Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-542/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi məhkəmə iclasının katibi Ismayıllov Mirkamil Mirşamil oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Kürdəmir Rayon Icra və Probasiya şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Kürdəmir rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Məhkəmənin həmin qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Kürdəmir Rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 apellyasiya qaydasında şikayət vermişdir. Lakin Kürdəmir Rayon Icra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən R X2 Apellyasiya Məhkəməsinə ## ######## 2026-cı il tarixli ərizə ünvanlayaraq göstərmişdir ki, icra sənədi məhkəməyə qaytarıldığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş apellyasiya şikayətindən imtina edir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə materialları araşdırıb və apellyasiya şikayətindən imtina barədə ərizəni nəzərə alıb hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarından Kürdəmir Rayon Icra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən R Kamran Mirzəyev tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və şikayətin baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində şikayətdən imtina edilərkən, məhkəmə tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» ## ###### 2016-cı il tarixli Qərarında gösrərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında ifadə edilmiş həmin hüquqi mövqeyə əsaslanaraq yuxarıda qeyd edilən məsələnin prosessual baxımdan həlli üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq normasına istinad etmək lazımdır. Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi Kürdəmir Rayon Icra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, R Kamran Mirzəyevin verdiyi apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsinə əsaslanaraq, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından verilmiş həmin şikayətdən imtinanın qəbul edilməsini və şikayətin baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 128, 133 və 136-cı maddələrini, Azərbaycan Respublikası CPM-in 396-cı maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Kürdəmir Rayon Icra və Probasiya şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və şikayətin baxılmasına xitam verilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-542/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-542/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver