Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-527/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 346.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BDYPI Mərkəzi Məlumat Xidmətinin ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli elektron qərarının ləğv edilməsinə dair şikayətinin təmin olunmaması barədə Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BDYPI Mərkəzi Məlumat Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, barəsində inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əsassız yazılmış 80 manat cərimən silinməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BDYPI-nin inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və şikayətinin təmin olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin sözü gedən qərarından narazıdır və hesab edir ki, həmin qərar ləğv edilməli və şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 100.1.8-ci, 346.4-cü, 81.2-ci, 122.1-ci, 122.2-ci, 122.3-cü, 122.4-cü, 125-ci maddələrinə istinad edərək hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında tərtib edilmiş EQ ******** nömrəli elektron qərar əsassız olmaqla qəbul edilmişdir. Prorokolda real vaxt rejimi saat 12:43 göstərilsə də, həmin protokol sonradan, yəni saat 15:01:41-də tərtib olunduğu göstərilir. Lakin, bütün bu göstərilənlərə baxmayaraq 1-ci instansiya məhkəməsi qərarında sözü gedən prossesual qanunvericiliyə istinad etmədən, digər mövqedən yanaşaraq həqiqətən onun əməlində inzibati xəta tərkibinin olduğunu, həmin xətanın necə rəsmləşdirilməsindən asılı olmayaraq həmin cərimənin onun tərəfindən ödənilməli olduğunu göstərmişdir. Yəni, 1-ci instansiya məhkəməsi “Azərbaycan Respublikası IXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır” kimi göstərilmiş müddəya heç bir məhəl qoymadan qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələ ilə bağlı qanunvericiliyin göstərilən tələblərinə riayət edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edib və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-160)-1116/2026 qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati qərar tərtib etmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə IXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Həmin qərarda hadisə yerini və avtomobili əks etdirən fotoşəkildən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “Hyundai Sonata minik markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, H.Əliyev prospektində ## #### 2026-cı il tarixdə saat 19:27ci dəqiqədə ikinci cərgədə durmuş və nəticədə IXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır IXM-in 346.4-cü maddəsinə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən IXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2. Inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi barəsində tərtib edilir. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) IXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanı törətməsi, inzibati xəta haqqında qərar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından qəbul edilməsi yol verilməzdir. Şikayətçinin əsas dəlili elektron qərarın tərtib edilməsi zamanı real vaxt rejiminə əməl edilməməsi ilə bağlıdır. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş müvafiq inzibati xətalar üzrə həmin texniki vasitələrin məlumatlarının informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülməsi və həmin məlumatlar əsasında elektron qərarın çıxarılması nəzərdə tutulmuşdur. Bu normanın məzmunundan “real vaxt rejimi” anlayışının inzibati xəta hadisəsi baş verdiyi anda elektron qərarın mütləq olaraq eyni saniyədə formalaşdırılması və təsdiq edilməsi kimi başa düşülməsi nəticəsi çıxmır. Belə yanaşma texniki vasitədən əldə edilən məlumatların sistemə ötürülməsi, emal olunması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının müəyyən edilməsi, pozuntu görüntüsünün yoxlanılması, hüquqi tövsifinin müəyyənləşdirilməsi, elektron qərarın hazırlanması və səlahiyyətli əməkdaşın elektron imzası ilə təsdiq edilməsi kimi qanunvericiliklə nəzərdə tutulan elektron icraat mərhələlərini tamamilə nəzərə almamaq demək olardı. “Real vaxt rejimi” anlayışı, ilk növbədə, xüsusi texniki vasitə ilə əldə edilən məlumatların hadisədən uzun müddət sonra ayrıca arxivdən seçilərək yeni inzibati araşdırmanın predmetinə çevrilməsini deyil, həmin məlumatların inzibati xəta aşkar edildiyi andan etibarən vahid və fasiləsiz elektron proses çərçivəsində operativ qaydada informasiya sisteminə ötürülməsini və həmin məlumatlar əsasında elektron icraatın aparılmasını ifadə edir. Bu səbəbdən inzibati xəta hadisəsinin qeydə alındığı saatla elektron qərarın tərtib və ya təsdiq edildiyi saatın tamamilə eyni olmaması özlüyündə real vaxt rejiminin pozulduğunu sübut etmir. Belə nəticəyə gəlmək üçün məlumatların xüsusi texniki vasitədən mərkəzi informasiya sisteminə real vaxt rejimində ötürülmədiyini, həmin görüntülərin arxiv materialı kimi sonradan əldə edildiyini və ya elektron qərarın hadisə ilə əlaqəsi olmayan ayrıca və sonrakı inzibati araşdırma nəticəsində tərtib olunduğunu təsdiq edən konkret hallar müəyyən edilməlidir. Hazırkı iş üzrə isə belə hal müəyyən edilməmişdir. Elektron qərar həmin gün, yəni inzibati xəta hadisəsinin baş verdiyi ## #### 2026-cı il tarixdə qəbul edilmişdir. Iş materiallarında xüsusi texniki vasitə ilə əldə edilmiş məlumatların hadisə zamanı sistemə ötürülmədiyini, görüntülərin sonradan arxivdən çıxarıldığını və ya elektron icraatın qanunvericiliklə nəzərdə tutulan ardıcıllığının pozulduğunu təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Apellyasiya məhkəməsi hesab edir ki, hadisənin saat 19:27-də baş verməsi və elektron qərarın həmin gün saat 20:22-də tərtib edilməsi arasında müəyyən vaxt intervalının mövcudluğu, başqa hər hansı hal olmadan, IXM-nin 53.0.11-ci maddəsində nəzərdə tutulmuş real vaxt rejimində tərtib edilməmə faktının müəyyən olunması üçün kifayət etmir. Əksinə, şikayətçi həmin vaxt fərqindən başqa, xüsusi texniki vasitədən alınmış məlumatların sistemə hansı qaydada və nə vaxt ötürüldüyünü şübhə altına alan konkret fakt təqdim etməmişdir. Inzibati xəta haqqında iş üzrə sübutetmə yükünün inzibati xətanın mövcudluğunu iddia edən orqanın üzərinə düşməsi inzibati icraatın təməl prinsiplərindən biridir. Lakin bu prinsip o demək deyildir ki, inzibati orqan tərə Mfindən təqdim olunmuş qanuni və mötəbər sübutların hər hansı ehtimala və ya yalnız subyektiv şübhəyə əsasən hüquqi qüvvəsi aradan qalxmış hesab edilməlidir. Təqsirsizlik prezumpsiyası sübutların məcmu halda obyektiv qiymətləndirilməsini tələb edir. Əgər təqdim edilmiş sübutlar inzibati xəta hadisəsini və şəxsin həmin hadisədə iştirakını təsdiq edirsə, yalnız həmin sübutların əksinə dair konkret və inandırıcı məlumatlar onların mötəbərliyini şübhə altına ala bilər. Məhkəmə vurğulayır ki, inzibati məsuliyyətin tətbiqi üçün həlledici meyar IXM-in 3-cü maddəsində təsbit edilmiş təqsirlilik prinsipidir. Təqsirlilik faktiki halların sübutların məcmusu əsasında müəyyən edilməsi ilə bağlıdır və bu zaman şəxsin subyektiv izahatları deyil, obyektiv sübutlar üstünlük təşkil edir. Mövcud iş üzrə inzibati xəta haqqında qərar, texniki vasitələrin göstəriciləri və digər yazılı materiallar inzibati xəta hadisəsinin baş verməsini və şikayətçinin həmin xətanı törətməsini ziddiyyətsiz şəkildə təsdiq edir. Şikayətçi tərəfindən bu sübutların etibarlılığını sarsıdan hər hansı alternativ sübut təqdim edilməmişdir. Bu isə “sübutların üstünlüyü” (preponderance of evidence) meyarının inzibati icraatda təmin olunduğunu göstərir. IXM-in 84-cü maddəsinə uyğun olaraq sübutların qiymətləndirilməsi hakimin daxili inamına əsaslanır və məhkəmə təqdim edilmiş bütün arqumentləri qəbul etməyə borclu deyil, o, yalnız əsaslandırılmış şəkildə bir mövqeni digərindən üstün tutmalıdır. Birinci instansiya məhkəməsi də məhz bu yanaşmanı tətbiq edərək şikayətçinin şikayətdə göstərdiyi dəlillərini digər obyektiv sübutlarla müqayisədə inandırıcı hesab etməmişdir ki, bu da qanunun tələblərinə tam uyğundur. Nəhayət, məhkəmə vurğulayır ki, IXM-in 53-cü maddəsinin mənasına görə məhkəmə inzibati orqanın qərarını yalnız o halda ləğv edə bilər ki, inzibati xəta hadisəsi və ya şəxsin təqsiri sübuta yetirilməmiş olsun, yaxud yol verilmiş pozuntular qərarın mahiyyətinə təsir edən xarakter daşısın. Mövcud işdə isə həm inzibati xəta hadisəsi, həm də şikayətçinin təqsiri kifayət qədər sübutlarla təsdiq olunur, şikayətdə göstərilən hallar isə bu nəticəni sarsıdan hüquqi qüvvəyə malik deyildir. Sübutların azad qiymətləndirilməsi və hakimlərin daxili inamı prinsipinə uyğun olaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərarda əksinin tapan foto şəkil obyektiv sübut kimi inzibati xəta faktını birbaşa təsdiq edir və həmin sübutun etibarlılığına şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Beləliklə, müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, obyektiv və tam şəkildə qiymətləndirmiş, şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, qərar qanuni və əsaslı qəbul edilmişdir. Buna görə də, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) oğlunun inzibati məsuliyyətə cəlb olunmaması üçün heç bir əsas yoxdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi dəlillər onun özünü müdafiə və inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməli və şikayət təmin edilməməlidir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə şikayəti təmin etməyərək ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-527/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-527/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver