Məhkəmə qərarları › İş №3(3-9)-528/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-528/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-528/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” İstehsalat Müəssisəsinin nümayəndəsi Vəzifəli şəxs, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 nümayəndəsi nümayəndə1 iştirakları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən “xxxx” İstehsalat Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından “xxxx” İstehsalat Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Aygün Cəmilova) ilə hüquqi şəxs “xxxx” İstehsalat Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, hüquqi şəxs “xxxx” İstehsalat Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 6000 (altı min) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən “xxxx” İstehsalat Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən, Saatlı şəhəri, M.Ağayev ünvanında yerləşən “xxxx” İstehsalat Müəssisəsinə məxsus aptekdə ##.##.2026-cı il tarixdə saat 15:20-də, plandankənar yoxlama zamanı İsgəndərov Cabir Hidayət oğlunun sertifikasiyadan keçmədən əczaçılıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. İşə baxan Saatlı Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından “xxxx” İstehsalat Müəssisəsi Vəzifəli şəxs apellyasiya şikayəti verərək, Bu səbəbdən də Saatlı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-c1 il tarixli qərarını ləğv edilməsini və “xxxx” İstehsalat Müəssisəsi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən “xxxx” İstehsalat Müəssisəsinə məxsus ünvan 1ndə yerləşən aptekdə ##.##.2026-cı il tarixdə yoxlama aparılmış və MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda və məhkəmə qərarında göstərilmişdir ki, həmin tarixdə saat 15:20-də aparılan yoxlama zamanı İsgəndərov Cabir Hidayət oğlunun sertifikasiyadan keçmədən əczaçılıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Lakin işin faktiki halları bundan fərqlidir. Məhkəmə iclasında “xxxx” İstehsalat Müəssisəsinin təsisçisi Vəzifəli şəxs izahatında bildirmişdir ki, müəssisə əvvəlki yoxlama nəticəsində cərimə edildiyindən faktiki olaraq fəaliyyətini dayandırmış, aptekdə olan dərman preparatlarının geri qaytarılması həyata keçirilmiş və aptekdə əczaçılıq fəaliyyəti faktiki olaraq aparılmamışdır. Vəzifəli şəxs izahatına görə, İsgəndərov Cabir Hidayət oğlunun əmək müqaviləsinə xitam verilməsi də müəssisənin fəaliyyətini dayandırması ilə əlaqədar nəzərdən qaçmışdır. İsgəndərov Cabir Hidayət oğlu da məhkəmə iclasında təsdiq etmişdir ki, həmin gün günorta saatlarına qədər müəssisədə olmamış, ona telefonla məlumat verildikdən sonra müəssisəyə gəlmiş və həmin vaxt müəssisədə olan dərman vasitələrinin təhvil verilməsi ilə bağlı işləri həyata keçirmişdir. İsgəndərovun öz izahatına görə, o, həmin vaxt aptekdə əczaçılıq fəaliyyəti göstərməmiş, dərman vasitələrinin təhvil verilməsi ilə əlaqədar orada olmuşdur. Bu faktlar iş üzrə əsas məsələni - İsgəndərov Cabir Hidayət oğlunun məhz ##.##.2026-cı il tarixdə “əczaçılıq fəaliyyəti” həyata keçirib-keçirməməsini birbaşa şübhə altına alır. Məhkəmə isə bu mühüm fərqi araşdırmadan yalnız onun aptekdə olması və əmək müqaviləsinin formal olaraq qüvvədə qalmasını əczaçılıq fəaliyyəti ilə məşğul olma kimi qiymətləndirmişdir. Bu yanaşma qanuni və əsaslı hesab edilə bilməz. Hazırkı işdə isə məhkəmə faktiki əczaçılıq fəaliyyətinin həyata keçirilməsini sübut edən hər hansı konkret hərəkət göstərməmişdir. Əksinə, həm təsisçinin, həm də İsgəndərov Cabir Hidayət oğlunun izahatından onun həmin vaxt dərman vasitələrinin geri qaytarılması/təhvil verilməsi ilə əlaqədar müəssisəpe olduğu məlum olur. Dərman vasitələrinin geri qaytarılması ilə əczaçılıq fəaliyyəti eyniləşdirilə bilməz. Bu səbəbdən İXM-in 215.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əsas hərəkət şəxsin əczaçılıq fəaliyyətinə buraxılması mötəbər sübutlarla təsdiq olunmamışdır. Əvvəlki yoxlamadan və tətbiq edilmiş cərimədən sonra aptek faktiki fəaliyyətini dayandırmışdır. Onun izahatına görə: aptek fəaliyyət göstərmirdi, dərman preparatları geri qaytarılırdı, əczaçılıq fəaliyyəti həyata keçirilmirdi, İsgəndərov həmin vaxt yalnız dərman vasitələrinin təhvil verilməsi ilə bağlı orada olmuşdur. Bu izahat İsgəndərov Cabir Hidayət oğlunun izahatı ilə də mahiyyət etibarilə uyğun gəlir. Lakin məhkəmə bu izahatların nə üçün qəbul edilmədiyini və hansı sübutlara əsasəen aptekdə faktiki əczaçılıq fəaliyyətinin həyata keçirildiyi qənaətinə gəldiyini əsaslandırmamışdır. Məhkəmə tərəfindən sübutlar araşdırılmalı idi. ##.##.2026-cı il tarixində aptekdə satışın olub-olmaması, kassa sənədləri, həmin tarix üzrə satış məlumatları, dərman vasitələrinin uçot sənədləri, dərmanların geri qaytarılması ilə bağlı sənədlər, aptekin faktiki fəaliyyətinin dayandırılmasına dair sənədlər, İsgəndərovun həmin gün hansı konkret işi yerinə yetirməsi, aptekdə həmin vaxt başqa işçilərin olub-olmaması, hər hansı alıcıya dərman satılıb-satılmaması. Bu hallar araşdırılmadan şəxsin aptekdə fiziki olaraq olması avtomatik şəkildə "əczaçılq fəaliyyəti" kimi qiymətləndirilmişdir. Belə nəticə isə sübutetmə standartlarına cavab vermir. Qərarda qeyd edilir ki, protokol icraatda iştirak edən şəxslər, o cümlədən İsgəndərov Cabir Hidayət oğlu tərəfindən imzalanmışdır. Lakin inzibati xəta haqqında protokolun imzalanması şəxsin protokolda göstərilən bütün hallarla razılaşması anlamına gəlmir. Əksinə, İsgəndərov məhkəmə iclasında özünü təqsirli hesab etmədiyini bildirmiş və aptekdə həmin vaxt əczaçılıq fəaliyyəti ilə məşğul olmadığını izah etmişdir. Bu iş üzrə ən mühüm prosessual məsələlərdən biri yoxlamanın növüdür. Məhkəmə qərarının bir hissəsində göstərilir ki, ##.##.2026-cı il tarixdə “xxxx” İstehsalat Müəssisəsində “plandankənar yoxlama” aparılmışdır. Lakin qərarın digər hissəsində məhkəmə qeyd edir ki, ##.##.2026-cı il tarixli, 3-28-1/3-2- ****/**** saylı qərar əsasında müəssisəyə məxsus aptekdə “plan üzrə (növbəti) yoxlama” aparılmasına dair məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Beləliklə, məhkəmə qərarının özündə eyni yoxlama barədə bir-birinə zidd iki nəticə mövcuddur: bir tərəfdən - plandankənar yoxlama, digər tərəfdən - plan üzrə (növbəti) yoxlama. Bu ziddiyyət iş üçün əhəmiyyətsiz deyil. Çünki plan üzrə və plandankənar yoxlamaların hüquqi əsasları və yoxlamanın predmeti fərqlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 14-cü maddəsinə əsasən yoxlamalar plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Məhkəmə qərarında göstərilir ki, AEM tərəfindən ##.##.2026-c1 il tarixli, 3-28-1/3-2- ***/**** saylı qərarla “xxxx” İstehsalat Müəssisəsində plan üzrə yoxlama aparılması qərara alınmışdır. Lakin həmin qərarın təsvirində yoxlamanın ##.##.2026-cı il tarixdə keçirilməsinin qərara alındığı göstərilir. Əgər qərarın tarixi həqiqətən ##.##.2026, yoxlamanın tarixi isə həqiqətən ##.##.2026- dırsa, bu, xronoloji baxımdan açıq ziddiyyətdir. Başqa sözlə, ## #### 2026-cı il tarixli qərarın ## ###### 2026-cı il tarixdə keçirilmiş yoxlamaya hüquqi əsas kimi təqdim edilməsi mümkün deyil. Bu məsələ məhkəmə tərəfindən araşdırılmalı, həmin qərarın əsli, onun vahid məlumat reyestrinə daxil edilmə tarixi, əvvəlki yoxlamanın faktiki keçirilmə tarixi və həmin yoxlamanın hüquqi əsası müəyyən edilməli idi. Əgər qərarda tarixlər texniki səhv kimi göstərilibsə belə, bunun hansı sənəddə, hansı tarixdə və hansı məlumat əsasında düzəldilməsi məsələsi araşdırılmalıdır. Belə mühüm ziddiyyət aradan qaldırılmadan əvvəlki yoxlamanın qanuni əsaslarının müəyyən edilməsi mümkün deyil. Məhkəmə iclasında AEM-in nümayəndəsi nümayəndə2 bildirmişdir ki, əvvəlki yoxlama zamanı sertifikasiyadan keçməmiş işçinin çalışması aşkar edilmiş, «Alov10> İstehsalat Müəssisəsinə nöqsanların aradan qaldırılması üçün 90 gün müddət verilmişdir. Daha sonra həmin nümayəndənin sözlərinə görə, 90 gün keçdikdən sonra təkrar yoxlama aparılmış və sertifikasiyadan keçməyən işçinin işləməsi nöqsanı aradan qaldırılmamışdır. Bu izahatın özü hazırkı iş üçün xüsusi əhəmiyyət daşıyır. Çünki əgər ##.##.2026-cı il tarixli yoxlama əvvəlki yoxlama zamanı müəyyən edilmiş pozuntunun aradan qaldırılıb-qaldırılmadığının yoxlanılması məqsədi ilə keçirilmiş plandan kənar yoxlama idisə, həmin yoxlamanın predmeti əvvəlki qərarda göstərilən konkret pozuntunun aradan qaldırılması ilə məhdud olmalı idi. ##.##.2026-cı il tarixli Ə-*** saylı Yoxlama Aktında bir neçə nöqsanın aşkar edildiyi qeyd olunur: bağlıdır. dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin saxlanılması; yararlılıq müddəti bitmiş dərman vasitələrinin saxlanılması; sertifikasiyadan keçməyən şəxsin əczaçılıq fəaliyyəti ilə məşğul olması. Lakin bu nöqsanların hər birinin hüquqi təbiəti fərqlidir. Hazırkı inzibati xəta haqqında iş isə konkret olaraq İXM-in 215.4-cü maddəsi ilə Deməli, digər nöqsanların mövcudluğu İsgəndərov Cabir Hidayət oğlunun məhz ##.##.2026-cı il tarixdə əczaçılıq fəaliyyəti göstərdiyini avtomatik olaraq sübut edə bilməz. Məhkəmə digər nöqsanların mövcudluğundan istifadə etməklə 215.4-cü maddə üzrə təqsiri dolayı yolla əsaslandıra bilməz. 215.4-cü maddənin konkret dispozisiyasına uyğun gələn əməl ayrıca və mötəbər sübutlarla təsdiq edilməlidir. İş üzrə əsas hüquqi məsələ - sertifikasiyadan keçməyən şəxsin məhz ##.##.2026-cı il tarixdə müəssisə tərəfindən əczaçılıq fəaliyyətinə buraxılması sübuta yetirilməmişdir. Əksinə, iş materiallarından görünür ki, həmin şəxs aptekdə dərman vasitələrinin geri qaytarılması/təhvil verilməsi ilə əlaqədar olmuşdur və müəssisənin təsisçisinin izahatına əsasən aptek faktiki olaraq fəaliyyət göstərməmişdir. Bundan əlavə, yoxlamanın növü, hüquqi əsası və əvvəlki yoxlama ilə əlaqəsi barədə məhkəmə qərarında ciddi ziddiyyətlər mövcuddur. Bu səbəbdən də Saatlı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-c1 il tarixli qərarını ləğv edilməsini və “xxxx” İstehsalat Müəssisəsi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” İstehsalat Müəssisəsinin nümayəndəsi Vəzifəli şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli *-**- */*-*-***/**** saylı qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən “xxxx” İstehsalat Müəssisəsinə məxsus ünvan 1 ünvanında yerləşən təsərüffat obyektində yoxlanılması məqsədilə, ##.##.2026-cı il tarixdə AEMin Əczaçılıq müfəttişliyi şöbəsinin baş müfəttişi X5, müfəttişlər X1, X6, X10, X7 və baş hüquq məsləhətçisi nümayəndə2 tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan (KY********* saylı) görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli *-**-*/*-*-****/**** saylı Qərar əsasında “xxxx” İstehsalat Müəssisəsinə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Baş direktoru Murad Süleymanov tərəfindən təsdiq edilmiş Yoxlama suallarının Siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən “xxxx” İstehsalat Müəssisəsinə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir. ##.##.2026-cı il tarixli Ə-*** saylı Yoxlama Aktından görünür ki, plan üzrə yoxlama zamanı “xxxx” İstehsalat Müəssisəsinə məxsus aptekdə dövlət qeydiyyatından keçməyən və yararlılıq müddəti bitmiş dərman vasitələrinin saxlanılması və sertifikasiyadan keçməyən şəxsin əczaçılıq fəaliyyəti ilə məşğul olma faktları aşkar edilmiş və İXM-in 215.4-cü maddəsi üzrə protokol tərtib olunmuşdur. Birinci instansiya məhkməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə iş üzrə yuxarıda qeyd olunan sübutlar əsasında hüquqi şəxs “xxxx” İstehsalat Müəssisəsinə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməməsi qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, qeyd olunan hal hazırkı inzibati xəta haqqında iş üzrə əhəmiyyətli xüsusat olmaqla, onun tam araşdırılması, qanunvericiliyin tələblərinə uyğunluğunun müəyyən edilməsi və bu əsasda təqdim edilmiş sübutların yolverilənliyinə hüquqi qiymət verilməsi işin düzgün həlli üçün vacibdir. Bundan başqa, apellyasiya instansiyası hesab edir ki, iş üzrə araşdırılmalı olan digər mühüm xüsusatlar mövcuddur. Belə ki, iş materiallarından görünür ki, “xxxx” İstehsalat Müəssisəsinin təsisçisi Vəzifəli şəxs izahatında bildirmişdir ki, müəssisə əvvəlki yoxlama nəticəsində cərimə edildiyindən faktiki olaraq fəaliyyətini dayandırmış, aptekdə olan dərman preparatlarının geri qaytarılması həyata keçirilmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə ##.##.2026-cı il tarixində aptekdə satışın olubolmaması, kassa sənədləri, həmin tarix üzrə satış məlumatları, dərman vasitələrinin uçot sənədləri, dərmanların geri qaytarılması ilə bağlı sənədlər, aptekin faktiki fəaliyyətinin dayandırılmasına dair sənədlər, Isgəndərovun həmin gün hansı konkret işi yerinə yetirməsi; aptekdə həmin vaxt başqa işçilərin olub-olmaması, hər hansı alıcıya dərman satılıb-satılmaması hallarını tam araşdırmamışdır. Həmçinin, İsgəndərov Cabir Hidayət oğlu özü də həmin gün yoxlayıcı şəxslərin yaxınlıqda olan marketin işçisinə zəng etdirməklə onu dəvət etdiklərinə görə gəldiyini bildirsə də, bu hallar da araşdırılmamışdır. O cümlədən, apellyasiya baxışında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi də fotoşəkillər təqdim etmiş, lakin həmin fotoşəkillərdə İsgəndərov Cabir Hidayət oğlunun hər hansı əczaçılıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5-ci maddəsinə görə plan üzrə (növbəti) yoxlama - risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. 3.1-ci maddəsinə görə yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci maddəsinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci maddəsinə görə plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.2-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir: 17.2.1. qərarın nömrəsi və tarixi; 17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 17.2.4. yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.); 17.2.5. yoxlamanın növü; 17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi; 17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri. 17.3-cü maddəsinə görə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Apellyasiya məhkəməsi hesab edir ki, göstərilən hallar inzibati xəta hadisəsinin hüquqi qiymətləndirilməsi, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş tərkib əlamətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan yalnız inzibati orqanın tərtib etdiyi inzibati tənbeh vermə haqqında qərar əsasında şəxsin təqsirli hesab edilməsi məhkəmə araşdırmasının tamlıq, obyektivlik və hərtərəflilik meyarlarına uyğun sayıla bilməz. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkməsi tərəfindən işə yenidən baxılarkən hadisə ilə bağlı əldə edilmiş sübutların yolverilənliyi və inzibati orqanın qərarının qanuniliyi məsələsinə hüquqi qiymət verilməsi zəruridir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından “xxxx” İstehsalat Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar