Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-550/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 447.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nahid Vəliyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhdud məsuliyyətli cəmiyyətinə məxsus, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Buta” aptek ## #### 2026-cı il tarixdə “Zintox N20” qida əlavəsini qablaşdırılmanın üzərində göstərilən 25 manat 90 qəpik qiymətinə baxmayaraq, 26 manat 10 qəpiyə sataraq, istehlakçını aldatmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həmin protokol və iş üzrə toplanmış digər materiallar aidiyyəti üzrə baxılması üçün Biləsuvar rayon Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nahid Vəliyev şikayət verərək, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nahid Vəliyev şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən "xxxx” MMC barəsində ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, məhkəmədə bir sıra iş üçün mühüm əhəmiyyətli faktlar araşdırılmadan və nəzərə alınmadan qərar çıxarılmış, bu isə bir sıra maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməmsi ilə nəticələnmişdir. Belə ki, birinci intansiya məhkəməsi inzibati xəta tərkibinin mövcudluğunu müəyyən edərkən yalnız şikayətçi X1 tərəfindən təqdim edilmiş və elektron məktuba əlavə olunmuş fotolara istinad etmişdir. Lakin məhkəmə və protokolu tərtib etmiş inzibati orqan tərəfindən mühüm hallar heç bir şəkildə araşdırılmamışdır. Qablaşdırmanın üzərindək etiketin hansı şəraitdə, necə və nə vaxt kim tərəfindən yapışdırılması tamamilə naməlumdur. Istehlakçı malı aptekdən aldıqdan sonra kənarda (aptekdən kənar şəraitdə) malın üzərinə özü tərəfindən və ya başqa bir şəxs tərəfindən kağız qiymət etiketinin yapışdırılması ehtimalı müəyyən edilməmişdir. Həmçinin, inzibati orqan tərəfindən yerində hər hansı baxış keçirilməmiş, aptekdə həmin malın digər nüsxələrinə baxış keçirilərək rəsmi qiymətləndirmə aparılmamış, video müşahidə kameraları və ya digər obyektiv sübutlar tədqiq olunmamışdır.Yalnız üçüncü şəxsin göndərdiyi subyektiv fotonun mötəbər sübut kimi qəbul edilməsi hüquqi baxımdan qəbul olunmazdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən protokol qəbul edilmişdir. Həmin protokolun qəbil edilməsinə səbəb Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhdud məsuliyyətli cəmiyyətinə məxsus, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Buta” aptek ## #### 2026-cı il tarixdə “Zintox N20” qida əlavəsini qablaşdırılmanın üzərində göstərilən 25 manat 90 qəpik qiymətinə baxmayaraq, 26 manat 10 qəpiyə sataraq, istehlakçını aldatmışdır. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, ****** nömrəli çekin foto surətindən görünür ki, X1 tərəfindən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Buta” aptekdən alınmış “Zintox N20” qida əlavəsinin qiyməti 26 manat 10 qəpikdir. Inizbati xəta haqqında iş materiallarında olan X1 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanlanmış elektron poçtuna əlavə edilmiş “Zintox N20” adlı qida əlavəsinin qablaşdırmasının foto surətlərindən görünür ki, “Zintox N20” qida əlavəsinin qablaşdırmasının üzərində qiymət göstəricisi olan etiketdə 25 manat 90 qəpik qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 447.0.1-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən isə Azərbaycan Respublikası IXM-nin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.1-ci maddəsinə görə satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir. Həmin Qanunun 18.0.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı, rəqəmsal platforma təsirçisi və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını və s. ehtiva edir. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 19.2.11-ci maddəsinə görə istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış zərgərlik məmulatlarının müvafiq qanunvericiliklə müəyyən olunmuş satış qaydalarına riayət olunmasına nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” ## ###### 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsi inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından məhkəmələr tərəfindən həll edilməlidir. Hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Həmçinin həmin Qərara əsasən inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Azərbaycan Respublikası IXM-in 8.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə Azərbaycan Respublikası IXM-in 127-3.6cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd edilənlərdən göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilən sübutlarla təsdiqini tapır. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şikayətində “məhkəmə tərəfindən ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, məhkəmədə bir sıra iş üçün mühüm əhəmiyyətli faktlar araşdırılmadan və nəzərə alınmadan qərar çıxarılmış, bu isə bir sıra maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməmsi ilə nəticələnmişdir. Belə ki, birinci intansiya məhkəməsi inzibati xəta tərkibinin mövcudluğunu müəyyən edərkən yalnız şikayətçi X1 tərəfindən təqdim edilmiş və elektron məktuba əlavə olunmuş fotolara istinad etmişdir. Lakin məhkəmə və protokolu tərtib etmiş inzibati orqan tərəfindən mühüm hallar heç bir şəkildə araşdırılmamışdır. Qablaşdırmanın üzərindək etiketin hansı şəraitdə, necə və nə vaxt kim tərəfindən yapışdırılması tamamilə naməlumdur. Istehlakçı malı aptekdən aldıqdan sonra kənarda (aptekdən kənar şəraitdə) malın üzərinə özü tərəfindən və ya başqa bir şəxs tərəfindən kağız qiymət etiketinin yapışdırılması ehtimalı müəyyən edilməmişdir. Həmçinin, inzibati orqan tərəfindən yerində hər hansı baxış keçirilməmiş, aptekdə həmin malın digər nüsxələrinə baxış keçirilərək rəsmi qiymətləndirmə aparılmamış, video müşahidə kameraları və ya digər obyektiv sübutlar tədqiq olunmamışdır.Yalnız üçüncü şəxsin göndərdiyi subyektiv fotonun mötəbər sübut kimi qəbul edilməsi hüquqi baxımdan qəbul olunmazdır.” kimi dəliləri yalnız formal mülahizələrə əsaslanmış, inzibati orqanın əsaslandığı sübutu təkzib edən sübütlarla öz təsdiqini tapmamış, ümumiyyətlə məhkəməyə təqsirsizliyini sübut edən hər hansı mötəbər subutlar təqdim etməmiş, həmin dəlillər subyektiv yanaşma kimi, inzibati məsuliyyətdən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Bu da törədilmiş əməlin təsdiqini aradan qaldırmır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında protokol, foto şəkillər, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatı ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən, yəni cəmiyyətə məxsus, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Buta” aptek ## #### 2026-cı il tarixdə “Zintox N20” qida əlavəsini qablaşdırılmanın üzərində göstərilən 25 manat 90 qəpik qiymətinə baxmayaraq, 26 manat 10 qəpiyə sataraq, istehlakçını aldatmışdır. Şikayətçi tərəfindən bu sübutların həqiqiliyini və mötəbərliyini təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xətanın mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsin törətdiyi inzibati xəta tərkibli əməlin sübuta yetirilməməməsinə dair şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə həmçinin aşağıdakıları qeyd edir: IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Inzibati xəta haqqında işlərdə fotoçəkiliş qanunla icazə verilmiş sübut vasitəsidir, yəni video, foto, səsyazmalar inzibati xəta işində sübut hesab olunur. Qanun fotoçəkilişin aparılması üçün ayrıca “şəxsin razılığını” tələb etmir. Əsas odur ki, çəkiliş xətanın aşkar edildiyi yerdə aparılsın. Bu halda fotoşəkil tam qanuni və mötəbər sübutdur. Dövlət nəzarətini həyata keçirən orqanların qanun pozuntusu olan halları aşkar etmək, sənədləşdirmək və qarşısını almaq həmin orqanın birbaşa vəzifəsi olaraq müəyyən olunub. Sənədləşdirmənin tərkib hissələrindən biri də inzibati xətanın sənədləşdirilməsi zamanı fotoçəkilişdən istifadə olunmasıdır. Bu həm sübut toplama, həm də faktın tam və obyektiv təsdiqi üçün vacib faktordur. Inzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Inzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. Iş materiallarından görünür ki, səlahiyyətli inzibati orqan tərəfindən araşdırılma aparılmış, araşdırmanın nəticələri müvafiq qaydada rəsmiləşdirilmiş və fotoşəkillərlə təsdiq olunmuşdur. Bu cür sübutlar inzibati icraat praktikasında geniş tətbiq olunan və qəbul edilən sübut növlərindəndir. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlmişdir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Eyni zamanda, məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati məsuliyyət institutunun əsas məqsədi yalnız cəzalandırma deyil, həm də ictimai münasibətlərin qorunması və hüquqpozmalara qarşı preventiv təsirin təmin edilməsidir. Beləliklə, şikayətdə göstərilən bütün dəlillər ayrı-ayrılıqda və məcmu halında təhlil edildikdə müəyyən olunur ki, həmin dəlillər formal mülahizələrə söykənməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayət əsasən eyni halların fərqli şərhi və subyektiv qiymətləndirilməsinə yönəlmişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün hüquqi əsas təşkil etmir. Həmçinin, kollegiya onu da qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli ərizədə işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və minimum cərimə tənbehi tətbiq edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası IXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-in 447.0.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nahid Vəliyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nahid Vəliyev tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-550/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-550/2026
14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver