Məhkəmə qərarları › İş №3(3-9)-565/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-565/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-565/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı (hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarına görə, ## ####### 2025-ci il tarixində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən direktoru olduğu Çuxanlı kənd məktəbinin həyətində orada formalaşan tullantıların urnadan kənar atılaraq qalaqlanması, yandırılması faktı aşkar olunmuşdur. Bu səbəbdən, Azərbaycan Respublikası ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində AR ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə AR ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilmiş və iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması və inzibati xəta materialına yenidən baxılması üçün iş Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Salyan Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində AR ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardan AR ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(3- *)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə AR ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya qaydasında verdiyi şikayət qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı II tarixli qərarı ləğv edilmiş və iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması və inzibati xəta materialına yenidən baxılması üçün iş Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsi tərəfindən işə yenidən baxılarkən İdarənin iştirakı təmin edilməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbin ərazisində “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunun icra vəziyyətini təmin etmək məqsədilə həyata keçirdikləri nəzarət tədbirləri zamanı Salyan rayonu Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbin həyətində tədris aparılan inzibati binanın yaxınlığlnda tullantıların urnadan kənar, atılaraq qalaqlanması və mütəmadi yandırılması faktı aşkarlanmışdır. Aşkar olunan inzibati xəta hadisəsinə görə ərazidə foto və videoçəkilş aparılmaqla 08 oktyabır 2025-ci il tarixində ***** nömrəli akt tərtib olunmuş və Azərbaycan Respublikası İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma başlanılmışdır. İnzibati xəta hadisəsinin aşkarlandığı zaman məktəbin təsərrüfat müdürü vəzifəsində işləyən X1 (videoçəkiliş vasitəsilə qeydiyyata alınmışdır) İdarə əməkdaşlarının direktorun verdiyi göstərişinə əsasən məktəbin ərazisinin tərk etmələrini tələb edərək, araşdırmadan qərəzli halda yayınmışdır. Aparılan araşdırma müddətində “Tullantılar haqqında” Qanunun tələblərinə uyğun olaraq məktəbin həyətində urna yerləşdirilmədiyi və direktor tərəfindən vəzifə səlahyyətləri ilə bağlı rəbərlik etdiyi məktəbin fəaliyyəti zamanı formalaşan tullantıların idarə olunması üçün rəsmi müqavilə sənədinin (tullantıların daşınması və zərərsizləşdirilməsi üçün) inzibati araşdırmaya və məhkəməyə təqdim etməməsi məhkəmə prossesində öz təsdiqini tapmışdır. Direktor Qərardan şikayət verən orqan (şəxs) və vəkili Vəkil məhkəmə prossesi zamanı inzibati xəta hadisəsinin guya təmir işlərini aparan tikinti şirkəti tərəfindən məktəbin həyətinə atılması və qalaqlanaraq yandırılması barədə məhkəməyə yayındırıcı izahatlar vermişlər. Bununla bağlı “xxxx” QSC tərəfindən təqdim olunmuş məktubda aparılan təmir tikinti işləri zamanı tərəflərindən məktəbin ərazisində tullantılarının qalaqlanması və ya yandırılması olmadığını bildirmişdir. Digər tərəfdən belə bir sual yaranır. Əgər təmir işlərini aparan tikinti şirkəti tullantılarını məktəbin həyətində urnadan kənar ataraq qalaqlayıb yandırmışdırsa, bəs məktəbin fəaliyyəti zamanı oradan formalaşan tullantılar necə və hansı formada idarə olunmuşdur? Onu da qeyd edir ki, ümumiyyətlə məktəbin həyətində və tədris binasının qarşısında tullantıların müvəqqəti toplanması üçün bu günədək urna yerləşdiriliməmişdir (yəni rəsmi müqavilə sənədi olduğu halda Kommunal Müəssisələr tərəfindən daşınmalı idi). Ümumiyyətlə iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar və maddi sübutlar məhkəmə baxışı zamanı qərəzli halda nəzərə alınmamışdır. “Tullantılar Haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ##### tarixli ** nömrəli qərarı ilə “Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların 3.1-1-ci yarımbəndində göstərilmişdir-zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. 3.5. hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir. 3.9.Tullantılar ancaq onlar üçün nəzərdə tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə, yandırılmasına yol verilmir, (yəni rəsmi müqavilə sənədi olduğu halda Kommunal Müəssisələr tərəfindən daşınma təmin olunmalı idi) Lakin hakim qərar qəbul edərkən qanunların işləmə mexanizimini, təsir dairəsini, prosessual və maddi normaları, faktiki qüvvəsini qərar birtərəfli qaydada nəzərə almışdır. Azərbaycan Respublikası İXM-nin 271 -ci maddəsinin şərhinə görə bu inzibati xətanın obyektini ətraf mühitin mühafizəsi sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu normanın məqsədi insanların sağlamlığına və ətraf mühitə ziyan vura biləcək maddələrin və tullantıların yandırılması, qalaqlanması qaydalarına riayət etməkdən ibarətdir. İnzibati xətanın obyektiv cəhətini tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərini pozan aktiv hərəkətlər təşkil edir. X6 Haqqında Qanununun 16.1-maddəsində göstərilmişdir-müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən tullantıların saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Bu qanunun 28.0.8- ci maddəsnidə tullantıların toplanması: yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral kübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havası çirklənməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 78-ci maddəsində Ətraf Mühitin qorunması hər bir şəxsin borcu olduğu qeyd olunmuşdur. Buradan aydın olur ki, hər bir şəxs vəzifəsinədən və tutduğu mövqeyindən asılı olmayaraq ətraf mühitin mühafizəsi tələblərinə əməl etməkdə borcludur. Qeyd olunan qanunların normalarının və tələblərinin məhkəmə tərəfindən işə baxılarkən pozulması, Salyan Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli 3(057)-1365/2025-saylı qərarının qərəzli, əsassız, qeyri-obyektiv və qanunsuz olmasının birbaşa sübutudur. Lakin Salyan Rayon Məhkəməsi işə birtərəfli yanaşmış, yalnız qarşı tərəfin ifadələrini qəbul edərək onun maraqlarından çıxış etmiş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılması üçün * saylı RETSİ-nin iştirakını təmin etməmiş, və bunun nəticəsində əsassız və qanunsuz qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin6 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci maddəsinə əsasən X6 sahəsində qanunvericiliyin pozulmasına, yəni tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ərizədə qeyd olunanları bir daha təsdiq edərək, * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati Xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onun barəsində vəzifəli şəxs kimi inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan hadisə təhsil müəssisəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar yaranan tullantıların məhz təmir-tikinti işlərini icra edən şirkətin nümayəndələri tərəfindən qalaqlanaraq yandırılması olmuşdur. Qeyd olunan təmir-bərpa işlərinin aparıldığı müddət tədris müddəti olmadığından qeyd olunan hadisənin baş verməsindən özü də xəbərsiz olmuşdur. Məktəbin ümumiyyətlə təmir-bərpa işlərinin həyata keçirilməsi zamanı formalaşan tullantıların daşınması üçün texniki imkanları da (tullantıların daşınması və ya məhv edilməsi üçün texniki vasitələr) olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Z.Həmidov adına Salyan rayonu Çuxanlı kənd tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini X1 izahatında bildirmişdir ki, 2025-ci ilin tədris ilə üzrə tətil zamanı məktəbdə təmir-bərpa işləri aparılmışdır. Qeyd olunan təmir-bərpa işləri müvafiq olaraq məktəblə deyil, Elm və Təhsil Nazirliyinin keçirdiyi tender əsasında qalib gələn podratçı şirkət tərəfindən həyata keçirilmişdir. Həmin müddət ərzində məktəbdə tədris ili üçün nəzərdə tutulan tətil olduğundan onun bu fəaliyyətin həyata keçirilməsində hər hansı formada iştirakı olmamışdır. Qeyd olunan müddət ərzində təmir-bərpa işlərinin həyata keçirilməsi zamanı formalaşan tullantılar məhz podratçı şirkətin nümayəndələri tərəfindən həm daşınıb, həm də məktəb ərazisində qalaqlanaraq müvafiq qabların içərisində yanıdırılaraq məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, ## ####### 2025-ci il tarixində direktoru olduğu Çuxanlı kənd məktəbinin həyətində orada formalaşan tullantıların urnadan kənar atılaraq qalaqlanması, yandırılması faktı aşkar olunmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından grörünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət təmin edilmiş, onun barəsində AR ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərarından görünür ki, AR ETSN-nin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilmiş və iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması və inzibati xəta materialına yenidən baxılması üçün iş Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Barəsində şikayət verilən məhkəmə qərarından isə görünür ki, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verərkən ona əsaslanmışdır ki, “inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapsa da, həmin inzibati xətanın məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ## ####### 2025-ci il tarixində Z.Həmidov adına Salyan rayonu Çuxanlı kənd tam orta məktəbinin həyətində tullantıların urnadan kənar qalaqlanması və yandırılması faktı aşkar edilmişdir. Lakin məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar həmin tullantıların məktəb rəhbərliyi tərəfindən deyil, məktəbdə aparılmış təmir-bərpa işlərini icra edən podratçı təşkilatın fəaliyyəti nəticəsində yarandığını deməyə əsas verir. Beləliklə, inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunsa da, həmin xətanın məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi barədə kifayət qədər, mötəbər və bir-birini tamamlayan sübutlar təqdim edilməmişdir”. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə inzibati xəta hadisəsinin mövcudluğunu qəbul etməklə yanaşı, həmin hadisənin Qərardan şikayət verən orqan (şəxs) ilə əlaqəsinin müəyyən edilmədiyi qənaətinə gələrkən iş materiallarında olan sübutların məcmusunu tam, hərtərəfli və obyektiv şəkildə qiymətləndirməmiş, ayrı-ayrı sübutları digər sübutlarla qarşılıqlı əlaqədə araşdırmamış və bununla da inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən bir sıra halları nəzərdən qaçırmışdır. Əvvəla, iş materiallarına əlavə edilmiş videoçəkilişə baxış keçirilərkən müəyyən olunur ki, məktəbin ərazisində tullantıların qalaqlanması və yandırılması ilə bağlı işlərin görülməsi zamanı həmin ərazidə olan və müvafiq hərəkətləri həyata keçirən şəxslərdən biri əlində əlcək olan və tullantılarla bağlı müvafiq hərəkətləri həyata keçirən məktəbin təsərrüfat işləri üzrə direktor müavini olmuşdur. Başqa sözlə, inzibati xəta hadisəsinin aşkarlandığı ərazidə tullantıların idarə olunması ilə bağlı hərəkətlərin məktəb rəhbərliyinə aid olmayan, kənar şəxslər tərəfindən həyata keçirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan videoçəkilişin məzmunu ilə uzlaşmır. Əksinə, qeyd olunan videoçəkiliş məktəbin ərazisində tullantıların idarə olunması prosesində məktəb əməkdaşının bilavasitə iştirak etdiyini göstərən obyektiv sübutlardan biri kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə həmin sübutun məzmununu digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, videoçəkilişdə əks olunan şəxsin kimliyini, onun məktəbdə tutduğu vəzifəni və tullantıların məktəbin ərazisində yerləşdirilməsi ilə bağlı hərəkətlərinin hansı şəraitdə həyata keçirildiyini müəyyənləşdirməmişdir. Halbuki, həmin halların müəyyən edilməsi inzibati xəta törətmiş şəxsin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, birinci instansiya məhkəməsinin tullantıların məktəbdə aparılmış təmirbərpa işlərini həyata keçirən podratçı təşkilat tərəfindən əmələ gətirilməsi və məktəbin ərazisində qalaqlanaraq yandırılması barədə nəticəsi iş materiallarında olan digər sübutla da təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” QSC-nin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Z.Həmidov adına Salyan rayonu Çuxanlı kənd tam orta məktəbində aparılmış təmir-tikinti işləri zamanı əmələ gələn tullantılar həmin təşkilat tərəfindən mütəmadi olaraq ərazidən götürülmüş, aparılan təmir-tikinti işləri zamanı əmələ gələn tullantıların məktəbin ərazisində qalaqlanması və ya yandırılması halları baş verməmişdir. Belə olan halda, Qərardan şikayət verən orqan (şəxs) və şahid X1 tullantıların məhz təmirtikinti işlərini həyata keçirən podratçı təşkilat tərəfindən məktəbin ərazisində qalaqlanaraq yandırılması barədə izahatları həmin təşkilatın özünün verdiyi məlumatla təkzib edilir. Digər mühüm olan hal isə ondan ibarətdir ki, iş materiallarından məktəbin fəaliyyətindən yaranan tullantıların ümumiyyətlə hansı qaydada idarə olunması məsələsinin də aydınlaşdırılmadığı görünür. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı məktəbin həyətində tullantıların müvəqqəti toplanması üçün müvafiq urnaların olmadığı müəyyən edilmiş və bu hal iş üzrə verilmiş izahatlarda da təsdiq olunmuşdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) özü birinci instansiya məhkəməsində verdiyi izahatında məktəbin tullantıların daşınması və ya məhv edilməsi üçün texniki vasitələrinin olmadığını göstərmişdir. Digər tərəfdən, məktəbdə tədris və təsərrüfat fəaliyyəti nəticəsində mütəmadi olaraq tullantıların yaranması obyektiv olaraq istisna edilə bilməz. Bu halda məhkəmənin araşdırmalı olduğu əsas məsələlərdən biri də ondan ibarət olmuşdur ki, əgər məktəbin həyətində tullantıların toplanması üçün urna mövcud olmayıbsa və təmir-tikinti işləri zamanı əmələ gələn tullantıların podratçı təşkilat tərəfindən mütəmadi olaraq ərazidən götürüldüyü həmin təşkilatın rəsmi məktubu ilə təsdiq edilirsə, məktəbin özünün gündəlik fəaliyyəti nəticəsində yaranan məişət tullantıları hansı qaydada və harada toplanmışdır. Çünki məktəbin ərazisində urna olmadığı halda tullantıların idarə olunması üçün hər hansı alternativ və qanuni mexanizmin mövcudluğu müəyyən edilməli idi. Əgər belə mexanizm mövcud olmayıbsa, məktəbin fəaliyyəti nəticəsində yaranan tullantıların harada toplandığı, kim tərəfindən idarə edildiyi və həmin tullantıların məhz aşkar edilmiş qalaqda olan tullantılarla əlaqəsinin olub-olmaması araşdırılmalı idi. Birinci instansiya məhkəməsi isə bu məsələləri araşdırmadan tullantıların təmir-tikinti işləri nəticəsində yarandığı qənaətinə gəlmişdir. Halbuki, iş üzrə inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolun tərtib edilməsinin əsasını yalnız tullantıların yandırılması deyil, eyni zamanda onların tutumlardan, yəni urnalardan kənar əraziyə atılaraq qalaqlanması da təşkil etmişdir. Belə ki, iş materiallarından görünür ki, inzibati araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) barəsində bir neçə inzibati xəta norması üzrə hüquqi qiymətləndirmə aparılmış, o cümlədən məişət tullantılarının tutumlardan kənar yerlərə atılması ilə bağlı hal da (İXM-nin 266.3-cü maddəsi) protokolda əks etdirilmişdir. Nəticə etibarilə, iş üzrə yalnız tullantıların kim tərəfindən yandırıldığı deyil, həmin tullantıların məktəbin ərazisində kim tərəfindən, hansı şəraitdə və hansı məqsədlə urnadan kənarda yerləşdirildiyi məsələsi də mühüm əhəmiyyət kəsb etmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə düzgün qiymətləndirmə aparmamış, tullantıların təmir-tikinti işlərini həyata keçirən təşkilat tərəfindən əmələ gətirilməsi barədə ehtimalı əsas götürməklə məktəbin öz fəaliyyətindən yaranan tullantıların necə idarə olunması məsələsini faktiki olaraq araşdırmadan kənarda saxlamışdır. Halbuki, bir şəxsin məsuliyyətdən azad edilməsi üçün yalnız alternativ ehtimalın mövcudluğu kifayət etmir; həmin ehtimal iş üzrə mövcud olan digər sübutlarla birlikdə qiymətləndirilməli və mötəbər sübutlarla təsdiq olunmalıdır. Hazırkı işdə isə təmir-tikinti işləri zamanı əmələ gələn tullantıların podratçı təşkilat tərəfindən məktəbin ərazisində qalaqlanması və yandırılması barədə müdafiə tərəfinin mövqeyi həmin təşkilatın ## #### 2026-cı il tarixli məktubu ilə təsdiq olunmur, əksinə, təkzib olunur. Bununla yanaşı, məktəbdə tullantıların toplanması üçün urnaların olmaması, məktəbin gündəlik fəaliyyətindən tullantıların yaranmasının qaçılmaz olması, həmin tullantıların idarə olunmasına dair alternativ mexanizmin müəyyən edilməməsi və videoçəkilişdə məktəb əməkdaşının tullantıların idarə olunması ilə bağlı hərəkətlərinin görünməsi kimi hallar birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin tullantıların yalnız podratçı təşkilatın fəaliyyəti nəticəsində yarandığı barədə nəticəsinin əsaslı və mötəbər sübutlarla təsdiq edilmədiyi aydın olur. Lakin birinci instansiya məhkəməsi inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq etdiyi halda, həmin hadisənin Qərardan şikayət verən orqan (şəxs) ilə əlaqəsini istisna edən nəticəyə yalnız müdafiə tərəfinin irəli sürdüyü versiyaya əsaslanmaqla gəlmiş, həmin versiyanın iş üzrə digər sübutlarla uyğunluğunu yoxlamamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın törədilməsinə aidiyyətinin sübuta yetirilməməsi barədə gəldiyi nəticəni iş materiallarına və müəyyən edilmiş faktiki hallara uyğun hesab etmir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutları onların məcmusu halında qiymətləndirməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki, İnizbati Xətalar Məcəlləsinin: 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yuxarıda qeyd olunan sübutlara düzgün istinad edilməmiş, nəticə etibarilə qanuni və əsaslı qərarın qəbul edilməsinə nail olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar