Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-561/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil İntiqam oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil İntiqam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi) ilə ## ###### 1985-ci il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla İXMnin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəlinin ## ######## 2026-cı il tarixdən, saat 22:45-dən hesablanması, qərarın icrasının Sabirabad rayon Polis şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Heydər Əliyev prospektində binanın qarşısında nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən, Sabirabad Rayon Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə ## ######## 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Sabirabad Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil İntiqam oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və protokolu tərtib etmiş şəxs barəsində xüsusi qərarın qəbul edilərək DİN-ə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanunsuz və tam əsasszıdır. Birincisi ona görə ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixdə Heydər Əliyev prospektində binanın qarşısında nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə Sabirabad rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, R şahid1 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 22:00 radələrində Sabirabad şəhəri, H.Əliyev prospektində Protokolu tərtib edən orqan-nin PPXB-nin tağım komandiri, R şahid2la birlikdə xidmətdə olan zaman, H.Əliyev prospektində yerləşən yaşayış binasının qarşısında bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib onu dəfələrlə nizam intizama dəvət edib, etdiyi qayda pozuntusunu ona izah edib sakitləşdirmək istəsələr də, o, qanuni tələblərinə qəsdən tabe olmayıb "siz kimsiz, gedin işinizlə məşğul olun, sizin əlinizdən rayonda heçnə edə bilmirik, hər şeyə qarışırsız, bezdirmisiz bu camaatı, evimə gedirəm, sizə nə var" kimi sözlər deyərək oradan uzaqlaşıb getmək istəyəndə onlar onu qolundan tutub saxladılar və barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin NH-yə təhvil verdilər. RPŞ-də məlum oldu ki, həmin şəxs Sabirabad rayon Qalaqayın kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında bildirdiyinə görə o, ##.##.2026-cı il tarixdə, saat 21 radələrində Sabirabad şəhəri, H.Əliyev küçəsində yerləşən mağazanın qarşısında idarə etdiyi avtomobili saxlayaraq mağazadan siqaret alıb, geri qayıdarkən şahid1 digər polis əməkdaşı (məhkəmə iclasında şahid kimi dindirilən Rivan Əhmədovun olmadığı) adını bilmədiyi şəxslə birlikdə (hər ikisinin mülki geyimdə olmaqla) ona yaxınlaşıb, Sabirbad rayon polis şöbəsinin rəis müavini Emin Şirinovun onunla görüşmək istədiyini bildirib, şöbəyə dəvət etmişlər. Həmin vaxt hər iki polis əməkdaşı xidmətde olmadıqları üçün mülki geyimdə olmaqla, şahid1a məxsus şəxsi avtomobilinə əyləşiblər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobilə əyləşməkdən öncə çəkdiyi siqareti atmaq istəyərkən, Ceyhun ona həmin siqareti avtomobildə çəkməyinə heç bir etirazının olmadığı, hətta avtomobildə sərnişin üçün nəzərdə tutulmuş qabağ oruracağında oturmasını xahiş etmişdir. O, buna heç bir etiraz etmədən onlarla birlikdə Protokolu tərtib edən orqan-nə getmişlər. Həmin vaxt onu qəbul edən rəis müavini Emin Şirinovun ona çıxmaq üçün şərtlərinə əməl etməsini tələb edib. O, isə cavabında buna qədər hər hansı bir inzibati xətanı törətməməsini əsas gətirərək tələbdən imtina etmişdir. Daha sonra o, polis şöbəsində növbətçi hissənin qarşısında olan qapısı dəmir barmaqlıqlarla bağlanmış otağa salınmış və hüquqları məhdudlaşdırılmışdır. O, hüquqlarının məhdudlaşdırıldığı gördükdən sonra şəxsi vəkili ilə əlaqə saxlamağa ona şərait yaradılması xahiş etsə də, onun həmin xahişinə heç bir məhəl qoyulmamışdır. İkincisi ona görə ki, qərardan görünür ki, məhkəmə yalnız polis əməkdaşlarının ifadələrinə söykənib, həmin ifadələr isə digər mötəbər və obyektiv sübutlarla kifayət qədər təsdiq olunmur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 21 radələrində Sabirabad şəhəri, H.Əliyev küçəsində yerləşən mağazanın qarşısında saxlanılarkən həmin ərazidə, məhz onların başının üstündə təhlükəsiz şəhər kamerası olub ki, həmin videyo görüntülər polis şöbəsinin nəzarəti alında olmasına baxmayaraq, həmin görüntülər məhkəməyə təqdim edilməmişdir. Halbuki, həmin sübutları təqdim etmək birbaşa inzibati protokolu tərtib edən şəxsin və ya orqanın üzərinə düşür. Üçüncüsü ona görə ki, məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi etiraz və izahatlara qərarda hüquqi qiymət verilməyib. Bunu qərardan açıq-aşkar görmək olar. Bundan başqa iş materiallarından açıq-aşkar görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-ci il tarixdə, saat 21 radələrində saxlanılmış və barəsində tutma haqqında qərar qəbul edilmişdir. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iltizam alındıqdan sonra tutmadan azad edilməmiş, barəsində ##.##.2026-cı il tarixdə inzibati protokol tərtib edilərək, baxılması üçün dərhal məhkəməyə verilməmiş və ##.##.2026-cı il tarixdə azadlıq hüququ məhdudlaşdırılmış qayada məhkəməyə konvoyun müşahidəsi ilə təhvil verilmişdir. Göründüyü kimi, inzibati protokolu tərtib etmiş vəzifəli şəxsin barəsində xüsusi qərar qəbul edilərək, DİN-nə göndərilməsi tam əsaslıdır. Dördüncüsü ona görə ki, inzibati xətanın obyektiv və subyektiv əlamətləri kifayət qədər sübuta yetirilməyib. İşin bütün materialların bunu tam sübuta yetirir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, saat 21 radələrində Sabirabad şəhəri, H.Əliyev küçəsində yerləşən mağazanın qarşısında idarə etdiyi avtomobili saxlayaraq mağazadan siqaret alıb, geri qayıdarkən şahid1 digər polis əməkdaşı ilə birlikdə ona yaxınlaşdıqlarını, Sabirabad Rayon Polis Şöbəsinin rəis müavini Emin Şirinovun onunla görüşmək istədiyini bildirdiklərini, avtomobilə əyləşməkdən öncə çəkdiyi siqareti atmaq istəyərkən, Ceyhunun ona həmin siqareti avtomobildə çəkməsinə heç bir etirazının olmadığını bildirdiyini, hətta avtomobildə sərnişin üçün nəzərdə tutulmuş qabaq oturacağında oturmasını xahiş etdiyini, onun buna heç bir etiraz etmədən onlarla birlikdə Protokolu tərtib edən orqan-nə getdiyini, bir neçə saat gözlədikdən sonra Emin müəllimin onu çağırıb “Sabirabad rayonunda işləyirsən, gəlir əldə edirsən. Mən səndən Sabirabad rayonu ərazisində yerləşən Post komandirindən şikayət etməməyini xahiş etdim. Amma sən buna məhəl qoymadın. İndi mən sənin başına oyun açacam” dediyini, ona heç bir qanunsuz işlə məşğul olmadığını, sahibkar olduğunu və dövlətə vergisini ödəyib fəaliyyət göstərdiyini dediyini, onun isə bu sözlərdən daha da qəzəbləndiyini, daha sonra onu Protokolu tərtib edən orqan-nin saxlama məntəqəsinə aparmalarını bildirdiyini, 48 saatdan artıq saxladıqdan sonra onu məhkəməyə apardıqlarını, Sabirabad Rayon Məhkəməsində də barəsində qərəzli qərar verildiyini bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh təyin edilmiş şəxsin müdafiəçisi Vəkil İntiqam oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdiyi halların da nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi inzibati məsuliyyətə səbəb olan əməl kimi təsbit edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokol, barəsində inzibati tənbeh təyin edilmiş şəxsin, şahidlər şahid1 və şahid2 izahatları, habelə işə əlavə olunmuş digər sübutları nəzərdən keçirib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması ilə bağlı yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, o, ##.##.2026-cı il tarixdə Heydər Əliyev prospektində binanın qarşısında olan zaman mülki geyimli iki nəfər şəxs özlərini təqdim edərək polis şöbəsinə yaxınlaşmasını bildirmişlər. O da həmin polis əməkdaşlarının avtomobili ilə şöbəyə getmiş və orada 3 gün saxlanılmışdır. Məhkəmə iclasına polis əməkdaşlarının müşayiəti ilə gətirilmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman o, ictimai qaydanı pozmamış, polisin qanuni tələbinə tabe olmuşdur. Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, saat 21 radələrində Sabirabad şəhəri, H.Əliyev küçəsində yerləşən mağazanın qarşısında idarə etdiyi avtomobili saxlayaraq mağazadan siqaret alıb, geri qayıdarkən şahid1 digər polis əməkdaşı ilə birlikdə ona yaxınlaşmış, Sabirabad Rayon Polis Şöbəsinin rəis müavini Emin Şirinovun onunla görüşmək istədiyini bildirmiş, avtomobilə əyləşməkdən öncə çəkdiyi siqareti atmaq istəyərkən, Ceyhun ona həmin siqareti avtomobildə çəkməsinə heç bir etirazının olmadığını bildirmiş, hətta avtomobildə sərnişin üçün nəzərdə tutulmuş qabaq oturacağında oturmasını xahiş etmiş, o, buna heç bir etiraz etmədən onlarla birlikdə Protokolu tərtib edən orqan-nə getmiş, bir neçə saat gözlədikdən sonra Emin müəllim onu çağırıb “Sabirabad rayonunda işləyirsən, gəlir əldə edirsən. Mən səndən Sabirabad rayonu ərazisində yerləşən Post komandirindən şikayət etməməyini xahiş etdim. Amma sən buna məhəl qoymadın. İndi mən sənin başına oyun açacam” demiş, o isə heç bir qanunsuz işlə məşğul olmadığını, sahibkar olduğunu və dövlətə vergisini ödəyib fəaliyyət göstərdiyini demiş, Emin müəllim isə bu sözlərdən daha da qəzəblənmiş, daha sonra onu Protokolu tərtib edən orqan-nin saxlama məntəqəsinə aparmalarını bildirmiş, 48 saatdan artıq saxladıqdan sonra onu məhkəməyə aparmışlar, Sabirabad Rayon Məhkəməsində də barəsində qərəzli qərar verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş PPXB-nin polis nəfəri, R şahid1 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixində saat 22:00 radələriııdə Sabirabad şəhəri, H.Əliyev prospektində Protokolu tərtib edən orqan-nin PPXB-nin Tağım komandiri, R şahid2la birlikdə xidmətdə olan zaman, H.Əliyev prospektində yerləşən yaşayış binasının qarşısında bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib onu dəfələrlə nizam intizama dəvət edib, etdiyi qayda pozuntusunu ona izah edib sakitləşdirmək istəsələr də, o, qanuni tələblərinə qəsdən tabe olmayıb “siz kimsiz, gedin işinizlə məşğul olun, sizin əlinizdən rayonda heçnə edə bilmirik, hər şeyə qarışırsız, bezdirmisiz bu camaatı, evimə gedirəm, sizə nə var” kimi sözlər deyərək oradan uzaqlaşıb getmək istəyəndə onlar onu qolundan tutub saxlamışlar və barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin NH-yə təhvil vermişlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayon Qalaqayın kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Protokolu tərtib edən orqannin PPXB-nin Tağım komandiri, R şahid2 digər şahid şahid1 ilə eyni məzmunlu izahat vermişdir. Bundan başqa, iş materiallarında olan inzibati xəta haqqında ## ######## 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Heydər Əliyev prospektində binanın qarşısında nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” ## ######## 2026-cı il tarixli, 2611 ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə saat 22:45-də inzibati qaydada tutulmuş, ## ######## 2026cı il tarixdə saat 22:45-də azad olunmuşdur. İş materiallarında olan ## ######## 2026-cı il tarixli iltizamdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə saat 09:00-da Polis Şöbəsində olacaqdır. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası İXM-nin 535.1 və 510.1-ci maddələri ilə düzgün qiymətləndirmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, müdafiə tərəfin irəli sürdüyü dəlillər iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutların məzmunu ilə təsdiq olunmur. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının ictimai yerdə səs-küy salan, digər şəxslərin sakitliyini pozan və nalayiq ifadələr işlədən şəxsi sakitləşdirmək, həmin hərəkətlərə son qoyulmasını tələb etmək, habelə zərurət yarandıqda onun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə polis orqanına dəvət etməsi onların xidməti vəzifələrindən irəli gələn və icrası məcburi olan qanuni tələblər sırasına daxildir. Belə olan halda, həmin tələblərin yerinə yetirilməsindən qəsdən imtina edilməsi və ya polis əməkdaşlarına qarşı tabesizlik göstərilməsi İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bu baxımdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının onu heç bir əsas olmadan və qanunsuz şəkildə şöbəyə aparmaları, buna görə də onların tələblərinə tabe olmamasının inzibati xəta kimi qiymətləndirilə bilməyəcəyi barədə müdafiə tərəfin dəlilləri də əsaslı hesab edilə bilməz. Çünki iş materialları polis əməkdaşlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə heç bir səbəb olmadan və ya şəxsi qərəz zəminində hərəkət etmələrini təsdiq edən obyektiv məlumatları ehtiva etmir. Əksinə, hadisənin ictimai yerdə səs-küy salınması və ictimai qaydanın pozulması ilə əlaqədar başlaması iş üzrə mövcud olan sübutların məcmusu ilə təsdiq olunur. Digər tərəfdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə aparılmasının və orada saxlanılmasının guya polis əməkdaşlarının onun barəsində əvvəlcədən formalaşmış şəxsi qərəzindən irəli gəlməsi barədə apellyasiya şikayətində irəli sürülən mülahizələr də obyektiv sübutlarla təsdiq olunmur. Şəxsin polis əməkdaşlarının hərəkətlərinə verdiyi subyektiv qiymət onların qanunsuz və qərəzli davrandıqlarının sübutu kimi qəbul edilə bilməz. Belə bir nəticəyə gəlmək üçün konkret faktiki məlumatların mövcudluğu tələb olunur ki, iş materiallarında belə məlumatlar müəyyən edilməmişdir. Müdafiə tərəfinin şəhərin təhlükəsizlik kameralarının görüntülərinin iş materiallarına əlavə edilməməsi barədə dəlili də inzibati xəta haqqında iş üzrə nəticəni dəyişdirən hal kimi qəbul edilə bilməz. Sübutetmə yalnız video görüntülərin mövcudluğu ilə məhdudlaşmır və qanunla müəyyən edilmiş digər sübut vasitələri də iş üzrə faktiki halların müəyyən edilməsinə xidmət edir. Hazırkı halda hadisəni bilavasitə müşahidə etdiklərini bildirən iki polis əməkdaşının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları qarşılıqlı əlaqədə qiymətləndirilmiş və həmin sübutların məcmusu şəxsin ona isnad edilən əməlləri törətməsi barədə nəticəyə gəlmək üçün kifayət etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılması və bununla əlaqədar inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs barəsində xüsusi qərar qəbul edilməsinin zəruriliyi barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin hallar birinci instansiya məhkəməsinin də diqqətindən kənarda qalmamış, məhkəmə öz qərarında şəxsin inzibati qaydada tutulması və sonradan məhkəmə qarşısına çıxarılması ilə bağlı iş materiallarında müəyyən edilən hallara hüquqi qiymət vermişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən səlahiyyətli orqanın diqqəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılmasının yolverilməzliyinə cəlb edilmiş, bununla əlaqədar aşkar edilmiş halın qanunvericiliyin tələblərinə uyğun olmadığı məhkəmə qərarında açıq şəkildə ifadə olunmuşdur. Bu isə müdafiə tərəfinin qeyd olunan məsələnin birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmadığı və ya ona qiymət verilmədiyi barədə dəlilinin iş materiallarının məzmunu ilə uyğun gəlmədiyini göstərir. Eyni zamanda, inzibati qaydada tutmanın müddətinə dair qanunvericiliyin tələblərinin pozulması ilə bağlı müəyyən edilmiş halın mövcudluğu özlüyündə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı inkar edən və ya onun əməlində İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığını göstərən hal kimi qiymətləndirilə bilməz. Çünki şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsasını onun konkret hərəkətlərində inzibati xəta tərkibinin mövcudluğu təşkil edir, inzibati qaydada tutma və saxlanılma ilə bağlı sonrakı prosessual pozuntu isə həmin əməl üzrə toplanmış və məhkəmə tərəfindən araşdırılmış sübutların mövcudluğunu avtomatik olaraq aradan qaldırmır. Başqa sözlə, şəxsin azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı prosessual qaydalara əməl olunmaması ayrıca hüquqi qiymətləndirmə tələb edən məsələ olmaqla, bu halın mövcudluğu inzibati xətanın törədilməsinə dair bilavasitə mövcud olan sübutların hüquqi qüvvəsini və onların məcmu halında qiymətləndirilməsini istisna etmir. Əks yanaşma inzibati xəta törədilməsinin faktiki hallarının müəyyən edilməsi ilə şəxsin tutulması və saxlanılması zamanı yol verilmiş prosessual pozuntunun nəticələrinin eyniləşdirilməsinə səbəb olardı ki, bu da inzibati məsuliyyətin əsasları ilə prosessual təminatların məqsəd və mahiyyətinə uyğun olmazdı. Bu baxımdan müdafiə tərəfinin həmin halı əsas gətirməklə iş üzrə icraata xitam verilməli olduğu barədə mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, iş üzrə mövcud sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə nalayiq ifadələr işlətməsi, bununla ictimai qaydanı pozması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması barədə nəticəyə gəlməyə imkan verir. Beləliklə, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkməsi tərəfindən düzgün nəticəyə gəlinmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam veriıməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmənin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün əsas vermir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən himayəsində azyaşlı övladlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, məsuliyyətini ağırlaşdıran halları isə müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında göstərilmişdir ki, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində inzibati həbs növündə tənbeh tətbiq etmiş və həbsin müddətini 08 gün müəyyən etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-561/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-561/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver