Məhkəmə qərarları › İş №3(3-9)-548/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-548/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-548/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 266.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsinə dair Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı (hakim Şahəddin Kələntərov) ilə Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə ## ### 2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. İşə baxan Salyan Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya şikayəti verərək, şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlunun barəsində ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarı qəbul edilərkən Qərardan şikayət verən orqan (şəxs) həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutların olmadığı, aşkar edilmiş inzibati xəta faktının məhz Qərardan şikayət verən orqan (şəxs) aid olması barədə əsaslı şübhələrin olması nəzərə alınmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Nəticədə, düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu səbəbden də, həmin qərar ləğv edilməli, həmçinin Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İXM-in 266.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin faktiki halı ondan ibarətdir ki, idarə əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Şirvan–Salyan avtomobil yolunun Salyan rayonu Qaraçala qəsəbəsindən keçən hissəsində yolun mühafizə zolağında qazılmış xəndəkə bərk tullantıların atılması faktı aşkar edilmişdir. Aparılan araşdırma zamanı həmin xəndəyə avtomobıl ehtiyat hissələrinin satışı və təmiri obyektində (“AVTO 30-30”) əmələ gələn tullantılarında atılması müəyyən edilmişdir. Bu fakt aparılan videogörüntüyə alınaraq təsdiq edilmişdir. Bundan əlavə “Salyan MİTTİB” MMC tərəfindən təqdim edilmiş ##.##.2026-ci il tarixli ** №-li arayışda əraziyə urna qoyulduğu, lakin dəfələrlə həmin şəxsə xəbərdarlıq olunsa da, tullantıların urnadan kənar atılması təkrarlandığı göstərilmişdir. Digər tərəfdən Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlunun e-taxes.gov.az rəsmi vergi internet saytından əldə olunmuş məlumata əsasən aktiv vergi ödəyicisi olduğu (VÖEN **********) və e-yoxlama.gov.az rəsmi dövlət saytından əldə olunmuş məlumata əsasən həmin obyektə aid olduğu müəyyən edilmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməsini, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)- ***/**** saylı qərarı ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı inzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Salyan Rayon Məhkəməsinin qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Odur ki, İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri əsasında yoxlayan apellyasiya məhkəməsi aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı protokolundan görünür ki, ## ##### 2026-cı il tarixində saat 10:45-də obyektin tullantılarını urna yerləşdirmədən, urnadan kənar yol kənarında qazılmış xəndəyə atılması faktı “Tullantılar haqqında” qanunda göstərilən tələblər (12-ci) pozulmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu tərəfindən AR-nın İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt tərtib olunmuş ## ##### 2026-cı il tarixli, ****** saylı akt, fotoşəkillər və videolar ilə təsdiq edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN № ******* saylı qərarından görünür ki, ##.##.2026-cı il tarixində saat 10:45-də obyektin tullantılarını urna yerləşdirmədən, urnadan kənar yol kənarında qazılmış xəndəyə atılması faktı “Tullantılar haqqında” qanunda göstərilən tələblər (12-ci) pozulmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu tərəfindən AR-nın İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə vəzifəli şəxs qismində 1000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Mənzil İstismar Təmir Tikinti istehsal Birliyi MMC ilə Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu arasında bağlanmış ## ###### 2026-cı il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, tərəflər arsında tullantıların aparılaraq zərərsizləşdirilməsi barədə müqavilə imzalanmış, buna görə Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu hər ay MMC-yə 20 manat pul ödəyir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ## ##### 2026-cı il tarixində obyektin tullantıların urna yerləşdirmədən urnadan kənar yol kənarında qazılmış xəndəyə atılması faktı aşkar səlahiyyətli orqan tərəfindən sübuta yetirillmədən həmin fakt əsasında Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və ##.##.2026-cı il tarixli, MN № ******* saylı nömrəli qərarla barəsində vəzifəli şəxs qismində 1000 (min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin, İXM-in 266.3-cü maddəsinə görə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Apellyasiya instansiyasında işə baxılarkən birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmaq vəzifəsini yerinə yetirmədiyi müəyyən olunmuşdur. Belə ki, apellyasiya baxışı zamanı səlahiyyətli orqanın nümayəndəsi izahatında bildirmişdir ki, idarə əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Şirvan-Salyan avtomobil yolunun Salyan rayonu Qaraçala qəsəbəsindən keçən hissəsində yolun mühafizə zolağında qazılmış xəndəkə bərk tullantıların atılması faktı aşkar edilmişdir. Aparılan araşdırma zamanı həmin xəndəyə avtomobıl ehtiyat hissələrinin satışı və təmiri obyektində (“AVTO 30-30”) əmələ gələn tullantılarında atılması müəyyən edilmişdir. Bu fakt aparılan videogörüntüyə alınaraq təsdiq edilmişdir. Bundan əlavə “Salyan MİTTİB” MMC tərəfindən təqdim edilmiş ##.##.2026-ci il tarixli ** №-li arayışda əraziyə urna qoyulduğu, lakin dəfələrlə həmin şəxsə xəbərdarlıq olunsada, tullantıların urnadan kənar atılması təkrarlandığı göstərilmişdir. Digər tərəfdən Qərardan şikayət verən orqan (şəxs) İltifat oğlunun e-taxes.gov.az rəsmi vergi internet saytından əldə olunmuş məlumata əsasən aktiv vergi ödəyicisi olduğu (VÖEN **********) və eyoxlama.gov.az rəsmi dövlət saytından əldə olunmuş məlumata əsasən həmin obyektə aid olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında işin materiallarında olan videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkilişdə müxtəlif şəxslərin həmin əraziyə tullantıları atması görünsə də, onların şəxsiyyəti müəyyən edilərək izahatı alınmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən faktiki hallarını araşdırmadan işə xitam verməklə iş üzrə sübutların tamlığını təmin etməmiş, obyektiv həqiqətin müəyyən olunması prinsipini pozmuşdur. Halbuki məhkəmə inzibati icraat zamanı sübutları yalnız təqdim edilənlərlə məhdudlaşdırmamalı, iş üçün əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə zəruri sənədlərin tələb olunması və araşdırılması üçün təşəbbüs göstərməli idi. Belə ki, İXM-in 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırkı şəraitdə aptekin fəaliyyət göstərib-göstərməməsi məsələsinin aydınlaşdırılmaması inzibati xəta tərkibinin obyektiv və subyektiv elementlərinin düzgün qiymətləndirilməsinə mane olmuşdur. Belə olan halda isə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə natamam araşdırmaya əsaslandığından qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə, apellyasiya məhkəməsi daha bir məqamı da vurğulayır ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hal xəndəyə avtomobıl ehtiyat hissələrinin tullantılarının atılması müəyyən edilməsi, bu faktın videogörüntüyə alınaraq təsdiq edilməsinə baxmayaraq, bu hal da birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Beləliklə də, qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə düzgün yekun nəticəyə gəlinməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticəsindən asılı olaraq qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-in: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Odur ki, apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar