Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-531/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılması barədə Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim X3) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini, Sabirabad rayon DYPB-nin tərtib etdiyi IXP ******* nömrəli inzibati xəta haqqında protokolun və TP ******* saylı qərarın ləğv edilməsini və IXM-nin 53.0.7-ci maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. IŞIN HALLARI Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarından Qərardan şikayət verən orqan (şəxs) Sabirabad Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Işə baxan Lənkəran Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, barəsində cinayət işi üzrə icraata xitam verilməsi qərarı ## #### 2026-cı il tarixində verilmişdir. Qanunla müəyyən edilmiş 3 aylıq inzibati tənbehvermə müddəti ## #### 2026-cı il tarixində tam başa çatmışdır. Polis orqanı tərəfindən protokol və qərar isə bu müddətdən xeyli sonra ## #### 2026-cı ildə tərtib olunmuşdur.Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan 3 ay 11 gün (103 gün) keçdikdən sonra, yəni ## #### 2026-cı il tarixdə barəsində IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və IXM-iri 353.2-ci maddəsi ilə tənbeh tətbiq olunması barədə TP ******* saylı qərar çıxarılmışdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qanunsuz, əsassız və düzgün olmayan nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə hesab edir ki, aşağdakı əsaslara görə ki, apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinməli, inzibati tənbeh vermə müddətiinin keçməsi ilə əlaqədar məsuliyyətdən azad edilərək iş üzrə icrrata xitam verilməlidir. Birinci instansiya qərarının onunla əsaslandırmışdır ki, şikayətin ilk əsası olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edildiyi zamandan 3 aydan artıq müddət keçməsi, yəni inzibati məsuliyyətə cəlb olunma müddətinin keçməsinə münasibətdə qeyd edilməlidir ki, məhkəməyə Qərarından şikayət verilən orqan-dən ünvanlanmış sənədlərdən görünür ki, müvafiq cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Qərarından şikayət verilən orqan-nin DYPB-yə göndərildikdən sonra iyun ayının sonlarında icraat dayandırılmış, ## #### 2026- cı il tarixində isə müvafiq protokol tərtib edilmişdir. Yəni göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti keçmədən inzibati araşdırma materialı üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, şəxsin axtarılması barədə qərar qəbul edildiyi zamandan müddətin axımı dayanmış, inzibati xətanın törədildiyi zamandan isə bir il müddət keçməmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayətin ilk əsası olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edildiyi zamandan 3 aydan artıq müddət keçməsinə görə iş üzrə icraata xitam verilməsi əsaslı hesab edilə bilməz və bu əsaslı iş üzrə icraata xitam verilə bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) müəyyən olunmadığı üçün Qərarından şikayət verilən orqan DYPB tərəfindən işin icraatının dayandırılması və məhkəmənin bunu əsas götürərək müddətin axımının dayanması və şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti keçməməsi əsası ilə səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Apellyasiya məhkəməsi bu qənaətə gəlir ki, inzibati xətanı törədən şəxs məlumdur, belə ki, həmin şəxs Qərardan şikayət verən orqan (şəxs)dur və cinayət işi üzrə icraata xitam verilməsi haqqında ##.##.2026-cı il tarixli qərarın nəticə hissəsində onun barəsində IXM-nin 353.2-ci maddəsi ilə tənbeh tədbiri görülməsi üçün müvafiq qərar Qərarından şikayət verilən orqan-nin DYPB-yə göndərilmişdir. Lakin Qərarından şikayət verilən orqan-nin DYPB üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardan görünür ki, iş üzrə icraat inzibati törədən şəxs müəyyən edilmədiyi üçün icraat dayandırılmışdır. Iş materiallarından olan ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan 3 ay 11 gün (103 gün) keçdikdən sonra, yəni ## #### 2026-cı il tarixdə onun barəsində IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və IXM-iri 353.2-ci maddəsi ilə tənbeh tətbiq olunması barədə TP ******* saylı qərar çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair # #### 2022-ci qərarında qeyd edilir ki, Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (Inzibati Xətalar Məcəlləsinin 53.1.6cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Iş materiallarından görünür ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ## #### 2026-cı il tarixində verilmişdir. Qanunla müəyyən edilmiş 3 aylıq inzibati tənbehvermə müddəti ## #### 2026-cı il tarixində tam başa çatmışdır. Polis orqanı tərəfindən protokol və qərar isə bu müddətdən xeyli sonra, yəni ## #### 2026-cı ildə tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu imperativ normanı nəzərə almamışdır. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. IXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, IXM-in 353.2-ci maddəsinə görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Belə ki, ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin * nömrəlinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) * nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Həmin cədvəlin 3.1-ci bəndin üçüncü abzasına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Göründüyü kimi, işdə olan yuxarıda qeyd edilmiş mötəbər sübutlarla Qərardan şikayət verən orqan (şəxs) IXM-in 353.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi, yəni nəqliyyat vasitəsini icazə verilən çəkini aşmaqla yükləyib idarə etməsi tam təsdiq olunmuş, səlahiyyətli orqan haqlı olaraq həmin maddə ilə təqsirli bilərək barəsində cərimə tənbehi tətbiq etmişdir. Bununla belə, IXM-nin 353.2-ci maddəsi ilə məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin IXM-in 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərarından şikayət verilən orqan-nin DYPB-nin ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinməli, IXM-nin 38.3-cü maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərarından şikayət verilən orqan-nin DYPB-nin ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonar qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-531/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-531/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver