Məhkəmə qərarları › İş №3(3-9)-543/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-543/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-543/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, BDYPİ bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, R Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Cəlilabad Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Kamaz 55111”xxxx“QKB-8350” yük **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş və zərərçəkmiş şəxslərə maddi ziyan dəymişdir. Bununla da onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğu aşkarlanmışdır. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Səməd Əliyev) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, həbsetmənin əvvəli ## ###### 2026-cı il tarixdən, saat 16:50-dən hesablanmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixlil *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə inzibati icraat materialına xitam verilməsini, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar əlavə araşdırılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsini sübut edən hal inzibati xəta protokolunu tərtib etmiş Nümayəndə “inzibati xəta protokolun məzmununa uyğu izahat verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etməsi”nə istinad edilmişdir. Halbuki, inzibati xətanın baş verdiyi şəraiti – hadisə yerini və orada müəyyən edilmiş izləri, nəqliyyat vasitələrinin hadisə zamanı, hadisədən sonrakı qarşılıqlı vəziyyətlərini təsvir edən heç bir sənəd və məlumatın mövcudluğu barədə, nəqliyyat vasitələrin sürəti, yol-nəqliyyat hadisəsi iştirakçılarının hər birinin təhlükənin qarşısını almaq imkanlarının təhlili və təhlilin nəticələri, maddi ziyan vurulduğu göstərilən zərər çəkmiş şəxslər barədə qərarda məlumat yoxdur, ancaq “DAF”xxxxavtomobilə dəymiş ziyanın 6370 manat olmasına dair arayışa istinad edilmişdir. Göründüyü kimi yol hərəkəti iştirakçıları kimi iki sürücüdən hansının hansı hərəkətləri ilə hadisənin baş verməsinə səbəb olmasını müəyyən etmək üçün yolnəqliyyat hadisələri ekspertizasını rəyi və ya yol-nəqliyyat hadisələri sahəsində mütəxəssisin arayışı alınmamış, ümumiyyətlə inzibati xətaya dair işdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş yol hərəkəti qaydalarının pozulmasına istinad edilməmişdir. Hesab edir ki, göstərilən çatışmazlıqlarla aparılan araşdırmanın nəticəsi kimi tərtib edilmiş 08.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tətbiq edilməsi üçün əsas kimi qəbul edilməməli və qanun pozuntularının aradan qaldırılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalı idi. Məhkəmənin qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməsi və yüngül inzibati xəta tətbiq edilməsini xahiş etdiyi göstərildiyi halda, müvəkkili Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aldığı məlumatlarla təsdiq olunur ki, həbs növündə inzibati təhbeh nəzərdə tutulmuş inzibati xətanın araşdırmasını aparmış R Nümayəndə onun müdafiə hüququnu pozaraq, çağırmaq istədiyi vəkilin həmin vaxt Şirvan şəhərində olduğuna görə gözləyə bilməyəcəyini bildirmiş və ümumiyyətlə vəkil çağırmamış (halbuki, İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir), Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə zamanı “KAMAZ” markalı, 42-(??)-530 qeydiyyat nişanlı yük avtomobilinin onun hərəkət yoluna çıxması barədə faktiki hallarına dair gətirdiyi dəlilləri yoxlanılması üçün tədbir görməmiş və bu barədə məlumatı ümumiyyətlə izahatına daxil etməmiş, hadisənin şahidi olmuş X1 ilə videoçəkiliş aparılmaqla sorğu-sual edilsə də, sonuncunun araşdırmaya cəlb edilməsi materiallardan izlənilmir, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs latın qrafikalı əlifba ilə oxuya bilmədiyini bildirdiyi halda sənədlərin oxunması təmin edilməmiş, eyni zamanda inzibati tənbeh tətbiq etmək səlahiyyəti olmadığı halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 500 manat cəriməni verib çıxıb getməyi təklif etmiş və sonuncu imkanı olmadığını deyəndən sonra araşdırma materialları ilə tanış etmədən materiallar məhkəməyə göndərilmiş, etiraz və vəsatətlərini vermək hüquqları izah edilmədiyindən qanunla nəzərdə tutulmuş həmin imkanlardan istifadə edə bilməmiş, məhkəmədə təqdim edilmiş müdafiəçi tərəfindən isə onun müdafiəsi üçün hər hansı bir hərəkət edilməmiş, dəlilləri nəzərə alınmamışdır. Hadisənin baş vermə şəraiti ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kifayət qədər başa düşülən və hesab edir ki, hadisədən sonra nəqliyyat vasitələrinin deformasiyalarına və yol şəraitina uyğun olaraq bildirir ki, hadisə yerində eyni istiqamətdə iki hərəkət zolağı olan düz asfalt yolda sağ hərəkət zolağı ilə arxadan gələn “DAF”xxxxyük avtomobilindən irəlidə idarə etdiyi “Kamaz 55111”xxxx**-BJ-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobili ilə hərəkət edərkən, yol çiynindən 42-530 dövlət qeydiyyat nişanlı “KAMAZ”xxxxavtomobilin onun hərəkət zolağına daxil olmasını uzaqdan görüb istiqamətini dəyişəyəcəyini sol döngə işığı ilə bildirməklə sol hərəkət zolağına çıxmış, arxadan nisbətən yüksək sürətlə hərəkətdə olan “DAF”xxxxavtomobilin sürücüsü onun sola çıxması ilə qabağı açılandan sonra hərəkət yoluna çıxmış 42-530 dövlət qeydiyyat nişanlı “KAMAZ”xxxxavtomobili gərmüş və eyni qaydada manevr edərək onun ardınca sol hərəkət zolağına çıxmış və sürəti vaxtına azaltmadığından toqquşma təhlükəsini görüb daha çox sola istiqamətlənərək əvvəl yolun ortasındakı ayırıcı maneə ilə, sonra onun avtoqoşqusunun arxa tini ilə toqquşmuşdur. Hadisə yerində toqquşmadan sonra avtomobillərdə olan deformasiyaların xarakteri, zədələri yaratmış qüvvənin istiqaməti və təmas bucağı əlçatan olan materiallardakı müşahidələrlə belə göstərir ki, hadisəyə səbəb “DAF”xxxxavtomobilin sürücüsünün hərəkətin təhlükəsizliyini təmin etməyən manevri (yol şəraitinə, nəqliyyat vasitələrin xüsusiyyətlərin, hərəkətin intensivliyinə uyğun sürət həddi seçməməsi, daim dəyişən yol şəraitini kifayət qədər diqqətdə saxlamadığından vaxtında sürəti azaltmaması, manevrin təhlükəsizliyinə əmin olmaması) olmuşdur. Bununla da “DAF”xxxxavtomobilinin sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi, 51-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndi ilə müəyyən edilən yol hərəkəti qaydalarını pozmuşdur. Həmin qayda pozuntusu ilə törədilən inzibati xəta barədə qərar qəbul edilməsi üçün materiallar DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Eyni zamanda hadisənin baş verdiyi şəraitdə “B,C” dərəcəli sürücülük vəsiqəsinə malik olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Kamaz 55111”xxxx**-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ təsdiq olunur, onun həmin avtomobili qoşqu ilə birlikdə hərəkət etməyə hüququ olmaması və bu hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsi ilə müəyyən edilən yol hərəkəti qaydalarını pozması tərəfimizdən mübahisləndirilmir. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması həmin vaxt həmin yerdə hadisənin baş verməsinə səbəb kimi qiymətləndirilə bilməz, yəni bu pozuntu ilə yolnəqliyyat hadisəsi arasında səbəbli əlaqə yoxdur. Cəlilabad rayon Məhkəməsinin ##.##.2026-cı il tarixlil qərarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə inzibati həbsdən azad olunandan sonra Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək şəxsən almış, ona qədər qərarın surəti və hər hansı digər sənəd ona verilməmiş, məhkəmə baxışında təqdim edilmiş vəkil məhkəmə iclasından sonra onunla görüşməmiş, faktiki olaraq hüquqi yardım almamışdır. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla-Lənkəran Rayon Vəkil Bürosunun vəkili ilə Hüquqi yardımın göstərilməsi haqqında EM-****VK-*****/** saylı müqavilə bağlamışdır. Birinci instansiya məhkəməsinin inzibati xətaya dair iş üzrə qərarından şikayət müddəti başa çatmamışdır. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixlil *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə inzibati icraat materialına xitam verilməli və İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar əlavə araşdırılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixlil *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə inzibati icraat materialına xitam verilməsini, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar əlavə araşdırılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında BDYPİ bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, R Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasınnı yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasın gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə apellyasiya şikayətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin materiallarında olan ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Cəlilabad rayonu ərazisindən keçən 110-cu km-də “Kamaz 55111”xxxx07-BJ307 dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq “E” kateqoriyası olmadan etibarnaməsiz idarə etmə zamanı onu ötmədə olan “DAF” yükxxxx**-CC-*** yarımqoşqu **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ötməni başa vurmağa imkan verməyərək manevr etmə qaydasını pozaraq yarımqoşqu ilə həmin avtomobillə toqquşmuş, sonuncu “DAF” yükxxxxavtomobil yolun soluna çıxaraq metal təhlükəsizlik səddinə çırpılmışdır.Bununla da o, İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Dövlət Yol Polisinə aid portaldan çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus BC kateqoriyalı sürücülük vəsiqəsi ##.##.2017ci il tarixdə verilmiş, vəsiqənin istifadə müddəti ##.##.2027-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli Arayışdan görünür ki, DAF-85430 yəhərli dartıcıxxxx**-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 6370 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin dördüncü hissəsinə əsasən bu Qanunun 34-cü maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kqdan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kqdan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; “DE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus AF seriyalı ****** nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinə malik olduğundan “DE” kateqoriyasına aid edilən (qoşqulu) nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin İ bəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq, eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir və qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, əmlak vəziyyətinin qənaətbəxş olmamasını, əməlindən peşman olmasını iş üzrə məsuliyyətini yüngülləşdirən hal olmasını və ağırlaşdıran halların olmamasını, lakin zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş idarə etmə hüququ olmadan idarə etmişdir. Bu isə ona dəlalət edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21 və 31-ci maddəsinə uyğundur. İş materialını tədqiq edən məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiala əsasən şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Belə olan halda birinci instansiya məhkəməsinin nəticəsi əsaslı və qanunidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayətində göstərdiyi hallar əsassızdır və Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar