Məhkəmə qərarları › İş №3(3-9)-549/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-549/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-549/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi, hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi Səmədov Alim Nadir oğlunun katibliyi MÜƏYYƏN ETDI: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, onun barəsində DƏMX-nin X7 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli MN 1809413, MN 1809414, MN 1809416 və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və təqsiri sübuta yetrilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından X4 Xidmətinin nümayəndəsi X1 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib, məhkəmənin qərarının ləğv edilməsini və təmsil etdiyi orqanın qərarlarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları X4 Xidmətinin X7 ##.##.2026-cı il tarixli MN ******* saylı qərarından görünür ki, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli əmək müqaviləsi üzrə işçisi olmuş Şahid istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməklə IXM-in 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa, DƏMX-nin X7 ##.##.2026-cı il tarixli MN ******* saylı qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hərəkət sxeminin müəyyən edilməməsi, yükün daşınma normasına nəzarət olmaması, təhlükəsizlik nişanları və sair xəbərdaredici lövhələrin təşkil edilməməsi işçisi Şahid avtoqəzasına səbəb olmuş və nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-in 199-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bundan başqa, DƏMX-nin X7 ##.##.2026-cı il tarixli MN ******* saylı qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) işçisi olmuş Şahid əməyin mühafizəsi üzrə norma və qaydaların tələbləri ilə təlimatlandırmamış və bununla da IXM-in 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, DƏMX-nin X7 ##.##.2026-cı il tarixli MN ******* saylı qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) işçisi olmuş Şahid pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini təmin etməyərək IXM-in 198.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri X4 Xidmətinin Hüquq Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həmid Ədhəmov apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində DƏMX-nin X7 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli MN 1809413, MN 1809414, MN 1809416 və MN ******* saylı qərarlarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə işə baxılmasında yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən özünün müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Işin mahiyyəti bundan ibarətdir ki, bədbəxt hadisə ##.##.2025-ci il tarixdə, saat 10:54 radələrində Salyan rayonunun Xıdırlı kəndi ərazisində fiziki şəxsin Xidmət şöbəsinin sürücüsü Ə. Məmmədovun idarə etdiyi “Shacman” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin aşması səbəbindən döş qəfəsinin və qarnın küt travması və sağ IV qabırğa və sağ körpücük sümüyünün sınığı nəticəsində baş vermişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) işçisi olmuş Şahid icbari sığortalanmasını həyata keçirmədiyi müəyyən edilmiş və qüvvədə olan istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması haqqında hər hansı icbari sığorta müqaviləsi aşkar edilməmişdir. Xətanın başvermə tarixi ##.##.2025-##.##.2025-ci il tarixləri aralığı olması müəyyən edilmişdir. Bununla da IXM-in 469- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Habelə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hərəkət sxeminin müəyyən edilməməsi, yükün daşınma normasına nəzarət olmaması, təhlükəsizlik nişanları və sair xəbərdaredici lövhələrin təşkil edilməməsi Şahid avtoqəzasına səbəb olmuşdur. Belə ki, Şahid ##.##.2025-ci il tarixdə, saat 10:54 radələrində Salyan rayonunun Xıdırlı kəndi ərazisində fiziki şəxsin Xidmət şöbəsinin sürücüsü Ə. Məmmədovun idarə etdiyi “Shacman” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin aşması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 6-cı bəndindən, yəni “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci bəndinə əsasən fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) cavabdehliyini müəyyən etmişdir. Bununla da IXM-in 199-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin, Qərardan şikayət verən orqan (şəxs) işçisi olmuş Şahid pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini təmin etməmiş və əməyin mühafizəsi üzrə norma və qaydaların tələbləri ilə təlimatlandırmamışdır. Bununla da IXM-in 198.1.6 və 198.1.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göründüyü kimi, X4 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun araşdırılması məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X4 Xidmətindən fərqli olaraq, toplanmış sübutlar və digər iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçilərin hüquqlarını pozan və qanuna zidd olan qərar qəbul etmişdir. Məhkəmə inzibati xəta haqqında işə baxarkən qərəzli yanaşmış və qərarında bunu əks etdirmişdir. Qərardan şikayət verən orqan (şəxs) məsuliyyətə cəlb edilməməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin vəzifələrinə ziddir və prinsiplərin kobud şəkildə pozulmasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta pozuntusu törətdiyini dərk edib sonradan həmin pozuntunu aradan qaldırması, öz vəzifələrini icra etməsi inzibati məsuliyyətdən azad olunması üçün əsas deyil. Məhkəmə inzibati xəta tərkibinin olmamasını bildirsə də, həmin halları əsaslandıra bilməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı X4 Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışında barəsində icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) qarşı tərəfin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, Salyan Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qərardan şikayət verən orqan (şəxs) əlavə olaraq qeyd etmişdir ki, fərdi sahibkar kimi onun mülkiyyətində 3 ədəd “Shacman” markalı yük avtomobilləri olmuş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu avtomobillərdən birini əmək müqaviləsi əsasında sürücü Şahid istifadəsinə vermişdir. O, sürücü Şahid fərdi mühafizə vasitələri ilə təmin etmişdir. Birinci instansiya məhkəməsi işin bütün hallarını tam araşdırmış və icraata xitam verməklə düzgün qərar çıxarmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 135.1.1 maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsinə əsasdır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, «inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması həmin qərarı qəbul etmiş orqanın səhvlərinin düzəldilməsinin vasitəsi kimi çıxış edir. Bu növ icraatda məhkəmə (birinci və ya apellyasiya instansiyası məhkəməsi) araşdırması zamanı işin hallarının hərtərəfli və tam öyrənilməsinə, törədilmiş inzibati xətaya lazımi hüquqi qiymətin verilməsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının təmin edilməsinə maneə yaratmış qanun pozuntusu müəyyən edilərək aradan qaldırılır. Bu isə məhkəməyə imkan verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim tərəfindən qəbul olunmuş qərarın qanuniliyinin yoxlanılması nəticəsində həmin qərarın işin faktiki hallarına və ya inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olmadığı təqdirdə onu dəyişdirsin, ləğv edərək yeni qərar çıxarsın və ya işin yenidən baxılması üçün göndərilməsi haqqında qərar qəbul etsin. Bununla da səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin icraat zamanı yol verdiyi səhvlər aradan qaldırılır». Hazırkı işin materialları apellyasiya şikayətinin dəlillərinin yoxlanılması ilə əlaqədar nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəmə IXM-in 84-cü maddəsinin tələblərindən irəli gələrək kifayət qədər araşdırma aparmadığı halda iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) təqsirli bilindiyi IXM-in 198.1.6 və 198.1.7-ci maddələrinə görə işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsi və işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi inzibati xəta hesab edilir. Həmçinin, IXM-in 199-cu maddəsinə görə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, IXM-in 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə bu maddənin tərkibi yaranır. Qeyd olunmalıdır ki, yuxarlıda sadalanan inzibati xətalar fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi üzrə işçisi olmuş Şahidla bilavasitə bağlı olmuşdur, yəni inzibati xəta haqqında protokollara əsasən fərdi sahibkar Şahid fərdi mühafizə vasitələri ilə təmin etməmiş, icbari tibbi sığorta etdirməmişdir. Fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) apellyasiya baxışı zamanı sürücüsü olmuş Şahid fərdi mühafizə vasitələri ilə təmin etdiyini bildirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işçi Şahid məhkəmə iclasında dindirilməsini təmin etməmiş, bununla həm də həqiqəti müəyyən etməyin məhkəmə icraatının vəzifəsi olduğu haqda konstitusion prinsipin tələblərini də pozmuşdur. Bundan başqa işdən görünür ki, səlahiyyətli orqan fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) dörd inzibati xətanın törədilməsində ittiham etmiş və həmin xətaların hər birinə görə ona inzibati tənbeh təyin etmişdir. IXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. IXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. IXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. IXM-in 34.4-cü maddəsinə görə isə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Göründüyü kimi, IXM-in 34-cü maddəsinin tələbinə əsasən eyni vaxtda törədilən iki və ya daha çox inzibati xəta haqqında işə baxmaq hüququ eyni orqana aiddirsə, onlara eyni vaxtda baxılmalı və onlardan ən ciddi olan inzibati xətaya görə inzibati tənbeh təyin edilməlidir. Müxtəlif vaxtlarda törədilən iki və ya daha çox inzibati xətalara münasibətdə isə şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Onu da qeyd etmək lazımdır ki, yuxarıda sadalanan dörd inzibati xətanın hər birinin X4 Xidmətinin səlahiyyətinə aid olması IXM-in tələblərindən irəli gəlir. Lakin, birinci instansiya məhkəməsi işə baxarkən Qərardan şikayət verən orqan (şəxs) istinad edilən xətaların eyni və ya müxtəlif vaxtlarda törədildiyini müəyyən etməmiş və IXM-in 34-cü maddəsinə uyğun qərar qəbul etməmişdir. Göründüyü kimi, məhkəmə hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, həqiqəti müəyyən edə bilməmiş, bu səbəbdən səthi və natamam araşdırma nəticəsində kifayət qədər əsaslı olmayan qərar qəbul etmişdir. IXM-in 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərini bir daha xətarladan apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, həmin nromaların tələblərinə görə işin bütün faktiki halları araşdırılmadıqda yaxud məhkəmə arşdırması natamam aparıldıqda birinci instansiya məhkəməsinin qərarı ləğv edilir və iş yeniudən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar