Məhkəmə qərarları › İş №3(3-9)-563/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-563/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-563/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 342.9-cu maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan daxil olmuş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğu ##.##.2026-cı il tarixdə saat 23:10 radələrində idarə etdiyi “QAZ 2410 minik markalı”, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa dövlət nömrə nişanı kardon vasitəsi ilə örtülmüş, yol hərəkəti qayda pozuntusu vizual formada aşkar olunmuşdur. Məhkəmə qərarından narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ilə razı deyil və hesab edir ki, inzibati tənbeh tətbiq edərkən birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, Inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərarın əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, şəxsin əməlində IXM-nin 342.9-cu maddəsinin tərkibinin olması üçün şəxs həmin maddənin dispozisiyasında göstərilən əməli qəsdən etməlidir. Yəni nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməlidir. Eyni zamanda, şəxs bu hərəktləri edərkən onun hər hansı məqsədi də olmalıdır. Qeyd edildiyi kimi inzibati xətanın törədildiyi avtomobil “QAZ 2410” markalı avtomobil olmaqla köhnə istehsal olunmuş avtomobildir. Avtomobilə aid hər hansı cərimə tətbiq edilməmişdir. O, avtomobili idarə etmək üçün qanunla nəzərdə tutulmuş bütün hallara tam əməl etmişdir. Belə ki, texniki baxışdan vaxtında keçmiş, avtomobilin icbarı sığortası olunub, heç bir cəriməsi yoxdur, qanunsuz nə isə daşımır, ozünün də 50 yaşı var. Belə olan halda sual yaranır. O avtomobilin nömrəsini nə məqsədlə gizlədə bilərdi? Bunun üçün heç bir səbəb yoxdur axı. Qeyd etdiyi kimi avtomobil köhnə olduğu üçün səs-küy olur. Avtomobilin baqaj hissəsinin silkələnməməsi və səs olmasın deyə sadəcə olaraq karton parçasını baqaj hissəsinə qoymuşdur. Avtomobli idarə etdikcə karton sürüşərək nömrənin bir hissəsinin üstünü örtmüşdür. Polis əməkdaşları onu saxladıqdan sonra karton parçasına yüngül toxunuşla nömrənin üzərindən götürmüşdür. Avtomobili bir az da idarə etsəydi kardon parçası özü düşəcəkdi. Nömrənin görüşünü məhdudlaşdırmaq istəsəydi nömrənin işıqlarını da söndürərdi. Halbuki, nömrənin işıqları işlək vəziyyətdə olmuşdur. Avtomobilin qabaq nömrəsi ilə bağlı problem olmamışdı. Yalnız arxa nömrədə belə bir problem yaranıb ki, bu da izah etdiyi kimi ondan asılı olmayan səbəbdən baş vermişdir. Həmin vaxt o, Çılpaqlı qəsəbəsindən Şirvan şəhəri istiqamətində gəlirmiş. Həmin yol üzərində olan kameralarda qeydə alınmış görüntülərə baxış keçirilərsə, o, avtomobilə hərəkətə başladığı zaman nömrənin üzərinin örtülməməsi müəyyən olunacaq. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edib və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-160)-1178/2026 qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Inzibati xəta haqqında protokolu tətrib etmiş Şirvan Şəhər DYPB YPX-nin inspektoru, R X1 apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq şikayətin təmin edilməməsini, qanuni və əsaslı olan Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-160)-1178/2026 qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğu ##.##.2026-cı il tarixdə saat 23:10 radələrində idarə etdiyi “QAZ 2410” minik markalı **BE*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa dövlət qeydiyyat nişanı kardon vasitəsi ilə örtülmüş, yol hərəkəti qayda pozuntusu vizual formada aşkar olunmuşdur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğu IXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Iş materiallarına əlavə edilmiş 01 ədəd fotoşəkilə və 01 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “QAZ 2410” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: - 29-cu maddəsinin İ. bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. -37-cu maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri: 3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun * saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. 10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, fotoşəkil, disk, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, özünümüdafiə xarakteri daşıyır və inandırıcı deyildir. Şikayətçinin əsas dəlili inzibati xətanı qəsdən törətməməsi və təqsirli olmaması ilə bağlıdır. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş videogörüntüdən də dövlət qeydiyyat nişanının üzərini bağlayan kardonun küləyin təsirindən deyil, şəxsin birbaşa qəsdlə nömrəni örtdüyü müşahidə olunur. Belə ki, kardonda küləyin təsiri ilə hər hansı hərəkətlilik yoxdur, əksinə, bərkidilmiş vəziyyətdədir. Həmçinin, məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqi üçün niyyətin qəsdən olub-olmaması mühüm amil olsa da, nəticənin baş verməsi və hüquqi tələbin pozulması kifayətedici hüquqi əsasdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununa əsasən nəqliyyat vasitələrinin üzərində yerləşdirilmiş dövlət qeydiyyat nişanları açıq və oxunaqlı olmalıdır. Həmçinin, Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə dair məsuliyyətin nəzərdə tutulmasından aydın olur ki, inzibati məsuliyyətin tətbiqi üçün qəsd mütləq şərt deyil, faktiki nəticənin – yəni dövlət qeydiyyat nişanının görünməz hala gətirilməsinin baş verməsi yetərlidir. Avtomobilin arxasına kardonun bərkidilməsi nəticəsində qeydiyyat nişanının görünməz hala gəlməsi, hüquqi baxımdan təhlükəsizlik və şəffaflıq prinsiplərinə zidd olmaqla yanaşı, yol hərəkətinin tənzimlənməsi və hüquq-mühafizə orqanlarının nəzarət imkanlarını süni şəkildə məhdudlaşdırılmasıdır. Dövlət qeydiyyat nişanlarının açıq və görünən vəziyyətdə saxlanılması, yol hərəkətində şəffaflıq və hüquqi nəzarət mexanizmlərinin əsasıdır; bu tələbin pozulması ictimai təhlükəsizliyə yönəlmiş məsuliyyətsiz yanaşma kimi dəyərləndirilməlidir. Nəqliyyat vasitəsinin identifikasiya vasitəsinin – yəni dövlət qeydiyyat nişanının – örtülməsi, yol hərəkəti iştirakçılarının hüquqlarını və təhlükəsizliyini birbaşa təhlükə altına qoyan, inzibati hüququn məqsədlərinə zidd bir hərəkətdir. Hüquq-mühafizə və nəzarət orqanlarının səmərəli fəaliyyətini çətinləşdirən bu cür hərəkətlər, ictimai nəzarət imkanlarının süni şəkildə məhdudlaşdırılması ilə nəticələnir ki, bu da inzibati məsuliyyətin tətbiqini qaçılmaz edir. Hərəkətin xarakteri onu göstərir ki, bu davranış yalnız konkret hüquqi norma pozuntusu deyil, həm də ictimai nizam və hüquqi qaydanın pozulmasına yönəlmiş potensial təhlükəli meylin təzahürüdür. Bu cür halların artması, ümumi hüquqmədəniyyətin zəifləməsinə və yol hərəkəti mühitində qanunlara qarşı etinasızlığın yayılmasına səbəb ola bilər, bu isə cəmiyyət üçün strateji təhlükə yaradır. Belə hallarda inzibati məsuliyyətin tətbiqi yalnız hüquqi nəticə deyil, profilaktik və tərbiyəedici funksiyanı da daşıyır. Inzibati xəta haqqında iş üzrə sübutetmə yükünün inzibati xətanın mövcudluğunu iddia edən orqanın üzərinə düşməsi inzibati icraatın təməl prinsiplərindən biridir. Lakin bu prinsip o demək deyildir ki, inzibati orqan tərəfindən təqdim olunmuş qanuni və mötəbər sübutların hər hansı ehtimala və ya yalnız subyektiv şübhəyə əsasən hüquqi qüvvəsi aradan qalxmış hesab edilməlidir. Təqsirsizlik prezumpsiyası sübutların məcmu halda obyektiv qiymətləndirilməsini tələb edir. Əgər təqdim edilmiş sübutlar inzibati xəta hadisəsini və şəxsin həmin hadisədə iştirakını təsdiq edirsə, yalnız həmin sübutların əksinə dair konkret və inandırıcı məlumatlar onların mötəbərliyini şübhə altına ala bilər. Məhkəmə vurğulayır ki, inzibati məsuliyyətin tətbiqi üçün həlledici meyar IXM-in 3-cü maddəsində təsbit edilmiş təqsirlilik prinsipidir. Təqsirlilik faktiki halların sübutların məcmusu əsasında müəyyən edilməsi ilə bağlıdır və bu zaman şəxsin subyektiv izahatları deyil, obyektiv sübutlar üstünlük təşkil edir. Mövcud iş üzrə inzibati xəta haqqında qərar, texniki vasitələrin göstəriciləri və digər yazılı materiallar inzibati xəta hadisəsinin baş verməsini və şikayətçinin həmin xətanı törətməsini ziddiyyətsiz şəkildə təsdiq edir. Şikayətçi tərəfindən bu sübutların etibarlılığını sarsıdan hər hansı alternativ sübut təqdim edilməmişdir. Bu isə “sübutların üstünlüyü” (preponderance of evidence) meyarının inzibati icraatda təmin olunduğunu göstərir. IXM-in 84-cü maddəsinə uyğun olaraq sübutların qiymətləndirilməsi hakimin daxili inamına əsaslanır və məhkəmə təqdim edilmiş bütün arqumentləri qəbul etməyə borclu deyil, o, yalnız əsaslandırılmış şəkildə bir mövqeni digərindən üstün tutmalıdır. Birinci instansiya məhkəməsi də məhz bu yanaşmanı tətbiq edərək şikayətçinin şikayətdə göstərdiyi dəlillərini digər obyektiv sübutlarla müqayisədə inandırıcı hesab etməmişdir ki, bu da qanunun tələblərinə tam uyğundur. Nəhayət, məhkəmə vurğulayır ki, IXM-in 53-cü maddəsinin mənasına görə məhkəmə inzibati orqanın qərarını yalnız o halda ləğv edə bilər ki, inzibati xəta hadisəsi və ya şəxsin təqsiri sübuta yetirilməmiş olsun, yaxud yol verilmiş pozuntular qərarın mahiyyətinə təsir edən xarakter daşısın. Mövcud işdə isə həm inzibati xəta hadisəsi, həm də şikayətçinin təqsiri kifayət qədər sübutlarla təsdiq olunur, şikayətdə göstərilən hallar isə bu nəticəni sarsıdan hüquqi qüvvəyə malik deyildir. Sübutların azad qiymətləndirilməsi və hakimlərin daxili inamı prinsipinə uyğun olaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Foto şəkil, disk obyektiv sübut kimi inzibati xəta faktını birbaşa təsdiq edir və həmin sübutun etibarlılığına şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Beləliklə, müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, obyektiv və tam şəkildə qiymətləndirmiş, şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, qərar qanuni və əsaslı qəbul edilmişdir. Buna görə də, şikayətçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmaması üçün heç bir əsas yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi dəlillər onun özünü müdafiə və inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməli və şikayət təmin edilməməlidir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar