Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-558/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılması barədə Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Mil-X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI Bu səbəbdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Mil-X2 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, DƏMX Mil- X2 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Işə baxan Saatlı Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim mühüm əhəmiyyəti olan bütün faktiki hallan tam araşdırmadan, yekun nəticəyə gəlmişdir. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı ii tarixli, *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarında yekun nəticənin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. "Sizin Market" mağazası ona aiddir. Marketin satış kassasında həmişə özü olmuşdur. Bəzən marketdə tək olmuşdur. Bu zaman tanışı Saatlı şəhər sakini X3 yanına dəvət etmişdir. Onunla vaxt keçirmək üçün söhbət etmişlər. Bəzi hallarda təbii ehtiyaclarını ödəmək üçün 1-2 dəqiqə ərzində tanışı Ruslan mağazada onu əvəz etmişdir. O, marketdə işçi olmayıb. Marketi bağlamaq istədiyi üçün işçi götürməmişdir. Lakin bir müddət sonra, maddi vəziyyəti yaxşılaşdığı üçün marketi işlətməyə qərar vermiş və ## #### 2026-cı ildən etibarən Saatlı şəhər sakini X3 qanuni işə götürmüşdür. Hal-hazırda Ruslan "Sizin Market" mağazasında satıcı işləyir. Ona cərimə tətbiq edildiyi vaxt X3 "Sizin Market" mağazasında satıcı işləməyib. Hesab edir ki, tərəfindən, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinin tələbləri pozulmayıb. Məhkəmə tərəfindən əlindəki sübutlar qiymətləndirilməlidir. Yəni barəsində tərtib edilmiş qərara dair ətraflı araşdırılma aparılmalıdır. Yuxarıdakıları nəzərə alıb hesab edir ki, məhkəmə ona qarşı ədalətsiz qərar qəbul edib. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə əsasən, "Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır". Konstitusiyanın 149-cu maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu IXM-i Üə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin məcəllənin 11.2-ci maddəsinə görə, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin məcəllənin 53.0.1-ci bəndinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliiiyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Hazırkı inzibati xəta haqqında işin materiallarından görünür ki, Qərarından şikayət verilən orqan inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş və o, IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın həmin qərarından Saatlı Rayon Məhkəməsinə şikayət verib qərarın ləğv edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə onun şikayəti təmin edilməmiş və vəzifəli şəxsin qərarı qanuni hesab edilmiş, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən isə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. Odur ki, IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri əsasında yoxlayan apellyasiya məhkəməsi aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Saatlı Rayon Rrokurorluğu tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli 3 **-*-**/*- *****/**** nömrəli məktubdan görünür ki, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) ##.##.2018-ci il tarixdə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmışdır. Uçot məlumatlarına əsasən sözügedən vergi ödəyicisinin əsas fəaliyyət növü "Sair ərzaq məhsullarının pərakəndə satışı (4729005)" kimi qeyd olunmuş və hazırda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) şəxi hesab vərəqəsinin ##.##.2026-cı il tarixə olan göstəricilərinə əsasən vergilər üzrə dövlət büdcəsinə vergi borcu yoxdur. Iş materiallarında olan X16 əldə edilmiş əmək müqaviləsi məlumatlarından görünür ki, X3 ilə Qərardan şikayət verən orqan (şəxs) (şirkətin fəaliyyət növü: Ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı, VÖEN **********) arasında ##.##.2026-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Iş yeri market, vəzifəsi satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə), maaş 460 manat qeyd olunmuşdur. Iş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) izahatından görünür ki, o, Saatlı şəhəri ərazisində yerləşən "Sizin Market" mağazası ona məxsusdur, həmin mağazaya özü nəzarət edir, mağazada təxminən 3-4 aydır ki, Ruslan Məmmədov adlı oğlan ona kömək etmiş, o, 5-10 dəqiqəlik marketdən ayrılanda Ruslan mağazaya nəzarət etmiş, firmalardan mallar gəldikdə bəzən onları yoxlamış, mağazaya daşınmasına kömək etmiş, Ruslana nə qədər məbləğdə pul verdiyini xatırlamamış, çünki Ruslan bəzən mağazadan ərzaq götürmüş, bəzən də köməklik məqsədilə tanışı olduğu üçün nağd şəkildə pul vermiş, Ruslanla əmək müqaviləsi bağlamamasının səbəbi marketi bağlamaq, fəaliyyətini dayandırmaq istəməyi olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, qardaşı Babaşov X9 heç bir əməkhaqqı verməmiş, Ruslana ehtiyacı olduqda onun özü tərəfindən ərzaq, nağd pul verilmişdir, həmin verdiyi pulun isə məbləğini hesablamamış, Ruslan onun marketində 3-4 aydır ki təxminən 2026-cı ilin fevral-mart aylarından ona kömək etmiş, marketdə darıxanda bəzən Ruslana zəng edib evdə bekar olduğunu görüb marketə çağırmış, onu işə götürməyə isə ##.##.2026-cı il tarixdə qərar vermiş və Ruslanla həmin tarixdə əmək müqaviləsi bağlamışdır. Onun VÖEN nömrəsi 6701096372 olmuşdur. Iş materiallarında olan X3 oğlunun izahatından görünür ki, o, Saatlı şəhərində yerləşən "Sizin Market" adlı marketdə kassir vəzifəsində işləyir, Qərardan şikayət verən orqan (şəxs) həmin marketin sahibidir, Pərvin ilə heç bir qohumluq münasibəti yoxdur, 2026-cı ilin fevral ayından etibarən Qərardan şikayət verən orqan (şəxs) məxsus "Sizin Market"-də işlər görmüş, satış üçün yeni ərzaqlar, mallar gəldikdə onları marketə daşıyıb vitrinlərə düzmüş, həmin vaxt marketdə kassir kimi marketin sahibi Qərardan şikayət verən orqan (şəxs) işləmiş, Qərardan şikayət verən orqan (şəxs) kassada olmayanda isə bəzən Pərvini əvəz etmiş, marketdə başqa işçi olmamış, 2026-cı ilin fevral ayında Pərvin ona əməkhaqqı qarşılığında 100 manat, 2026-cı ilin mart ayında 100 manat, 2026-cı ilin aprel ayında isə təxminən 20-30 manat xərclik pulu vermiş və marketdən təxminən 30-40 manat məbləğində ərzaq götürmüş, 2026-cı ilin may ayı ərzində isə Pərvin ona hissə-hissə olmaqla cəmi 460 manat əməkhaqqı qismində pul vermiş, 2026-cı ilin may ayında Qərardan şikayət verən orqan (şəxs) artıq onu rəsmi işçi kimi işə götürmək istəmiş, lakin may ayında Pərvin marketi bağlamaq qərarına gəldiyi üçün onunla əmək müqaviləsi bağlamamış, marketi bağlayıb-bağlamamaq haqda düşünmüş, 2026-cı ilin fevral ayından ##.##.2026-cı il tarixə qədər "Sizin Market" marketinin sahibi Qərardan şikayət verən orqan (şəxs) ilə onun arasında əmək müqaviləsi bağlanmamış, ##.##.2026-cı il tarixdə günorta radələri Qərardan şikayət verən orqan (şəxs) marketə gəlmiş, onun şəxsiyyət vəsiqəsini ondan almış, onunla əmək müqaviləsi bağlayacağını, şəxsiyyət vəsiqəsini bunun üçün götürdüyünü demiş, o da əmək müqaviləsi bağlamağa, rəsmi işçi olmağa razılıq vermiş, həmin marketdə rəsmi işçi olmaq istəmiş, Pərvin vəsiqəni alıb marketi bağlayıb getmiş, təxminən 30 dəqiqə sonra ona zəng edib yenidən marketə çağırmış, o yenə marketə getmiş, Pərvin marketdə ona "Sima" tətbiqində əmək müqaviləsini imzalamağını demiş, o, "Sima" mobil tətbiqində Qərardan şikayət verən orqan (şəxs) onunla bağladığı əmək müqaviləsini elektron imzalamış, bağladığı əmək müqaviləsi onun mobil telefonuna pdf formatında yüklənmiş, müqavilənin pdf formatına baxmamış, sadəcə olaraq iş vaxtının saat 09:00-dan 18:00-a qədər olduğunu və vəzifəsinin kassir olduğunu bilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Mil-X2 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3000 manat məbləğində cərimə edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, Qərardan şikayət verən orqan (şəxs) öz izahatı da onun apellyasiya şikayətində irəli sürdüyü “Ruslan Məmmədovun yalnız tanışı kimi marketə gəlməsi, işçi olmaması” barədə dəlilləri təsdiq etmir. Əksinə, Qərardan şikayət verən orqan (şəxs) özü bildirmişdir ki, Ruslan Məmmədov təxminən 3-4 ay ərzində, yəni 2026-cı ilin fevral-mart aylarından etibarən ona məxsus marketdə ona köməklik göstərmiş, özü marketdən ayrıldıqda Ruslan marketə nəzarət etmiş, firmalardan mallar gəldikdə həmin malları yoxlamış və mağazaya daşınmasına kömək etmişdir. Bundan başqa, Qərardan şikayət verən orqan (şəxs) Ruslana müəyyən hallarda ərzaq və nağd pul verdiyini də etiraf etmişdir. Digər tərəfdən, X3 izahatı da bu halları daha ətraflı şəkildə təsdiq edir. Belə ki, Ruslan Məmmədov 2026-cı ilin fevral ayından etibarən “Sizin Market”də işlər gördüyünü, satış üçün yeni ərzaq və digər mallar gətirildikdə həmin malları marketə daşıdığını və vitrinlərə düzdüyünü, Qərardan şikayət verən orqan (şəxs) kassada olmadıqda isə onu əvəz etdiyini bildirmişdir. Həmin izahatdan həmçinin müəyyən olunur ki, marketdə başqa işçi olmamış, kassada əsasən Qərardan şikayət verən orqan (şəxs) özü işləmiş, onun olmadığı vaxtlarda isə Ruslan Məmmədov faktiki olaraq onu əvəz etmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) və Ruslan Məmmədovun göstərdiyi hallar sonuncunun marketdə sadəcə olaraq tanışlıq münasibətlərindən irəli gələn təsadüfi və epizodik iştirakını deyil, mağazanın fəaliyyətinin həyata keçirilməsinə yönəlmiş konkret işlərin onun tərəfindən yerinə yetirildiyini göstərir. Belə ki, malların qəbul edilməsi, yoxlanılması, mağazaya daşınması, vitrinlərə yerləşdirilməsi və mağazada işəgötürəni əvəz etməklə fəaliyyətə nəzarət edilməsi öz mahiyyətinə görə marketdə həyata keçirilən iş prosesinin tərkib hissəsini təşkil edən hərəkətlərdir. Bu baxımdan, apellyasiya şikayətində Ruslan Məmmədovun marketdə yalnız 1-2 dəqiqə müddətində təbii ehtiyacları ödəmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) əvəz etməsi barədə irəli sürülən dəlil iş materialları ilə uzlaşmır. X4 izahatında söhbət yalnız bir neçə dəqiqəlik təsadüfi əvəzetmədən deyil, 2026-cı ilin fevral ayından etibarən mütəmadi olaraq marketdə işlərin görülməsindən, malların daşınması və vitrinlərə düzülməsindən, habelə Qərardan şikayət verən orqan (şəxs) olmadıqda kassada onu əvəz etməsindən gedir. X10 izahatında ona müxtəlif vaxtlarda pul və ərzaq verilməsi barədə göstərdiyi hallar da ayrıca əhəmiyyət kəsb edir. Belə ki, onun bildirdiyinə görə, 2026-cı ilin fevral ayında 100 manat, mart ayında 100 manat, aprel ayında təxminən 20-30 manat xərclik pulu və marketdən təxminən 30-40 manat məbləğində ərzaq verilmiş, may ayı ərzində isə hissə-hissə olmaqla ümumilikdə 460 manat əməkhaqqı qismində pul ödənilmişdir. Bu məlumatlar Ruslan Məmmədovun marketdə gördüyü işlərin əvəzsiz, təsadüfi və sırf dost-tanış münasibətlərindən irəli gələn köməklik kimi qiymətləndirilməsinə əsas vermir. Qeyd olunan pul ödənişlərinin xarakteri də iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirildikdə, Ruslan Məmmədovun mağazada gördüyü işlərlə ödənişlər arasında qarşılıqlı əlaqənin olduğunu göstərir. Eyni zamanda, sonradan ##.##.2026-cı il tarixdə bağlanmış əmək müqaviləsində əməkhaqqının məhz 460 manat müəyyən edilməsi də may ayında verilmiş 460 manatın əmək münasibətləri çərçivəsində ödəniş olması barədə Ruslan Məmmədovun izahatının işin digər halları ilə əlaqəli şəkildə qiymətləndirilməsinə əsas verir. Bununla yanaşı, ##.##.2026-cı il tarixində əmək müqaviləsinin bağlanması Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətini aradan qaldırmır. Çünki inzibati xəta kimi qiymətləndirilən hal ondan ibarətdir ki, əmək münasibətləri faktiki olaraq mövcud olduğu halda həmin münasibətlər müvafiq qaydada rəsmiləşdirilmədən Ruslan Məmmədov əmək fəaliyyətinə cəlb edilmişdir. Sonradan əmək müqaviləsinin bağlanması əvvəlki dövrdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən görülmüş işləri qanuni və rəsmiləşdirilmiş əmək fəaliyyəti statusuna gətirmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 23 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi, məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) əmək qanunvericiliyinin yuxarıda qeyd olunan tələbinə əməl etməmişdir. Beləliklə, iş materiallarında olan sübutların hər biri ayrı-ayrılıqda və onların məcmusu üzrə qiymətləndirilməsi zamanı müəyyən olunur ki, Ruslan Məmmədov 2026-cı ilin fevral ayından ##.##.2026-cı il tarixədək “Sizin Market” mağazasında malların daşınması, vitrinlərə düzülməsi, kassada Qərardan şikayət verən orqan (şəxs) əvəz etməsi və digər işlərin görülməsi ilə faktiki əmək fəaliyyətinə cəlb edilmiş, bunun müqabilində müxtəlif vaxtlarda pul və ərzaq əldə etmiş, lakin həmin dövrdə onunla əmək müqaviləsi bağlanmamış, belə müqavilə yalnız ##.##.2026-cı il tarixdə bağlanmışdır. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində Ruslan Məmmədovun marketdə işçi olmadığı, onun yalnız tanış kimi mağazaya gəldiyi və ayrı-ayrı hallarda qısa müddətə Babaşovu əvəz etdiyi barədə göstərdiyi dəlillər iş materialları ilə təsdiq olunmur və onun öz izahatı, Ruslan Məmmədovun izahatı, habelə işdə olan digər sübutların məcmusu ilə təkzib edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və şəxsin IXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətini istisna edən hallar kimi qəbul edilə bilməz. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları bir daha araşdırıb belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlilləri səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarlarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-558/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-558/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver