Azərbaycan Respublikası adından Qərardad İş № 3(3-9)-540/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim X1) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. Iş materialında olan məhkəmə qəbzindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarını ##.##.2026-cı il tarixə qəbzə imza etməklə qəbul etmişdir. Iş materiallarında olan apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinə göndərildiyi apellyasiya şikayətinə əlavə etdiyi sadə zərfin üzərindəki ştamp möhürdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən poçt orqanına şikayət ## ###### 2026-cı il tarixdə verilmişdir. Beləliklə də müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından şikayət vermə müddəti ##.##.2025-ci il tarixdə aldığından ## ###### 2026-cı il tarixdə bitmiş, barəsində inzibati tənbeh təyin edilmiş şəxs prosessual müddətə əməl etməmiş, qərarın surətini alındığı gündən, yəni 10 gün müddətində deyil, 4 gün müddət keçdikdən sonra, yəni ## ###### 2026-cı il tarixdə şikayət vermişdir. Bununla belə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Inzibati Xətalar Məcəlləsində birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən və müddətin bərpası haqqında vəsatət verilmədiyindən, barəsində barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Bununla belə, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir və əgər müddət bərpa edilərsə, onun apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxıla bilər. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-540/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-540/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver