Məhkəmə qərarları › İş №3(3-9)-553/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-553/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-553/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, ##.##.1959-cu ildə Şamaxı şəhəri Dağ Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Şirvan Şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfatı Idarəsinin rəisi vəzifəsində işləyən, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə Şirvan şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən qərarın icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmin protokol baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilərək, inzibati xətanın əlamətləri olmaması əsası ilə inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsində dəyişiklik olduğu üçün hazırda idarədə yalnız dalandar vəzifəsi boşdur, ona görə də işçini işə götürə bilmir. Zərərçəkmiş şəxs işə götürülmək üçün CV ilə Şirvan Şəhər Icra Hakimiyyətinə müraciət edərsə, o zaman onu işə götürə bilər. Zərərçəkmiş şəxs yenidən əvvəlki işinə bərpa etmək onun səlahiyyəti xaricindədir, çünki həmin ştat ixtisar olunub. Məhkəmə qərarları ilə barəsində bütün qanuni tədbirlər görülüb. Əgər Zərərçəkmiş şəxs işə bərpa etmək mümkün olsaydı, onu çoxdan işə bərpa edərdi. Hazırda Zərərçəkmiş şəxs bərpa ediləcəyi ştat mövcud deyildir, lakin o, onu başqa işlə təmin edə bilər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil ayrı-ayrılıqda şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Şirvan şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilərək, inzibati xətanın əlamətləri olmaması əsası ilə onun barəsində inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini, qanuni və əsaslı olan Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şirvan Şəhər Icra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilməməlidir. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şirvan şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsinin iddiaçı Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ## #### 2025-ci il tarixli **-K saylı əmri ləğv edilmiş, iddiaçı Zərərçəkmiş şəxs Şirvan şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsinə işə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilməlidir. Iş materiallarında olan Şirvan Şəhəri üzrə Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. Iş materiallarında olan Şirvan Şəhəri üzrə Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı icra vərəqəsi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. Iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarından görünür ki, Şirvan Şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsinin rəisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026cı il tarixli qərarından görünür ki, borclu – ##.##.1959-cu il tarixdə Şamaxı rayonu, Dağ Kolanı kəndində anadan olmuş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Iş materiallarında olan Şirvan şəhəri üzrə Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli xəbərdarlığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Iş materiallarında olan Şirvan Şəhər Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025ci il tarixli icra sənədinin icrasının təmin edilməsi, nəticə barədə Şirvan Şəhər Icra Hakimiyyətinə və Şirvan Şəhəri üzrə Icra və Probasiya Şöbəsinə məlumat verilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının IXM-in 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini nəzərdə tutur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini heç bir üzrlü səbəb təqdim etmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra etməmişdir, bununla da Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində “Şirvan şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsində dəyişiklik olduğu üçün hazırda idarədə yalnız dalandar vəzifəsi boşdur, ona görə də işçini işə götürə bilmir. Zərərçəkmiş şəxs işə götürülmək üçün CV ilə Şirvan şəhər Icra Hakimiyyətinə müraciət edərsə, o zaman onu işə götürə bilər. Zərərçəkmiş şəxs yenidən əvvəlki işinə bərpa etmək onun səlahiyyəti xaricindədir, çünki həmin ştat ixtisar olunub. Məhkəmə qərarları ilə barəsində bütün qanuni tədbirlər görülüb. Əgər Zərərçəkmiş şəxs işə bərpa etmək mümkün olsaydı, onu çoxdan işə bərpa edərdi. Hazırda Zərərçəkmiş şəxs bərpa ediləcəyi ştat mövcud deyildir, lakin o onu başqa işlə təmin edə bilər.” dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, ozünü müdafiə xarakteri daşıyır, zərər çəkmiş şəxsin əvvəl işlədiyi ştatın ixtisar olması barədə sübütları məhkəməyə təqdim etməmiş, digər tərəfdən Şirvan Şəhər Icra Hakimiyyətinin “Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi” barədə ##.##.2026-cı il tarixli göstərişini də icra etməmişdir. Azərbaycan Respublikasının IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin minimuma yaxın həddə tətbiqini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası IXM-in 128-134 və 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilməsi barədə Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar