Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-545/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 198.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim X7) ilə şikayətin təmin edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin ## ###### 2026- cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti şikayət verərək, Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin ## ###### 2026- cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq idarəsi şikayətini onunla əsaslandırmışdır ki, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 11,02.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lerik rayon Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş işçisi X3 ## ####### 2025-ci il tarixində saat 13:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barəsində Xidmətin Lənkəran-Astara regional şöbəsi tərəfindən araşdırılma aparılmışdır. Belə ki, araşdırılma aparılması məqsədilə Təhqiqat komisiyası yaradılmış və təhqiqat zamanı müəyyən edilmişdir ki, X3 şəhəri, Ş.Müslümov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının pəncərələrinin kənarlarına soyuq aqlay çəkilməsi məqsədi ilə binanın 2-ci mərtəbəsinin ön hissəsində ayaq yeri qurmaq üçün nərdivan vasitəsilə yuxarı qalxarkən, nərdivanın sürüşməsi səbəbindən yerə yıxılaraq xəsarət almışdır. Komissiya hadisənin baş verməsinə səbəb olaraq Lerik xxxxnin Memarlıq və tikinti şöbəsinin müdiri baş memar X10 tərəfindən iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməməsini, təhlükəli işlər zamanı risklərin aradan qaldırılmamasını, işçinin əməyin mühafizəsi üzrə bilik səviyyəsi yoxlanılmadan işə cəlb olunmasını, əməyin mühafizəsinə nəzarətin lazımi səviyyədə təşkil olunmamasını, hündürlükdə işlərin təhlükəsizlik qaydalarına riayət olunmadan icra olunmasını müəyyən etmişdir. Bundan əlavə hadisə zamanı istifadə olunan nərdivan təhlükəsizlik tələblərinə və qüvvədə olunan standartlara uyğun quraşdırılmamış, nərdivanın sabitliyi və sürüşməyə qarşı qoruyucu tədbirlər təmin edilməmişdir. Standartlara əsasən nərdivanın pillələrarası məsafəsi 250-300 mm qəbul edildiyi halda, istifadə olunan nərdivanın pillələrarası məsafəsi 500 mm olmuşdur. Nərdivanın alt hissəsində rezin altlıqlar olmamış, nərdivanın yuxarı hissələri bərkidilməmiş, meyl bucağı təxminən 75 dərəcə saxlanılmamış, nərdivan texniki baxışdan keçirilməmiş və nərdivan invertar qeydiyyatında olmamışdır, iş zamanı birbaşa nəzarət təşkil edilməmiş, işçi təhlükəsizlik kəməri ilə və sürüşməyən altlıqlı ayaqqabı ilə təmin edilməmişdir. Təhqiqat yekunlaşdıqdan sonra təhqiqat aktı tərtib edilərək təhqiqat komisiyasının üzvləri tərəfindən imzalanaraq təsdiqlənmişdir. Təhqiqat aktının 4.2-ci bəndinə əasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının ##.##.2005-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq etdiyi "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-Ixtisas Sorğu kitabçası”nın Mühəndis (Müxtəlif ixtisaslardan və adlardan olan mühəndislər) hissəsinin “Əmək funksiyası” bölməsinin (Texniki sənədlərin ekspertizasını, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, onun işində olan çatışmamazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir. Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edir. Işçilərin elmi- texniki biliklərinin artırılması işini təmin edən yaradıcılıq meyllərinin inkişafına, səmərələşdirmə, ixtiraçılıq, elm və texnikanın nailiyyətlərinin tətbiqinə, qabaqcıl təcrübənin istifadəsinə imkan yaradır) tələblərinə riayət edilməməsi və həmin aktın 4.4-cü bəndin əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin ##.##.2016-cı il tarixli **/**-*** nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3-cü bölməsinin “Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi", 4.12-ci bəndinin (Briqada işə buraxılan andan etibarən məsul iş xxxxsı daim iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərin icrasının texnologiyasına əməl etməklə, işlərinə fasiləsiz nəzarət etməlidir) və 10- cu bölməsinin (Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri) tələblərinə riayət edilməməsi bədbəxt hadisənin səbəbləri kimi müəyyən edilmişdir. Təhqiqat aktının 6.2-ci bəndinəs əsasən isə Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci və 4.4-cü bəndlərinə əsasən Lerik xxxxnin aparıcı məsləhətçisi Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyinə görə cavabdehliyini müəyyən etmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi təhqiqat aktında öz təsdiqini tapmış və təhqiqat komisiyasının üzvləri tərəfindən, həmçinin müəssisəni təmsil edən nümayəndə tərəfindən imzalanaraq təsdiq edilmişdir. Odur ki, Xidmətin Lənkəran-Astara regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 şikayətin təmin olunmasını, Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin ## ###### 2026- cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinın Lerik rayon Mənzil- Kommunal Təsərrüfatı Istehsalat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş işçısı X4 ## ####### 2025-ci il tarixində saat 13.40 radələrində xəsarət alması ilə nəticələnmış bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, 6.2- komissiya bədbəxt hadisələrin baş verməsində təhqiqiat aktının 4.2 və 4.4-cü bəndlərinə əsasən Lerik xxxxnin aparıcı məsləhətçisi Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyinə görə cavabdehliyi müəyyən etmişdir. Təhqiqat aktının 4.2-ci hisəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının ##.##.2005-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq etdiyi “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X14 Kitabçası”nın Mühəndis (Muxtəlif ixtisaslardan və adlardan olan mühəndislər) hissəsının Əmək funksiyası bölməsinin (Texniki sənədlərin ekspertizasini avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir daxili ehtiyyatlar üzə çıxarır onun işində olan çatışmamazlığın və nasazlığın səbəbiərını müəyyən edir onların aradan qaldırılması tədbirlərini həyata keçirir. Qoyulmuş tələblərə qüvvədə elan normalara qayda və standartlara riayət olunmasına nəzarət edir Işçılərin elmi-texnik biliklərinin artırılması işini təmin edən yaradıcılıq meyllərinin inkişafına səmərələşdirmə ixtiraçılıq elm və texnikanın nailiyyətlərının tətbiqinə qabaqcıl təcrübənin istifadəsinə imkan yaradır) tələblərinə riayət edilməməsi; Təhqiqat aktının 4.4-cü hisəsindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ##.##.2026-cı il tarixli **/**-*** nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3-cü bölməsinin “Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi”, 4.12-ci bəndinin (Briqada işə buraxılan andan etibarən məsul iş xxxxsı daimi iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərinin icrasının texnologiyasına əməl etməklə işlərinə fasiləsiz nəzarət etməlidir) və 10-cu bölməsinin (Nərdivanların, meydançaların və pilləkənların tətbiqi zamanı təhlükəsizlik tədbirləri) tələblərinə riayət edilməməsi; Həmçinin Təhqiqat aktından görünür ki, Işçi qüvvəsinin təmin edilməsinə dair "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Mərkəz") ilə Lerik xxxx (bundan sonra "xxxx") və Lerik Rayon Kommunal X27 (bundan sonra "xxxx") arasında uç tərəfli Saziş bağlanmışdır. Sazişin 5. 1-ci bəndinə əsasən "xxxx" Lerik Rayon Kommunal X27 işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdir və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini. ışçı qüvvəsinin mütəmadi olaraq əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin təlimatlandırılmasının, biliklərin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsının təbliğini təmin etməlidir. Lerik xxxx başçısının ## ###### 2021-ci il tarixli *** nömrəli Sərəncamı ilə Lerik rayonu üzrə "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənişli ictimai işlərə cəlb edilmiş işçi qüvvəsinin rayonun müxtəlif ərazi vahidlərində təmizlik işlərinə cəlb edilməsi məqsədi ilə qərara alınmışdır ki, Lerik rayonu uzrə "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənişli ictimai işlərə cəlb edilmış işçi qüvvəsinin idarəedilməsi üçün ## ###### 2019-cu il tarixdə imzalanmış üçtərəfli sazişə əsasən Lerik Rayon Kommunal X27 əsas xxxx qurum təyin edilməklə Lerik Rayonu üzrə ödənişli ictimai işlərə cəlb edilmiş işçı qüvvəsi tələb olunduğu sahələrə uyğun müxtəlif idarə və təşkilatlara təhkim edilmiş və adlı sıyahı sərəncama əlavə edilmişdir Siyahıya əsasən X3, X5. X8 və X6 Rayon Icra Hakımıyyətinin Memarlıq və tikinti şöbəsinə təhkim olunmuşlar. Iş materiallarında olan Lerik xxxx başçısının müavini, SosialIqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Habil Məlikovun ## ###### 2026-cı il tarixli arayışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2016-cı il tarixdən ## ###### 2025-ci il tarixədək Lerik xxxx başçısı aparatının Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləmişdir.2025-ci il ərzində o, Lerik xxxx başçısının müvafiq əmri ilə məzuniyyət dövründə (## ###### 2025-ci il tarixdən -## ######## 2025-ci il tarixədək) aparatın sektor müdiri-baş mühasibi vəzifəsini müvəqəti olaraq icra etmişdir. Ona aparatın digər şöbələrinin hər hansı vəzifələrinin icrası tapşırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, X13 Xidmətinin apellyasiya şikayətini və birinci instansiya məhkəməsinin qərarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət hüquqi və faktiki baxımdan əsaslı deyil, formal mülahizələrə əsaslanmış, heç bir mötəbər sübuta istinad edilməmişdir, bu da şikayətin təmin edilməməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikası IXM-nin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, Qərardan şikayət verən orqan (şəxs) hüquqları pozulmuşdur. Azərbaycan Respublikası IXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası IXM-nin 198.1.1-ci maddəsinə əsasən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin ## ###### 2026-cı il tarixli MN-******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 198.1.1-cü maddəsi ilə 500 manat cərimə edilmişdir. Buna səbəb Lerik xxxxnin aparıcı məsləhətçisi vəzifəsində işləyən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan "xxxx" Iş Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin Lerik rayon Mənzil-Kommunal Təsərrüfatı Istehsalat birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçisi vəzifəsinə təhkim edilmiş işçisi X3 ## ####### 2025-ci tarixində, saat 13:40 radələrində hündürlükdə işləyən zaman nərdivandan yıxılaraq az ağır xəsarət alması olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, iş materiallarında olan vəzifə təlimatlarından görünür ki, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinin vəzifə təlimatlarında “əməyin mühafizəsi qaydaları” ilə bağlı vəzifələr mövcud deyildir. Lerik xxxx başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin inzibati işlər sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyən Qərardan şikayət verən orqan (şəxs) əmək funksiyalarında texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, iş materiallarından olan şahidlərin ifadələrindən də görünür ki, "xxxx" Iş Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri X3, X5, X8 və X6 Lerik rayon Mənzil- Kommunal Təsərrüfatı Istehsalat birliyi tərəfindən Lerik xxxxnin memarlıq və tikinti şöbəsinə təhkim olunduqları, həmin işçilərin texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsinə nəzarətin Lerik xxxxnin memarlıq və tikinti şöbəsinə həvalə edildiyi müəyyən edilir. Belə ki, birinci instansiya məhkəmə iclasında şahid qismində izahatı alınmış X3 göstərmişdir ki, "X1" MMC-nin işçisidir.Qərardan şikayət verən orqan (şəxs) işlə bağlı ona heç bir tapşırıq və göstəriş verməmişdir. Sadəcə anbardan mal material vermişdir. Ona işlə bağlı tapşırıqları Əflatun Ibrahimov vermişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 göstərmişdir ki, "X1" MMC-nin işçisidir. Lerik şəhəri Ş Müslümov küçəsində yerləşən çoxmənzilli yaşayış binasında cari təmir işləri aparılarkən Qərardan şikayət verən orqan (şəxs) işlə bağlı ona heç bir tapşırıq və göstəriş verməmişdir. Sadəcə anbardan mal material vermişdir. Ona işlə bağlı tapşırıqları Lerik xxxx başçısı aparatının memarlıq-tikinti şöbəsinin müdiri Əflatun Ibrahimov vermişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində izahatı alınmış X8 göstərmişdir ki, "X1" MMC-nin işçisidir. Qərardan şikayət verən orqan (şəxs) işlə bağlı ona heç bir tapşırıq və göstəriş verməmişdir. Sadəcə anbardan mal material vermişdir. Ona işlə bağlı tapşırıqları Lerik xxxx başçısı aparatının memarlıq-tikinti şöbəsinin müdiri Əflatun Ibrahimov vermişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində izahatı alınmış X5 göstərmişdir ki, "X1" MMC-nin işçisidir. Qərardan şikayət verən orqan (şəxs) işlə bağlı ona heç bir tapşırıq və göstəriş verməmişdir. Sadəcə anbardan mal material vermişdir. Ona işlə bağlı tapşırıqları Lerik xxxx başçısı aparatının memarlıq-tikinti şöbəsinin müdiri Əflatun Ibrahimov vermişdir. Həmçinin, Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatında əvvəl Lerik xxxxndə sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində aparıcı məsləhətçi işlədiyini, hazırda Sənəd dövriyyəsi, vətəndaş müraciətləri, inzibat işlər şöbəsinin Inzibati işlər üzrə sektorunda aparıcı məsləhətçi (mühasib) vəzifəsində işlədiyini, X3, X5, X8 və X6 "xxxx" Iş Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Lerik RIH-nin Memarlıq və Tikinti şöbəsinə təhkim olunduqlarını, ## ####### 2025-ci il tarixdə həmin işçilərin Lerik xxxxnin binasına gəldiklərini və həmin gün anbarın açarı onda olduğu üçün anbarı açaraq işçilərə material və ləvazimat verdiyini, anbarın açarının hər hansı material verilməsi və ya qəbul edilməsi üçün ona verildiyini, onun işçilərə hər hansı tapşırıq vermək hüququnun olmadığını, onların texniki təhlükəsizliyinə cavabdehlik daşımadığını, onun işçilərin iş gördükləri yerə getmədiyini və onlara heç bir tapşırıq vermədiyini, həmin işçilər icra hakimiyyətinin memarlıq şöbəsinə təhkim olunduqlarını bildirmişdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi ilə bağlı protokol tərtib edilsə də, həmin protokolun qəbul edilməsinə əsas olan hallar birbaşa və dolayısı yolla Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi faktı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 198.1.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi hər hansı sübutla təsdiq edilməmiş, onun barəsində qanunsuz qərar qəbul edilmişdir Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur və bu barədə inzibati qərar qəbul etmiş orqan tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, inzibati xətalar üzrə sübutetmə yükü tam şəkildə inzibati orqanın üzərinə düşür. Bu yük inzibati xəta hadisəsinin, tərkibinin bütün elementlərinin və təqsirin mövcudluğunun şübhədən kənar sübuta yetirilməsini əhatə edir. Mövcud iş materialları isə belə nəticəyə gəlməyə əsas vermir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, X13 Xidmətinin apellyasiya şikayətində irəli sürülən arqumentlər inzibati xəta tərkibinin hüquqi konstruksiyasına uyğun deyil və birinci instansiya məhkəməsinin protokola xitam verilməsi barədə gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi inzibati məsuliyyətin yaranması üçün zəruri olan hüquqi əsasların mövcud olmamasını düzgün qiymətləndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, DƏMX-nin apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qərarı isə qanuni və əsaslıdır və dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni, əsaslı və hüquqa tam uyğundur. Həmçinin birinci instansiya məhkəməsi işin hallarına uyğun maddi və prosessual hüquq normalarına düzgün əsaslanmışdır. IXM-in 2-ci mаddəsinə əsаsən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 48-ci mаddəsinə görə isə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstisusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, qeyd edilənlər şikayətin dəlillərinin əksini sübut edir və bu da ona əsas verir ki, apellyasiya qaydasında verilmiş şikayət formal mülahizələrə əsaslanmış və IXM-in 3-cü maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) təqsirli olması və onun əməlində IXM-in 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair hər hansı sübüt təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və Azərbaycan Respublikası IXM-in 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-545/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-545/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver