Məhkəmə qərarları › İş №3(3-9)-559/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-559/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-559/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında protokola qəbul olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Fidan Qasımlı) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN BDYPİ-nin vəzifəli şəxsi tərəfindən ##.##.2026-cı il tarixli, ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026- cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan Masallı rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi və şikayətinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmışdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, mənə İXM-in 328.1-ci maddəsinə əsasən EQ******** nömrəli protokol tərtib edilmişdir. Səbəb kimi, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağı göstərilmişdir. Protokol və onun əsasında yazılmış qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, protokol qanunvericilikdə nəzərdə tutulan qanuni əsaslarla tərtib edilmədi. Çünki orada sürət həddini müəyyən edən yol nişanı və yaxud radar işarəsi yox idi. Ümumiyyətlə, həmin yolda, yəni konkret olaraq barəmdə protokol tərtib edilən yerdə heç radar da yox idi. Sadəcə, qeyriqanuni olaraq yoldan kənarda gizli kamera quraşdırılmaqla bu protokol tərtib edildi. Bu da qanunvericlikdə nəzərdə tutulmur. Qərarla razı olmadığı üçün Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə onun şikayəti təmin edilməmişdir. (Qərar ##.##.2026-cı il tarixdə elektron şəxsi kabinetə yerləşdirildi). Birinci instansiya məhkəməsi cərimənin yazılmasına əsas olan halları mötəbər dəlillərlə təsdiq etməmişdir. Sadəcə BDYPİ tərəfindən təqdim olunmuş fotoya əsaslanaraq şikayətini təmin etməmişdir. Birinci instansiya məhkəməsi həmin yolda sürət həddini müəyyən edən yol nişanı və yaxud surət radarının olmamasına hüquqi qiymət verməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Məhkəmə YPX-nin avtomobilində gizli şəkildə, yəni sürət həddini və yaxud surət radarının işarəsi olmadan radar quraşdırılmasını qanuni hesab etmişdir. Məhkəmə tamamilə yanlış nəticəyə gəlmişdir. Halbuki, məhkəmə hüququ bilir prinsipi hamılıqla tanınır. Çünki, qanunda YPX-nin əməkdaşlarının avtomobildə gizli şəkildə radar quraşdırması nəzərdə tutlmur, əgər nəzərdə tutulursa məhkəmə bunu müvafiq normalara istinad etməklə, Azərbaycan Respublikasının adından çıxarılan Məhkəmə Qərarında əsaslandırmalı idi. Bundan əlavə, birinci instansiya məhkəməsi qərarda qeyd edir ki, şikayətçi cəriməni ödəməklə öz təqsirini sübuta yetirmişdir. Bu hallarda, yəni cərimənin ödənilməyi təqsirini sübuta yetirməsi qanunvericilikdə nəzərdə tutulmur. Mövcud işə aylarla məhkəmədə baxılması avtomobilin üzərinə həbs qoyulmasına səbəb olur. Ümumiyyətlə, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmadı və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etdi. Bu da onun haqlı olaraq narazılığına və apellyasiya şikayəti verməyinə səbəb olmuşdur. Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi və şikayətimin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmışdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından Sorğu əsasında məhkəməyə təqdim edilmiş DİN BDYPİ-nin elektron informasiya sisteminə yerləşdirilmiş “Kia Forte” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilmiş inzibati xətanın görüntülərini əks etdirən foto görüntüdən müəyyən olunur ki, inzibati xətanı qeydə alan kamera YPX-nə aid “İpatrul” avtomobilinə quraşdırılmış P********* nömrəli elekton kameradır, inzibati xəta hadisəsi ##.##.2026-cı il tarixdə, saat 15:44:34-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində müəyyən edilmiş sürət həddinin aşılması səbəbindən baş vermiş, həmin yerdə avtomobilə icazə verilən maksimal sürət həddi 60 km/saat həddində müəyyən edilməsinə baxmayaraq “Kia Forte” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən müəyyən edilmiş sürət həddi 75 km/saat sürətlə aşılmışdır. Sorğu əsasında məhkəməyə təqdim edilmiş DİN BDYPİ-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 15:44:34-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində Kia Forte” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolda müəyyən edilmiş sürət həddini aşdığından barəsində İXM-in 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 15:44:34-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində “Kia Forte” minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolda müəyyən edilmiş sürət həddini aşdığından barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında protokol əsasında İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “Asan Ödəniş” sistemindən əldə edilmiş ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə məbləği dövlət büdcəsinə ödənilmişdir. İXM-in 328.1-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə bu kateqoriyadan olan inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində müvafiq informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə haqqında elektron qərar inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan elektron sənəd formasında qəbul edilir. Qərardan şikayət verən orqan (şəxs) həm şikayətində, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini qeyd etsə də, DİN BDYPİ-nin elektron informasiya sisteminə yerləşdirilmiş inzibati xətanın görüntülərini əks etdirən foto görüntüdən aydın olur ki, inzibati xətanı qeydə alan kamera YPX-yə aid “İpatrul” avtomobilinə quraşdırılmış P********* nömrəli elekton kameradır, inzibati xəta hadisəsi ##.##.2026-cı il tarixdə, saat 15:44:34-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində müəyyən edilmiş sürət həddinin aşılması səbəbindən baş vermiş, həmin yerdə avtomobilə icazə verilən maksimal sürət həddi 60 km/saat həddində müəyyən edilməsinə baxmayaraq “Kia Forte” minik markalı, **-DD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən müəyyən edilmiş sürət həddi 75 km/saat sürətlə aşılmaqla yol hərəkəti qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqində təqsir prinsipi qorunmalı, şəxsin təqsirsizliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə həll edilməlidir. Lakin bu prinsip hər bir mücərrəd, sübutsuz və yalnız məsuliyyətdən yayınma məqsədi daşıyan ehtimalın birbaşa olaraq şəxsin xeyrinə qəbul edilməsini tələb etmir. Şübhə hüquqi nəticə doğurması üçün obyektiv əsaslara, iş materiallarında təsdiqini tapan faktlara və ağlabatan sübut bazasına söykənməlidir. İXM-in 75 və 76-cı maddələrinin mənasına görə, inzibati xəta hadisəsinin, onu törətmiş şəxsin və təqsirin müəyyən edilməsi üçün iş üzrə əhəmiyyətli olan sübutlar məcmu halda qiymətləndirilməlidir. Hazırkı iş üzrə inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 328.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsassız olduğunu göstərir. Birinci instansiya məhkəməsi işin bu hallarını düzgün qiymətləndirmiş, inzibati xəta haqqında elektron qərarın qanuniliyini və əsaslılığını yoxlamış, inzibati xəta tərkibinin mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər həmin nəticəni təkzib etmir və qərarın ləğvi üçün əsas yaratmır. Apellyasiya məhkəməsi bu halları nəzərə alaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanları və İXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar