Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-541/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, «xxxx” MMC-nin direktoru Nümayəndə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsinin Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Nümayəndə vəzifəli şəxs kimi İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs)MMC-nin direktoru Nümayəndə inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Nümayəndə şikayəti təmin edilmiş, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından ##.##.2026-cı il tarixində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi vəsatətlə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İşə baxan Kürdəmir Rayon Məhkəməsi vəsatəti yuxarıda göstərilən qaydada həll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından «xxxx” MMC-nin direktoru Nümayəndə apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Xidmətin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi hüququnun həyata keçirilməsi üçün qeyd olunmuş halların Xidmətə münasibətdə üzrlü səbəb kimi qiymətləndirilməsini və apellyasiya şikayəti verilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı 07 ivul 2026-cı il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə daxil olmuşdur. Bu barədə müvafiq təsdiq edici sənəd elektron Çıxarış təqdim olunur. Xidmətin Hüquq İdarəsi tərəfindən ## #### 2026-cı il tarixində apellyasiya şikayəti yazılaraq məhkəməyə göndərilmişdir Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Xidmətin Hüquq İdarəsinin Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixdi. *(*-***)- ***/**** nömrəli qərarından verdiyi şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılması qərara alınmışdır. Qeyd etmək lazımdır ki, Xidmətin Hüquq İdarəsi tərəfindən vəsatətlə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunması xahiş edilmiş, lakin Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair Xidmətin Hüquq İdarəsinin vəsatəti rədd edilərək verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərar Xidmətin Mərkəzi Aran regional şöbəsinə ## #### 2026-cı il tarixində daxil olmuşdur və bu fakt elektron çıxarışla sübut olunur. Beləliklə, həmin qərar Xidmətə daxil olduqdan sonra qanunla müəyyən edilmiş 10 gün müddətində apellyasiya şikayəti verilmişdir. Nəticədə apellyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş şikayət müddəti ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində qeyd edilir ki, Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Nümayəndə vəzifəli şəxs kimi İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs)MMC-nin direktoru Nümayəndə inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından görünür ki, Nümayəndə şikayəti təmin edilmiş, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ##.##.2026-cı il tarixli müşayiətedici məktubla Qərarından şikayət verilən orqan göndərilmiş, Qərarından şikayət verilən orqan xəbərnaməyə imza edilməklə ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından ##.##.2026-cı il tarixində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi vəsatətlə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin şikayət vermə müddətinin bərpasından imtina barədə mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ## #### 2026-cı il tarixli müşayiətedici məktubla Qərarından şikayət verilən orqan göndərilmiş və həmin qərar göstərilən Şöbə tərəfindən poçt xəbərnaməsinə imza edilməklə ## #### 2026-cı il tarixdə qəbul edilmişdir. Bu hal iş materiallarında olan poçt xəbərnaməsi ilə birbaşa təsdiq olunur. Başqa sözlə, məhkəmə qərarının səlahiyyətli orqana rəsmi qaydada təqdim edilməsi ## #### 2026-cı il tarixində baş vermişdir. Bu tarixdən etibarən İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş on günlük şikayət vermə müddətinin axımı başlamışdır. Belə olan halda, ## #### 2026-cı il tarixli qərarın ## #### 2026-cı il tarixində rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, həmin qərardan şikayətin yalnız ## #### 2026-cı il tarixdə poçta təhvil verilməsi və ## #### 2026-cı il tarixində məhkəməyə daxil olması şikayət vermə müddətinin ötürüldüyünü göstərir. Belə ki, rəsmi təqdimetmə tarixi əsas götürüldükdə, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət başa çatdıqdan sonra şikayət təqdim edilmişdir. Apellyasiya şikayətində müddətin hesablanması ilə bağlı fərqli mövqenin irəli sürülməsi bu nəticəni dəyişmir. Belə ki, məhkəmə qərarının Qərarından şikayət verilən orqan poçt xəbərnaməsi ilə ## #### 2026-cı il tarixində təqdim edilməsi rəsmi təqdimetmə faktını və tarixini təsdiq edən mötəbər sübutdur. Qərarın həmin qurumun daxili elektron sənəd dövriyyəsi və ya kargüzarlıq sistemi vasitəsilə hansı tarixdə qeydiyyata alınması isə sənədin rəsmi təqdim edilməsi faktını və tarixini dəyişdirə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, səlahiyyətli orqanın şikayət vermək imkanını obyektiv olaraq istisna edən hər hansı hal mövcud olmamışdır. Əksinə, məhkəmə qərarının ## #### 2026-cı il tarixində rəsmi qaydada qəbul edilməsi həmin qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilməsi üçün kifayət qədər aydın və real imkan yaratmışdır. Şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinə səbəb olan, orqanın iradəsindən asılı olmayan və obyektiv xarakter daşıyan hər hansı halın mövcudluğu isə iş materialları ilə təsdiq edilmir. Beləliklə, məhkəmə hesab edir ki, ## #### 2026-cı il tarixli qərarın ## #### 2026-cı il tarixində səlahiyyətli orqana rəsmi qaydada təqdim edilməsi ilə şikayət vermə müddətinin axımı başlamış, həmin müddət ərzində şikayət verilməsi mümkün olmuş, lakin şikayət ## #### 2026-cı il tarixində verilərək qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Müddətin ötürülməsinə səbəb olmuş üzrlü və obyektiv hal isə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, prosessual müddətin bərpası yalnız onun ötürülməsinin üzrlü səbəblərdən irəli gəldiyi hallarda mümkündür. Bu isə vəsatət verən şəxs tərəfindən həmin səbəblərin mövcudluğunu təsdiq edən konkret və inandırıcı sübutların təqdim edilməsini tələb edir. Prosessual hüququn ümumi prinsiplərinə görə, müddətin bərpası istisna xarakter daşıyır və bu institutdan sui-istifadəyə yol verilməməlidir. Bu baxımdan, müddətin buraxılmasının səbəbləri formal şəkildə deyil, konkret və inandırıcı sübutlarla təsdiq olunmalıdır. Hazırkı iş üzrə isə səlahiyyətli orqan tərəfindən müddətin ötürülməsinin obyektiv və aradan qaldırılması mümkün olmayan hallarla bağlı olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, uzun müddət keçdikdən sonra prosessual və ya maddi hüquqi müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyi prinsipinin tərkib hissəsi olmaqla, hüquq münasibətlərinin sabitliyini, yekunluğunu və proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Şəxslər müəyyən edilmiş müddətlər başa çatdıqdan sonra hüquqi vəziyyətlərinin dəyişməz qalacağına əsaslı ümid bəsləmək hüququna malikdirlər. Müddətin başa çatması ilə hüquqi münasibət üzrə vəziyyət sabitləşir və tərəflərdə “legitim gözlənti” formalaşır ki, artıq həmin məsələ yenidən qaldırılmayacaq və ya məsuliyyət tətbiq edilməyəcəkdir. Uzun zaman intervalından sonra müddətin bərpası bu sabitliyi pozur, hüquq münasibətlərini qeyri-müəyyən vəziyyətə salır və şəxsin hüquqi təhlükəsizlik hüququnu zəiflədir. Bundan əlavə, müddətlər institutunun mövcudluğu təsadüfi deyil. Onların əsas məqsədi sübutların etibarlılığının qorunması, müdafiə hüququnun səmərəli həyata keçirilməsi və hüquqi münasibətlərin sonsuz müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınmasıdır. Uzun müddət keçdikdən sonra müddətin bərpası isə bu məqsədləri faktiki olaraq aradan qaldırır və hüququn sabitlik funksiyasını zəiflədir. Xüsusilə cinayət və ya inzibati məsuliyyət sahəsində müddətin əsassız və gecikmiş şəkildə bərpası şəxsin hüquqi vəziyyətinin gözlənilməz və geriyə təsir edən qaydada ağırlaşdırılmasına səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. Beləliklə, uzun müddət keçdikdən sonra müddətin bərpa edilməsi yalnız müstəsna, üzrlü və obyektiv əsaslar olduqda mümkün sayıla bilər, əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi üzrlü səbəblərlə bağlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən vəsatətin təmin edilməməsi qanuni olmuşdur. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-541/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-541/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver