Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-564/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 iştirakı ilə, Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Ceyhun Mustafayev) ilə Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. İŞİN HALLARI Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şirvan-Salyan Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 539.1- 1-ci maddəsi ilə Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin barəsində MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli protokollar və ona əlavə edilmiş sənədlərə əsasən Mətanət Əliyevaya verilməmiş əmək haqlarının boşdayanma qaydasında ona verilməsinə dair ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/** nömrəli icrası məcburi göstəriş icra olunmamışdır. Nəticədə Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəb və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İşə baxan Şirvan Şəhər Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin ve onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti (bundan sonra - Xidmət) tərəfindən Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barələrində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokollar əsasında inzibati xəta haqqında işə baxılaraq iş üzrə icraata xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində MN seriyalı ******* nömrəli, ## #### 2026cı tarixli inzibati xəta haqqında protokolları əsasında Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməlidir. Vətəndaş X3 Şirvan şəhər N.Quliyev adına nömrəli tam orta məktəbdə əmək hüquqlarının pozulması barədə etibarnamə ilə çıxış edən şəxs Əlizadə Hüseynəli İlqar oğlu tərəfindən X8 Xidmətinin (bundan sonra-Xidmət) elektron poçtuna ünvanlanmış müraciətə Xidmətin Şirvan Salyan regional şöbəsində baxılmışdır. Araşdırma əsasında M.Əliyevanın əmək müqaviləsinə özünün razılığı olmadan işəgötürən tərəfindən birtərəfli qaydada ##.##.2021-ci il tarixli dəyişiklik tətbiq edilməklə onun əmək haqqı məbləğinin 255 manata qədər azaldıldığı aşkara çıxarılmışdır. Bundan əlavə Dərs yükünün azalması və nəticədə aylıq əmək haqqı məbləğinin dəyişməsi ilə bağlı M.Əliyevanın əmək müqaviləsində onun razılığı ilə Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə müvafiq qaydada dəyişiklik edilmişdir. M.Əliyevanın əmək haqqısı azalmış olduğu dövrlər üçün ona verilməmiş əmək haqqı məbləğlərinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 2-ci hissəsinə (boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir) əsasən M.Əliyevaya ödənilməsini təmin etməklə görülmüş tədbirlər barədə 30 gün müddətində Xidmətin Şirvan-Salyan regional şöbəsinə məlumat verilməsi Lakin barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxslər tərəfindən məktubda göstərilən müddət ərzində pozuntunu aradan qaldırmamışdır. Xidmətin qanuni göstərişinə baxmayaraq Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətə məlumat verilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Şirvan Şəhər Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin ve onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 apellyasiya şikayətinin dəlilləri ilə razlaşmayaraq təmin edilməməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçısını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şirvan-Salyan Regional Şöbəsinin ## #### 2026-cı il tarixli, 3- **- */*-*****/**** nömrəli göstəriş məktubundan görünür ki, vətəndaş X3 şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şirvan-Salyan Regional Şöbəsinə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq 7 iş günü ərzində DƏMX-nin Şirvan-Salyan Regional şöbəsinə 1) M.Əliyeva ilə bağlanmış yazılı əmək müqavilələrinin (əlavə və dəyişikliklərin) sazişləri, 2) 2021-ci ilin səntyabr ayından 2024-cü ilin oktyabr ayınadək olan dövr üçün M.Əliyevaya verilən əmək haqlarının hesablanması (iş vaxtının uçotu tabellərindən çıxarışlar, əmək haqqı tərkibinə daxil olan məbləğlərin təyinatı, növü göstərilməklə) və ödənilməsinə dair mühasibatlıq (bank) sənədlərinin surətləri, 3) Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirməsinə dair cavab məktubu (##.##.2021-ci il tarixdən 2024-cü ilin sentyabrına qədərki dövrlərdə özünün razılığı olmadan M.Əliyevanın əmək haqqısının azalması ilə bağlı şikayətinə münasibət bildirilməklə) təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta ümumitəhsil məktəbi tərəfindən Protokolu tərtib edən orqan rəisi Anar Xıdırova ünvanlanmış ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Sizin ## #### 2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubunuza cavab olaraq, ##.##.2021-ci il tarixindən 2024-cü ilin sentyabrına qədərki dövrlərlə özünün razılığı olmadan əməkhaqqının azalması ilə bağlı X3 şikayətlərinə görə 2021-2022-tədris ilində məktəb üzrə 18 saat, 2022-2023-cü tədris ilində 19 saat, 2023- 2024-cü tədris ilində 19 saat texnologiya fənni üzrə dərs yükü olmuşdur. Dərslər iki fənn müəllimi arasında bölünmüşdür. Hər tədris ili üçün təsdiq olunmuş dərs bölgüsü məktəbin ali idarəetmə orqanı Pedaqoji Şuranın iclasında müzakirə olunaraq qərar qəbul edilir və müəllimlərlə tanış edilməklə əmrləşdirilmişdir. Məktəbin maddi-texniki bazası texnologiya fənninin iki yarımqrupa bölünərək tədris təmin etməyə imkan vermədiyindən dərslər yarımqruplara bölünmədən keçirilmişdir. Məktəbin fənn müəllimlərinə verilən dərs yükü siniflərin komplektləşməsinə görə artıb, azala bilir. Bunun üçün dərs bölgüsü haqqında əmr verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əməkhaqqı işçinin faktiki yerinə yetirdiyi işə görə ödənilib. Keçirilməyən və ya müəllimə verilməyən dərs saatlarına görə əməkhaqqı tələb etmək hüquqi əsas daşımır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 298.4-cü maddəsinə əsasən, əməkhaqqının düzgün hesablanmaması ilə bağlı müraciətlərin müddəti 1 ildir. Müraciət edənin irəli sürdüyü tələblər 2021-ci ildə baş vermiş əməkhaqqı dəyişikliyi ilə bağlıdır. Bu üzrə müraciətin müddəti 2022-ci ildə başa çatmışdır. 2024-2025-ci tədris ilindən Elm və Təhsil Nazirliyi tərəfindən texnologiya fənni üçün maddi-texniki baza ilə təmin olunduğu üçün dərslər iki yarımqrupa bölünmüşdür. Şirvan şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta məktəbin direktoru X2 ilə X3 arasında bağlanılmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinin (kontraktın) surətindən görünür ki, X3 şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta məktəbinə texnologiya vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 350 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şirvan-Salyan Regional Şöbəsi tərəfindən Şirvan şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta məktəbinin rəhbərliyinə ünvanlanmış ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli “icrası məcburi olan göstəriş” məktubundan görünür ki, vətəndaş X3 Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbdə əmək hüquqlarının pozulması barədə etibarnamə ilə çıxış edən şəxs Əlizadə Hüseynəli İlqar oğlu tərəfindən X8 Xidmətinin (bundan sonra-Xidmət) elektron poçtuna ünvanlanmış müraciətə Xidmətin Şirvan-Salyan regional şöbəsində baxılmışdır. Araşdırma əsasında M.Əliyevanın əmək müqaviləsinə özünün razılığı olmadan işəgötürən tərəfindən birtərəfli qaydada ##.##.2021-ci il tarixli dəyişiklik tətbiq edilməklə onun əmək haqqı məbləğinin 255 manata qədər azaldıldığı aşkara çıxarılmışdır. Dərs yükünün azalması və nəticədə aylıq əmək haqqı məbləğinin dəyişməsi ilə bağlı M.Əliyevanın əmək müqaviləsində onun razılığı ilə Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə müvafiq qaydada dəyişiklik edilmişdir. M.Əliyevanın əmək haqqısı azalmış olduğu dövrlər üçün ona verilməmiş əmək haqqı məbləğlərinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 2-ci hissəsinə (boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir) əsasən M.Əliyevaya ödənilməsini təmin etməklə görülmüş tədbirlər barədə 30 gün müddətində Xidmətin Şirvan-Salyan regional şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. ##.##.2021-ci il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X3 ##.##.2000-ci il tarixdən etibarən Şirvan şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta ilə bağlanmış əmək müqaviləsi əsasında həmin məktəbdə “texnologiya” vəzifəsində çalışmışdır. İşçinin aylıq əmək haqqının məbləği 255 manatdır. ##.##.2022-ci il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X3 ##.##.2000-ci il tarixdən etibarən Şirvan şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta ilə bağlanmış əmək müqaviləsi əsasında həmin məktəbdə “texnologiya” vəzifəsində çalışmışdır. İşçinin aylıq əmək haqqının məbləği 318 manatdır. ##.##.2022-ci il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, X3 ##.##.2000-ci il tarixdən etibarən Şirvan şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta ilə bağlanmış əmək müqaviləsi əsasında həmin məktəbdə “texnologiya” vəzifəsində çalışmışdır. İşçinin aylıq əmək haqqının məbləği 353.33 manatdır. ##.##.2023-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X3 ##.##.2000-ci il tarixdən etibarən Şirvan şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta ilə bağlanmış əmək müqaviləsi əsasında həmin məktəbdə “texnologiya” vəzifəsində çalışmışdır. İşçinin aylıq əmək haqqının məbləği 388.69 manatdır. ##.##.2024-cü il tarixli “Onlayn əmək müqaviləsinə dəyişiklik” barədə müqavilədən görünür ki, Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ilə X11 arasında əmək müqaviləsinə dəyişiklik edilmiş, həmin dəyişikliklə əmək müqaviləsinin müvafiq şərtləri, o cümlədən əməkhaqqının məbləği müəyyən edilmişdir. Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbində Pedaqoji Şurasının birinci iclasının keçirilməsinə dair ## ######## 2021-ci il tarixli, ** nömrəli protokolun surətindən görünür ki, 2021-ci il tədris planına əsasən texnologiya fənni üzrə cəmi 18 saat müəyyən olunmuş, X3 isə 9 saat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta məktəbdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şirvan-Salyan Regional Şöbəsinə müraciət etmişdir. Həmin müraciətin araşdırılması ilə əlaqədar Xidmət tərəfindən ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli göstəriş məktubu ilə məktəbdən M.Əliyeva ilə bağlanmış əmək müqavilələrinin, həmin müqavilələrə edilmiş əlavə və dəyişikliklərin, 2021-ci ilin sentyabr ayından 2024-cü ilin oktyabr ayınadək əməkhaqqının hesablanması və ödənilməsinə dair sənədlərin, habelə vətəndaşın müraciətində göstərilən hallara münasibət bildirilməsinə dair cavab məktubunun təqdim edilməsi tələb edilmişdir. Məktəb tərəfindən ## #### 2026-cı il tarixli cavab məktubu ilə tələb olunan məsələlərə münasibət bildirilmiş, 2021–2024-cü illər üzrə texnologiya fənninin dərs yükü, dərs bölgüsünün həyata keçirilməsi və əməkhaqqının həmin dərs yükünə uyğun hesablanması barədə məlumat verilmişdir. Daha sonra Xidmət tərəfindən növbəti ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli “icrası məcburi olan göstəriş” verilərək, dərs yükünün azalması və bunun nəticəsində əməkhaqqının dəyişməsi ilə bağlı M.Əliyevanın əmək müqaviləsində onun razılığı ilə dəyişiklik edilməsini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilmişdir. Həmin sənədin təqdim edilməməsi əsas götürülməklə məktəb və məktəbin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarını həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələbinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, hazırkı inzibati xəta haqqında işə münasibətdə protokolun tərtib edilməsinə səbəb kimi məktəbin X8 Xidmətinin ## ##### 2026-cı il tarixli göstərişi ilə tələb olunan sənədi təqdim etməməsi göstərilmişdir. Belə olan halda protokolda təsvir olunan əməl mahiyyət etibarilə “icrası məcburi göstərişin özünün icra edilməməsi” deyil, “göstərişin icrası ilə bağlı tələb olunan sənədin təqdim edilməməsi” kimi xarakterizə olunur. Bu iki hal hüquqi baxımdan eyni deyildir. Qanunverici 2025-ci il dəyişiklikləri ilə sənədlərin təqdim edilməməsinə dair ayrıca 539.3-cü maddə müəyyən etmişdir. Deməli, inzibati xəta haqqında protokolda göstərilən faktiki əməl ilə tətbiq edilmiş hüquq norması arasında uyğunluq olmalıdır. Əgər şəxsin təqsiri ona verilmiş göstərişi ümumiyyətlə icra etməməsi ilə deyil, göstəriş çərçivəsində tələb edilmiş sənədi təqdim etməməsi ilə əlaqələndirilirsə, həmin əməlin 539.1-1ci maddənin dispozisiyasına daxil olduğu əsaslandırılmalıdır. Lakin şəxs barəsində tərtib edilmiş protokolda əsaslandırmanın lazımi səviyyədə aparıldığı müəyyən edilmir. Bu baxımdan, artıq 539.1-1-ci maddənin obyektiv cəhətinin mövcudluğu sübuta yetirilməmişdir. Hətta əvvəlki redaksiyanın tətbiqi mövqeyindən yanaşıldıqda belə Məhkəmə əlavə olaraq qeyd edir ki, məsələyə əvvəlki redaksiyada olan 539.1-1-ci maddənin məzmunu baxımından yanaşılsa belə, inzibati xəta tərkibinin mövcudluğu üçün müvafiq icra hakimiyyəti orqanının icrası məcburi qərar və ya göstərişinin konkret tələbinin icra edilmədiyi sübuta yetirilməlidir. Başqa sözlə, yalnız “tələb olunan sənəd təqdim edilməmişdir” faktının müəyyən edilməsi kifayət etmir. İnzibati məsuliyyətin yaranması üçün icrası məcburi göstəriş olmalıdır; həmin göstərişin konkret və qanuni tələbi müəyyən edilməlidir; həmin tələbin məhz inzibati məsuliyyətə cəlb edilən şəxsə aid olması müəyyən edilməlidir; tələbin icrası obyektiv olaraq mümkün olmalıdır; şəxs həmin tələbi icra etməməlidir; icra etməmə təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində baş verməlidir. Bu elementlərdən hər hansı birinin sübuta yetirilməməsi inzibati xəta tərkibinin tam formalaşmadığını göstərir. İnzibati protokolun tərtib edilməsinə əsas olaraq qeyd edilmiş göstəriş üzrə sənədlərin təqdim edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şirvan-Salyan Regional Şöbəsinin göstərişi üzrə tələbinə münasibətdə məhkəmə müəyyən edir ki, məktəb ## #### 2026-cı il tarixli göstərişə cavab olaraq ## #### 2026-cı il tarixli məktub təqdim etmiş və mübahisənin faktiki halları barədə ətraflı məlumat vermişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, 2021–2022-ci tədris ilində texnologiya fənni üzrə ümumilikdə 18 saat dərs yükü olmuş, həmin dərs saatları iki müəllim arasında bölüşdürülmüş, M.Əliyevaya 9 saat dərs yükü verilmiş, 2022–2023-cü tədris ilində 19 saat, 2023–2024-cü tədris ilində 19 saat dərs yükü olmuş, dərs bölgüsü Pedaqoji Şuranın iclasında müzakirə olunmaqla dərs bölgüsü əmrlə rəsmiləşdirilmiş, müəllimlər həmin bölgü ilə tanış edilmiş, məktəbin maddi-texniki bazasının imkanları nəzərə alınaraq texnologiya dərsləri yarımqruplara bölünməmişdir. Həmçinin bu hal iş materiallarında olan ## ######## 2021-ci il tarixli, ** nömrəli Pedaqoji Şura protokolu ilə də təsdiq olunur. Həmin protokoldan görünür ki, 2021–2022-ci tədris ili üçün texnologiya fənni üzrə cəmi 18 saat müəyyən edilmiş və həmin saatlardan 9 saat M.Əliyevaya verilmişdir. Beləliklə, məktəbin dərs yükünün müəyyən edilməsi ilə bağlı mövqeyi sadəcə şifahi izahatdan ibarət olmayıb, sənədlə təsdiq olunmuşdur. Daha sonra Xidmət tərəfindən Şirvan şəhəri Nofəl Quliyev adına * nömrəli tam orta məktəbinin rəhbərliyinə ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli “icrası məcburi olan göstəriş” məktubu ünvanlanmışdır. Məktubda qeyd edilmişdir ki, vətəndaş X3 Şirvan şəhər N.Quliyev adına * nömrəli tam orta məktəbdə əmək hüquqlarının pozulması barədə etibarnamə ilə çıxış edən şəxs Əlizadə Hüseynəli İlqar oğlu tərəfindən X8 Xidmətinin (bundan sonra-Xidmət) elektron poçtuna ünvanlanmış müraciətə Xidmətin Şirvan-Salyan regional şöbəsində baxılmışdır. Araşdırma əsasında M.Əliyevanın əmək müqaviləsinə özünün razılığı olmadan işəgötürən tərəfindən birtərəfli qaydada ##.##.2021-ci il tarixli dəyişiklik tətbiq edilməklə onun əmək haqqı məbləğinin 255 manata qədər azaldıldığı aşkara çıxarılmışdır. Dərs yükünün azalması və nəticədə aylıq əmək haqqı məbləğinin dəyişməsi ilə bağlı M.Əliyevanın əmək müqaviləsində onun razılığı ilə Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə müvafiq qaydada dəyişiklik edilmişdir. M.Əliyevanın əmək haqqısı azalmış olduğu dövrlər üçün ona verilməmiş əmək haqqı məbləğlərinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 2-ci hissəsinə (boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir) əsasən M.Əliyevaya ödənilməsini təmin etməklə görülmüş tədbirlər barədə 30 gün müddətində Xidmətin Şirvan-Salyan regional şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş üzrə əsaslandırılmalı mühüm fərqlərdən biri “əməkhaqqının azalması” ilə “əməkhaqqının qanunsuz azaldılması” anlayışlarının fərqləndirilməsidir. Əməkhaqqının əvvəlki dövrlə müqayisədə aşağı məbləğ təşkil etməsi öz-özlüyündə onun qanunsuz olaraq azaldıldığını sübut etmir. Əgər müəllimin faktiki dərs yükü dəyişmişdirsə və əməkhaqqı həmin faktiki dərs yükünə uyğun hesablanmışdırsa, bu halda əvvəlki əməkhaqqı ilə sonrakı əməkhaqqı arasındakı fərqin mövcudluğu avtomatik olaraq əmək qanunvericiliyinin pozulması anlamına gəlmir. Hazırkı işdə ## ###### 2021-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi barədə bildirişdə M.Əliyevanın aylıq əməkhaqqı 255 manat göstərilmişdir. Sonrakı dövrlərdə isə əməkhaqqının ##.##.2022-ci il tarixində 318 manat; ##.##.2022-ci il tarixində 353,33 manat; ##.##.2023-cü il tarixində 388,69 manat olduğu müəyyən edilir. Bu ardıcıllıq da əməkhaqqının mütləq və davamlı şəkildə özbaşına aşağı salınması barədə nəticəni təsdiq etmir. Əksinə, əməkhaqqının sonrakı illərdə dəyişməsi onun tarifləşmə və əmək şəraiti ilə əlaqəli müəyyən edildiyini göstərən hallardan biridir. Bundan başqa, işçinin azaldılmış əmək haqqı ilə bağlı tələb etdiyi dövr 2021-2024-cü illəri əhatə edir. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 İXM-in 539.1-1-ci maddəsi ilə istinad edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetmir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün kifayət qədər əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şirvan Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-564/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-564/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver