Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-526/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılması barədə Biləsuvar Rayon Məhkəməsi hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsi hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Quliyev Samir İdris oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində 2025-ci ilin iyul ayı ərzində müxtəlif cinsli, müxtəlif diametrli (d. 4 sm – 23 sm) olmaqla ümumilikdə 25 ədəd ağacın (4 ədədi quru) motorlu mişarla kəsilərək məhv edilməsi faktı müəyyən olunmuşdur. Bu səbəbdən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmiş və törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri 3140 manatın ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın qərarından Biləsuvar Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xətam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan Biləsuvar Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini, səlahiyyətli orqanın əməkdaşları tərəfindən tut bağı ilə yol verilmiş saxtakarlıq və qərəzli əməllərə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vüsal İbrahimli tərəfindən barəsində çıxarılmış ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz, qərəzli və obyektivlikdən uzaqdır. Həmin qərarla barəsində AR İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 (iki min) manat inzibati cərimə və 3140 (üç min yüz qırx) manat dəymiş ziyan məbləği olmaqla, ümumilikdə 5140 (beş min yüz qırx) manat məbləğində ödəniş tətbiq edilmişdir. Həmin qərarın ləğv edilməsi aşağıdakı sübutlara və faktiki hallara əsaslanır:
1. Son zərurət və təhlükəsizlik vəziyyəti: Tərəfindən budanmış kəsilmiş qovaq ağacları uzun müddət baxımsız qalaraq qurumuş və kənd sakinləri üçün ciddi həyati təhlükə yaratmışdır. Güclü külək nəticəsində həmin ağaclar kəndin yüksək gərginlikli elektrik naqillərinin üzərinə aşaraq kəndin elektrik təchizatında fasilələrə, əhalinin işıqsız qalmasına və avtomobil yolunun bağlamasına səbəb olmuşdur. Rəsmi Sübut 1: Cəbrayıl Rayon İcra Hakimiyyətinin Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli, ** nömrəli Arayışı ilə rəsmi olaraq təsdiq olunur ki, ağaclar qurumuş, elektrik naqillərinin üzərinə aşmış, kəndi işıqsız qoymuş və real təhlükə yaratdığı üçün əraziyə baxış keçirilərək yerində təsdiq edilmişdir. Rəsmi Sübut 2: ##.##.2026-cı il tarixli Şahidlərin İmza Vərəqəsi ilə 8 nəfər kənd sakini (Quseynova S., Haqverdiyeva T., Həziyev M., Bayramov S., Hüseynov Ş., Xəlilov Y., Maqsudova L., Hüseynov Z.) təsdiq edirlər ki, ağaclar real təhlükə yaratdığı üçün onların götürülməsi mütləq zərurət olmuşdur.
2. Hüquqi əsas AR İXM-in 19-cu maddəsi (Son zərurət): Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, "Şəxsin son zərurət vəziyyətində, yəni inzibati xəta qanunvericiliyi ilə qorunan hüquq və mənafelərə təhlükə yaradan halı aradan qaldırmaq üçün etmiş olduğu əməl, əgər bu təhlükəni digər vasitələrlə aradan qaldırmaq mümkün deyildirsə və vurulmuş zərər qarşısı alınmış zərərdən əhəmiyyətli dərəcədə azdırsa, inzibati xəta sayılmır." İnsan həyatına, kəndin elektrik və nəqliyyat sisteminə dəyəcək böyük qəza riskinin qarşısını almaq üçün bu addım atılmışdır.
3. ** saylı RETSİ əməkdaşlarının qərəzli münasibəti və saxtakarlığı: ## ###### 2026-cı il tarixində kəndin 1 ha 40 sot ərazisində salınmış 428 ağaclı tut bağı (hansı ki, 28 Dekabr 2022ci il tarixli Aktla rəsmi təsdiqlənmiş 428 ədəd tut ağacından ibarətdir) qanunsuz şumlanaraq məhv edilmişdir. O, bu barədə 168 "Qaynar Xətt"ə müraciət etdikdən sonra, ** saylı REGİ əməkdaşları aktda 428 ağac əvəzinə cəmi 4 ağac göstərərək saxtakarlıq etmişlər. O, bu saxtakarlığa qarşı etiraz etdiyi üçün idarə əməkdaşları qərəzli qisasçılıq niyyəti ilə 9 ay əvvəl baş vermiş təhlükəsizlik tədbirini "qanunsuz ağac kəsilməsi" kimi qələmə verərək barəsində 5140 manatlıq ağır cərimə qərarı çıxarmışlar. 3.1. Yerli aidiyyəti qurumların fəaliyyətsizliyi və məsələni ört-basdır etməsi: Bildirir ki, ## ###### 2026-cı il tarixdə bu hadisə baş verəndə ilk öncə Azərbaycan Respublikasının Xüsusi Nümayəndəliyinin Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi üzrə məsləhətçisi X3, daha sonra Cocuq Mərcanlı kənd ərazi nümayəndəsi Zeynalov Xanlara və Cəbrayıl Rayon İcra Hakimiyyətinə məlumat versə də, heç biri bu məsələ ilə bağlı araşdırma aparmamışdır. Bu ədalətsizliyi və saxtakarlığı ört-basdır etmişlər, hər biri bu qanunsuzluğa göz yummuşdur. Hər birinin bütün baş verən hadisələrdən xəbərləri var, lakin öz mənafelərini qorumaq üçün ədalətsizliyə göz yumurlar. 4 Maddi vəziyyətin nəzərə alınmaması: 8 aydır ki, ixtisara düşərək işsiz qalımışdır. Ailəsində 3 azyaşlı övladı var və ailədə heç kim çalışmır. Təbiq edilən 5140 manatlıq cərimə ailəsinin sosial-maddi vəziyyətinə ağır zərbə vurur və ədalətsizdir.
PROSESSUAL MƏSƏLƏLƏR
Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qanunsuz, əsassız və düzgün olmayan nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.
HÜQUQİ MƏSƏLƏLƏR
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırkı inzibati xəta haqqında işin materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində 2025-ci ilin iyul ayı ərzində müxtəlif cinsli, müxtəlif diametrli (d. 4 sm – 23 sm) olmaqla ümumilikdə 25 ədəd ağacın (4 ədədi quru) motorlu mişarla kəsilərək məhv edilməsi faktı müəyyən edilmiş və o, İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın həmin qərarından Biləsuvar Rayon Məhkəməsinə şikayət verib qərarın ləğv edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə onun şikayəti təmin edilməmiş və vəzifəli şəxsin qərarı qanuni hesab edilmiş, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən isə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Birinci instansiya məhkəməsində barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) izahatında göstərmişdir ki, o, 2017-ci ildən Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində yaşayır. Həmin ildən öz yaşadığı evin qarşısnda öz vəsaiti hesabına qovaq ağacları əkmişdir. İllər keçdikcə həmin ağaclar böyümüş, lakin müxtəlif səbəblərdən qurumuş və təhlükəli vəziyyətə düşmüşdür. Ağacların üzərindən kəndin elektrik xətləri keçdiyindən, onlar həm sakinlərin həyatı və sağlamlığı, həm də dövlətin elektrik təsərrüfatı üçün ciddi təhlükə mənbəyinə çevrilmişdir. 2025-ci ilin iyul ayında güclü küləkli hava şəratində qurumuş ağaclardan biri aşaraq elektrik naqillərinin üzərinə düşmüş, nəticədə elektrik dirəyində yanğın baş vermiş, naqillər qırılmış və kəndə verilən elektrik enerjisinin verilməsi dayanmışdır. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilmiş, hadisə yerinə gələn elektrik şəbəkəsinin əməkdaşları yanğını söndürmüş və elektrik enerjisinin verilməsini bərpa etmişlər. Hadisə zamanı Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, ərazidə xidmət aparan R Xəqani Əlizadə və çox saylı kənd sakinləri hadisə yerində olmuş, baş vermiş hadisəni öz gözləri ilə müşahidə etmişlər. Elektrik naqillərinin üzərində qalmış və yola aşmış qurumuş ağaclar kənd sakinlərinin köməyi ilə təmizlənmiş, digər qurumuş ağaclar isə gələcəkdə daha ağır fəsadların baş verməməsinin qarşısını almaq məqsədilə götürülmüşdür. Sonradan elektrik naqillərinə mane olan digər ağaclar da onun tərəfindən kəsilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə edilmişdir. Bundan əlavə təbiətə dəymiş 3140 manat ziyan ondan tələb edilmişdir. Qeyd edir ki, ağacların kəsilməsinə görə qanunla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat vermək lazım olduğunu bilməmişdir. Bütün bunları nəzərə almaqla onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 izahatında göstərmişdir ki, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində aparılmış reydlər zamanı 25 ədəd (4 ədədi quru) ağacların kəsilməsi faktı aşkar olunduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə edilmişdir. Bundan əlavədə təbiətə dəymiş 3140 manat ziyan ondan tələb edilmişdir. Hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş qərar tam əsaslıdır. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, o, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. İş üzrə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) həmkəndli kimi tanıyır. Baş vermiş hadisə ilə bağlı bildirir ki, 2025-ci ilin iyul ayında Qərardan şikayət verən orqan (şəxs) ona mobil telefonla zəng edərək hadisə barədə xəbər vermişdir. O, həmin vaxtı Qərardan şikayət verən orqan (şəxs) yaşadığı evə getmiş, həmin vaxtı çox sayda kənd sakinləri hadisə yerində olduğunu görmüş və baş vermiş hadisəni öz gözləri ilə müşahidə etmişlər. Elektrik naqillərinin üzərində qalmış və yola aşmış qurumuş ağaclar kənd sakinlərinin köməyi ilə təmizlənmiş, digər qurumuş ağaclar isə gələcəkdə daha ağır fəsadların baş verməməsinin qarşısını almaq məqsədilə götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi İbrahimov Vüsal Şəmil oğlunun ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində 2025-ci ilin iyul ayı ərzində 25 ədəd (4 ədədi quru) ağacların kəsilməsi faktı müəyyən edimişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir və törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri 3140 manat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında qərar tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, İXM-nin 253.2-ci maddəsinə görə meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi (götürülməsi) və ya məhv edilməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bununla yanaşı, məhkəmə, həmçinin barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olunmur və inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində ağacların onun tərəfindən kəsilməsini inkar etməmiş, əksinə, həmin ağacların uzun müddət baxımsız qalaraq quruduğunu, elektrik naqillərinin üzərindən keçməsi səbəbindən təhlükə yaratdığını, güclü külək nəticəsində ağaclardan birinin elektrik naqillərinin üzərinə aşması ilə elektrik enerjisinin verilməsində fasilə yarandığını və bundan sonra digər ağacları da gələcəkdə daha ağır nəticələrin qarşısının alınması məqsədilə kəsdiyini bildirmişdir. Göründüyü kimi, şikayətçinin mövqeyi ağacların onun tərəfindən götürülməsi faktının inkarına deyil, həmin hərəkətin zərurət üzündən həyata keçirildiyi və bu səbəbdən qanunsuz hesab edilə bilməyəcəyi mülahizəsinə əsaslanır. Lakin məhkəmə hesab edir ki, ağacların kəsilməsinin müəyyən təhlükənin qarşısının alınması məqsədi daşıması barədə şəxsin izahatı özlüyündə həmin əməli qanunsuz ağac kəsilməsinə görə məsuliyyətdən azad edən hal kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Göründüyü kimi, qeyd olunan maddədə nəzərdə tutulan son zərurət vəziyyətinin mövcudluğundan danışmaq üçün yalnız təhlükənin mövcudluğu deyil, həmçinin həmin təhlükənin digər vasitələrlə aradan qaldırılmasının mümkün olmaması və törədilmiş əməllə vurulmuş zərərin qarşısı alınmış zərərdən əhəmiyyətli dərəcədə az olması kimi şərtlərin də mövcudluğu müəyyən edilməlidir. Bundan başqa, “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** nömrəli Qərarının 2.1-ci bəndində göstərilmişdir ki, Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qərarın 2.4-cü bəndində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. İş materiallarından isə Qərardan şikayət verən orqan (şəxs) ağacları kəsməzdən əvvəl yaranmış təhlükənin başqa vasitələrlə aradan qaldırılmasının mümkün olmadığını, bu məqsədlə aidiyyəti dövlət və ya yerli özünüidarəetmə orqanlarına müraciət etdiyini, yaxud həmin orqanların müdaxiləsinin mümkün olmadığı şəraitdə təxirəsalınmaz olaraq ağacları özbaşına kəsməsinin zəruri olduğunu təsdiq edən kifayət qədər mötəbər sübut müəyyən edilmir. Əksinə, Qərardan şikayət verən orqan (şəxs) özü də birinci instansiya məhkəməsində verdiyi izahatında ağacların kəsilməsi ilə bağlı aidiyyəti orqana məlumat verməyin zəruri olduğunu bilmədiyini bildirmişdir. Bu hal onun müvafiq prosedur qaydada aidiyyəti orqana müraciət etmədən ağacları kəsməsini təsdiq edən xüsusat kimi qiymətləndirilməlidir. Beləliklə, iş materiallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağacların kəsilməsindən əvvəl yaşıllıqların götürülməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqana müraciət edilməsini və ya ağacların götürülməsinə dair müvafiq qərarın qəbul edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Bundan başqa, şikayətçi tərəfindən istinad edilən ## ##### 2026-cı il tarixli arayışın və şahidlərin imza vərəqəsinin mövcudluğu da 2025-ci ilin iyul ayında 25 ağacın kəsilməsi zamanı Azərbaycan Respublikası İXM-nin 19.1-ci maddəsində nəzərdə tutulmuş son zərurət vəziyyətinin mövcudluğunu təsdiq edən kifayət qədər əsas kimi qəbul edilə bilməz. Həmin sənədlərin ağacların müəyyən təhlükə yaratmasını təsdiq etməsi belə, şikayətçinin bütün ağacları qanunla müəyyən edilmiş qaydalara riayət etmədən özbaşına kəsməsini hüquqi cəhətdən əsaslandırmır. Başqa sözlə, təhlükənin yaranması şəxsi dərhal və özbaşına ağacları kəsmək hüququ ilə təmin etmir; ilk növbədə təhlükənin aradan qaldırılması üçün qanunla nəzərdə tutulmuş və mümkün olan zəruri tədbirlərin görülməsi, o cümlədən aidiyyəti qurumlara müraciət edilərək müvafiq tədbirlərin görülməsinin təmin edilməsi məsələsi həll edilməli, yalnız həmin vasitələrin konkret halda nəticəsiz və ya qeyri-mümkün olduğu müəyyən edildikdən sonra, təhlükənin qarşısının alınması üçün başqa real imkanın qalmaması şəraitində ağacların kəsilməsinin son zərurət kimi qiymətləndirilməsi mümkün olardı. Lakin iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) belə tədbirləri əvvəlcədən gördüyünü, aidiyyəti qurumlara müraciət etdiyini və təhlükənin digər vasitələrlə aradan qaldırılmasının mümkün olmadığını təsdiq edən mötəbər sübut müəyyən edilmir. Eyni zamanda, iş üzrə müəyyən edilmiş 25 ağacdan yalnız 4-nün quru olması da şikayətçinin bütün ağacların eyni təhlükə şəraitində və təxirəsalınmaz zərurətdən kəsilməsi barədə mövqeyini təsdiq etmir. Bu səbəbdən, son zərurət halına istinad edilməsi şikayətçinin yaşıllıqların götürülməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmədən ağacları özbaşına kəsməsini qanuni hesab etməyə əsas vermir. Eyni zamanda, şikayətçinin ağacların qurumuş olması barədə dəlili də inzibati xəta tərkibinin mövcudluğunu öz-özlüyündə istisna etmir. Belə ki, iş materiallarından 25 ağacın kəsilməsi faktı müəyyən edilmiş, onlardan yalnız 4-nün quru olduğu göstərilmişdir. Deməli, şikayətçinin bütün ağacların qurumuş olması barədə mövqeyi iş materiallarında əksini tapmış məlumatlarla uzlaşmır. Bundan əlavə, ağacın qurumuş olması ilə onun istənilən qaydada, səlahiyyətli orqanın qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar olmadan kəsilməsinə əsas vermir. Şikayətçinin ## ###### 2026-cı il tarixində 1 hektar 40 sot ərazidə yerləşən tut bağının qanunsuz şumlanması ilə bağlı ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxtakarlığa yol verilməsi və bunun nəticəsində həmin əməkdaşların ona qarşı qərəzli münasibət bəsləyərək 2025-ci ilin iyul ayında baş vermiş hadisəni inzibati xəta kimi rəsmiləşdirmələri barədə dəlillərinə gəldikdə isə məhkəmə hesab edir ki, bu mülahizələr iş üzrə baxılan inzibati xətanın törədilməsi faktını və Qərardan şikayət verən orqan (şəxs) həmin əmələ görə məsuliyyətini aradan qaldırmır. Belə ki, şikayətçinin digər hadisə ilə bağlı ayrı-ayrı vəzifəli şəxslərin hərəkətlərinə dair irəli sürdüyü iddialar hazırkı inzibati xəta üzrə ağacların kəsilməsi faktının baş vermədiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Hər hansı digər hadisə ilə bağlı dövlət orqanlarının və ya onların əməkdaşlarının hərəkətlərinə dair iradların mövcudluğu yalnız həmin iddiaların konkret və mötəbər sübutlarla təsdiq edildiyi halda hüquqi əhəmiyyət kəsb edə bilər. Hazırkı iş üzrə isə şikayətçi tərəfindən irəli sürülmüş saxtakarlıq və qərəz iddialarının bilavasitə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya qərəzli şəkildə qəbul edilməsini təsdiq etdiyini göstərən mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan inzibati xəta haqqında qərar, iş üzrə toplanmış digər materiallar birlikdə qiymətləndirildikdə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə nəticəyə gəlməyə kifayət qədər əsas vardır. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 253.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunmuş, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onu haqlı olaraq həmin maddə ilə təqsirli bilərək barəsində cərimə tənbehi tətbiq etmişdir. Beləliklə, apellyasiya şikayətində irəli sürülmüş dəlillər iş materiallarında olan sübutlarla təsdiq olunmur, həmin dəlillər Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni şübhə altına almağa əsas vermir. Birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyini düzgün qiymətləndirmiş, şikayətin təmin edilməməsi və inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla, Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməkdə təqsirinin olmamasına dəlalət edən hallar kimi və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsi hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsi hakiminin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Hakim: Pərviz Hacıyev