Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-525/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi Vəkil İnqilab oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Samir Quliyev) ilə ## ###### 1986-cı ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində qeydiyyatda olan və Biləsuvar rayonu, * saylı qəsəbə, ev 87 ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilmişdir. İŞİN HALLARI Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon İcra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- ***/**** saylı, ## ####### 2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra sənədi ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4435 (dörd min dörd yüz otuz beş) AZN sabit pul məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İşə baxan Cəbrayıl Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Cəbrayıl Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, həbs növündə inzibati tənbeh tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəbrayıl rayon İcra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən olunur ki, Cəbrayıl Rayon Məhkəməsinin ## ####### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi və həmin məhkəmənin # ###### 2025-ci il tarixli, *(***)- **/**** saylı icra sənədi əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4435 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilmişdir. Lakin həmin icra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəbrayıl rayon Icra və Probasiya şöbəsinə daxil olduqdan sonra icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməsinə və bu haqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ona 4435 manat məbləğindəki borcunu ödəməmişdir. Nəticədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəbrayıl rayon İcra və Probasiya şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olduğu hesab edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və işə baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona olan 4435 manat borcunu ödəmir. Aliment ödəməlidir. Lakin özü hazırda borclu olduğu məbləği ödəməkdən yayınır və uşaqlara baxmır. Hazırda aliment məbləği 260 manat təşkil edir. Ancaq qarşı tərəf 144 manatı belə ödəməkdən boyun qaçırır. Mövcud vəziyyətdə bank kartı vasitəsilə iki uşağa görə 125 manat pul köçürür, çox az hallarda əlavə pul ödəyir. Və onu da nağd deyil, karta köçürməklə və çətinliklə ödəyir. Yerdə qalan 4435 manat məbləğində olan borcu isə ümumiyyətlə ödəmir. Məlumdur ki, 125 manat aliment məbləği ilə Bakı şəhərində iki azyaşlı uşağın saxlanılması qeyrimümkündür. Hər iki uşağın təhsili, tərbiyəsi və gündəlik qayğılarının qarşılanması ciddi çətinlik yaradır və bütün ehtiyaclarını tam şəkildə təmin etmək mümkün olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu məbləği ödəmək imkanı vardır. O, borcu aylıq hissələrə bölməklə də ödəyə bilər. Bu dediklərinə əsasən, Cəbrayıl Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı əsassızdır. Və bu hal həmin şəxsin məsuliyyətə cəlb olunması üçün əsasdır. Cəbrayıl Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, həbs növündə inzibati tənbeh tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil İnqilab oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdə olan sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkməsində Cəbrayıl rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, R Əzizov İlkin İnşalla oğlu izahatında bildirmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra sənədi ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4435 (dörd min dörd yüz otuz beş) AZN sabit pul məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Eyni zamanda bildirir ki, Cəbrayıl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra sənədi ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4435 (dörd min dörd yüz otuz beş) AZN sabit pul məbləğində borc tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, o, Biləsuvar rayonu, * saylı qəsəbə, ev 87 ünvanda yaşayır. O, hazırda 3-cü qrup əlil olmaqla pensiya alır. Cəbrayıl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs xeyrinə olan aliment borcunu vaxtı-vaxtında ödəmişdir. Hazırda tələbkar Zərərçəkmiş şəxs heç bir aliment borcu yoxdur. Belə ki, tələbkar 2019-cu il tarixdən olan borcu tələb edir, belə ki, 3 il müddətində pul kartı tələbkarda qalmış və borc ödənilmişdir. Bundan əlavə ##.##.2026-cı il tarixdə 165 manat, ##.##.2026-cı il tarixdə 165 manat, ##.##.2026-cı il tarixdə 160 manat və ##.##.2026-cı il tarixdə isə 165 manat ödənilmişdir. Bundan əlavə hər ay onun kart hesabından 126 manat pul məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilir. Bundan başqa, iş materiallarında olan MN ******* №-li, ## #### 2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2019-cu il tarixli və Cəbrayıl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025ci il tarixli icra sənədi ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4435 (dörd min dörd yüz otuz beş) AZN sabit pul məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan *****/****-**-*/** saylı ##.##.2026-cı il tarixli inkasso sərəncamından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2019cu il tarixli icra vərəqəsinin icrası üzrə uşaqların 18 yaşı tamam olanadək hər ay borclunun hesabından 126 manat pul məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, obyektiv və hərtərəfli nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmənin qənaətinə görə, qeyd olunan hallar borclu tərəfindən icra sənədinin icrasından qərəzli yayınma və ya boyun qaçırma niyyətinin mövcud olmadığını göstərir. İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İXM-in 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş verməsi üçün icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən icra etməməsi zəruridir. Cavabdeh tərəfindən icra sənədinə əsasən inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı müddət ərzində iddiaçının xeyrinə borcun bir hissəsinin həyata keçirilməsi, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi, eləcə də, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirməməlidir. Belə ki, məhkəmə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası istiqamətində konkret mövqeyini, icradan imtina etməməsini və borc ödənişini həyata keçirməsini onun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qəbul etmir və onun hərəkətlərini qərəzli hesab etmir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını qanunvericilik normaları baxımdan nəzərdən keçirib belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi və nəticə etibarilə onun əməlində inzibati xəta tərkibinin olması işdə olan sübutlarla təkzib olunur. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nın Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsindən söhbət gedə bilməz. Beləliklə, apellyasiya məhkməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi təsdiq olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olmaması qənaətinə gəlib, inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşılmalıdır. Beləliklə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin şikayət üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, apellyasiya məhkəməsi Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-525/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-525/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver