Məhkəmə qərarları › İş №3(3-9)-555/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-555/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-555/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Zərərçəkmiş şəxs Qədirli İlkin Rəğbət oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Tapdıqov İlqar Məhərrəm oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barədə İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Qədirli İlkin Rəğbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Elnur Salmanov) ilə ##.##.1996-cı ildə İmişli rayonu, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İŞİN HALLARI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmişli Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən yaranmış borcunu ödəmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmişli Rayon Məhkəməsinin e*(***)-****/****-*** saylı, ##.##.2026-cı il tarixli icra sənədini icra etməmiş, bu səbəbdən ödənilməmiş 23794,10 manat əsas borcu qalmış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə baxan İmişli Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs Qədirli İlkin Rəğbət oğlu apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin *(****)-***/**** saylı ## ###### 2026-cı il tarixli qərarını ləğv edərək borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xalid oğlu barəsində İXM-in 528.1-ci maddəsinə nəzərdə tutulmuş ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın surətini ## ###### 2026-cı il tarixində əldə etmişdir. İmişli Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qətnaməsi ilə borclu Zahidi Xəyal Xalid oğlundan 27200 (iyirmi yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 159 (yüz əlli doqquz manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi qət edilmişdir. Qətnamənin icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Qətnamə icra məmuru tərəfindən qəbul edildikdən sonra borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu olduğu pulu könüllü olaraq ödəmək üçün bildiriş göndərildi və qətnamə ilə müəyyən edilmiş pulun 10 gün ərzində ödəməsi təklif edilmişdir, lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pulu tam olaraq ödəmək əvəzinə hissəhissə cəmi 2065 manat pul ödəmişdir, 23794 manat ona ödənilməmiş borcu qalmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnaməni icra etmədiyi üçün onun barəsində İXM-in 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsi barəsində məhkəməyə materiallar təqdim edilmişdir, İmişli Rayon Məhkəməsi isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qətnaməni icra etmədiyi üçün barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xalid oğlunun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş icraatı barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati işin icraatına xitam verilmişdir. Qərar qanun və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ayda 10-15-20 manat olmaqla 27.200 manat pulu 10- 15 ilə belə ödəyib qaytara bilməz. İmişli Rayon Məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ölçü götürüb onun barəsində inzibati qaydada cəza tətbiq etmək əvəzinə heç bir əsas olmadan inzibati işin icraatına xitam verərək qəbul edilən qətnamənin icrasını şübhə altına alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin icrasından boyun qaçırtmağı üçün şərait yaratmışdır. O icra məmuru ərizə yazarkən şifahi olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə gedişatında ona ödədiyi 1300 manatı da birləşdirərək 3365 manat pulun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona ödəndiyini qeyd etmişdir, halbu ki, o, icra dövründə hissə-hissə ona 2065 manat pul ödəmişdir. İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ###### 2026-cı il tarixli qərarını ləğv edərək borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xalid oğlu barəsində İXM-in 528.1-ci maddəsinə nəzərdə tutulmuş ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Qədirli İlkin Rəğbət oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Tapdıqov İlqar Məhərrəm oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, İmişli Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdə olan sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkməsində inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 izahat verərək göstərmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmişli Rayon Məhkəməsinin e*(***)- ****/****-*** saylı, ##.##.2026-cı il tarixli icra sənədini icra etməmiş, bu səbəbdən ödənilməmiş 23794,10 manat əsas borcu qalmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Birinci instansiya məhkməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, onun icra sənədindən xəbəri olmuş, lakin işlədiyi taksi şirkətindən işdən çıxdığına görə son iki ay ərzində ödəniş etməmişdir. İcra sənədi üzrə bu günədək hissə-hissə 3365 manat ödəniş etmişdir. Taksi sürücüsü işləyir, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağı vardır. Bir neçə gün ərzində tələbkara olan borcundan 1500 manat ödəniş edəcəyini və qalan borcunu tez bir zamanda bağlayacağını bildirmişdir. Bundan başqa, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin *(***)-****/****-*** saylı, ##.##.2026-cı il tarixli icra vərəqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 27200 manat pul məbləğinin və ödənilmiş 159,10 manat dövlət rüsumunun tutularaq tələbkar Qədirli İlkin Rəğbət oğluna verilməsi qət edilmişdir; İmişli Rayon İcra və Probasioya şöbəsinin icra məmuru X2 icraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. Tələbin könüllü icrası üçün borcluya eyni tarixli bildiriş göndərilmişdir. Çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində heç bir əmlakı yoxdur. Tələbkar Qədirli İlkin Rəğbət oğlunun ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, borclu tərəfindən ona 3565 manat ödəniş edilmiş, 23794 manat borc qalmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, onun tərəfindən 2026-cı ilin müxtəlif aylarında müxtəlif məbləğlərdə tələbkara ödənişlər edilmişdir. Həmçinin, apellyasiya baxışında da müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarından sonra da zərərçəkmiş şəxsə 1250 manat da ödəniş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, obyektiv və hərtərəfli nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmənin qənaətinə görə, qeyd olunan hallar borclu tərəfindən icra sənədinin icrasından qərəzli yayınma və ya boyun qaçırma niyyətinin mövcud olmadığını göstərir. İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İXM-in 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş verməsi üçün icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən icra etməməsi zəruridir. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclunun isə icra sənədi üzrə olan borcunu ödəməkdən yayınması hazırki iş üzrə istisna olunur. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin *(***)- ****/****-*** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkara müxtəlif vaxtlarda mütəmadi ödənişlər etmişdir. Bu səbəbdən borclunun icra sənədini icra etməkdən qərəzli yayınması halı mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını qanunvericilik normaları baxımdan nəzərdən keçirib belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi və nəticə etibarilə onun əməlində inzibati xəta tərkibinin olması işdə olan sübutlarla təkzib olunur. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsindən söhbət gedə bilməz. Beləliklə, apellyasiya məhkməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi təsdiq olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olmaması qənaətinə gəlib, inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşılmalıdır. Beləliklə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin şikayət üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, apellyasiya məhkəməsi İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından iş üzrə zərərçəkmiş şəxs Qədirli İlkin Rəğbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Qədirli İlkin Rəğbət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar