəbərsiz olmuşdur. Protokol və qərar onun iştirakı olmadan tərtib olunmuşdur. ##.##.2026-cı il tarixli, IXP ******* saylı protokol və ##.##.2026-cı il tarixli, TP ******* saylı qərar Azərbaycan Respublikası IXM-in prinsiplərinə zidd tərtib olunduğundan həmin qərara etiraz edir. O, heç bir inzibati xəta törətməmişdir. Birincisi, Masallı rayonu Yol Patrul Xidməti inspektoru əgər vizual şəkildə onun yol nişanlarının tələblərinə riayət etməməsini aşkar etmişdirsə, onda onun iştirakı ilə inzibati protokol tərtib olunmalı və bundan sonra barəsində qərar qəbul edilməli idi. Cəlilabad Rayon Məhkəməsi də heç bir inzibati xəta törətmədiyini bildirməsinə baxmayaraq, yalnız onun ötmə əməliyyatı etdiyini əsas gətirərək şikayətini əsassız hesab etmişdir. Halbuki, məhkəmə onun ötmə əməliyyatı etdiyi yerdə yolda “ötmək qadağandır” 3.20 yol nişanı və yolun səthində 1.1 düz xətt nişanlama xəttinin olub-olmamasını araşdırmamışdır. Prosessual məsələlər Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati tənbeh təyin edilmiş şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati tənbeh təyin edilmiş şəxsin apellyasiya şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, IXM-in 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Səlahiyyətli orqanın (Masallı RPŞ DYPB-nin) qəbul etdiyi ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə “Jeep Wrangler” minik markalı “** MM ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ünvan 1 ünvanında əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilmişdir. Işdə olan inzibati xətanın əks olunduğu videogörüntüdən görünür ki, “Jeep Wrangler” minik markalı “** MM ***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ünvan 1 ünvanında hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatını etmişdir. Işdə olan videogörüntüdən görünür ki, ##.##.2026-cı il tarixdə saat 22:11-də “Jeep Wrangler” minik markalı “** MM ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını etməsini etiraf etmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuş, Masallı RPŞ DYPB onu haqlı olaraq həmin maddə ilə təqsirli bilərək barəsində cərimə tənbehi tətbiq etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi dəlillər isə iş materialları ilə təsdiq edilməmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-523/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-523/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver