Məhkəmə qərarları › İş №3(3-9)-560/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-560/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-560/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ-nin nümayəndəsi Tural Dilqəm oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Səməd Əliyev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ tərəfindən tərtib edilmiş ## #### 2026-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Cəlilabad Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixdə Y-15-12 Uzuntəpə-Qarayarlı (Cəlilabad) yerli əhəmiyyətli avtomobil yolunun 3+300 km-də müvafiq icazə alınmadan rabitə xətti çəkməklə hərəkət təhlükəsizliyi qaydalarını pozmuşdur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya şikayəti verilərək, barələrində tərtib edilmiş ## #### 2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi müəyyən edilmədiyindən və təqsir qanunvericiliyin tələblərinə uyğun sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” publik hüquqi şəxsi (bundan sonra – Xidmət) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən, cərimənin tətbiq edilməsinə dair ## #### 2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında Protokol tərtib etmiş və həmin Protokola Cəlilabad Rayon Məhkəməsində ##.##.2026-cı il tarixində baxılmışdır. Məhkəmənin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli Qərarı ilə Cəmiyyət barəsində inzibati tənbeh tətbiq edilmişdir. Xidmət tərəfindən Cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən, ## #### 2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, cəmiyyətin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Uzuntəpə-Qarayarlı yerli əhəmiyyətli yolunun yol hərəkəti təhlükəsizliyi qaydaları pozularaq rabitə xətti çəkilmişdir. Qeyd edilənlər həqiqəti əks etdirmir və qarşı tərəfin mülahizələrindən ibarətdir. İnzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinə izahat vermək, etirazlarını bildirmək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş digər prosessual hüquqlardan istifadə etmək imkanı yaradılmamışdır. İş materiallarından da görünür ki, protokolda hüquqi şəxsin nümayəndəsinin izahatı üçün ayrılmış hissə boş saxlanılmış, nümayəndənin imzası alınmamış, protokolu imzalamaqdan imtina etməsi barədə də hər hansı qeyd aparılmamışdır. Protokolda ## #### 2026-cı il tarixli Aktın tərtib edildiyi qeyd edilsə də, həmin akt məhkəmə işinə əlavə edilməmiş və Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan birtərəfli qaydada tərtib edilmişdir. Həmin Aktda hüquqi şəxsin nümayəndəsinin iştirakı, izahatı və ya imzası mövcud deyildir. Aktın Cəmiyyətə təqdim olunması və ya onun məzmunu ilə tanış edilməsini təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, birtərəfli qaydada tərtib olunmuş Akt inzibati xətanın baş verməsini və həmin xətanın məhz Cəmiyyət tərəfindən törədilməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Bundan başqa, Xidmət tərəfindən tərtib edilmiş protokolda iş materiallarına 2 ədəd fotoşəkilin və 1 ədəd video diskin əlavə edildiyi qeyd edilmişdir, lakin həmin fotoşəkillər nə Cəmiyyətə, nə də məhkəməyə təqdim edildiyindən onların hansı tarixdə, hansı koordinatda və hansı konkret ərazidə çəkildiyini müəyyən etmək mümkün deyildir. Buna görə də qeyd edilən fotoşəkillərdə və ya video materiallarda rabitə xəttinin məhz Cəmiyyətin əməkdaşları tərəfindən çəkilməsi və ya həmin işlərin şirkətin əməkdaşları tərəfindən aparılmasını müəyyənləşdirmək mümkün deyildir. Təqdim olunmuş protokolda yuxarıda sadalanan məlumatların heç biri öz əksini tapmamışdır. Bu səbəbdən təqdim edilmiş foto və video materiallarının hansı texniki vasitə ilə əldə olunması, onların qanunvericiliyin tələblərinə uyğun qaydada qeydə alınması və sübut kimi etibarlılığı müəyyən edilmir. İş materiallarında Cəmiyyətə yolun mühafizə zolağında rabitə xəttinin çəkilməsi üçün icazə verilmədiyini təsdiq edən hər hansı rəsmi sənəd mövcud deyildir. Həmçinin həmin ərazidə rabitə xətlərini məhz Cəmiyyətin əməkdaşlarının çəkdiyini təsdiq edən sifariş sənədi, iş tapşırığı, əməkdaşların izahatları, şahid ifadələri və ya digər obyektiv sübutlar məhkəməyə təqdim edilməmiş və tərtib edilmiş protokola əlavə edilməmişdir. Hazırkı iş üzrə isə inzibati xətanın məhz Cəmiyyət tərəfindən törədildiyini təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Təqdim edilmiş materiallar yalnız ehtimallara əsaslanır. İnzibati məsuliyyət yalnız qanuni, mötəbər, kifayət qədər və bir-birini tamamlayan sübutlar əsasında tətbiq edilə bilər. Hazırkı iş üzrə isə Cəmiyyətin təqsiri, inzibati xəta ilə hüquqi şəxs arasında səbəbli əlaqə və hüquqi şəxsin inzibati xətanı törətməsi qanunvericiliyin tələblərinə uyğun sübut edilməmişdir. Hazırkı iş üzrə inzibati xəta hadisəsinin Cəmiyyət tərəfindən törədilməsi və hüquqi şəxsin təqsiri sübuta yetirilmədiyindən, habelə protokol tərtib edilərkən qanunvericiliyin prosessual tələbləri ciddi şəkildə pozulduğundan, inzibati məsuliyyətə cəlb olunmaq üçün qanuni əsaslar mövcud deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi müəyyən edilmədiyindən və təqsir qanunvericiliyin tələblərinə uyğun sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ-nin nümayəndəsi Tural Dilqəm oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, şikayətin təmin eidlməməsini və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, apellyasiya şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsinə görə geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Şikayətin dəlillərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, ## #### 2026-cı il tarixli MN******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixdə Y-15-12 Uzuntəpə-Qarayarlı (Cəlilabad) yerli əhəmiyyətli avtomobil yolunun 3+300 km-də müvafiq icazə alınmadan rabitə xətti çəkməklə hərəkət təhlükəsizliyi qaydalarını pozmuşdur. - “xxxx” X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli, **-*-***-***/**** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə Y-15-2 Uzuntəpə-Qarayarlı yerli əhəmiyyətli avtomobil yolunun 3+300 km-də yol hərəkətə təhlükəsizliyi qaydalarının pozularaq, yəni müvafiq icazə alınmadan kommunikasiya xətləri çəkməklə inzibati xəta hadisəsinin törədilməsi və bu barədə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilməsi barədə məlumat verilmişdir; - ## #### 2026-cı il tarixli Aktdan görünür ki, ## #### 2026-cı il tarixdə xidmət aparılan yollara baxış keçirilərkən Cəlilabad Uzuntəpə-Qarayarlı Y-15-12 kateqoriyalı yerli əhəmiyyətli avtomobil yolunun 0.3+300km-də Cəlilabad xxxx MMC-nin əməkdaşları tərəfindən müvafiq icazə alınmadan yolun üzərindən internet xəttinin keçirilməsi məqsədilə işlərin aparılması faktı aşkarlanmışdır; - İş materiallarına əlavə edilərək məhkəmə iclasında tədqiq edilmiş video diskdən görünür ki, hadisənin baş verdiyi tarix qeyd edilməklə Cəlilabad Uzuntəpə-Qarayarlı Y-15- 12 kateqoriyalı yerli əhəmiyyətli avtomobil yolunun 0.3-300km-də “xxxx" MMC-nin Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən xidməti uniformada həmin müəssisəyə aid internet xəttinin çəkilməsi işləri həyata keçirilir. - İş materiallarına əlavə edilərək məhkəmə iclasında tədqiq edilmiş ikinci video diskdən görünür ki, ## #### 2026-cı il tarixdə Cəlilabad Uzuntəpə-Qarayarlı Y-15-12 kateqoriyalı yerli əhəmiyyətli avtomobil yolunun 0.3-300km-də quraşdırılmış dirək Cəlilabad xxxx MMCnin xidməti uniformasında olan əməkdaşlar tərəfindən quraşdırıldığı yerdən sökülərək çıxarılır. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. İş materiallarında olan videoçəkilişlərdə hüquqi şəxslə əlaqəli şəxslərin avtomobil yolunun kənarında rabitə - internet xəttinin çəkilməsi ilə əlaqədar fəaliyyət göstərmələri, habelə sonradan həmin ərazidə quraşdırılmış dirəyin çıxarılması əks olunmuşdur. Həmin videoçəkilişlərin məzmunu birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməkdaşına da nümayiş etdirilmişdir. Hüquqi şəxsin işçisi (şahid - eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Cəlilabad şöbəsinin rəisi) ilkin olaraq göstərilən fəaliyyəti qəbul etməsə də, videoçəkilişlər tədqiq edildikdən sonra məhkəmənin həmin dirəyin hansı səbəbdən çıxarıldığı barədə sualına inandırıcı və iş materialları ilə uzlaşan izahat verə bilməmişdir. Müvafiq protokol tərtib edildikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməkdaşları tərəfindən gizli olaraq basdırılmış dirəyin oradan çıxarılmasının səlahiyyətli orqanın nümayəndəsi tərəfindən videoyazıya alınması da bilavasitə hüquqi şəxsin inzibati xətanın törədilməsinin gizlədilməsi və inzibati məsuliyyətdan yayınma cəhdi kimi qiymətləndirilir.Barəsində inzibati xəta haqqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin və həmin müəssisənin əməkdaşlarının izahatlarına tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinin imzasının olmaması və s hallar ümumilikdə inzibati xətanın törədilməməsi anlamına gəlmir, hüquqi şəxsinin əməkdaşları bilavasitə həmin vaxt orada olduqlarından artıq səlahiyyətli dövlət orqanının hüquqi şəxs barəsində qanunamüvafiq addımlar atdığından xəbərdar idi və prosedur qaydalarla bağlı həmin xüsusatlar məhkəmə iclasında aradan qaldırılması mümkün olan hallardır. İcazəsiz olaraq avtomobil yolunun müvafiq ərazisində rabitə/internet xəttinin çəkilməsi ilə bağlı işlərin aparılması, həmin fəaliyyətlə əlaqəli dirəyin quraşdırılması və inzibati xəta aşkar edildikdən sonra həmin dirəyin çıxarılması barədə videoçəkilişlərin mövcudluğu, hüquqi şəxsin əməkdaşı olan şahidlərin sonuncu hərəkətə dair inandırıcı izahat verə bilməməsi ilə birlikdə qiymətləndirildikdə, hüquqi şəxsin inzibati xətanı törətməsini təsdiq edən qarşılıqlı əlaqəli sübutlar məcmusunu təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə tətbiq edilmiş inzibati tənbehlə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq üçün haqlı olaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin ən aşağı həddini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar