Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-547/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İmanov Ramin Babək oğlunun, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İmanov Ramin Babək oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İmanov Ramin Babək oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi) ilə ## ######## 1992-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, İskəndərli məhəlləsi, Nəsimi küçəsində yerləşən nömrəsiz evdə yaşayan İmanov Ramin Babək oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəlinin ## ###### 2026-cı il tarixdən, saat 17:00-dan hesablanması, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması, qərarın dərhal icra edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən İmanov Ramin Babək oğlundan ## ##### 2016-cı il təvəllüdlü İmanova Cansu Ramin qızının və ## ###### 2018-ci il təvəllüdlü İmanov Turan Ramin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, ## ###### 2025-ci il tarixdən hesablanmaqla, hər ay hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,43 misli miqdarında sabit pul məbləğində aliment alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən İmanov Ramin Babək oğlunun barəsində Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı icra sənədinin icra edilməməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 528.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İmanov Ramin Babək oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyat yoldaşı Zərərçəkmiş şəxs iddia ərizəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs ilə aralarında ## ###### 2016-cı il tarixdə Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 nömrə ilə qeydə alınmış nigahın pozulması; iddiaçı ilə birgə nigahlarından ##.##.2016-cı ildə doğulmuş İmanova Cansu Ramin qızı və ##.##.2018-ci ildə doğulmuş İmanov Turan Ramin oğlu anaları Zərərçəkmiş şəxs yanında saxlanılmaları; hər bir uşağa görə minimum aylıq əmək haqqı məbləğinin 0,43 misli miqdarında sabit pul məbləğində alimentin ondan alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmənin qərarında qət edilmiş alimenti o, cavabdeh olaraq tam şəkildə ödəyə bilmədiyinə görə və aliment borcu yarandığına görə Biləsuvar İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatına əsasən Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarına əsasən o, ##.##.2026-cı il tarixdən 15 sutka həbs edilmişdir. Biləsuvar Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını ədalətsiz, qanunsuz və Konstitutsiyaya zidd qərar hesab edir və bunu aşağıdakı kimi əsaslandırır. Biləsuvar İcra və Probasiya Şöbəsinin təqdimatına əsaslanan məhkəmə qərarda müəyyən edib ki, o, guya ayda stabil olaraq 500 (beş yüz) manat maaş alır, alimenti qəsdən ödəmir, dəfələrlə icra məmurunu aldatmışdır, çağırışa gəlməmişdir və s. Bunlar hamısı ona qarşı böhtan xarakterli yazılardır. Qeyd edir ki, o, III qrup əlildir, əlilliyi ilə bağlı dövlətin ona hər ay verdiyi 180 manat müavinəti alimentə köçürmüşdür. O, səhhəti ilə əlaqədar olaraq rəsmi, yaxud qeyri-rəsmi heç bir yerdə işləmək iqtidarında deyil. İcra məmuru bir dəfə də olsun onun gəlirləri ilə, əmlakı ila, maddi durumu ila maraqlanmadan təqdimatla ona 15 gün həbs verdirməsi dövlətin məhkəmə hakimiyyəti qanunlarına ziddir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İmanov Ramin Babək oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bir il olar ki, boşandığını, hazırda 3318 manat borcu olduğunu, restoranda işlədiyini, gəliri az olduğu üçün aylıq 300 manat ödəyə bilmədiyini, lakin hər ay 200-250 manat ödəniş etdiyini göstərib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalr Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, məhkəmənin qərarı inzibati tənbeh ilə bağlı hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs işin faktiki hallarını mübahisələndirmişdir. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirib müəyyən etmişdir ki, İmanov Ramin Babək oğlunun ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Mübahisə olunan qərardan görünür ki, İmanov Ramin Babək oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən İmanov Ramin Babək oğlundan Zərərçəkmiş şəxs xeyrinə 2 uşağın saxlanılması üçün hər ay, hər uşağa görə minimum aylıq əmək haqqı məbləğinin 0,43 misli miqdarında sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına ## #### 2026-cı il tarixdə daxil olmuş və borcluya dərhal tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu qeydiyyatda olduğu ünvanda tapılmadığı üçün həmin şəxs ## ###### 2026-cı il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və ona tələbin könüllü icrası barədə bildiriş şəxsən təqdim edilmişdir. Borclu həmin gün verdiyi izahatda icra sənədi üzrə artıq 810 manat ödəniş etdiyini bildirmiş və qalan borcunu qısa müddətdə ödəyəcəyini vəd etmişdir. R.B.İmanovun aliment borcunu tam ödəyəcəyi barədə izahatı əsas tutularaq, həmin şəxsə möhlət verilmişdir. Lakin həmin şəxs hal-hazıradək qalan aliment borcundan heç bir ödəniş etməmişdir. Buna görə də o, həmin şəxsin müvəqqəti olaraq ölkədən çıxışına məhdudiyyət qoyulması barədə təqdimatla Biləsuvar rayon Məhkəməsinə müraciət etmişdir və həmin təqdimata hazırda məhkəmənin icraatındadır. Borclu bu gün verdiyi izahatıdan aliment borcunu maddi imkanı aşağı olduğuna görə vaxtında və tam həcmdə ödəyə bilmədiyini bildirərək, ona borcunu ödəmək üçün yenə də vaxt verilməsini xahiş etmişdir. Hazırda borclunun tələbkara 3.318 manat məbləğində aliment borcu yaranmışdır. R.B.İmanov yenə də şifahi vədlər verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Buna görə də o, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, Ş.A.Şahverdiyev R.B.İmanov barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İmanov Ramin Babək oğlu izahat verərək bildirmişdir ki, o, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinə əsasən ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə birgə nikahlarından olan 2 uşağının saxlanılmaları üçün hər ay, hər uşağa görə minimum aylıq əmək haqqı məbləğinin 0,43 misli miqdarında sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, hazırda Masallı şəhərində yerləşən restoranda işləyərək, aylıq təxminən 500 manatadək qazanc əldə etsə də, hər ay 200 manat kredit borcu ödədiyinə görə tələbkar qarşısında olan aliment öhdəliyini vaxtında və tam şəkildə icra edə bilməmiş, buna görə də onun Zərərçəkmiş şəxs aliment borcu yaranmışdır. O, həmin icra sənədi icra yönəldiyi vaxtdan halhazıradək tələbkara olan aliment borcundan 810 manat ödəniş etmişdir. Ona şərait yaradırlarsa, o, sabah daha 400 manat ödəniş edəcəkdir. O, uşaqların qayğısına qalmalı olduğunu anlayır və maddi imkanı yol verdiyi həddə uşaqlarına maddi yardım edir. Lakin birgə nikahda olduqları dövrdə Zərərçəkmiş şəxs təqsiri ucbatından o borclandığı üçün kommersiya bankından kredit götürməyə məcbur olmudur və hazırda hər ay qazancının 200 manat hissəsi həmin kredit borcunun ödənilməsinə xərclənir. Sonda, R.B.İmanov barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində tələbkar Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, borclu R.B.İmanov qanunla müəyyən edilmiş öhdəliyini icra etməkdən qərəzli şəkildə yayınır. Belə ki, həmin şəxs özünün ayrıca evi və “Hyudai Elantara” markalı avtomaşını olmasına baxmayaraq, maddi imkansızlığını bəhanə edərək, uşaqların saxlanması üçün, yalnız onun israrlı tələblərindən sonra hər ay təxminən 100 manat ödəniş edir. Onlar birgə nikahda olduqları dövrdə “Hyundai Accent” markı avtomaşın almışlar. O, ilk dəfə nikahın pozulması barədə məhkəmədə iddia qaldırdıqdan sonra R.B.İmanov həmin avtomobili sataraq və bankdan kredit götürərək, yeni - “Hyudai Elantara” markalı avtomaşın almış, lakin həmin avtomobili öz atasının və ya qardaşının adına rəsmişləşdirmişdır. Bundan başqa, R.B.İmanovun sahibliyində hələ onlar nikaha daxil olmazdan öncə inşa edilmiş və onların nikahı dövründə təmir edilmiş ayrıca fərdi yaşayış evi inşa etmişdir. O hesab edir ki, borclu bəhanələr gətirməklə borcunu ödəməkdən yayınır. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində inzibati həbs tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, İmanov Ramin Babək oğlundan ## ##### 2016-cı il təvəllüdlü İmanova Cansu Ramin qızının və ## ###### 2018-ci il təvəllüdlü İmanov Turan Ramin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, ## ###### 2025ci il tarixdən hesablanmaqla, hər ay hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,43 misli miqdarında sabit pul məbləğində aliment alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu İmanov Ramin Babək oğlunun icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədini könüllü icra etməsi üçün borclu İmanov Ramin Babək oğluna 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan İmanov Ramin Babək oğlunun ##.##.2026-cı il tarixli izahatından görünür ki, Ramin İmanov icra sənədindən məlumatlı olduğunu, borcundan 810 manat ödəniş etdiyini, hazırda 3318 manat borcu ödəməyə imkanının olmadığını bildirmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, İmanov Ramin Babək oğlu tərəfindən borcundan 810 manat ödəniş edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları bir daha nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq İmanov Ramin Babək oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab edir ki, İmanov Ramin Babək oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Göründüyü kimi, borclu İmanov Ramin Babək oğlu icra sənədi üzrə tələbi vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti İXM-nin 528.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İş materiallarından görünür ki, İmanov Ramin Babək oğlu icra sənədinin məzmunu, habelə həmin sənəddən irəli gələn öhdəliklər barədə məlumatlı olmuş, ona icra sənədinin könüllü icrası üçün də kifayət qədər müddət verilmişdir. Buna baxmayaraq, o, nə icra sənədini icra etmiş, nə də qətnamənin icrasına mane olan obyektiv və aradan qaldırılması mümkün olmayan hər hansı halın mövcudluğunu sübuta yetirmişdir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, İmanov Ramin Babək oğlunun əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs isə apellyasiya şikayətində iş üzrə icraata xitam verilməsini şərtləndirən hər hansı mötəbər və əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə İmanov Ramin Babək oğluna tətbiq edilmiş inzibati tənbeh ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə İmanov Ramin Babək oğluna inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşmanlığını və himayəsində 2 uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almış, məsuliyyəti ağırlaşdıran halları isə müəyyən etməmiş, məhkəmə qərarının icra olunmamasındakı müddəti, R.B.İmanovun hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də R.B.İmanovun icra sənədinin icrasını təmin etməməsini nəzərə alaraq, sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 15 gün müddətinə inzibati həbs növündə tənbehin tətbiq olunmasını qanunamüvafiq hesab etmişdir. Apellyasiya məhkəməsi işin faktiki hallarını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi şəxsə haqlı olaraq, həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmənin qənaətincə, qeyd olunan hallar nəzərə alındıqda, İmanov Ramin Babək oğluna daha yüngül növdə inzibati tənbehin tətbiqi inzibati məsuliyyətin məqsədlərinə cavab verməzdi. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən inzibati tənbehin növü düzgün müəyyən edilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş inzibati tənbehin növü ilə razılşasa da, təyin edilmiş inzibati tənbehin həddi ilə bağlı nəticəni tam əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati tənbeh təyin edilərkən törədilmiş xətanın xarakteri, şəxsin şəxsiyyəti, onun ailə vəziyyəti, tətbiq edilən tənbehin şəxsin islah olunmasına və gələcəkdə yeni inzibati xətaların qarşısının alınmasına təsiri nəzərə alınmalıdır. İnzibati tənbeh yalnız cəzalandırma məqsədi daşımamalı, eyni zamanda sosial ədalət və fərdiləşdirmə prinsiplərinə uyğun müəyyən edilməlidir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs İmanov Ramin Babək oğlunun apellyasiya şikayətindən, eləcə də, apellyasiya baxışı zamanı vermiş olduğu izahatından görünür ki, o, 3-cü qrup əlildir. Həmin halın mövcudluğu iş materiallarında olan məlumatlarla da müəyyən dərəcədə təsdiq olunur. Bununla yanaşı, iş materiallarından görünür ki, İmanov Ramin Babək oğlu icra sənədi üzrə yaranmış aliment borcunun müəyyən hissəsini, ümumilikdə 810 manat məbləğində vəsaiti ödəmişdir. Bu hal onun üzərinə düşən öhdəliyin icrasını tamamilə təmin etməsə də, icra sənədinin tələblərinin yerinə yetirilməsi istiqamətində müəyyən hərəkətlər etdiyini göstərir və inzibati tənbehin müddəti müəyyən edilərkən nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə nəzərə alır ki, İmanov Ramin Babək oğlunun himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır və tətbiq edilmiş inzibati həbs tənbehinin müddəti müəyyən edilərkən həmin hal da onun ailə vəziyyətini xarakterizə edən mühüm hal kimi qiymətləndirilməlidir. Həmin hallar inzibati xətanın törədilməsini aradan qaldırmasa və şəxsi inzibati məsuliyyətdən azad etmək üçün əsas yaratmasa da, inzibati tənbehin fərdiləşdirilməsi və onun konkret müddətinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ramin İmanova təyin edilmiş 15 günlük inzibati həbs tənbehi törədilmiş əmələ və iş üzrə müəyyən edilmiş hallara münasibətdə nisbətən sərt olmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati tənbeh təyin edilərkən yalnız törədilmiş inzibati xətanın xarakteri və nəticələri deyil, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun ailə və əmlak vəziyyəti, təqsirinin dərəcəsi, habelə tətbiq edilən tənbehin məqsədlərinə nail olmaq üçün zəruri və kifayət qədər olması da qiymətləndirilməlidir. Tənbeh törədilmiş xətaya görə məsuliyyətin labüdlüyünü təmin etməli, lakin konkret işin hallarından irəli gələn zərurətdən artıq sərt xarakter daşımamalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İmanov Ramin Babək oğluna təyin edilmiş inzibati tənbehin müddətinin 10 günədək azaldılması inzibati tənbehin məqsədlərinə uyğun olmaqla yanaşı, şəxsin davranışına zəruri hüquqi təsirin göstərilməsi üçün kifayət edəcək, onun islah olunması və gələcəkdə inzibati xəta törətməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün yetərli olacaqdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməli, həmin qərarla İmanov Ramin Babək oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətbiq edilmiş 15 gün müddətinə inzibati həbs tənbehinin müddəti endirilərək 10 (on) gün həddində müəyyən edilməli, Ramin İmanovun ## ###### 2026-cı il tarixdən həbsdə olması nəzərə alınmalı və o, hazırkı qərar ilə təyin olunmuş inzibati həbs tənbeh tədbirini çəkmiş hesab olunmalı, o,məhkəmə iclas zalından dərhal inzibati həbsdən azad edilməli, qərarın icrası Biləsuvar Rayon Polis Şöbəsinə həvalə edilməli, məhkəmənin qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Həmin qərarla İmanov Ramin Babək oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətbiq edilmiş 15 gün müddətinə inzibati həbs tənbehinin müddəti endirilərək 10 (on) gün həddində müəyyən edilsin. İmanov Ramin Babək oğlunun ## ###### 2026-cı il tarixdən həbsdə olması nəzərə alınsın və o, hazırkı qərar ilə təyin olunmuş inzibati həbs tənbeh tədbirini çəkmiş hesab olunsun. İmanov Ramin Babək oğlu məhkəmə iclas zalından dərhal inzibati həbsdən azad edilsin. Qərarın icrası Biləsuvar Rayon Polis Şöbəsinə həvalə edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-547/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-547/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver