Məhkəmə qərarları › İş №3(3-9)-562/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-562/2026

09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-562/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi Səmədov Alim Nadir oğlunun katibliyi MÜƏYYƏN ETDI: ##.##.1976-cı ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ** nömrəli evdə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən IXM-in 535.1-ci maddəsi ilə 1 (bir) ay müddətə inzibati qaydada həbs edilmiş, həbsetmənin əvvəli ##.##.2026-cı il tarixdən saat 19:15-dən hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 12:45 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsində xırda xuliqanlıq etməklə inzibati xəta törətmiş, bu zaman onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını alan və ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən Protokolu tərtib edən orqan əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan hərəkətləri ilə IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokol tərtib edən vəzifəli şəxs Salyan RPŞ-nin Ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X3, şahid qismində dindirilmiş Salyan RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri X4 və X1 izahatlarında göstərmişlər ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 103, mənzil 5-də qeydiyyatda olan və yaşayan X2 idarə etdiyi avtomaşında odlu və soyuq silah saxlaması barədə daxil olmuş məlumatla bağlı tərəflərindən keçirilmiş tədbirlər nəticəsində ##.##.2026-cı il tarixdə saat 12:45də Rövşən Bağırov idarə etdiyi "QAZ 24” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomaşınla birlikdə Salyan rayonu Ə.Zeynalov küçəsində saxlanıldı. Tərəflərindən avtomaşına baxış keçirilib müvafiq sənədləşmə aparıldıqdan sonra saxlanılan şəxsi polis şöbəsinə təmin etmək istəyərkən kənardan bir nəfər şəxs onlara yaxınlaşıb qışqırıb bağıraraq uca səslə ünvansız nalayiq ifadələr işlədib, Rövşən Bağırovun şöbəyə aparılmasına etiraz bildirdi. Onlar həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olduğunu deyərək ondan xidməti fəaliyyətlərinə maneçilik törətməməsini tələb edib, onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs hərəkətlərini davam etdirərək onların bu tələblərinə məhəl qoymayaraq öz əməlinə davam etmişdir. Onlar da həmin şəxsin barəsində qanuni tədbir görülməsi məqsədilə Protokolu tərtib edən orqan gətirmək istədilər. Lakin həmin şəxs gəlməkdən imtina edərək onlarla mübahisə etməyə davam edirdi. Onlar həmin şəxsin qanuni tələblərinə qəsdən tabe olmadığını görərək onu məcburi şəkildə Protokolu tərtib edən orqan gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi Hissədə məlum olmuşdur ki, həmin şəxs Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 28də qeydiyyatda olmaqla yaşayan, ##.##.1976-cı il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından müdafiəçi vəkil2 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və müdafiə etdiyi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi şikayəti belə əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən xətaları törətməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirini sübut edəcək şahidlər yoxdur. Polis əməkdaşlarının verdiyi ifadələr sübut kimi hesab edilə bilməz. Əlbəttə ki, polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli olduğunu, polisə müqavimət göstərdiyini və xırda xuliqanlıq etdiyini bildirəcəklər. Ona görə də onların verdiyi ifadələr qeyri-səmimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə inzibati tənbeh tətbiq edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailədə yeganə gəlir gətirən şəxs olmasını, barəsində inzibati həbs tətbiq edilməsinin ailəsinin dolanışığını həddindən artıq pis vəziyyətə salmış olmasını nəzərə almamışdır. Apellyasiya baxışında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdilər. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin normanın mənasına görə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarının qanuniliyini yoxlayarkən həmin məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğun çıxarıldığını, əsaslılığını yoxlayarkən isə işin faktiki hallarını əks etdirən sübutların mövcudluğunu yoxlayır. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, IXM-in 510.1-ci maddəsində qeyd olunmuşdur ki, xırda xuliqanlıq dedikdə, ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. IXM-in 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, inzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsin və şahid polis əməkdaşlarının izahatlarını, raportunu, habelə inzibati xəta haqqında protokolu sübut növləri kimi qəbul edərək və həmin sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirinin sübuta yetirildiyi nəticəsinə gələrək onu IXM-in 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilmişdir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, qanunverici şahid izahatlarını, sənədləri, habelə inzibati xəta haqqında protokolun özünü də sübut növlərinə aid etmişdir. Bu baxımdan hesab etmək olar ki, birinci instansiya məhkəməsinin qərarında istinad edilən sübutlar IXM-in 76.1-ci maddəsində nəzərdə tutulan sübutlardandır. Həmin sübutların məzmununa gəldikdə isə qeyd edilməlidir ki, bu sübutlar həm ayrıayrılıqda, həm də məcmu şəklində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanın mövcudluğunu təsdiq edir. Belə ki, məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən vəzifəli şəxs Salyan RPŞnin Ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X3, şahid qismində dindirilmiş Salyan RPŞnin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri X4 və X1 izahatlarında təsdiq etmişlər ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 12:45-də Salyan şəhəri, T.Xəlilbəyli küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, eləcə də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin qeyd edilən qərarının qanuniliyi və əsaslılığı yoxlanılarkən müəyyən edilir ki, məhkəmə aktında təsvir olunan həmin sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydanı pozmasını və ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edir. Onun bu hərəkətləri isə IXM-in 510.1 və 535.1-ci maddələrinin təsiri altına düşür. Ona görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qərarı inzibati xətaya dair sübutları və onlara hüquqi qiymət verilməsini əks etdirməklə həm qanuni, həm də əsaslıdır. Məhkəmə inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi xətalardan Azərbaycan Respublikası IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğundan, birinci instansiya məhkəməsi də haqlı olaraq onu həmin maddə ilə tənbeh etmiş və tənbeh tətbiq edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası IXM-in 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncuya Azərbaycan Respublikası IXM-in 535.1-ci maddəsi ilə 1 ay müddətə inzibati həbs tənbehi təyin etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar