Məhkəmə qərarları › İş №3(3-9)-556/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-556/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-556/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Imişli Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 510.1-ci .1-ci və 535.1-ci maddələri ilə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Imişli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510.1-ci .1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Imişli Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, R X1 tərəfindən ## ######## 2026-cı il tarixli, MN seriyalı 2199590 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Imişli Rayon Məhkəməsinə göndərilmişdir. Imişli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci .1-ci və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 30 gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil həmin qərardan apellyasiya qaydasında şikayət verərək Imişli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdən azad olması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTLƏRIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassız və qanunsuzdur. Qərarda işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Imişli Rayon Məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci .1 və 535.1-ci maddələri ilə təqsirləndiyi inzibati işə baxılarkən onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, o, özünü ona elan elan edilən inzibati xətalarda təqsirli bilmədiyi halda, ona Azərbaycan Respublikasının IXM-nin 535.1-ci maddəsi ilə 30 (otuz ) gün müddətə inzibati qaydada həbs seçilmişdir. Yəni maddənin ən son həddində, onun şəxsiyyətinə və törətdiyi xətanın xarakterinə uyğun olmayan ən ağır cəza təyin edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil şikayətin dəlillərini müdafiə edərək Imişli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Imişli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 10:10-da Imişli şəhəri, S.Fətəliyev küçəsində xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci .1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt YPX tərəfindən daxil olmuş raport və şahid ifadələri ilə təsdiq edilir. ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 10:10 radələrində DYPB-nin YPX-nin inspektoru R şahid3la birlikdə 99- YP-552 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Imişli şəhəri, S.Fətəliyev küçəsində xidmətdə olarkən VAZ 2107 markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü mobil telefondan istifadə etdiyi üçün tərəflərindən saxlanılmışdır. Sürücüyə qayda pozuntusu izah edilmiş, lakin sürücü onlara “Mən Mürşüdəm, məni tanımırsız?” deyə ifadələr işlətmiş, ona avtomobilin digər ünsürlərinin nasaz olduğu üçün avtomobili duracağa yerləşdirməyi bildirdikdə o, onların qanuni tələblərinə tabe olmayıb, ictimai yerdə xuliqanlıq hərəkətlərinə davam etmiş, uca səslə mobil telefonu götürüb kiməsə yığacağını bildirərək, duracağa getməkdən qəsdən imtina etdiyi üçün ərazidə xidmətdə olan polis əməkdaşlarını köməyə çağırıb, onların köməyi ilə həmin vətəndaşı Imişli RPŞ-nə gətirərək N/H-yə təhvil vermişlər. ##.##.2026-cı il tarixli raportdan görünür ki, həmin tarixdə rayonun Ağcüyür kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs RPŞ-yə gətirilərək növbətçi hissədə iş rejiminə mane olmuş və səs-küy yaradaraq uca səslərlə xidməti fəaliyyətin gedişatını pozmuşdur. Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən «Inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar …, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, …., şahidlərin izahatları ilə, digər sənədlərlə, …., ekspert rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.”. Məhkəmə qanunun qeyd olunan normalarına əsasən hesab edir ki, yuxarıda qeyd olunan sənədlər və inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş qaydada əldə edildiyindən, iş üzrə sübutlar hesab olunmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan inzibati xətaları törətməməsini iddia etsə də, bu hal qeyd olunan sübutlarla tam təkzib olunur. Inzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda qeyd olunan, eləcə də iş üzrə toplanmış digər sübutların məcmusu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə, saat 10 radələrində Imişli şəhəri, S.Fətəliyev küçəsində ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması, habelə narkotik vasitə istehlak etməsi təsdiq olunur. Bununla da şikayətdə irəli sürülmüş iddianın əksinə olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin qərarı ilə istinad edilən, ## ######## 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir edilmiş inzibati xətaları törətməsi birinci instansiya məhkəməsində Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə təqsirli və tənbeh olması barədə nəticə çıxarılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli düzgün olaraq Inzibati Xətalar Məcəlləsi 510.1-ci və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, şikayət əsassız hesab olunmalıdır. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmənin təyin etdiyi inzibati tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Imişli Rayon Məhkəməsinin ## ######## 2026-cı tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci .1-ci və 535.1-ci maddələri ilə inzibati həbs növündə tənbeh edilməsi barədə Imişli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar