Məhkəmə qərarları › İş №3(3-9)-535/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-535/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-535/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X5-X3 Qida Təhlükəsizliyinə nəzarət sektorunun müdiri X1 və həmin sektorun məsləhətçisi X2 iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) AQTA-nın Lənkəran-X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmamasına dair Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı (hakim Emin Quliyev) ilə Qərardan şikayət verən orqan (şəxs) AQTA-nın Lənkəran-X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət rədd edilmiş, mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) AQTA-nın Lənkəran-X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) AQTA-nın Lənkəran-X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərardan şikayət vermə müddətinin üzürlü səbəblərdən buraxıldığından müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) AQTA-nın Lənkəran-X3 ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət rədd edilmiş, mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə və ##.##.2026-cı il tarixdə Astara Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. İşə baxan Astara Rayon Məhkəməsi vəsatəti yuxarıda göstərilən qaydada həll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli (hakim E.Quliyev) qərardadına əsasən buraxılmış müddətin bərpası təmin edilməmişdir. Bunu bilərkən və narazı olduğu üçün qərardadın surətini aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət verir. Şikayətinin təmin edilməsini, yəni ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Belə ki, hüququ savadı olmadığına görə o, ağır avtoqəza ilə bağlı eyni zamanda 90 yaşlı Gülçöhrə nənəsinin ağır xəstə olduğundan və yaxın qohumunun dünyasını dəyişməsi ilə bağlı vaxtında şikayəti verə bilməmişdir. Bütün bunların üzrlü hesab edilməsini və ərizəsinin təmin edilməsini bir daha xahiş edir. Özü heç yerdə işləmir. Ailəsinin yeganə qazanc gətirənidir. Anası və nənəsi hal-hazırda çox ağır vəziyyətdədirlər. Atasız böyümüşdür. Yaranmış çətin vəziyyət problemlər yaratmışdır. Ona görə də bir daha şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Qida X5-X3 Qida Təhlükəsizliyinə nəzarət sektorunun müdiri X1 və həmin sektorun məsləhətçisi X2 apellyasiya şikayətinin təmin olumamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş qərardan şikayət verilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) izahat verərək bildirmişdir ki, ali təhsilli hüquqşünasdır, mübahisələndirdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ## #### 2026-cı il tarixində rəsmi olaraq almışdır. ## #### 2026cı il tarixində ağır yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində aldığı xəsarətlərdən dolayı şikayət vermək imkanı olmamışdır. Qərardan şikayət verən orqan (şəxs) mobil telefonunda olan baş vermiş yol nəqliyyat hadisəsinin foto görüntülərini məhkəmə iclası zamanı göstərmişdir. Məhz bu səbəbdən qanunvericiliklə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini ötürdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) müddətin ötürməsinə səbəb olan dəlillərini üzrlü hal olaraq qəbul etməmişdir. Özü də etiraf etdiyi kimi Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta üzrə tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərar rəsmi olaraq ## #### 2026-cı il tarixində təqdim olunmuşdur. Onun üzrlü hal kimi qiymətləndirilməsini istədiyi yol nəqliyyat hadisəsi isə ## #### 2026-cı il tarixində baş vermişdir. Qərardan şikayət verən orqan (şəxs) qərardan şikayət vermə müddəti isə ## #### 2026-cı il tarixində başa çatmışdır. Həmin müddətin üzrlü səbəbdən ötürülməsini isə təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Yəni Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət müddəti onun üzrlü hal hesab olunmasını istədiyi yol nəqliyyat hadisəsinin baş verməsindən 10 gün əvvəl başa çatmışdır. Belə olan halda qərardan şikayət vermə müddətinin bərpa olunması qanunvericiliyin tələbləri baxımından qeyrimümkündür. Qeyd olunan dəlilin hüquqi əsası yoxdur, qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Məhkəmə nəticə olaraq hesab edir ki, ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab olunaraq həmin müddətin bərpa edilməli olması barədə qənaətə gəlinməsi üçün qanuni əsaslar yoxdur. Prosessual hüquqda sənədlərin qiymətləndirilməsi ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmusu əsasında aparılır. Mövcud halda akt, protokol və sonradan qəbul edilmiş qərar bir-birini tamamlayan ardıcıl sənədlər zəncirini təşkil edir. Qərar rəsmi olaraq ## #### 2026-cı il tarixində təqdim olunmuşdur. Bu sənədlərdən aydın olur ki, şəxs barəsində inzibati icraat aparıldığını bilmişdir. Belə şəraitdə uzun müddət keçdikdən sonra qərarı mübahisələndirməklə icraatın mövcudluğunu və nəticələrini inkar etmək hüquqi müəyyənlik və vicdanlı prosessual davranış prinsipləri ilə uzlaşmır. Buna görə də qərarın təqdim edilməsinin sübuta yetirilib-yetirilməməsi məsələsi konkret işin hallarından təcrid olunmuş şəkildə deyil, bütün sübutların məcmusu fonunda qiymətləndirilməlidir. Mövcud sənədlər isə göstərir ki, şəxs inzibati məsuliyyətə cəlb edilməsi faktından və bunun hüquqi nəticələrindən məlumatlı olmuşdur və uzun müddət sonra bu faktı mübahisələndirməsi əsaslı hesab edilə bilməz. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyi prinsipinin tərkib hissəsi olmaqla, hüquq münasibətlərinin sabitliyini, yekunluğunu və proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Şəxslər müəyyən edilmiş müddətlər başa çatdıqdan sonra hüquqi vəziyyətlərinin dəyişməz qalacağına əsaslı ümid bəsləmək hüququna malikdirlər. Müddətin başa çatması ilə hüquqi münasibət üzrə vəziyyət sabitləşir və tərəflərdə “legitim gözlənti” formalaşır ki, artıq həmin məsələ yenidən qaldırılmayacaq və ya məsuliyyət tətbiq edilməyəcəkdir. Uzun zaman intervalından sonra müddətin bərpası bu sabitliyi pozur, hüquq münasibətlərini qeyri-müəyyən vəziyyətə salır və şəxsin hüquqi təhlükəsizlik hüququnu zəiflədir. Bundan əlavə, müddətlər institutunun mövcudluğu təsadüfi deyil. Onların əsas məqsədi sübutların etibarlılığının qorunması, müdafiə hüququnun səmərəli həyata keçirilməsi və hüquqi münasibətlərin sonsuz müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınmasıdır. Uzun müddət keçdikdən sonra müddətin bərpası isə bu məqsədləri faktiki olaraq aradan qaldırır və hüququn sabitlik funksiyasını zəiflədir. Xüsusilə cinayət və ya inzibati məsuliyyət sahəsində müddətin əsassız və gecikmiş şəkildə bərpası şəxsin hüquqi vəziyyətinin gözlənilməz və geriyə təsir edən qaydada ağırlaşdırılmasına səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. Beləliklə, müddət keçdikdən sonra müddətin bərpa edilməsi yalnız müstəsna, üzrlü və obyektiv əsaslar olduqda mümkün sayıla bilər, əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunan hallar ərizəçi tərəfindən sübuta yetirilməlidir. Prosessual hüququn ümumi prinsiplərinə görə, müddətin bərpası istisna xarakter daşıyır və bu institutdan sui-istifadəyə yol verilməməlidir. Bu baxımdan, müddətin buraxılmasının səbəbləri formal şəkildə deyil, konkret və inandırıcı sübutlarla təsdiq olunmalıdır. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar